Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-629/2019 30.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzağa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, Məhkum1 və Məhkum2 və məhkumların müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cəbrayıl Rayon Məhkəməsinin (sədrlik edən Təranə Hüseynova) 08 avqust 2018-ci il tarixli hökmü ilə 15 yanvar 1958-ci il tarixdə İmişli rayonunun Qulubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Ölcələr kənd Tam orta məktəbində müəllim işləyən, İmişli rayonu, Qulubəyli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Məhkum1 Azərbaycan Respublikası CM-in 289.1-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, 08 fevral 1981-ci il tarixdə İmişli rayonunun Qızılkənd kəndində anadan o lmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Qulubəyli kənd Tam orta məktəbində müəllim işləyən, İmişli rayonu, Qulubəyli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 289.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 08 avqust 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 və Məhkum2 məhkum olunmuşlar ona görə ki, onlar 06 dekabr 2017-ci il tarixdə İmişli rayon məhkəməsinin inzibati binasında olarkən məhkəmədə CM-in 182.1-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə İmişli rayon polis şöb əsinin istintaq bölməsində ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X5 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair İmişli rayon prokurorunun təqdimatına hakim tərəfindən qapalı məhkəmə iclasında baxılan zaman iclasda iştirak edən cinayət işi üzrə zərərçəkmiş şəxs olan X14 dindirilərkən həmin iclasda iştirak etmək hüququna malik olmadığına baxmayaraq icazəsiz məhkəmə iclas zalına daxil olaraq X7 qarşı onun şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək məhkəmə baxışı iştirakçısını təhqir etməklə məhkəməyə hörmətsizlik etmişlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ə.Ə.Novruzov (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və R.M.Cəfərovdan ibarət tərkibdə) 31 oktyabr 2018-ci il tarixli qərarı ilə Cəbrayıl Rayon Mə hkəməsinin 08 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumların müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qərarı ləğv olunsun və məhkumların barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılsın. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Apellyasiya baxışı qismən məhkəmə istintaqı aparılmaqla keç irilməsi barədə qərar qəbul edilməsinə baxmayaraq, məhkəmə baxışı zamanı yalnız məhkumların və zərərçəkmiş şəxsin ifadəsini dinləməklə kifayətlənmiş, müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinə əhəmiyyət belə verməmiş, birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və yaxud düzgün qiymət verilməmiş sübutları yenidən tədqiq etməmişdir. Belə ki, məhkəmə kollegiyası cinayət işinin tam və obyektiv araşdırılması üçün zəruri olan və birinci instansiya məhkəməsi tərəfindən obyektiv səbəb olmadan aşağıdakı sübutların tədqiqindən boyun qaçırmışdır. 1.İmişli rayon məhkəməsinin inzibati binasında yerləşən müşahidə kameralarına mütəxəssisin iştirakı ilə baxış keçirilməsi və həmin mütəxəssis tərəfindən X10un CM-in 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həbs qə timkan tədbirinin seçilməsi ilə əlaqədar təqdimata İmişli rayon məhkəməsində 06 dekabr 2017-ci il tarixdə məhkəmə iclasında baxılarkən həmin görüntülərin kameraların bərk diskinin yaddaşında qalıb-qalmadığının müəyyən edilməsi. Həmçinin informasiya texnologiyaları sahəsində mütəxəssisin məhkəməyə dəvət edilərək İmişli rayon məhkəməsində quraşdırılmış müşahidə kameraları ilə bağlı dindirilməsinin təşkil edilməsi.
2. X10un CM-in 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar təqdimata İmişli rayon məhkəməsində 06 dekabr 2017-ci il tarixdə baxılmış məhkəmə iclasının stenoqrammasının İmişli rayon məhkəməsindən tələb edilərək məhkəmə iclasında tədqiq edilməsi.
3. Cinayət işi üzrə şahid qismində dindirilmiş X8in, X9in, X11in və X 12nin hadisə vaxtı İmişli rayon məhkəməsində olub-olmadıqlarını müəyyən etmək üçün həmin şəxslərin istifadəsində olan telefon nömrələrinin anten dairələrini müəyyən etmək üçün müvafiq operatorlara sorğu göndərilməsi. 4. 06 dekabr 2017-ci il tarixdə X10 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən İmişli rayon məhkəməsində məhkəmə prosesinə sədrlik edən və adı demək olar ki, həm təqsirləndirilən şəxslər, həm də bütün şahidlər tərəfindən ibtidai istintaq və məhkəmə istintaqı zamanı dəfələrlə çəkilən, İmişli rayon məhkəməsinin sədri X19u apellyasiya məhkəməsinə dəvət edilərək şahid qismində dindirilməsi.
5. İbtidai istintaq və birinci instansiya məhkəməsi zamanı dindirilmiş, lakin ifadələri Cəbrayıl rayon məhkəməsinin 08 avqust 2018-ci il tarixli hökmündə öz əksini n tapmamış şahidlər: Polis-mühafizə dəstəsinin üzvləri İmişli RPŞ-nın əməkdaşları-X13un, X14ün və həmin Polis şöbəsinin İB-nın müstəntiqi X15un, həmçinin ibtidai istintaq zamanı dindirilmiş, lakin məhkəməyə dəvət edilərək dindirilməmiş, zərərçəkmiş şəxs X10un əmisi oğlu, 06 dekabr 2017-ci il tarixdə və hal-hazırda da, faktiki olaraq İmişli rayon məhkəməsinin hakimi X17nin köməkçisi vəzifəsində çalışan, hadisə vaxtı İmişli rayon məhkəməsinin inzibati binasında olub məhkumlar, Məhkum2, Məhkum1 və şahid X18i hədələyən X3 də məhkəməyə dəvət edilərək şahid qismində dindirilməsi. Sübutların tədqiq edilməsinin zəruriliyini həm apellyasiya şikayətində, həm də apellyasiya məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli ilkin baxış iclası zamanı məhkəmə kollegiyasına təqdim etdiyi vəsatətdə əsaslandırıls a da, məhkəmə kollegiyası apellyasiya icraatının qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsi barədə 01 oktyabr 2018-ci il tarixli ilkin baxış iclasında qərar qəbul etsə də, yuxarıda göstərilən sübutların heç biri araşdırılmamış və bunu nə ilkin qərarında, nə də iş üzrə qəbul etdiyi 31 oktyabr 2018-ci il tarixli qərarında əsaslandırmamışdır. Yuxarıda qeyd edilmiş məsələlərin böyük hissəsinin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaması, həmçinin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış bəzi sübutların məhkəmənin 08.08.2018-ci il tarixli hökmündə qiymət verilməməsi və apellyasiya məhkəməsinin buna əhəmiyyət verməməsi Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından məhkum edilmiş şəxslərin ədalətli məhkəmə araşdırması hüququnun kobud şəkildə pozulması deməkdir. Yuxarıda qeyd etdiyi kimi apellyasiya məhkəməsi məhkəmə icraatının qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsi barədə ilkin baxış iclasında qərar qəbul etsə də, məhkəmə istintaqını məhkum edilmiş şəxslərin və zərərçəkmiş şəxslərin ifadəsini dinləməklə bitmiş hesab etmişdir. Birinci instansiya məhkəməsi zamanı baş vermiş kobud prosessual pozuntuların aradan qaldırılması üçün araşdırılması zəruri olan digər sübutları apellyasiya instansiyası məhkəməsi araşdırmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 da 29 may 2018-ci il tarixli ifadəsində məhkum edilmiş şəxslərin zərərçəkmiş X10un ünvanına təhqiredici ifadələr işlətdiyini söyləsə də, kimin hansı ifadə işlətdiyini göstərə bilməmişdir. Baxmayaraq ki, o d a digər şahidlər kimi Məhkum2 və Məhkum1 konkret olaraq hansı təhqiredici ifadələr işlətdiyini ibtidai istintaq zamanı verdiyi ifadəsində dəqiq şəkildə göstərmişdir. Adıçəkilən şahid eyni zamanda həmin vaxt, yəni 06 dekabr 2017-ci il tarixdə məhkəmə iclas zalında kimlərin olması barədə suala cavab olaraq, öz iş yoldaşları, X11in, X8in adını çəkməklə, həmçinin məhkum edilmiş şəxsləri və zərərçəkmişi əli ilə göstərməklə kifayətlənmiş, məhkəmə iclas zalında başqa kimlərin olduğunu göstərə bilməmişdir. Məhkəmə aktının kim tərəfindən tərtib edilməsi barədə proses iştirakçılarının X9a ünvanlanmış sualına o, akt tərtib olunduğunu deməklə kifayətlənmiş və özünün də aktı imzaladığını göstərmişdir. Adı çəkilən şahid nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı 06 dekabr 2017-ci il tarixli Akt ın özü tərəfindən tərtib olunduğunu ifadəsində göstərməmişdir. İbtidai istintaqa verdiyi ifadəsində hadisə baş verən zaman məhkəmənin dəhlizində olduğunu göstərən şahid, məhkəmədəki ifadəsində isə məhkəmənin dəftərxanasında olduğunu bildirməklə verdiyi ziddiyyətli ifadələrin səbəbini aydınlaşdıra bilməmişdir, hakim isə hökmdə bunu qiymətləndirməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş X12 şahid qismində 29 may 2018-ci il tarixli ifadəsində göstərib ki, 06 dekabr 2017-ci il tarixdə İmişli rayon məhkəməsində CM-nın 182.1-ci maddəsi ilə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat verilmiş təqsirləndirilən şəxs X5 müdafiəçisi kimi iclasın lap başlanğıcından orada olmuş, həmin vaxt həbs seçilməsi ilə əlaqədar iclas başlayan zaman iclasa sədrlik edən hakim X19un iclasa aid iyyəti olmayanların məhkəmə iclas zalını tərk etməsi barədə göstəriş verməsinə baxmayaraq həmin vaxt, yəni iclasın lap başlanğıcında iclas zalında olan Məhkum2 və Məhkum1 iclas zalını tərk etmədiyinə görə ümumiyyətlə məhkəmə iclasının baş tutmadığına görə, hakim iclası təxirə salmışdır Proses iştirakçılarının adıçəkilən şahidə ünvanladığı 06 dekabr 2017-ci il tarixli İmişli məhkəməsindəX19in sədrliyi ilə keçirilən məhkəmə prosesinin protokolu A4 vərəqi ilə 4 səhifədən ibarətdir. “Protokolda təqsirləndirilən şəxs olaraq X10un, zərərçəkmiş şəxs X18in ifadələri, vəsatət vermiş müstəntiqin, müdafiəçi olaraq sizin çıxışlarınız var, siz isə burda deyirsiniz ki, məhkəmə prosesi zalda kənar adamlar olduğuna görə hakim tərəfindən açılan kimi təxirə salında. Belə çıxır ki, ya bu protokola saxtalaşdı rılıb, ya da siz düzgün ifadə vermirsiniz”? sualına şahid gördüyünü söylədiyini, hakimin iclası açıq elan eləyəndən sonra, Məhkum1 və Məhkum2 iclas zalını tərk etmədiyinə görə hakim tərəfindən təxirə salındığını bir daha təkrarlamışdır. Şahid X12 eyni zamanda Məhkum2 və Məhkum1 zalda olan hər hansı bir şəxsin ünvanına təhqiramiz, nalayiq sözlər, ifadələr işlətdiyini eşitmədiyini, yalnız vicdansız ifadəsini eşitdiyini, digər söz və yaxud ifadəni eşitmədiyini söyləmişdir. Məhkəmə şahid X12nin məhkəmə və ibtidai istintaq zamanı verdiyi ziddiyyətli ifadələrə obyektiv qiymət vermək əvəzinə, adıçəkilən şahidin iş üzrə dindirilmiş digər şahid X20lə eyni məzmunlu ifadə verdiyini hökmdə qeyd etməklə kifayətlənmiş, həmin şahidin ifadəsini hökmdə göstərməmişdir. Halbuki, adları çəkilən şəxslər məhkəm ə prosesində müxtəlif funksiyaları yerinə yetirdiyindən, onlara ünvanlanmış sualların müxtəlifliyini nəzərə alaraq, onların eyni məzmunlu ifadə verməsi ümumiyyətlə mümkün ola bilməzdi. Göründüyü kimi, məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlərdən X15in (müstəntiq), X13ün (konvoy rəisi) və X21in ifadələri ümumiyyətlə hökmdə göstərilmədiyi halda, digər şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin təqsirləndirilən şəxslərin təqsirsizliyini təsdiq edən hissəsi məhkəmənin 08.08.2018-ci il tarixli hökmündə göstərilməyib. Apellyasiya məhkəməsi də buna əhəmiyyət verməmişdir. Baxmayaraq ki, adıçəkilən şahidlərin ifadələri təhrif olunmuş şəkildə olsa belə məhkəmə iclas protokollarıda öz əksini tapmışdır. Şahid ifadələrindəki aşağı ziddiyyətli məqamlar daha çox özünü göstərmişdir. Belə ki: 1) Şahidlər məhkəmə istintaqı zalında kimlərin olması barədə fərqli ifadə vermişlər. Şahidlər X15, X13, X14 ifadələrində vəkil X12nin məhkəmə iclas zalında olmasını xatırlamadıqlarını, məhkəmə icraçılarını zalda görmədiklərini göstərmişlər. Məhkum edilmiş şəxslər və şahid X18 də ifadələrində məhkəmə icraçıların iclas zalına hadisədən xeyli müddət sonra gəldiyini, vəkil X12ni isə məhkəmədən çıxarkən gördüklərini qeyd etmişlər. 2) Şahidlərdən X15, X13, X14 və X12 məhkum edilmiş şəxslərin hələ hakimin iclasın başlamasını elan etməmişdən əvvəl məhkəmə iclas zalında olduğunu, iclas zalından çıxmadıqlarını göstərmişlər. Şahid X12 də təqsirləndirilən şəxslərin iclas zalını tərk etmədiklərinə görə, ümumiyyətlə iclas başlayan kimi hakim tərəfindən təxirə salındığını ifadəsində göstərmişdir. 3) X6, X13, X14, həmçinin məhkum edilmiş şəxs Məhkum1 məhkəmədə verdikləri ifadələrində hakim X19in CM-nın 182.1-ci maddəsi ilə təqsirləndirilən X10 barədə həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatın təmin olunmaması barədə qərarı elan etdikdən sonra X18in narazıçılıq etdiyini, özündən gedib yerə yıxıldığını, yalnız bundan sonra məhkum edilmiş şəxslərin məhkəmə iclas zalına daxil olduqlarını göstərmişlər. Bu hal da onu göstərir ki, məhkum edilmiş şəxslər qapalı məhkəmə prosesinə deyil, artıq başa çatmış məhkəmə iclasından sonra zala daxil olmuşlar. 4) Şahidlərdən X20, X22, X8, X9 və X11 məhkum edilmiş şəxslərin zərərçəkmiş şəxs X10un ünvanına nalayiq, təhqiredici ifadələr işlətdiyini göstərsə də, konkret olaraq kimin, hansı ifadəni işlətdiyini göstərə bilməmişlərr. Baxmayaraq ki, həmin şəxslər ibtidai istintaq zamanı kimin hansı ifadə işlətdiyini dəqiqliklə göstərə bilmişlər. Şahid X12 isə məhkum edilmiş şəxslərin yalnız “vicdansız” ifadəsini işlətdiklərini, başqa təhqiramiz ifadə işlətmələrini eşitmədiyini göstərmişdir. X17 və X18 isə məhkum edilmiş şəxslərin məhkəmədə işlətdikləri nalayiq ifadələri məhkəmə iclasında səsləndirməyə tərbiyələrinin yol vermədiyini bildirməklə ifadə verməkdən yayınmışlar. 5) İş üzrə şahid qismində dindirilmiş X23 cinayət işində adı həmin gün İmişli rayon məhkəməsində növbətçi kimi göstərilən icra məmuru X8in saat 19:00 radələrində məhkəmə işçisi X23ün maşınında məhkəməyə sonradan gətirildiyini gördüyünü, bu zaman adıçəkilən şahidin mülki formada olduğunu göstərdiyi halda, X8in iş yoldaşı digər şahid X9 isə ifadəsində X8in və X11in xidməti formada olduğu göstərilməklə yanaşı X8un həmin günü əvvəlcədən məhkəmədə olduğu bildirilmişdir. X11 isə X8in və X9un xidməti formada, özünün isə mülki formada olduğunu göstərmişdir. 6) Məhkəmənin sədri X19un istintaq orqanına göndərdiyi 09 yanvar 2018-ci il tarixli məktubunda İmişli rayon məhkəməsindəki müşahidə kameralarının işlədiyini, lakin video görüntülərin yalnız 26 gün saxladığını, bundan sonra videogörüntülərin pozulduğunu göstərdiyi halda, 06 dekabr 2017-ci il tarixdə X10 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məsələyə baxarkən məhkəmə iclas zalında katib olmuş, iş üzrə şahid X20 ifadəsində ümumiyyətlə məhkəmədə kameraların işləmədiyini göstərmişdir. Məhkəmədə ifadə vermiş digər şahidX19in köməkçisi X22 da məhkəmədəki kameraların işləmədiyini bildirmişdir. 7) Şahid X18 və məhkum edilmiş şəxslər 06 dekabr 2017-ci il tarixdə tərtib edilmiş AKT-ın harada və nə vaxt və kim tərəfindən tərtib olunması barədə xəbərdar olmadıqlarını göstərsələr də, şahidlərdən X22 AKT-ın növbətçi X8 tərəfindən tərtib olunduğunu bildirmiş, X8 isə ibtidai istintaqda aktın özü tərəfindən tərtib olunduğunu göstərsə də, məhkəmə istintaqı zamanı aktın X9 tərəfindən tərtib olunduğunu, özünün isə onu imzaladığını göstərmişdir. X9 isə nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı Akt-ın onun tərəfindən tərtib olunduğunu göstərməyib, şahid X15, X25 isə aktın məzmunu və kim tərəfindən və harada tərtib olunması barədə xəbərdar olmadıqlarını bildirsələr də, onu imzaladıqlarını bildirmişlər. Zərərçəkmiş şəxs X10 da aktın kim tərəfindən tərtib olunduğunu göstərə bilməmişdir. 8 ) X18 istisna olmaqla iş üzrə ifadə vermiş şahidlərin hamısı hüquq- mühafizə orqanlarının əməkdaşları olmuşlar. Həmin şahidlər İmişli məhkəməsinin sədriX19in bilavasitə rəhbərliyi altında və yaxud bu və ya digər dərəcədə ondan xidməti vəzifələrinə görə asılı vəziyyətdəki şəxslər olmuşlar.X19 məhkəmə sədri kimi onların fəaliyyətinin qiymətləndirilməsi ilə əlaqədar müvafiq qurumlar qarşısında təqdimatla çıxış etmək səlahiyyətinə malik olan vəzifəsi şəxs olduğundan, şahidlərin onun icazəsi olmadan obyektiv ifadə verməsi də qeyri- mümkün hesab edilməlidir. Çünki, X23 hələ məhkəmə iclasından əvvəl görüşərək, X10u həbs etmək niyyətinin olmamasını Məhkum1ə çatdırmışdır. Həmin şəxsin X10u müdafiə etməsi xidməti baxımdan ondan bilavasitə və dolayısı ilə asılı olan şəxslərin obyektiv ifadə verəcəyi də gözlənilən deyildi. 9) Məhkəmə icraçısı X8 məhkəmə iclas zalında qarışıqlıq baş verdikdən sonra məhkəmə binasının dəhlizində olan X9 və X10u çağırdığını ifadəsində göstərsə də, X9 ifadəsində səs küy olan zaman dəftərxanada olduğunu, digər şahid X11 isə dəhlizdə olduğunu və təqsirləndirilən şəxslərin zala necə daxil olduğunu gördüyünü ifadəsində göstərmişdir. 10) X8 məhkəmə iclasının başlayan kimi bitdiyini, zərərçəkmiş şəxs 10 dəqiqə davam etdiyini, sonra təxirə salındığını, X14 və X15 isə 15-20 dəqiqə, X20nin 30 dəqiqə davam etməsi barədə ziddiyyətli ifadələri və s. həmin günü məhkəmə iclas katibi olmuş X20nin A4 formatlı kağızda tərtib etdiyi 4 səhifəlik məhkəmə iclas protokolunun işin materiallarında olması ilə təkzib edilir. Yuxanda qeyd edilənlər onu göstərir ki, cinayət işinin f aktiki halları istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən saxtalaşdırılaraq, düzgün qiymətləndirilməmiş, nəticədə təqsirləndirilən şəxslərə CM-ın 289.1-ci maddəsi ilə əsassız ittiham elan edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və b u Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələrin iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması, məhkəmələrin təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etməsi, sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 144cü maddəsinə əsasən c inayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum1 və Məhkum2 təqsirli bilərkən zərərçəkmiş şəxs X10un ifadəsi ilə yanaşı şahidlərin ifadələrinə və işin digər materiallarına istinad etdiyini göstərmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, təqsirləndirilən şəxs Məhkum1 Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 dekabr 2017c il tarixdə X11 barəsində Azərbaycan Respublikası CM-n in 182.1-ci maddəsi ilə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata qapalı məhkəmə iclasında hakimX19 tərəfindən baxılması üçün məhkəmə iclasına polisin X7 adlı müstəntiqi tərəfindən dəvət olunmuşlar. Müstəntiqin dediyinə görə həmin iş üzrə zərərçəkmiş şəxs Məhkum2 ilə bacısı X18 olduğundan, onlar hamısı məhkəmənin inzibati binasına birlikdə daxil olsalar da, özü iclas zalına tərəf getməmiş, məhkəmə işçisi X22 onlarla görüşdükdən sonra bacısı oğlu Məhkum2 və bacısı X18nı məhkəmə iclas zalına müşayiət etmişdir. Özü isə həyətdə siqaret çəkib yenidən məhkəmənin inzibati binasına daxil olmuş, bacısı oğlu X15in məhkəmə iclas zalının qarşısında dayandığını görmüş, ondan nə səbəbə zalda olmadığını soruşanda X15in ona hakimin onu zaldan çıxardığını demişdir. Onlar birlikdə iclas zalının qapısı ağzında gözləməyə başlamış, həmin zaman məhkəmə iclas zalının qapıları açıq olduğundan içəridə baş verən hər şey görsəndiyindən, məhkəmə iclas zalında hakimX19in bacısı X18 ilə mübahisə etməyə, onun üzərinə səsini yüksəltməyə başladığını, hətta ona qarşı kobud ifadələr işlətməyə başladığını görmüşdür. Bacısı ilə hakim arasında mübahisə yaranmış, X18in halının pisləşməsindən narahat olub məhkəmə iclas zalına Məhkum2 ilə birlikdə daxil olmuşlar. Bacısı X11i çölə çıxarmaq istədiklərində, hakimX19 onları çölə buraxmamaq barədə öz işçilərinə göstəriş vermiş, onları kobud formada cəzalandıracağını bildirmişdir. Bir müddət zalda oturub gözləmiş, hakimX19 həmin müddətdə bir neçə dəfə məhkəmə iclas zalını tərk edib sonra geri qayıtmışdır. Sonuncu dəfə hakimX19 məhkəmə iclas zalına daxil o laraq onları buraxacağını bildirmişdir. Özü isə buna cavabda proses zamanı səslərini qaldırdıqlarına və mübahisədə iştirak etdiklərinə görə hakimdən və proses iştirakçılarından üzr istəmişdir. Onlar zalı tərk etməyə hazırlaşdıqda hakimX19 səhəri gün saat 11-də gəlməli olduqlarını onlara bildirmişdir. Məhkəmə prosesi zamanı heç kimə qarşı təhqir məzmunlu ifadələr işlətməmiş, hətta X10la dialoqa belə girməmiş, icra məmurları və müdafiəçin hadisə zamanı orada olmamış, onlar xeyli müddət sonra məhkəmənin inzibati binasına daxil olmuşlar, bunu da şahidlər görmüşlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, təqsirləndirilən şəxsMəhkum2 Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 dekabr 2017ci il tarixdə X11 barəsində Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata qapalı məhkəmə iclasında hakimX19 tərəfindən baxılarkən məhkəməyə xalası X18 ilə birlikdə gəlməsini ona polis müstəntiqi demişdir. Axşam saatlarında məhkəmənin inzibati binasına daxil olduqdan sonra orada mühafizəçilər hakim köməkçisi X22ini çağırmış, o da xalası ilə özünü məhkəmə iclas zalına qədər müşayiət etmiş, qapını döyərək hakimdən icazə alaraq onları məhkəmə zalına buraxmışdır. Zala daxil olduqdan sonra hakimX19un, X20nin, X10un, polis müstəntiqinin və konvoy polislərinin orada olduğunu görmüşdür. Xalası ilə məhkəmə iclas zalına daxil olduqları zaman hakimX19 ona müraciətdə kobud formada, əsəbi şəkildə “sən nə gəzirsən burda” ifadəsin i işlətmişdir. Özü isə hakimə zərərçəkmiş şəxs olduğunu bildirmiş, hakimX19 isə kobud formada ondan məhkəmə zalını tərk etməsini tələb etmişdir. Bundan sonra dayısı Məhkum1la məhkəmə zalının açıq olan qapısı qarşısında gözləməyə başlamış, qapı açıq olduğu üçün içəridə baş verənləri rahatlıqla görə bilmişlər. HakimX19 xalası X5in ifadəsini alan zaman onların arasında mübahisə yaşanmış, hər iki tərəf səsini qaldırmış, hakim əlini kürsüyə vuraraq xalasının üstünə səsini ucaltmış, bu zaman onunla dayısı Məhkum1 zala daxil olmuş, içəri girdikləri zaman xalasının özündən getdiyini görmüşlər. Hakim kobud formada onlardan zalı tərk etmələrini tələb etmiş, onlar xalasına kömək etmək üçün içəri daxil olduqlarını hakimə desələr də,X19 buna məhəl qoymaraq onlara və xalası X18ə qarşı kobud ifadələr işl ətmiş, daha sonra öz işçilərinə qapını bağlamağı tapşırmış, onları kobud formada cəzalandıracağını bildirmişdir. Məhkəmə zalında saxlandıqları zaman hakimX19 bir neçə dəfə zalı tərk edərək geri qayıtmışdır. Bir müddət sonra icra məmurları X8 və X11 məhkəmə iclas zalına daxil olmuş, hakimX19 növbəti dəfə zala qayıtdıqda onları buraxacağını, məhkəmə prosesinin növbəti günə təxirə salındığını bildirmişdir. Onlar bu hadisədən sonra Hakim X19dan və məhkəmə prosesi iştirakçılarından səslərini qaldırdıqlarına, mübahisə etdiklərinə görə üzr istəmişlər. Səhəri gün gəldikdə isə 2-3 dəqiqəlik məhkəmə prosesi olmuş, onlara çıxıb getmələrini demişlər. Məhkəmə prosesi zamanı heç kimə qarşı təhqir məzmunlu ifadələr işlətməmiş, hətta X10la dialoqa belə girməmiş, icra məmurları və müdafiəçin hadisə zamanı orada olmamış, onlar xeyli müddət sonra məhkəmənin inzibati binasına daxil olmuşlar, bunu da şahidlər görmüşlər. İşdən görünür ki, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 ibtidai istintaq zamanı dindirilərkən də özlərini təqsirli bilməyərək eyni məzmunlu ifadələr vermişlər. Lakin birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi üçün verdiyi ifadələri tədqiq etməmiş, onların irəli sürdükləri dəlillərin sübut kimi qəbul etməməsinin səbəblərini göstərməmiş, nə üçün təqsirləndirilən şəxslərin ifadələrini qəbul etməməsini, onlara qarşı verilmiş ifadələri isə sübut kimi qəbul etməsini əsaslandırmamışdır. Birinci instansiya məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X14 ifadəsində 06 dekabr 2017-ci il tarixdə X11 barəsində C M-nin 182.1-ci maddəsi ilə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata qapalı məhkəmə iclasında hakim X19 tərəfindən baxıldığı zaman özünün həmin iş üzrə zərərçəkmiş şəxs kimi tanındığı üçün məhkəmə prosesində iştirak etdiyini, prosesə məhkəmə tərəfindən dəvət edildiyini, bacısı oğlu Məhkum2ilə məhkəmə iclas zalına daxil olduqlarını, həmin vaxt hakim X19un onlara müraciət edərək kim olduqlarını soruşduğunu, onların da zərərçəkmiş şəxslər olduqlarını dediklərini, bu zaman hakim X13 kobud formada zalı tərk etməsini tələb etdiyini, X15in də məhkəmə iclas zalını tərk etdiyini, daha sonra proses zamanı hakim X19un onun ifadəsini kobud formada səsini ona ucaldaraq aldığını, həyəcanlanıb özünü itirdiyini, həmin vaxt oturduğu stuldan yerə yıxıldığını, bu zaman bacısı oğlu Məhkum2 və q ardaşı Məhkum1 icazəsiz iclas zalına daxil olduqlarını, hakim X19un onlardan zaldan çıxmalarını tələb etdiyini, daha sora öz işçilərinə kobud formada onları buraxmamağı tapşırdığını, məhkəmə prosesinin də səhəri günə təxirə salındığını bildirmişdir. Bundan əlavə, işdən görünür ki, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrində də bir sıra ziddiyyətlər olmasına baxmayaraq məhkəmə bu ziddiyyətləri aradan qaldırmağa səy göstərməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarından görünür ki, müdafiə tərəfi bir sıra vəsatətlər vermiş, lakin həmin vəsatətlər ya qismən təmi n edilmiş, yaxud da rədd edilmişdir. Belə ki, müdafiə tərəfi məhkəmə iclas zalında quraşdırılmış müşahidə kameralarına baxış keçirilməsi barədə vəsatət təmin edilməmişdir. Halbuki, müşahidə kame ralarındakı vidogörüntülər, həm ittiham tərəfi üçün cinayətin sübutu kimi, həm də müdafiə tərəfi üçün təqsirsizlik məsələsinin aydınlaşdırıması üçün vacib sübut kimi qiymətləndirilməsində mühüm əhəmiyyətə malik olardı. Bundan əlavə, müdafiə tərəfi ittihamın yazılı sübutu olan 6 dekabr 2017-ci il tarixli aktda (cild 1, səh.7) qeyd edilənləri mübahisələndirmiş, həmin aktı imzalamış X8in, X9un, X11in və X12nin hadisə vaxtı İmişli rayon məhkəməsində olub-olmadıqlarını müəyyən etmək üçün həmin şəxslərin istifadəsində olan telefon nömrələrinin anten dairələrini müəyyən etmək üçün müvafiq operatorlara sorğu göndərilməsi barədə vəsatət qaldırmış, lakin bu vəsatət də təmin edilməmişdir. Bundan başqa, hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, təqsirlənd irilən şəxslərin barəsində bəraət hökmünün çıxarılamısını xahiş etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətləri üzrə işə qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsinə baxmayaraq apellyasiya şikayətinin dəlillərini araşdırmamış, müdafiə tərəfinin qaldırdığı vəsatətləri təmin etməmiş, apellyasiya şikayəti dəlillərinin əsassız olması barədə gəldiyi nəticəni əsaslandırmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi qanunvericiliklə üzərinə qoyulmuş vəzifəni layiqincə yerinə yetirməmişdir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddə sində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. X26 qarşı işdə Avropa Məhkəməsi qeyd edir ki, apellyasiya instansiya baxışı faktları müəyyən etmədən keçirməsi təqsirləndirilən şəxslərin müdafiəsinə ziddir. Əgər şəxs əməldə təqsirli olmadığını bildirirsə və buna dair arqumentlər irəli sürürsə apellyasiya məhkəməsinin vəzifəsidir ki, həmin halları araşdırsın və şəxsin əsassız məhkum edilməsinin qarşısını alsın. Apellyasiya Məhkəməsinin şəxsin təqsirsizliyinə dəlalət edən halları araşdırmaması ədalətli mühakimə olunmaq hüququnu pozmaqla yanaşı apellyasiya instansiyasını səmərəsiz edir. Müdafiə tərəfi hesab edir ki, apellyasiya instansiya məhkəməsində olan icraat səmərəsiz olmuş və şəxsin ədalətli məhkəmə araşdırması hüququnu pozulması ilə nəticələnmişdir. Müdafiə tərəfinin qaldırdığı məsələlərə apellyasiya məhkəməsi tərəfindən cavab verilməmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəld iyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təf sir edilir. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 289.1-ci maddəsi ilə verilmiş ittiham üzrə hökm çıxararkən sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşması barədə mövqeyini kifayət qədər əsaslandırmamışdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəməl ərin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərar larının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, işə baxan məhkəmələr cinayətmühakimə icraatının CPM-də təsbit olunmuş vəzifəsini lazımınca yerinə yetirməmişlər. Bu isə onu deməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən, CPM-in 416.0.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmişdir. Beləliklə, mübahisələndirilən apellyasiya icraatı Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin təsbit etdiyi ədalətli məhkəmə araşdırması konsepsiyasının tələblərinə cavab vermədiyindən apellyasiya in stansiyası məhkəməsinin qərarı ləğv edilməklə, məhkəmə baxışı artıq cinayət-prosessual qanunun 19.4-cü maddəsinin, Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin “d” yarımbəndinin tələbləri gözlənilməklə yenidən həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına qtəyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.0.1 və 419.10.2-ci maddələrini rəhbər tutar aq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2018-ci il tarixli məhkumlar Məhkum1 və Məhkum2 barəsindəki qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin.