Məhkəmə qərarları › İş №1(102)-628/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-628/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-628/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsi nə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 21 dekabr tarixli, 1(105)-625/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (X7 (sədrlik edən və məruzəçi), Fəhmin Hümbətov və Aynur Rzayevadan ibarət tərkibdə) 2023-cü il 30 avqust tarixli, 1(124)294/2023 nömrəli hökmü ilə, xx.xx.1990-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, subay, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü ma ddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 8 iyul 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi), Azər İsmayılov və Elman Əhmədovdan ibarət tərkibdə) 2023-cü il 21 dekabr tarixli, 1(105)-625/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, hökm apellyasiya şikayətlərinə müna sibətdə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Cinayət kollegiyasının (hakimlər: Rəşad Abdulov (sədrlik edən və məruzəçi), Şahin Yusifov və Ələsgər Novruzovdan ibarət tərkibdə) 2024-cü il 8 oktyabr tarixli, 1(102)-1988/2024 nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, qərar, məhkum Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum 2022-ci ilin may ayının əvvəllərində Bakı şəhərində tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşıma barədə qabaqcadan razılığa gəlmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyə tə uyğun olaraq cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs tapşırığına əsasən 8 may 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhərinin Suraxanı rayonu Zığ şosesinə gedərək orada Hövsan yolu ilə kəsişən körpünün altında İran İslam Respublikasındakı şəxsiyyətləri məlum olmayan üzvlərinin istintaqa məlum olmayan şəraitdə, vaxtda və mənbədən tamah və satış məqsədilə əldə edərək saxladıqları, gizli olaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilərək daşıdıqları, qrupun Azərbaycan Respublikasında fəaliyyət göstərən istintaqa məlum olmayan digər üzvləri vasitəsilə əvvəlcədən yerləşdirilərək saxlanılmış hər birinin üzərinə "2022-23” sözləri yazılan kağız yapışdırılmış 2,322 qram, 3,400 qram, 3,400 qram, 1,600 qram və 1,200 qram çəkilərdə və bunların müvafiq olaraq içərisinə yerləşdirildiyi, hər birinin üzərində "2Mafia” sözləri yazılan polietilendə qablaşdırılmış plitəşəkilli, ayrıayrılıqda 1000,0 qram, 1010,0 qram, 1000,0 qram, 1015,0 qram və 1005,0 qram çəkilərdə olan həşiş qətranı narkotik vasitəsindən ibarət 5 bağlamada ümumilikdə təmiz çəkisi külli miqdar təşkil edən cəmi 5041,922 qram həşiş qətranı narkotik vasitəsini götürüb qanunsuz olaraq əldə edərək saxlamış, daşımış və cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs təqdim etmiş, Təqsirləndirilən şəxs isə həmin narkotik vasitəni özü ilə gətirdiyi "Pull&Bear” sözləri yazılmış kağız torbaya yerşəşdirib özündə saxlamış, ifşa olunmamaq üçün iz itirmək məqsədilə Bakı şəhərinin müxtəlif ərazilərinə daşıyaraq 9 may 2022-ci il tarixdə saat 00:20-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən "Binəqədi Gənclər Şəhərciyi”nin Binəqədi-Novxanı şosesi istiqamətində olan girişindəki dairəvi yolayrıcının yaxınlığına gətirib qrupun İran İslam Respublikasında fəaliyyət göstərən üzvünün göstərişilə "Elşad” şərti adı ilə tanıdığı Dövlət Gömrük Komitəsinin Əməliyyatistintaq Baş İdarəsi tərəfindən əməliyyat tapşırığının yerinə yetirilməsi tapşırılan əməliyyat qrupunun üzvü X6 qanunsuz olaraq satarkən saxlanılmış, keçinilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 5041,922 qram həşiş qətranı narkotik vasitəsi Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, Sahiblə yoldaşlıq etmişdir. Bir gün Sahib ona "bir nəfər var, mənə bir şey verməlidir o da çıxıb gedir, mən evdən çıxa bilmirəm, zəhmət olmasa onunla görüşüb götürərsən demiş”, o isə razılaşmışdır. Oraya gedəndə yolda zəngləşmişlər. Sahib ona gedəcəyi yeri göndərmiş, o isə həmin yerə niyə qoyulduğundan şübhələnərək götürəcəyi şeyin nə olduğunu soruşmuşdur. Sahib isə xahiş edərək götürməsini bildirmişdir, narkotik vasitələrdən istifadə etməmiş, Sahibin istifadə etdiyini də bilməmişdir. Taksi ilə getmiş. onu aralıda saxlamış, qaranlıq məsələ olmasından şübhələnmiş, lakin götürəcəyi şeyin narkotik vasitə olduğunu bilməmişdir. Yol pulunu Sahib vermişdir. Sahibin tutulmasından xəbəri olmuş, bu m əsələ ilə bağlı tutulduğunu bilməmişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Göründüyü kimi, Məhkum sözü gedən cinayətlə əlaqəsi yoxdur. Belə ki, Məhkum məhkəmə iclasında da bildirmişdir ki, özünü təqsirli bilmir, maddi imkansızlıqdan Şahin Mehdiyev adlı şəxsin işlərinə köməklik etdiyini yəni onun tapşırığı ilə müəyyən yerlərdən gedib ona məxsus olan bağlamaları götürdüyünü və həmin bağlamaları onun dediyi şəxslərə verdiyini bildirmişdir. Sahibin narkotik vasitələrin daşınması işləri ilə məşğul olduğunu bilməmişdir. Saxlanılmamışdan əvvəl də Sahib ona bağlamanın daşınmasını xahiş etmişdir. Onun həmin bağlamada narkotik vasitə olmasından məlumatı olmamışdır. Bağlamanın daşınmasından ötrü Sahib ona 40 manat pul vermişdir. O da həmin məbləğdən 20 manatını taksiyə vermiş, 20 manat pul isə ona qazanc kimi qalmışdır. Cinayət işi üzrə istintaqı aparan müstəntiq sübut qismində iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən "Eagle" kimi qeydiyyatdan keçmiş "Whatsapp Business” profili ilə Məhkum istifadəsində olmuş ***-*****-** saylı mobil telefon nömrəsindən istifadəçi adı "Narcis" kimi qeydiyyatdan keçmiş istifadəçi adı "Whatsapp Business“ profilinə göndərilmiş mesajlara istinad etmişdir. Həmin mesajların məzmununa diqqət yetirsək, orada narkotik vasitə olan həşiş qətranının, ümumiyyətlə narkotik sözünün istifadə edilməməsini aydın səkildə görmək mümkündür. Belə olan halda bunu sübut kimi qiymətləndirmək olmaz və Məhkum ittiham edilməsi üçün heç bir halda mötəbər sübut hesab edilə bilməz. Bütün bu hallar məhkəmə tərəfindən araşdırılmamış, qanunsuz sübutlarla ədalətsiz qərar qəbul olunmuşdur. Tam hüquqlu məhkəmə kimi Apellyasiya Məhkəməsi də bununla razılaşmışdır. Müdafiəçi qeyd etmişdir ki, məhkəmənin mövqeyi qərəzlidir. Belə ki, Məhkum digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə hadisənin sübuta yetirilməsi üçün mötəbər sayıla biləcək heç bir dəlil yoxdur. Bütün bu kimi hallar işin səthi araşdırıldığını, istər istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı (həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində) işin hallarına düzgün qiymət verilmədiyini açıq bir şəkildə görürük. Yuxarıda qeyd etdikləri bütün hallar dəlalət edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları düzgün araşdırılmamışdır. Məhkum hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi tam sübuta yetirilməmişdir. Şəxsə verilən cəza onun hərəkətlərinin nəticəsi deyildir. Məhkum yüksək şəxsi keyfiyyətlərə malik olan ziyalıdır. Təhsil sahəsində xeyli uğurları vardır. Məhkum 2008-2012-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr, 2017-2019-cu illərdə Bakı Dövlət Universitetində magistr təhsili almışdır. HalHazırda (tutulduğu ana qədər) doktorantura pilləsində təhsilini davam etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının akademik V.H.Məmmədəliyev adına X1 doktorantıdı r. Bununla yanaşı Anar hərbi xidmətdə olduğu müddət ərzində də nümunəvi xidmətinə görə də medallarla təltif' olunmuşdur. Himayəsində işləməyən yaşlı və xəstə atası və anası vardır. Təəssüflər olsun ki, nə Birinci instansiya məhkəməsi nə də ki, apellyasiva instansiyası məhkəməsi bunları da nəzərə almamışdır. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-625/2023 saylı, 21 dekabr 2023-cü il tarixli hökmünü ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 234.4.1 v ə 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 21 dekabr tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məc əllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsa sən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəşi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəs inin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafi əçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə, iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında yoxlanılaraq q iymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Cinayət işinin materiallarından da görünür ki, məhkum ibtidai istintaq zamanı təqsirini etiraf etmiş və baş vermiş cinayət hadisəsini məntiqi ardıcıllıqla müfəssəl şəkildə təsvir etmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza növü müəyyən edilsə də, lakin cəzanın həddi müəyyən edilərkən ədalətsizliyə yol verilmiş, cəzanın fərdiləşdirilməsi prinsipinin tələblərinə əməl edilməmiş, məhkuma hər hansı əsaslandırma aparılmadan sərt cəza təyin edilmişdir. Halbuki cinayət işinin materiallarından görünür ki, Məhkum təhsil sahəsində xeyli uğurları vardır. Məhkum 2008-2012-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr, 2017-2019-cu illərdə Bakı Dövlət Universitetində magistr təhsili almışdır. Tutulduğu ana qədər doktorantura pilləsində təhs ilini davam etdirmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının akademik V.Məmmədəliyev adına X1 doktorantıdır. Bununla yanaşı AƏliyev hərbi xidmətdə olduğu müddət ərzində də nümunəvi xidmətinə görə də medallarla təltif' olunmuşdur. Himayəsində işləməyən yaşlı və xəstə atası və anası vardır. Bütün bu halları CM-in 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası Məhkum cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işinin hallarından görünür ki, Məhkum həmin iş üzrə məhkum edilmiş Təqsirləndirilən şəxs tapşırığı əsasında hazırkı cinayət əməlini törətmiş, yəni Təqsirləndirilən şəxs tapşırığını icra etmişdir. Lakin iki şəxs arasında, yalnız Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını əsas götürməklə 1 il fərqlə cəza təyin edilməsi, cəzanın fərdilə şdirilməsi prinsipi, hər bir iştirakçının cinayətin törədilməsində rolu və iştirak səviyyəsi nəzərə alınmadan cəza təyin edilməsi kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçinin kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı Məhkum aid hissədə, müdafiəçinin kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kolleg iyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 21 dekabr tarixli, 1(105)-625/2023 nömrəli qərarı Məhkum aid hissədə, müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə, təyin edilən cəza hissəsində dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilən 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Qərar, kassasiya şikayətinə münasibətdə, Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar