Məhkəmə qərarları › İş №1(102)-629/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-629/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-629/2022 16.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Şahvələdov Ümid Nadir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7, Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə2 Şəmsəddin oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 178.3.2 və 320.2-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə2 Şəmsəddin oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər məhkəməsinin 12 iyul 2021-ci il tarixli hökmü ilə (hakimlər: Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, X10 və X8 ibarət tərkibdə ) xx xxxxxx 1964-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirli bilinmiş, müddətin keçməsi ilə bağlı Təqs irləndirilən şəxs Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cəza təyin edilməmiş, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 25 dekabr 2019-cu il tarixdən 27 dekabr 2019-cu il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il sınaq müddəti ilə şərti hesab edilmiş, sınaq müddətinin əvvə linin hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması hökm edilmiş, Zərərçəkmiş şəxs1 təqsirləndirilən Təqsirləndirilən şəxs barədə vermiş olduğu mülki iddiası baxılmamış saxlanılmış və ona həmin iddianı sonradan mülki-mühakimə icraatı qaydasında verə biləcəyinə dair hüququnun olması izah edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimlər X13 (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə) məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti və Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1 İnqlab oğlu, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 1( 100)-21/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə bəraət verilmiş və o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 etibarnamə əsasında satın aldığı 0.20 ha torpaq sahəsinə dair üç il müddətinə verilmiş və 24 fevral 2010-cu il tarixdə qüvvədən düşmüş 24 fevral 2007-ci il tarixli etibarnamənin əvəzinə həmin 0.20 ha torpaq sahəsinə dair yeni etibarnamə almaq adı ilə 07 oktyabr 2010-cu il tarixdə Zərərçəkmiş şəxs1 aldadaraq bütün əmlakını idarə etmək, üzərində sərəncam vermək və s. hüquqlara dair öz a dına ƏN-İ 178272 nömrəli etibarnamə almış, bundan sonra istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan şəxs tərəfindən hazırlanmış, daşınmaz əmlaka birgə mülkiyyət hüququ olan Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs1 adına olan Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşən 1,18 hektar torpaq sahəsinin satılmasına razılıq verilməsinə dair hüquq verən 24 fevral 2007-ci il tarixli saxta ərizəni əldə edib həmin etibarnamədən və saxta ərizədən, həmçinin həqiqiliyini yoxlatdırmaq üçün Şahid1 müvəqqəti olaraq 2009-cu ildə aldığı və özündə saxladığı Zərərçəkmiş şəxs1 adına Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşmiş, hazırda Gəncə şəhəri Nizami rayonu ərazisində yerləşən 1.10 ha torpaq sahəsinə dair 18.04.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli və 0.08 ha torpaq sahə sinə dair 18.04.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışlardan bilə-bilə istifadə etməklə 24.06.2011-ci il tarixdə Göygöl rayon dövlət notariat kontoruna təqdim edib orada Zərərçəkmiş şəxs1 nümayəndəsi kimi 16.05.2011 -ci il tarixdə AN-İ ******* və AN-İ ******* nömrəli alqı-satqı müqavilələri əsasında torpaq sahəsini anası X1 həmin hüquq verən saxta müqavilələri qanunsuz olaraq əldə edib, bilə-bilə həmin saxta alqı-satqı müqavilələrindən istifadə etməklə həmin saxta müqavilələri 24.06.2011-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə təqdim etməklə oradan Rəbiyyə Hüseynovanın adına 1.10 ha torpaq sahəsinə dair 24.06.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli və 0.08 ha torpaq sahəsin ə dair 24.06.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli saxta çıxarışları qanunsuz olaraq əldə edib ər-arvad olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus 1 sotunun dəyəri 1420 (min dörd yüz iyirmi) manat, ümumi dəyəri isə külli miqdar, yəni, 167560 (yüz altmış yeddi min beş yüz altmış) manat təşkil edən 1.10 ha və 0.08 ha torpaq sahələrinə dair əmlak hüququnu vahid niyətlə ələ keçirməklə dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və nümayəndəsi hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli hökmü qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilkin olaraq etibarnamə əsasında satılmış 20 sot və təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yol u ilə ələ keçirilmiş 0,10 ha və 0,08 ha torpaq sahələrinin tikinti və ya kənd təsərrüfatı təyinatlarına toxunsa da, hökmdə bununla bağlı fikrini dəqiqləşdirməmiş, nəticə olaraq nə demək istədiyini dəqiq olaraq qeyd etməmişdir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Şahid1 2007-ci il tarixdə 10000 (on min) manat pul verərək 20 sot tikinti və ya kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almış, 2009-cu ildə isə sənədlərin saxta olduğunu bəhanə edərək Şahid1 pulunu istəmişdir. Məhkəmə Kollegiyası və müdafiəçi təqsirləndirilən Təqsirləndirilən şəxs sözünü əsas götürərək hesab edirlər ki, Təqsirləndirilən şəxs Şahid1 pulunu geri ala bilmədiyi halda tikinti və kənd təsərrüfatı təyinatlı 1,18 ha torpaq sahəsini guya əvəzli olaraq anasının adına keçirmişdir. Şahidləri n ifadələri, notarial müqavilələr, ekspertiza rəyi, hətda təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsi ilə təsdiq olunur ki, 2009-cu ildə həmin ərazidə təyinatından asılı olmayaraq 1 sot torpaq sahəsinin real bazar dəyəri ən azı 1000 (bir min) manat olmuşdur. Təqsirləndirilən şəxs Şahid1 verdiyi 10000 (on min) manatın əvəzində ən azı 118000 (yüz on səkkiz min) manat dəyərində torpağı anasının adına keçirir. Həmçinin iş materiallarından göründüyü kimi Zərərçəkmiş şəxs1 adına sözü gedən ərazidə 2,20 ha torpaq sahəsi olmuşdur ki, həmin torpaq sahəsinin 20 sotu tikinti təyinatlı, 2 ha isə kənd təsərrüfatı təyinatlı olmuşdur. Həmin torpaq sahəsi hissələrə bölünüb satılarkən isə həm kənd təsərrüfatı təyinatlı, həm də tikinti təyinatlı torpaqdan satılmışdır ki, torpaq sahəsini alan şəxs digər t ikililərlə yanaşı yaşayış evi də tikə bilsin. Qüvvədə olan qanunvericiliyə görə kənd təsərrüfatı təyinatlı torpaqlarda ümumiyyətlə tikinti işlərinin aparılması qadağan edilməmiş və Şahid1 təqsirləndirilən Təqsirləndirilən şəxs satdığı 20 sot torpaq sahəsinin içərisində bir neçə sot tikinti təyinatlı torpaq sahəsi verdiyi halda Təqsirləndirilən şəxs həmin torpaq sahəsi içərisində yaşayış binaları da inşa edə biləcəkdir. İstintaq zamanı və məhkəmə iclasında dindirilmiş Gəncə şəhər 1 saylı Notarius Ofisinin müdiri Şahid3 ifadəsindən aydın olur ki, 07 oktyabr 2010-cu il tarixdə o, ofisdə olarkən Faiq türmədən ona zəng edərək anasının adından ona sənəd gətirəcək şəxsin adına ümumi etibarnamə verməsini, həmin etibarnaməyə isə anasının iş yerində qol çəkdirməsini xahiş etmişdir. O da Faiqin xahiş ini nəzərə alacağını bildirmişdir. Kassasiya şikayətində həmçinin göstərilir ki, hər hansı bir notarius səlahiyyətsiz şəxsin xahişi ilə şəxsin üzünü görmədən, fikrini öyrənmədən, hüquq və vəzifələrini, baş verə biləcək nəticələri izah etmədən Zərərçəkmiş şəxs1 adından sonuncunun bütün əmlakını idarə etmək, üzərində sərəncam vermək və s. hüquqlara dair etibarnaməni öz ofisində hazırlayırsa, deməli həmin notariusun fəaliyyəti tam qanunsuzdur. Bununla da, qanunsuz fəaliyyət göstərən notariusun ifadəsinin bir cümləsinin məhkəmə kollegiyası tərəfindən sübut növü kimi qəbul edilməsi, həmin sübuta əsaslanıb hökm qəbul etməsi ona gətirib çıxarır ki, həmin hökm özü-özlüyündə artıq açıq-aşkar qanunsuz, ədalətsiz və əsassızdır. Şahid1 20 sot torpağı tikinti üçün Təqsirləndirilən şəxs satarkən sonuncu nu aldatmamış, Şahid1 Təqsirləndirilən şəxs 10000 (on min) manat pulun əvəzində dəyəri 100000 manatdan çox olan torpaq sahəsini verməmişdir, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 adından saxta razılıq ərizəsini istintaqa məlum olmayan mənbədən əldə etmişdir, Təqsirləndirilən şəxs Şahid1 yalnız 20 sota dair etibarnamənin vaxtının bitdiyini bildirmiş, Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsi Təqsirləndirilən şəxs tərəfindən hansısa yolla əldə edilərək notariusa təqdim edilmiş, Təqsirləndirilən şəxs tərəfindən notariusa Zərərçəkmiş şəxs1 adından onun adına ümumi etibarnamə hazırlanması təklif edilmiş, 20 sota dair 2007-ci ildə verilmiş etibarnamənin vaxtının bitdiyini Zərərçəkmiş şəxs1 göstərməklə sonuncunu aldadıb ümumi etibarnaməyə qol çəkdirmiş, Zərərçəkmiş şəxs1 1.18 ha torpaq sahəsini özün ünküləşdirəcəyi barədə heç bir məlumat verməmiş, həmin etibarnamənin verilməsində notarius iştirak etməmişdir. Preyudisiyanın hazırkı işə tətbiqi ilə bağlı apellyasiya məhkəməsinin mövqeyinə qarşı bildirir ki, iddiaçı Zərərçəkmiş şəxs1 01.10.2018-ci il tarixdə məhkəməyə alqı-satqı müqavilələrinin ləğv edilməsi iddiası ilə məhkəməyə müraciət etmişdirsə, hazırki işdə əmlakının dələduzluq yolu ilə ələ keçirilməsi, iddia ərizəsində isə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi iddiası ilə müraciət etmişdir. Burada artıq ayrı-ayrı hüquqlardan söhbət gedir ki, buna görə də, preyudisiyanın hazırkı işə tətbiqi yolverilməzdir. Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi İsmayılov X11 Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli hökmünün ləğv edilərək Təqsirlənd irilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məsuliyyətə cəlb edib barəsində maddənin sanksiyasına uyğun olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə bağlı ədalətli və qanuni qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə2 Şəmsəddin oğlunun, dövlət ittihamçının kassasiya şikayətinin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mah iyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanu nla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsi mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edi r: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılmas ı ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindi yi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsul lardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və gö rmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan qərarlardan və Qanunun tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talamanın üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zər ərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs verilən ittihama əsasən o, 24 fevral 2010-cu il tarixdə qüvvədən düşmüş 24 fevral 2007-ci il tarixli etibarnamənin əvəzinə həmin 0.20 ha torpaq sahəsinə dair yeni etibarnamə almaq adı ilə 07 oktyabr 2010-cu il tarixdə Zərərçəkmiş şəxs1 aldadaraq bütün əmlakını idarə etmək, üzərində sərəncam vermək v ə s. hüquqlara dair öz adına ƏN-İ 178272 nömrəli etibarnamə almış və bundan sonra istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan şəxs tərəfindən hazırlanmış, daşınmaz əmlaka birgə mülkiyyət hüququ olan Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs1 adına olan Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşən 1,18 hektar torpaq sahəsinin satılmasına razılıq verilməsinə dair hüquq verən 24 fevral 2007-ci il tarixli saxta ərizəni əldə edib həmin etibarnamədən və saxta ərizədən, həmçinin həqiqiliyini yoxlatdırmaq üçün Şahid1 müvəqqəti olaraq 2009-cu ildə aldığı və özündə saxladığı Zərərçəkmiş şəxs1 adına Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşmiş, hazırda Gəncə şəhəri Nizami rayonu ərazisində yerləşən 1.10 ha torpaq sahəsinə dair 18.04.2007-ci il tarixli, ********* qeydiyyat nömr əli və 0.08 ha torpaq sahəsinə dair 18.04.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışlardan bilə-bilə istifadə etməklə bir sıra mülki xarakterli əqdlər bağlayaraq ər-arvad olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus 1 sotunun dəyəri 1420 (min dörd yüz iyirmi) manat, ümumi dəyəri isə külli miqdar, yəni, 167560 (yüz altmış yeddi min beş yüz altmış) manat təşkil edən 1.10 ha və 0.08 ha torpaq sahələrinə dair əmlak hüququnu vahid niyətlə ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldadaraq bütün əmlakını idarə etmək, üzərində sərəncam vermək və s. hüquqlara dair öz adına ƏN-İ 178272 nömrəli etibarnamə almasına dair aşağıdakıları qeyd edir: İstər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya məhkəməsinin iclasında dindirilmiş Gəncə şəhər 1 saylı Notaris Ofisinin müdiri Şahid3 ifadəsində Zərərçəkmiş şəxs1 adından Təqsirləndirilən şəxs verilmiş və ona təqdim edilmiş ümumi etibarnamə barəsində bildirmişdir ki, 07 oktyabr 2010-cu il tarixdə o, ofisdə olarkən Faiq türmədən ona zəng edərək anasının adından ona sənəd gətirəcək şəxsin adına ümumi etibarnamə verməsini, həmin etibarnaməyə isə anasının iş yerində qol çəkdirməsini xahiş etmişdir. O da, Faiqin xahişini nəzərə alacağını bildirmişdir. Bundan sonra Elşən adlı şəxs onun yanına gəlmiş və Zərərçəkmiş şəxs1 və özünün şəxsiyyət vəsiqələrini ona vermişdir ki, Əhlidilin adından onun adına ümumi etibarnamə hazırlasın. O da, həmin etibarnaməni hazırlayaraq mütəxəssis Tofiqlə birlikdə taksi ilə Zərərçəkmiş şəxs1 işlədiyi Təhsil İdarəsinə getmişdir. Orada, Zərərçəkmiş şəxs1 etibarnamə üzrə bütün hüquq və vəzifələrini izah etmiş və bundan sonra Zərərçəkmiş şəxs1 həmin etibarnaməni oxuyaraq qeydiyyat kitabı ilə birlikdə imza etmişdir. Bundan sonra onlar oradan çıxıb ofisə qayıtmış və etibarnaməni Elşənə vermişlər.... O və Şahid4 birlikdə Zərərçəkmiş şəxs1 iş yerinə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlarla olmamışdır. Təlimata görə bu cür qadağa yoxdur və Zərərçəkmiş şəxs1 adından ümumi etibarnamə tərtib edərək onun iş yerinə gedib hüquq və vəzifələrini izah etdikdən sonra həmin etibarnaməyə imza etdirmişdir. Faiq Əhlidilin oğlu olduğundan, həmçinin onunla dost münasibətində olduğundan Faiqə inanıb həmin etibarnaməni qabaqcadan tərtib etmişdir. Əhlidil həmin etibarnaməyə qol çəkməsəydi o, etibarnaməni ləğv edəcəkdir, o, sadəcə öz işi ni yerinə yetirmişdir və sözü gedən etibarnamənin tərtib edilməsində onun heç bir təmənnası və şəxsi marağı olmamışdır. Göstərilən ifadə ittiham tərəfindən, eləcə də birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilməmiş və mötəbər sübut kimi qəbul edilmişdir. Şahidin ifadəsindən görünür ki, o, notarius Şahid3 zərərçəkmiş şəxsin oğlu Faiqlə daha yaxın münasibətdə olmuş, əvvəllər aralarında torpaq alqı-satqısı olmuş və notarius da ümumi etibarnaməni məhz Faiqin xahiş və tapşırığı əsasında hazırlamış, Zərərçəkmiş şəxs1 notarius tərəfindən bu barədə tam məlumatlandırılmış, zərərçəkmişə etibarnamənin mətni elan edilmiş və yalnız bundan sonra Zərərçəkmiş şəxs1 etibarnaməni imzalamışdır. Şahid1 telefonla notariusa zəng edərək anasının adından Təqsirləndirilən şəxs adına ümumi etibarnamə h azırlamasını ondan xahiş etmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq notarius tərəfindən göstərilən etibarnamənin müvafiq qanunvericiliyin və təlimatların tələblərinə tam əməl edilməklə verilməsi nəticəsinə gəlmiş və cinayət işi üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab etmişdir ki, notariusun iştirakı və rəhbərliyi altında, hüquq və vəzifələri elan edilməklə və etibarnamənin mətni elan olunduqdan sonra Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmış və həmin etibarnamənin alınmasında Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 əmlakını aldatma və ya etibardan sui-istifadə etməklə ələ keçirmə kimi hərəkətlərə yol verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyini, yəni etibarnamənin alınmasında Təqsirləndirilən şəxs tərəfind ən Zərərçəkmiş şəxs1 qarşı özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olmaqla bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa cinayət xarakterli hərəkətlərə yol verməməsi barədə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, mübahisələndirilən torpaq sahələrinin alqısatqı müqaviləsi bağlanılarkən də məhkum Təqsirləndirilən şəxs tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmiş, alqı-satqı müqavilələri qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmiş, həmin alqı-satqı müqavilələri əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar alınmışdır. Şərh olunanlar qüvvədə olan məhkəmə qətnaməsində də öz əksini tapmış dır ki, həmin qətnamə ilə müəyyən olunan hallar, onların hüquqi qiymətinə görə apellyasiya instansiyası tərəfindən hazırki cinayət işinə preyudisiya kimi tətbiq olunmuşdur (Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli qətnaməsi). Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 8 yanvar 2020-ci il tarixli qərarında göstərilir ki, qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu mülki mübahisələr üzrə qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığının hədləri ilə bağlı hesab etmişdir ki, preyudisia llıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 142.2-ci maddəsinə müvafiq olaraq, mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud h ərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Göründüyü kimi, qanunverici cinayət prosesində sahədaxili (Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsi) və sahələrarası preyudisiyanı (Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsi) müxtəlif cür müəyyənləşdirmişdir. Belə ki, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburi olduğu halda, sahələrarası preyudisiyaya görə mülki, inzibati və ya iqtisadi işlər üzrə qanuni qüvvəyə minmiş qərarlar yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Digər tərəfdən Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsind ə preyudisiyanın subyektiv hədləri, yəni məhkəmə hökmünün qanuni qüvvəsinin şamil edildiyi şəxslərin dairəsi dəqiq müəyyən olunmamışdır. Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilən hallardan göründüyü kimi, alqı-satqı müqaviləsi səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanu nvericiliyin tələblərinə uyğun olması şərtilə bağlanmışdır. Mübahisələndirilən alqı-satqı müqaviləsi 16.05.2011-ci il tarixdə bağlansa da, iddiaçı Zərərçəkmiş şəxs1 həmin müqavilənin ləğvi ilə bağlı məhkəməyə 01.10.2018-ci il tarixdə, yəni müqavilənin bağlanmasından yeddi ildən artıq müddət keçdikdən sonra müraciət etmiş, bununla da, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətini ötürmüşdür. Sözügedən qətnamə ilə iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vəkili X14 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 cavabdehlər Təqsirləndirilən şəxs, X4 və Göygöl rayon Notariat Kontoruna (maraqlı şəxs DƏDRX-nin 3 saylı Ərazi İdarəsi) qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2019cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi cinayət işi üzrə tədqiq olunaraq qiymətləndirilmiş sübutların məcmusu ilə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs pulunu ödəməklə zərərçəkmiş tərəfdən 20 sot tikinti təyinatlı torpaq sahəsi almışdır və məqsədi də həmin torpaq sahəsində ev tikmək olmuş, lakin sonradan maddi ehtiyacı olduğu üçün həmin torpaq sahəsini satmaq istəmiş və pulunu alaraq satmış, lakin torpaq sahəsini alan şəxslər həmin torpaq sahəsinin sənədlərinin düz olmaması səbəbindən pullarını geri tələb edərək almışlar. Bu səbəbdən Şahid1la Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış, Təqsirləndirilən şəxs Şahid1 ona qanunsuz torpaq sahəsini satdığına görə ona etirazını bildirmiş, bu səbəbdən də Şahid1 ona bütün torpağın sənədlərini vermiş və noratiusa anasının adından ümumi etibarnamə verilməsini xahiş etmişdir. Həmçinin qanuni qüvvəyə minmiş və hazırki iş üzrə preyudisial qüvvəyə malik olan məhkəmə qətnaməsi ilə də müəyyən edilmişdir ki, istər zərərçəkmiş şəxlər, istərsə də Şahid1 qeyd edilən torpaq sahəsinin məhkum Təqsirləndirilən şəxs anasının adına rəsmiləşdirilməsini həmin müqavilələrin bağlanılan vaxt bilmiş, bununla razlaşmış, bu məsələni mübahisələndirməmiş, yalnız 7 ildən sonra məhkəmədə iddia qaldırmışlar. Mübahisələndirilən torpaq sahələri üzrə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı Təqsirləndirilən şəxs tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməmiş, alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün əsas olan hallar müəyyən edilməmişdir. Qeyd olunanlardan göründüyü kimi zərərçəkmiş şəxslərə məxsus mübahisəli torpaq sahələrinə dair mülki hüquqi əqdlər bağlayarkən Təqsirləndirilən şəxs niyyəti özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsi olmamış və belə bir hal nə cinayət işi üzrə toplanmış sübutlar tədqiq edilərkən, nə də qüvvədə olan məhkəmə qətnaməsi (hadisə və ya hərəkətin baş verməsi hissəsində) müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər arasında mübahisələndirilən əmlaklara dair mülki hüquq münasibətlərindən irəli gələn mübahisə yaranmış v ə həmin mübahisənin həlli üçün zərərçəkmiş şəxslər mülki qaydada məhkəməyə müraciət etmişlər. Apellyasiya məhkəməsi də qeyd edilən şəxslər arasında yaranmış münasibətlərə düzgün hüquqi qiymət vermiş və haqlı olaraq sözügedən mübahisəni mülki xarakterli münasibətlərdən doğan mübahisə kimi qiymətləndirmişdir. Apellyasiya məhkəməsi göstərilən mövqeyini əsaslandırarkən müəyyən etmişdir ki, Şahid1 tərəfindən Təqsirləndirilən şəxs tikinti təyinatlı torpaq adı ilə kənd təsərrüfatı təyinatlı torpaq satılmış və həmin torpaqın pulu alındıqdan və Təqsirləndirilən şəxs da bunu bildikdən sonra buna etiraz etməmişdir. Şahid1 zərərçəkmiş şəxslərin razılığı ilə bütün topraq sahəsinin sənədlərini və digər zəruri sənədləri Təqsirləndirilən şəxs təqdim etmiş və bütün torpaq sahəsinin Təqsirləndirilən şəxs an asının adına keçməsinə etiraz etməyərək şərait yaratmışdır. Mübahisələndirilən torpaq sahələrinə dair alqı-satqı müqaviləsinin bağlanmasından keçən 7 il ərzində zərərçəkmiş şəxslər bu fakta etiraz etməmiş və hər hansı qaydada mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı dələduzluq cinayət əməlinin törədilmədiyi, onlar arasında mübahisəli torpaq sahəsi ilə bağlı münasibətlərin mülki xarakter daşıdığı, cinayət hadisəsinin olmadığı nəticəsinə gəlmişdir. Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinin tələbinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 42.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda cıxarılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi pro sedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli bəraət hökmündə müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək cinayət hadisəsinin olmaması barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərin ə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2021-ci il tarixli bəraət hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə2 Şəmsəddin oğlu tərəfindən birgə verilm iş kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar