Məhkəmə qərarları › İş №1(102)-629/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-629/2020

18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-629/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Məmmədov Araz Çingiz oğlunun iştirakları ilə xx xxxxxx 1965-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olmamış, “xxxx” firmasının direktoru işləyən, ünvan 1 ü nvanında qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçıları tərəfindən verilmiş kassasiya protesti və kassasiya protestinə edilmiş dəyişikliyə və mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin birinci müavini X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ş.Həsənova) Məhkum CM-in 213.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbə r və maddi-məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə, şərti olaraq tətbiq edilmiş, verilmiş mülki iddia qismən təmin edilərək, 56.339,52 manatın Məhkum tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, mülki iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.N.Bayramov (sədrlik edən), Ə.İ.Qasımov və N.E.Məmmədov) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Nə simi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 3irmasının (VÖEN:**********) direktoru və rəhbəri olarkən, həmin firmanın nizamnaməsində-nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirərək, əmlakının, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müv afiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 104, 105.1, 130.1, 130.2, 149, 155, 157.3.2, 159.1, 173, 174, 218, 219, 220.1, 221.2 və 221.3- cü maddələrinin tələblərini pozaraq, firmanın qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, xx.xx.2012-xx.xx.2015-ci illər üzrə ümumilikdə 56.339,52 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür, ona görə ki, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində vergi ödəyicisi kimi qeyd iyyata alınmış, hüquqi ünvanı ünvan 3irmasının (VÖEN:**********) direktoru və rəhbəri olarkən, həmin firmanın nizamnaməsində nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirərək, əmlakının, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 104, 105.1, 130.1, 130.2, 149, 155, 157.3.2, 159.1, 173, 174, 218, 219, 220.1, 221.2 və 221.3cü maddələr inin tələblərini pozaraq, firmanın qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, 2012-2014-cü illər üzrə ümumilikdə külli miqdar təşkil edən 153.160,15 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya protesti və ona edilmiş dəyişikliyin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, məhkəmələr nəzərə almamışlar ki, istintaq orqanı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı ibtidai araşdırma vaxtı həyata keçirilmiş səyyar vergi yoxlaması aktı, maliy yə sənədləri nəzərə alınmaqla tərtib edilmiş xx.xx.2016cı il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə əsaslandırmışdır. Həmin rəydə Məhkum 153.160,15 manat məbləğində verginin dövlət büdcəsinə ödənilməsindən yayınması göstərilmişdir. Məhkum CM-nin 213.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi qeyd olunan rəylə yanaşı, mülki iddiaçının nümayəndəsinin, şahidlərin ifadələri və digər toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Dövlət ittihamçısı hesab edir ki, məhkəmələr həmin sübutlara qiymət verməmiş və əsassız nəticəyə gəlmişlər. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə dəyişiklikdə də Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı həmçinin qeyd edir ki, iş üzrə ziddiyyətlər məhz birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi zamanı yaranmasına baxmayaraq, onların aradan qaldırılaraq, sübutlara düzgün hüquqi qiymət verilməsini məhkəmələr təmin etməmiş, məhkəmə baxışı zamanı təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizsının rəylərini və təqsirləndirilən şəxsin ziddiyyətli ifadələrini sübut kimi qəbul etməklə CPM-nin 33-cü maddəsinə əsasən cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini pozmuşdur. Həmçinin qeyd edilmişdir ki, xx xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanunun 1.44.3-cü maddəsinə görə, “Qeyd” hissəsində “iyirmi min manatdan yuxa rı, lakin yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə” sözləri “əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki” sözləri ilə əvəz edilmişdir. İttihama əsasən, Məhkum elan edilmiş ittiham üzrə yayındırılmış vergilərin məbləği yəni, 153160,15 manat hazırda xeyli miqdar təşkil edir, Məhkum əməli CM-nin 213.1-ci maddəsi ilə cinayət məsuliyyəti yaratdığından onun barəsində cinayət təqibi həmin maddə ilə davam etdirilməlidir. Kassasiya şikayətinin dəlilləri: Mülki iddiaçı, Bakı şəhər Lokal Gəlirlər İdarəsinin rəisinin birinci müavini tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, verilmiş mülki iddianın tam, yəni 153.160,15 manat məbləğində təmin edilməsi barədə qərar qəbul olunması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmələrin sübut kimi qəbul etdiyi məhkəməmühasibatlıq ekspertizasının xx xxxx 2017-ci il tarixli 100 nömrəli, xx xxxxxx 2017-ci il tarixli 19964 nömrəli və xx xxxxxxxx 2019-cu il tarixli 8047 nömrəli rəyləri əsassızdır. Belə ki, məhkəmənin istinad etdiyi məhkəmə mühasibatlıq ekspertizasının sonuncu rəyində vergilərin məbləğinin azaldılmasının səbəbi Vergilər Məcəlləsinin 155.1-ci maddəsinə xx xxxxxxx 2015-ci il tarixli 1384-İVQD nömrəli Qanunla edilən dəyişikliyə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcminin 120.000 manatdan 200.000 manatadək qaldırılmasına istinad edilməsi olmuşdur. Mülki iddiaçı hesab edir ki, ”Azərbaycan Respublikası Vergilər Məcə lləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2015-ci il tarixli 1384-İVQD nömrəli Qanunu xx xxxxxx 2016-cı il tarixdən qüvvəyə minmişdir və və həmin tarixdən sonra yaranan münasibətlərə tətbiq edilir. Həmin Qanunun geriyə qüvvəsi və yüngülləşdirici halın tətbiqi ilə heç bir müddəa nəzərdə tutulmamışdır. Ona görə də Məhkum direktoru və rəhbəri olduğu “xxxx” firmasının vergi borcları hesablanarkən həmin firmanın fəaliyyətinin yoxlandığı dövrdə qüvvədə olan vergi qanunvericiliyi tətbiq olunmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsi barədə mülki iddiaçının nümayəndəsi A.Məmmədov və dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti, kassasiya protesti və ona edilmiş dəyişiklik təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin d eyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində mülki iddiaçı verilmiş mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş edirlər. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya müraciətlərində məhkəməmühasibatlıq ekspertizsının rəylərinə, məhkumun ziddiyyətli ifadələrinə və sübutlara düzgün hüquqi qiymət verilməs inin təmin edilməsi məqsədi ilə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Məhkəmə kollegiyası mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və ona edilmiş dəyişiklikdə əks edilmiş dəlilləri əsassız hesab edir və öz mövqeyini əsaslandırmaq üçün aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki iddiaçının kassasiya şikayətində irəli sürdüyü dəlillər, onun apellyasiya şikayətinin dəlillərinin təkrarıdır və apellyasiya məhkəməsinin qərarında həmin dəlillərə əsaslandırılmış cavablar verilmişdir. Apellyasiya məhkəməsinin qərarını əsaslı hesab edən, protestdə və şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməs i işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. İş materiallarına əlavə edilmiş “xxxx” firmasının təsisçiləri M.Q.Allahverdiyev və V.B.Əsgərov tərəfindən verilən 1 nömrəli, xx.xx.2 010-cu il tarixli əmrdən görünür ki, Məhkum xx.xx.2010-cu il tarixdən “xxxx” firmasının direktoru vəzifəsinə təyin edilmişdir (cild 1, i/v 157) İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Audit İdarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi X11 tərəfindən tərtib olunan xx.xx.2015-ci il tarixli, **********875483 saylı səyyar vergi yoxlaması aktdan görünür ki, “xxxx” Firmasında xx.xx.2012 - xx.xx.2015-ci illər üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlaması nəticəsində mənfəət vergisinin 24.716,3 manat, sadələşdirilmiş verginin 5310,15 və ƏDV-nin 133.467,97 manat bəyannamə təqdim etməməklə yayındırılması müəyyən edilmişdir. Yoxlama ilə mənfəət vergisinin 24716,3 manat azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında 12.358,16 manat, sadələşdirilmiş verginin 6278,15 manat məbləğində azaldılmasına və 968,0 manat artıq hesablanmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında, yəni 3139,08 manat və ƏDV-nin 133467,97 manat məbləğində azaldılmasına görə Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən 50% miqdarında, yəni 66.733,99 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Eyni zamanda vergi hesabatını və arayışı əsas olmadan müəyyən edilən müddətlərdə təqdim etmədiyinə görə müəssisəyə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 1360,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur (cild 3, i/v 8-28). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2016-cı il tari xli, 266 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, “xxxx” firması üzrə xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrdə görülmüş işlərə görə 153.160,15 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən olunur. O cümlədən, sadələşdirilmiş vergi üzrə 8246,21 manat, ƏDV üzrə 122.271,13 manat və mənfəət vergisi üzrə 22.642,81 manat. Tədqiqat nəticəsində “xxxx” firması üzrə növbədənkənar səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə vergi orqanına təqdim olunmuş bəyannamələrdə vergilərin az göstərilməsi yolu ilə Vergi Məcəlləsinin 16.1.1, 82.1 və 88-ci maddələrinin tələblərinin pozulması müəyyən edilmişdir (cild 3, i/v 59-64). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2017-ci il tarixli, 100 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “xxxx” firması üzrə xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrdə görülmüş işlərə görə 153.160,15 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması (məcburu ƏDV öhdəliyi nəzərə alındığı təqdirdə) müəyyən olunur, o cümlədən: sadələşdirilmiş vergi üzrə 8.246,21 manat; ƏDV üzrə 122.271,13 manat; Mənfəət vergisi üzrə 22.642,81 manat. Qeyd edilir ki, səyyar vergi yoxlaması aktının nəticələri ilə hazırkı ekspertizanın nəticələri arasında fərq vardır. Həmin fərqin yaranma səbəbi rəyin tədqiqi hissəsində ətraflı şərh edilmişdir. Göstərilənlərdən əlavə ekspert qeyd edir ki, Vergi Məcəlləsinin 155.1, 218 və 220-ci maddələrinə edilmi ş dəyişikliklərə əsasən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200.000,00 manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilmişdir. Qeyd edilir ki, Vergi Məcəlləsinin 155.1, 218 və 220-ci maddələrinə edilmiş dəyişikliklər nəzərə alındıqda isə dövlət büdcəsinə ödənilməli olan vergilər aşağıdakı kimi müəyyən olunur. Yuxarıda da qeyd edildiyi kimi, müəssisənin hesablaşma hesabına daxil olan pul vəsaiti ümumilikdə xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üzrə 801.555,24 manat məbləğində olmuşdur. Vergi Məcəlləsinin 155.1, 218 və 220-ci maddələrinə edilmiş dəyişikliklərə əsasən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsinin 200.000,00 manat məbləğdən artıq olan hissəsi, yəni 801.555,24 manat məbləğində satış dövriyyəsi vergiyə cəlb olunmaqla 6 faiz dərəcəsi ilə 48.093,31 manat məbləğində sadələşdirilmiş vergi hesablanır. Yəni Vergi Məcəlləsinin 155.1, 218 və 220-ci maddələrinə edilmiş dəyişikliklərə əsasən yəni ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200.000,00 manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edildiyi halda dövlət büdcəsinə ödənilməli olan sadələşdirilmiş verginin 56.339,52 (8.246,21+48.093,31) manat məbləğində az hesablanması müəyyən edilir (cild 3, i/v 188-193). İş materiallarına əlavə olunmuş Azərbaycan Res publikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli, 19964 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, xx.xx.2012-ci il tarixdə xx.xx.2015-ci il tarixədək olan dövr üzrə “xxxx” firması tərəfindən aparılmış əməliyyatlara görə 153.160,15 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması (məcburu ƏDV öhdəliyi nəzərə alındığı təqdirdə) müəyyən olunur, o cümlədən: sadələşdirilmiş vergi üzrə 8246,21 manat, 122.271,13 manat, mənfəət vergisi 22642,81 manat. Qeyd edilir ki, səyyar vergi yoxlaması aktının nəticələri ilə hazırkı ekspertizanın nəticələri arasında fərq vardır. Həmin fərqin yaranma səbəbi rəyin tədqiqi hissəsində ətraflı şərh edilmişdir. Göstərilənlərdən əlavə ekspert qey d edir ki, Vergi Məcəlləsinin 155.1, 218 və 220-ci maddələrinə edilmiş dəyişikliklərə əsasən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200.000,00 manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilmişdir. Qeyd edilir ki, Vergi Məcəlləsinin 155.1, 218 və 220-ci maddələrinə edilmiş dəyişikliklər nəzərə alındıqda isə dövlət büdcəsinə ödənilməli olan vergilər aşağıdakı kimi, müəyyən olunur. Yuxarıda da qeyd edildiyi kimi, müəssisənin hesablaşma hesabına daxil olan pul vəsaiti ümumilikdə xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üzrə 801555,24 manat məbləğində olmuşdur. Vergi Məcəlləsinin 155.1, 218 və 220-ci maddələrinə edilmiş d əyişikliklərə əsasən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsinin 200.000,00 manat məbləğdən artıq olan hissəsi yəni 801.555,24 manat məbləğində satış dövriyyəsi vergiyə cəlb olunmaqla 6 faiz dərəcəsi ilə 48.093,31 manat məbləğində sadələşdirilmiş vergi hesablanır. Yəni Vergi Məcəlləsinin 155.1, 218 və 220-ci maddələrinə edilmiş dəyişikliklərə əsasən yəni ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200.000,00 manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edildiyi halda dövlət büdcəsinə ödənilməli olan sadələşdirilmiş verginin 56.339,52 (8.246,21+48.093,31) manat məbləğində az hesablanması müəyyən olunur. Birinci instansiya məhkəməsində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X6 verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli, 19964 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi onun və mərkəzin eksperti X2 tərəfindən verilmişdir. Ekspertizaya cinayət işinin materailları təqdim edilmişdir. Həmin materiallar tərəflərindən tədqiq edilmiş və xx.xx.2012-ci il tarixdə xx.xx.2015-ci il tarixədək olan dövr üzrə “xxxx” firması tərəfindən aparılmış əməliyyatlara görə 153.160,15 manat məbləğində vergilərin, yəni sadələşdirilmiş vergi üzrə 8246,21 manat, 122271,13 manat, mənfəət vergisi 22642,81 manatın dövlət büdcəsinə az hesablanması (məcburu ƏDV öhdəliyi nəzərə alındığı təqdirdə) müəyyən edilmişdir. İşdə olan səyyar vergi yoxlaması aktının nəticələri ilə hazırkı ekspertizanın nəticələri arasında fərq vardır. Həmin fərqin yaranma səbəbi hazırki ekspertiza zamanı vergilərin “Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli, 1384-İVQD nömrəli Qanununun tələbləri nəzərə alınmaqla hesablanmasından ibarət olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsində dəyişiklik edilərək xx.xx.2016-cı il tarixdən vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyata dayanmaq öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120.000,0 manatdan 200.000,00 manatadək qaldırılmasının nəzərə alınmasından ibarət olmuşdur. Bundan əlavə Vergi Məcəlləsinin 155.1, 218 və 220-ci maddələrinə edilmiş dəyişikliklərə əsasən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200.000,00 manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilmişdir. Hazırki iş üzrə müəssisənin hesablaşma hesabına daxil olan pul vəsaiti ümumilikdə xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üzrə 801.555,24 manat məbləğində olmuşdur. Vergi Məcəlləsinin 155.1, 218 və 220-ci maddələrinə edilmiş dəyişikliklərə əsasən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200.000,00 manat məbləğindən artıq olan hissəsi, yəni 801.555,24 manat məbləğində satış dövriyyəsi vergiyə cəlb olunmaqla 6 faiz dərəcəsi ilə 48.093,31 ma nat məbləğində sadələşdirilmiş vergi hesablanır. Beləliklə Vergi Məcəlləsinin 155.1, 218 və 220-ci maddələrinə edilmiş dəyişikliklərə əsasən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200.000,00 manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edildiyi halda dövlət büdcəsinə ödənilməli sadələşdirilmiş verginin 56.339,52 (8.246,21+48.093,31) manat məbləğində az hesablanması müəyyən edilir. İş materiallarında olan apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 8047 nömrəli rəyində göstərilir ki, yoxlama ilə əhatə olunan dövrdə qüvvədə olan vergi qanunvericiliyinin müddəaları nəzərə a lınmaqla xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “xxxx” firması tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin məbləği xx.xx.2015-ci il tarixli, **********875483 saylı səyyar vergi yoxlaması aktında öz əksini tapmışdır. Həmin aktda yuxarıda da göstərildiyi kimi, yoxlamanın əhatə etdiyi dövrdə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 6.278,15 manat sadələşdirilmiş verginin, 133.467,97 manat ƏDV-nin, 24.716,30 manat məbləğində mənfəət vergisinin az hesablanması və 968,0 manat sadələşdirilmiş verginin artıq hesablanması faktı aşkar olunmuşdur. Bildirilir ki, yoxlama ilə əhatə olunan dövrdə qüvvədə olan vergi qanunvericiliyinin müddəaları (yəni “Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azər baycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384 1384-İVQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan) nəzərə alınmaqla hesablama aparıldıqda səyyar vergi yoxlaması ilə müəyyən olunmuş vergilərdə fərq müəyyən olunmur. Lakin yoxlama aktının tərtib olunduğu tarixədək “Azərbaycan Respublikası vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384 1384-İVQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinin bir sıra maddəsində dəyişiklik edilmişdir. İş materiallarından göründüyü kimi, həmin dəyişiklik istintaq orqanı tərəfindən nəzərə alınaraq dövlət büdcəsinə az hesablanmış verginin məbləği yoxlama ilə müəyyən olunmuş az hesablanmış verginin məbləğindən fərqli olmuşdur. Belə ki, yoxlama ilə ümumilikdə az hesablanmış verginin m əbləği 163494,42 manat məbləğində' istintaqla İsə 153160,15 manat məbləğində müəyyən olunmuşdur. Həmin dəyişiklik nəzərə alınmaqla xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üzrə “xxxx" firması tərəfindən aparılmış əməliyyatlara görə 153.160,15 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması (məcburu ƏDV öhdəliyi nəzərə alındığı təqdirdə) müəyyən olunur, o cümlədən: sadələşdirilmiş vergi üzrə ---------8.246,21 manat; ƏDV üzrə--------------------------- 122.271,13 manat; Mənfəət vergisi üzrə--------------- 22.642,81 manat. Göstərilənlərdən əlavə ekspertlər qeyd edirlər ki, “Azərbaycan Respublikası vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-İVQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinin 155.1, 21 8 və 220-ci maddələrinə edilmiş dəyişikliklərə əsasən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200000,0 manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilmişdir. Qeyd edilir ki, Vergi Məcəlləsinin 155.1, 218 və 220-ci maddələrinə edilmiş dəyişikliklər nəzərə alındıqda isə dövlət büdcəsinə ödənilməli olan vergilər aşağıdakı kimi, müəyyən olunur: Yuxarıda da qeyd edildiyi kimi, müəssisənin hesablaşma-hesabına daxil olan pul vəsaiti ümumilikdə xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üzrə 801.555,24 manat məbləğində olmuşdur. Vergi Məcəlləsinin 155.1, 218 və 220-ci maddələrinə edilmiş dəyişikliklərə əsasən ticarət və ictimai iaşə f əaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsinin 200.000,00 manat məbləğdən artıq olan hissəsi yəni 801.555,24 manat məbləğində satış dövriyyəsi vergiyə cəlb olunmaqla 6 faiz dərəcəsi ilə 48.093,31 manat məbləğində sadələşdirilmiş vergi hesablanır Yəni Vergi Məcəlləsinin 155.1, 218 və 220-ci maddələrinə edilmiş dəyişikliklərə əsasən yəni ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200.000,00 manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edildiyi halda dövlət büdcəsinə ödənilməli olan sadələşdirilmiş verginin 56.339,52 (8.246,21+48.093,31) manat məbləğində az hesablanması müəyyən olunur Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan R espublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tər əfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli qərarının 3-cü bəndində məhkəmələrin diqqəti ona cəlb edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, yəni fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini ardan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunvericliyin daha üstün hüquqi qüvvəyə malik olan normativ aktlarından göründüyü kimi, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və y a yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə də şamil edilir. Belə ki, cinayət işinin materialları ilə təsdiq olunur ki, Məhkum direktoru və rəhbəri olduğu “xxxx” firmasında keçirilmiş vergi yoxlamasının xx.xx.2012-ci il tarixdən xx.xx.2015ci il tarixədək olan dövrü əhatə etməsinə və yayındırılmış vergi məbləğləri həmin dövr üçün hesablanmasına baxmayaraq, barəsində hazırki cinayət işinin ibtidai istintaqı aparılan zamanı və ekspertiza rəyləri verilərkən “Azərbaycan Respublikası Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli, 1384-İVQD nömrəli Qanunu ilə Vergilər Məcəlləsində dəyişkiliklər edilmişdir ki (2016-cı ilin yanvarın 1-dən qüvvəyə minmişdir), ekspert rəy verərkən həmin dəyişkilikləri nəzərə almaqla haqlı olmuşdur və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli, 19964 nömrəli rəyinin mötəbərliyini şübhə altına almaq üçün hər hansı hal mövcüd deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri bilir ki, CPM-nin 409.5-ci maddəsinin tələblərinə müvafiq olaraq mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri hökmdən mülki iddiaya aid hissədə və yalnız birinci instansiya məhkəməsinə verilmiş tələblərə uyğun olaraq şikayət vermək hüququna malikdirlər. Bu isə o deməkdir ki, mülki iddiaçı öz kassasiya şikayətində iddia tələblərindən kənara çıxa bilməzlər, o cümlədən cinayət törətmiş şəxsin ittihamının həcmini mübahisələndirə bilməzlər. Odur ki, məhkəmə kollegiya sı cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan onların təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə və mülki iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar