Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-629/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Səlimova Sevil Mürüd qızının, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2022-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi S.M.Səlimova tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ağayev Elçin Zəkəriyə oğlu) Məhkum, xx xxxxxxxx 1964-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Ag entliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik Hüquqi şəxsin Bakı şəhər Baş Səhiyyə Mərkəzi 15 nömrəli şəhər Poliklinikasının həkim-cərrahı vəzifəsində işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək CM-nin 308.1-ci maddəsi ilə 2.000 (iki min) manat miqdarında, CM-nin 313-cü maddəsi ilə 1.500 (min beş yüz) manat miqdarında, CM-nin 66.2-ci maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3.000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyin ə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 20 sentyabr 1988-ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 15 saylı şəhər Poliklinikasının, hazırkı “Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik Hüquqi şəxsin 15 saylı şəhər Poliklinikası Publik Hüquqi şəxsin həkimcərrahı vəzifəsində, eyni zamanda, həmin Poliklinika üzrə 4 yanvar 2020-ci il tarixli, 2 N°-li əmrə əsasən Həkim-məsləhət komissiyasının tərkibində həkim-cərrah v əzifəsinə təyin edilməklə, həmin vəzifədə işləyərkən "Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş "Həkim məsləhət komissiyası haqqında” Əsasnaməyə əsasən, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar əlilliyin qiymətləndirilməsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin artırılması), əlilliyin səbəbinin dəyişdirilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət edilməsi, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi və digər səlahiy yətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək üzvü olduğu Həkim Məsləhət Komissiyasına əlillik dərəcəsi almaq üçün 1 iyun 2020-ci il tarixdə göndəriş verən müəssisədə qeydiyyatda olmuş və həmin tarixdə müraciət etmiş, xx xxxxx 1986-cı il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid6 müayinələrində "Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi. Qalxanabənzər vəzin papilyar karsinoması. pT1a NOMO. Mərhələ İ.Strumektomiya əməliyyatından sonrakı vəziyyət” diaqnozlarının müəyyən edilməsinə baxmayaraq, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də, tamamilə fərqli diaqnozlar hesabına ona əlillik dərəcəsinin ver ilməsinə nail olmaq məqsədi ilə sonuncunun müayinə və müalicə edilmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan onun qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə 7 sentyabr 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 15 saylı şəhər Poliklinikasının inzibati binasında baş həkimin qəbul otağında quraşdırılmış kompüter vasitəsilə "Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə Poliklinikada operator vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə daxil olaraq Şahid6 ağırlaşma diaqnozu qismində "Sorulmanın pozulması ilə bağlı cərrahi əməliyyatdan sonrakı osteoporoz. Osteoporoz” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları daxil edərək xəstəliyi və diaqnozu bilərəkdən ağırlaşdırıb təhrif edilmiş formada informasiya resursu sayılan 07 sentyabr 2020-ci il tarixli, 033003AADCY nömrəli elektron göndərişə daxil edib özünə məxsus **********21 saylı elektron imzasından istifadə edərək həmin göndərişi Poliklinikada operator vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Publik Hüquqi şəxsin Bakı şəhər Baş Səhiyyə Mərkəzi 15 nömrəli şəhər Poliklinikasının səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin tə kmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək üzvü olduğu Həkim Məsləhət Komissiyasına əlillik dərəcəsi almaq üçün 5 noyabr 2019-cu il tarixdə göndəriş verən müəssisədə qeydiy yatda olmuş və həmin tarixdə müraciət etmiş, 20 iyul 1988-ci il təvəllüdlü, Bakı şəhəri, Qaradağ rayonu, Şubanı 1 hərbi şəhərciyində qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşayan Şahid5 müayinələrində "Başın travmalarının nəticələri. Döyüş əməliyyatında odlu silah mərmisinin partlayışı nəticəsində yaralanma. Qapalı kəllə beyin travması. Baş beyinin silkələnməsinin davamlı təzahür edən qalıq əlamətləri. Astenevrotik və vegetativ damar davamsızlığı ilə nəticələnmiş travmatik ensefalopatiya. Dəqiqləşdirilməmiş ensefalopatiya. Travmatik ensefalopatiya. Kəllədaxili travmaların nəticələri. Veqetativ və hərəkikoordinator pozulmalarla müşayiət olunan kəllədaxili travmanın nəticəsi” diaqnozlarının müəyyən edilməsinə baxmayaraq, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də, tamamilə fərqli diaqnozla r hesabına ona əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədilə, sonuncunun müayinə və müalicə edilmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan onun qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə 5 dekabr 2020-ci il tarixdə ünvan 6 ünvanında yerləşən 15 saylı şəhər Poliklinikasının inzibati binasında baş həkimin qəbul otağında quraşdırılmış kompüter vasitəsilə "Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə Poliklinikada operator vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə daxil olaraq X6 ağırlaşma diaqnozu qismində "Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı sol tərəfli çatışmazlığı hərəki pozğunluqlarla” kimi düzgün olmayan diaq nozlara dair bilə-bilə yalan məlumatları daxil edərək xəstəliyi və diaqnozu bilərəkdən ağırlaşdırıb təhrif edilmiş formada informasiya resursu sayılan 05 noyabr 2020-ci il tarixli, 033003AADG7 nömrəli elektron göndərişə daxil edib özünə məxsus **********21 saylı elektron imzasından istifadə edərək həmin göndərişi Poliklinikada operator vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Publik Hüquqi şəxsin Bakı şəhər Baş Səhiyyə Mərkəzi 15 nömrəli şəhər Poliklinikasının səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Hökmdən Məhkum və müdafiəçisi S.M.Səlimova tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Habil Çingiz oğlu (sədrli edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 05 avqust 2022-ci il tarixl i qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından Məhkum və onun müdafiəçisi S.M.Səlimova birgə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə istinad edən Məhkum və onun müdafiəçisi S.M.Səlimova birgə verdikləri kassasiya şikayətini belə əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsindəki cinayət işinə düzgün baxmamış və nəticədə barəsində ədalətsiz qərar qəbul etmişdir. Belə ki, məhkumun və ekspert x16in ifadələrinə istinad edən kassasiya şikayətinin müəllifləri bildirirlər ki, xəstə Şahid6 həqiqətən də “osteoporoz” xəstəliyindən əzab çəkmiş, lakin xeyli vaxt keçdikdən sonra və davamlı müalicə alması nəticəsində həmin xəstəlik sorulub getmişdir. Eyni zamanda kassasiya şikayətində göstərilmişdir ki, Məhkum və digər xəstə Şahid5 biri-birilərini ümumiyyətlə tanımamış, onun barəsində qoyulmuş diaqnoz cərrahi deyil, nevroloji xəstəliklə bağlı olmuş, bu diaqnoz isə Məhkum tərəfindən qoyulmamış və həmin xəstənin barəsində olan göndərişdə Məhkum həkimməsləhət komisiyasının üzvü kimi elektron imzasından istifadə edilmişdir. Bundan başqa, kassasiya şikayətində o, da qeyd olunmuşdur ki, xəstələr Şahid5 və Şahid6 barəsindəki göndərişl ər təkcə Məhkum tərəfindən deyil, həmçinin komissiyanın sədri, poliklinikanın baş həkimi Şahid2, həkim-terapevt Şahid4 və həkim-nevropatoloq X3 tərəfindən də imzalanmış, lakin cinayət məsuliyətinə yalnız Məhkum cəlb edilmişdir. Onun müəyyən etdiyi diaqnoza əsasən isə Şahid6 əlillik verilməmiş, bununla da hər hansı fiziki və ya hüquqi şəxsə heç bir ziyan vurulmamış, bunu zərər çəkmiş hüquqi şəxs kimi tanınmış poliklinikanın nümayəndəsi Nümayəndə də təsdiq emişdir. Ümumiyətlə isə Məhkum vəzifə saxtakarlığı etməmiş və mühüm ziyan vurmaqla vəzifədən sui-istifadə etmə əməlini törətməmiş və tamamilə əsassız olaraq törətmədiyi əməllərə görə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkum və onun müdafiəçisi S.M.Səlimova kassasiya şikayətində göstərdikləri dəlillərə əsaslanaraq apellyasiya instansiya sı məhkəməsinin qərarının ləğv edilməsini və Məhkum barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin digər iştirakçıları ilə yanaşı həmçinin zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə da qanuna müvafiq qaydada məlumatlandırılmış, lakin buna baxmayaraq, sonuncu naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməs inin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum və onun müdafiəçisi S.M.Səlimovananın birgə verdikləri kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, məhkumun ona ittiham olunmuş cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr əhəmiyyətli sübutların tədqiqindən əsassız olaraq imtina etməklə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş və Məhkum ona itt iham olunmuş cinayət əməlini törətməsi sübuta yetirilmədiyi halda, o, əsassız və qanunsuz olaraq CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Bununla da, kassasiya şikayətinin müəllifləri apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli və cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməli olması haqqında tələblərini CPM-nin 416.1.1, 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.1, 416.1.2 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tə ləblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi S.M.Səlimovanın birgə verdikləri kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya pr otestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş ve rib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı m addəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma z amanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra, məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçini n cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirl i bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsat ətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yo xdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyət inə cəlb edilə və cəzalandırıla bilər. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM) 1.1-ci maddəsi). Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri n müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şüb həli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən gö rünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut ki mi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət q anunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət et məsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatı nın obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilm əsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbu l olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhd udlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına d air məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanunun u tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkə mələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” ol ması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icr a edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarix li Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Milli və beynəlxalq qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası Məhkum barəsindəki cinayət işinin materiallarına, o cümlədən həmin iş üzrə toplanmış və yalnız birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında araşdırılmış sübutların bir qisminə (birinci və apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarında əsaslandığı) hazırki qərarda da müraciət edərək onları təhlil etməyi zəruri bilir. Əvvəla, apellyasiya instansiyası məhkəməsinin razılaşdığı birinci instansiya məhkəməsinin hö kmünə görə, Məhkum CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunduğu əməllərin təsviri hazırki qərarın “İşin halları” hissəsində göstərilmişdir və məhkəmə kollegiyası bu təsviri təkrarlamağa ehtiyac görməyərək qeyd edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü bu əməlləri törətməkdə təqsirli bilməyərək və eyni məzmunda ifadələr verərək göstərmişdir ki, o, 1989-cu ildən 15 saylı şəhər Poliklinikasında həkim-cərrah kimi fəaliyyət göstərir və eyni zamanda sözügedən poliklinikada həkim-məsləhət komissiyasının da üzvüdür. Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tari xli 30 nömrəli əmri ilə “Həkim-məsləhət komissiyası haqqında” Əsasnamə təsdiq edilmiş və həmin Əsasnamə əmək qabiliyyətinin itirilməsinin ekspertizasını, tibbi və əmək reabilitasiyası məsələlərinin təşkilini tənzimləyən sənəddir. Həkim-məsləhət komissiyasının tərkibinə daimi üzv kimi həkimlər - əmək ekspertizası sahəsində bilik və təcrübəsi olan terapevt, cərrah və nevropatoloq daxil edilir, ehtiyac olduqda isə komissiyanın işinə həmin müəssisənin və digər tibb müəssisələrinin müvafiq mütəxəssisləri də cəlb oluna bilər. HMK-nın sədri funksiyası tibb müəssisəsinin baş həkiminə həvalə edilir və o, bu vəzifəyə yuxarı səhiyyə təşkilatının əmri ilə təyin olunur. Xəstələr HMK-ya şöbə müdiri, müalicə həkimi tərəfindən təqdim olunurlar, komissiyanın üzvləri tərəfindən xəstəyə baxıldıqdan və aparıl an müayinələrin nəticələri öyrənildikdən sonra isə müvafiq rəy qəbul olunur. HMK-sı tərəfindən verilən rəylər və qərarlar barədə məlumatlar həmin gün HMK-nın jurnalına (Ü35u nömrəli forma) yazılır. Həkim-məsləhət komissiyasının funksiyaları aşağıdakılardan ibarətdir: xəstəyə müəyyən olunmuş diaqnozun aparılmış müayinələrin və müalicənin düzgünlüyünə, əmək qabiliyyəti olmamaq vərəqələrinin verilməsinin əsaslılığına nəzarət edilməsi, müalicə həkimi tərəfındən verilmiş əmək qabiliyyəti olmamaq vərəqələrinin müddətinin qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi, sığorta haqqı ödəyənlərə müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa, həmin sənədlərin xəstəlik vərəqələri ilə əvəz olunması, aşağıda göstərilən məsələlərin həll edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına (TSEK) göndərişin verilməsi: əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, TSEK tərəfındən təyin edilmiş əlillik müddətinin başa çatması ilə əlaqədar xəstələrin təkrar müayinə edilməsi, - sağlamlıq imkanı məhdud uşaqlara müavinətin müəyyən edilməsi, - əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinəsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin azaldılması və ya artırılması üçün); - əlilliyin səbəbinin dəyişdirilməsi, şəxsin işi ilə əlaqədar aldığı zədə və ya sağlamlığın digər pozulması halları zamanı əmək qabiliyy ətinin itirilməsi dərəcəsinin (faizinin) müəyyən edilməsi, - əlillərin texniki və digər reabilitasiya vasitələri (avtomobil, əlil arabaları və s.) ilə təmin olunması və s. Həkim-məsləhət komissiyası, yuxarıda qeyd olunduğu kimi, komissiyaya müraciət edən şəxslərin xəstəliyinin müayinə və müalicə metodları ilə dəqiqləşdirilərək əlillik dərəcələrinin təyinatı üzrə Forma-88-lərin doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə göndərilməsini həyata keçirir. Əvvəllər Tibbi Sosial Ekspert Komissiyaları rayon ərazisində yerləşsə də, sonradan həmin mərkəzlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə tabe e dilmişdir. 2017-ci ildən isə həkim-məsləhət komissiyaları rayonlarda yerləşməklə müvafiq Forma-88 komissitya tərəfindən elektron şəkildə tərtib edilərək elektron imza ilə təsdiq edilməklə həmin xidmətə göndərilmiş, bu göndərişlər əsasında isə TSEK-lərdə şəxslərə əlillik dərəcələri təyin edilərək mərkəzə qaytarılmışdır. Ona, yəni Məhkum elektron imza müvafiq Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən təqdim edilmiş və elektron imza ona məxsus olsa da onu sistemə həkimin nəzarəti və redaktəsi altında operator özü daxil edir. Xəstənin tibbi sənədləri onun xəstəliyindən asılı olaraq müalicə həkimi tərəfindən toplanılır. Komissiyaya müraciət edən xəstədə terapevtik xəstəliklər olarsa o, həkim-terapevt tərəfindən, cərrahi xəstəliklər olarsa həkim-cərrah tərəfindən, psixonevroloji xəstəliklər ol arsa həkimnevropatoloq tərəfindən müayinə olunur, lazım gəldikdə isə xəstə stasionar müalicə olunması üçün ixtisaslaşmış tibb müəssisəsinə göndərilir və sonradan diaqnoz təsdiq olunduqda xəstə barəsində məlumatlar və xəstəliyin diaqnozu Forma 88-ə yazılaraq imzalanır və hər bir komissiya üzvünün özünə məxsus olan elektron imzası ilə sistemə daxil edilir. Şahid5 və Şahid6 Silahlı Qüvvələrdən xəstəlikləri əlaqədar tərxis olunduqlarına görə onların stasionar müalicələri MN-nin Baş Klinik Hospitalında həyata keçirilmiş, onların təqdim etdikləri epikrizlər əsasında adları çəkilən şəxslərə Forma-88 yazılmış və həmin sənədlər Tibbi Sosial Ekspert Komissiyasının sisteminə yerləşdirilmişdir. Yəni, onların tibbi sənədlərində hansı xəstəliklər göstərilmişdirsə bu sənədlər əsasında da Forma-88 tərtib edilib sistemə yerləşdirilmişdir. Həkim məsləhət komissiyasının stasionar müalicənin nəticələrini dəyişmək kimi səlahiyyətləri yoxdur. Adları çəkilən şəxslərin hər biri müvafiq xəstəliklərdən əziyyət çəkirlər və onların stasionar müalicələrini özündə əks etdirən sənədlərə baxış keçirdikdə onların müvafiq xəstəliklərdən əziyyət çəkdikləri açıq-aydın görünür. Adları çəkilən şəxslər haqqında tərtib edilmiş göndərişlər də onların stasionar müalicələrinin nəticələrinə əsasən tərtib edilmiş sənədlərə müvafiq olaraq hazırlanmışdır. Şahid6 barəsində tərtib olunmuş Forma 88-dən müəyyən edilir ki, xəstə həm 2017-ci ildə, həm də 2020-ci ildə Milli Onkologiya Mərkəzində müalicə almış, müalicələr cəmi bir gün davam etsə də buna səbəb onun hərbi xidmətdə olarkən müalicə kursunu tam keçməsi və yalnız bun dan sonra ordu sıralarından xaric edilməsi olmuşdur. Şahid6 Milli Onkoloji Mərkəzdən ambulator kartadan çıxarış gətirib poliklinikaya təqdim etmiş, həmin çıxarışa əsasən əsasən ona 2017-2020-ci ildə C.73, Z51.0 kodlu, yəni “qalxanvari vəzin popilyar karsinoması və radiaktiv müalicəsindən sonrakı vəziyyət, tireoidektomiyadan sonrakı vəziyyət, yəni qalxanabənzər vəzin əməliyyatla götürülməsi” diaqnozu qoyulmuş, bu diaqnoz da olduğu kimi Forma-88-də əks etdirilmiş, həmin sənəddə hər hansı şişirdilişmiş məlumatlar qeyd olunmamışdır. Şahid5 o, ümumiyyətlə tanımamış, onun barəsindəki tibbi sənədlərə əsasən sonuncunun xəstəliyi nevroloji xəstəlik olduğundan xəstə haqqında Forma-88 də komissiyanın üzvü həkim-nevropatoloq X3 tərəfindən tərtib edilmiş, bu sənədə Şahid5 Hərbi Hospitaldan verilmiş tib bi sənədlərdə əksini tapmış diaqnoz - "Döyüş əməliyyatları nəticəsində odlu silah mərmisinin partlayışı nəticəsində yaranmış qapalı kəllə beyin travması, postravmatik astenonevrotik və vegetativ damar davamsızlığı ilə nəticələnmiş travmatik ensefalopatiya”daxil edilmişdir. Bununla yanaşı xəstədə "bel oma radikuliti, natamam remisiya mərhələsində” diqanozu göndərişdə ağırlaşma əlaməti kimi qeyd edilməmiş, lakin bu diaqnoz da nevroloji xəstəliklə bağlı olduğundan həmin diaqnozun qoyulmasının X3nın səlahiyyətlərinə aid olmuş və buna görə də diaqnozun düzgün olub-olmaması barədə o, yəni Məhkum heç bir fikir söyləyə bilmir. Birinci insansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş 15 saylı şəhər Poliklinikasının baş həkimi vəzifəsində işləyən Şahid2 ifadələrindən görünür ki, o, əsas vəzifəsi ilə yanaşı həmçinin həkim-məsləhət komissiyasının sədri vəzifəsini də icra etmiş və komissiya ondan və üç həkimdən, o cümldən həkim-cərrah Məhkum ibarət tərkibdə fəaliyyət göstərmişdir. 2020-ci ildə əlilliyin verilməsi üçün komissiyaya müraciət etmiş Şahid6 və Şahid5 təqdim etdikləri tibbi sənədlərə əsasən onların xəstəlikləri üzrə diaqnozlar müvafiq olaraq Məhkum və komisiyanın üzvü həkim-nevropatoloq Məhparə Məmmədova tərəindən müəyyən edilərək Forma-88-lərə daxil edilmiş və bu sənədlər komissiyanın bütün üzvləri, o, cümlədən onun tərəfindən imzalanaraq elektron sistemdə yerləşdirilmişdir. Adları çəkilən şəxslərin əzab çəkdikləri xəstəliklər onun ixtisası üzrə sahəyə aid olmadığından bu xəstəliklərə əsasən qoyulmuş diaqnozların düzgün olubolmaması barədə fikir bildirmək də çətinlik çəkmiş, lakin həkimlərin müəyyən etdikləri diaqnozlarla razılaşmışdır. 15 saylı Poliklinikanın həkim-terapevti Şahid4 məhkəmə iclasında göstərmişdir ki, o, 1996-cı ildən Poliklinikada həkim-terapevt kimi fəaliyyət göstərir, eyni zamanda həmin ildən sözügedən poliklinikada həkim-məsləhət komissiyasının da üzvüdür. Onun tərəfindən Şahid6 və Şahid5 barəsində tərtib edilmiş Forma-88 nömrəli göndərişlərə hər hansı təhrif olunmuş məlumatlar yerləşdirilməmişdir. Şahid6 məhkəmə iclasında verdiyi ifadələrindən görünür ki, o, həmin ifadələrində əziyyət çəkdiyi xəstəliklər və bu xəstəliklərlə bağlı müalicəsi barədə ətraflı məlumatlar verərək həmçinin göstərmişdir ki, ordu sıralarından tərxis olunduqdan sonra o, təqaüd almaq üçün yaşadığı ərazi üzrə 15 saylı şəhər Poliklinikasına müraciət etmiş, həmin Poliklinikada və hər hansı digər tibb müəssisəsində stasionar müalicə almamış, bildiyi qədər, hərbi-həkim komissiyasının 27 mart 2020-ci il tarixli Şəhadətnaməsi əsasında barəsində toplanmış sənədlər poliklinikada fəaliyyət göstərən həkim-məsləhət komissiyası tərəfindən Tibbi Sosial Ekspert Komissiyasının sisteminə yerləşdirilmiş, lakin qısa müddət keçdikdən sonra Komissiyadan ona əlilliyin verilməsindən imtina olunması barədə cavab gəlmişdir. Poliklinikada onun sənədləri həkim-cərrah Məhkum təqdim olunmuş və göndəriş də həmin sənədlər əsasında onun tərəfindən tərtib edilmişdir. Bunun müqabilində o, göndərişə təhrif olunmuş məlumatların daxil edilməsi barədə Məhkum ilə heç bir sövdələşmə aparmamış, belə xahişlə ona müraciət etməmiş və sonuncu ondan hər hansı maddi və s. nemət verilməsini tələb etməmişdir. Eyni ilə məhkəmə iclasında dindirilməmiş Şahid5 ibtidai araşdırma zamanı verdiyi ifadələrində özünün xəstəliyi və aldığı müalicə barəsində ətraflı məlumatlar verərək göstərmişdir ki, döyüş əməliyyatları zamanı aldığı xəsarətlərlə bağlı xəstəliyə görə ordu sıralarından tərxis olunduqdan sonra 2020-ci ilin noyabr ayında o, yaşadığı ərazi üzrə əlilliklə bağlı təqaüd ala bilməsi üçün 15 saylı şəhər Poliklinikasına müraciət etmiş və həmin Poliklinikada ambulator müalicələrdə olmuş, sahə həkimi ona müxtəlif dərmanlar vermiş və sistemlərlə müalicə etmişdir. O, özündə olan bütün xəstəliklərlə bağlı sənədləri əlilliyə görə təqaüd almaq məqsədilə həmin müalicələrinin nəticələrini özündə əks etdirən epikrizləri Tibbi Sosial Ekspert Komissiyasının sisteminə daxil etmək üç ün poliklinikada işləyən Tatyana adlı sahə həkiminə təqdim etmiş və sonradan sözügedən poliklinikanın həkim-məsləhət komissiyası tərəfindən epikrizlərdə göstərilən məlumatlar Tibbi Sosial Ekspert Komissiyasının sisteminə daxil edilmişdir. 2021-ci ilin əvvəllərində onu Komissiyaya dəvət edib orada heç bir tibbi vasitələrdən istifadə etmədən vizual müayinə etmişlər və onun artıq sağaldığını və bu diaqnozlarla ona əlillik təyin edilə bilinməyəcəyini bildirmişlər. Bundan sonra Komissiyadan imtina cavabı gəlmiş və bunun səbəbi kimi sənədlərinin natamam olması, onun isə artıq sağalması göstərilmişdir. Bundan sonra o, hərbi xidmətə bərpa olunmaq üçün Müdafiə Nazirliyinin poliklinikasına müraciət etmiş və müvafiq müayinələrdən sonra ona hərbi xidmətə yararsız olması bildirilmişdir. Buna baxmayaraq TSEK ona artıq sağaldığını, onda olan xəstəliklər üzrə diaqnoza əsasən əlilliklə bağlı təqaüd təyin edilmədiyini bildirmişlər. Xəstəxanalarda aldığı stasionar müalicə əsasında tərtib edilmiş epikrizə xəstəliklərin qeyd edilməsi və həmin epikrizin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sisteminə yerləşdirilməsi müqabilində heç bir şəxsə hər hansı məbləğdə pul, maddi nemət və s. verməmişdir. O, müharibə dövründə xəsarət almış, hazırda da aldığı xəsarətlərdən əziyyət çəkir, TSEK isə heç bir əsaslı səbəb olmadan ona əlillik təyin etməmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 23 avqust 2021-ci il tarixli 6198KEŞ nömrəli rəyindən görünür ki, Şahid6 məhkəmə-tibbi ekspertizası və "Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanası” PHŞ-də aparılmış funksion al diaqnostik müayinə cavablarına əsasən onda hal-hazırda "Strumektomiya əməliyyatından sonrakı vəziyyət” kimi xəstəliyin olduğu müəyyən edilmişdir. Odur ki, 15 nömrəli Şəhər Poliklinikasında tərtib edilmiş 003003AADCY nömrəli göndərişdə qeyd olunan diaqnoz məhkəmə-tibbi ekspertizası zamanı qismən öz təsdiqini tapmışdır. Buna məsul şəxslər müalicə həkimi və komissiya üzvləridir. Təkrar məhkəmə tibbi ekspertizasının 28 oktyabr 2021-ci il tarixli 583 saylı rəyinə görə, Şahid6 adına tərtib edilmiş tibbi sənədlərə "Milli Onkologiya Mərkəzin”də aparılmış klinik, laborator və instrumental, həmçinin profil üzrə həkim mütəxəssislərin konsultativ baxışlarına əsasən, onda hal-hazırda "Qalxanvari vəzin xərçəngi. Qalxanvar vəzin papilyar karsinoması, pTla NoMo, mərhələ İ, G1. Strumektomiya əməliyyat ından sonrakı vəziyyət” müəyyən edilmişdir. Şahid6 adına 15 saylı şəhər Poliklinikasında tərtib edilmiş göndərişdə qeyd olunmuş diaqnoz qismən düzgündür və həmin 07 sentyabr 2020-ci il tarixli 003003AADCY nömrəli göndərişdə qeyd olunan "Qalxanabənzər vəzin bədxassəli yenitörəməsi. "Qalxanvari vəzin papilyar karsinoması. pT1a NOMO. Mərhələ İ. Strukmektomiya əməliyyatından sonrakı vəziyyət” öz təsdiqini tapsa da, ağırlaşma kimi qeyd edilmiş "Sorulmanın pozulması ilə cərrahi əməliyyatdan sonrakı Osteoporoz. Osteoporoz.” öz təsdiqini tapmamışdır. Şahid6 adına tərtib edilmiş bu göndərişin rəsmiləşdirilməsi zamanı hiperdiaqnostikaya yol verilmişdir. Bu da Səhiyyə sistemində mövcud olan 2012-ci il tarixli 70 saylı əmrin müvafiq bəndləri pozulması kimi qiymətləndirilir, buna məsul həkim-məsləhət k omissiyasının üzvləridir. Milli Onkologiya Mərkəzinin 02 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Şahid6 Milli Onkologiya Mərkəzində aparılan klinik, instrumental, sitoloji müayinələrə əsasən xəstəyə "Qalxanvari vəzin xərçəngi” diaqnozu qoyulmuşdur. Sitoloji nəticə: Malign. xx.xx.2017-ci il tarixində Milli Onkologiya Mərkəzinə müraciəti zamanı məlum olmuşdur ki, xəstəyə 25 yanvar 2017-ci il tarixdə Avrasiya Hospitalda "Bilateral total tireoidektomiya” cərrahi əməliyyatı icra olunmuşdur. Histoloji nəticə: Qalxanvari vəzin papilyar karsinoması, pTla NoMo, mərhələ İ, Gİ. Milli Onkologiya Mərkəzində xəstəyə həkim-mütəxəssislər tərəfindən baxılmış, Radionuklid terapiya şöbəsində 06 mart 2017-ci il tarixdən 07 mart 2017-ci il tarixədək radioaktiv yodla ablasiya müalicəsi aparılmışdır. D aha sonra xəstə 16 mart 2020-ci il, 02 iyun 2020-ci il, 15 mart 2021-ci il tarixlərdə Milli Onkologiya Mərkəzinə arayış almaq üçün müraciət etmiş, arayış təqdim olunmuş, eyni zamanda sonuncu dəfə kontrol müayinələrdən keçmiş, residiv aşkar olunmamış, 6 ay sonra müraciət etməsi məsləhət görülmüşdür. Mərkəzə verilmiş sorğu məktubunda göstərilmiş “Osteoporoz” diaqnozu haqqında Milli Onkologiya Mərkəzində məlumat yoxdur və bu diaqnozla xəstə Milli Onkologiya Mərkəzində müayinələrdən keçməmişdir. Şahid6 adına Milli Onkologiya Mərkəzində tərtib edilmiş 02 iyun 2020-ci il tarixli epikrizdən görünür ki, ona həmin Mərkəzdə "Qalxanvari vəzin papilyar karsinoması, cərrahi əməliyyat və radioaktiv yod müalicəsindən sonrakı vəziyyət, tibbi proseduralardan sonra meydana çıxan hipotirodizm” diaqnozları qo yulsa da, Şahid6 adına 15 saylı şəhər Poliklinikasında tərtib edilmiş 07 sentyabr 2020-ci il tarixli 003003AADCY nömrəli göndərişdə "Sorulmanın pozulması ilə cərrahi əməliyyatdan sonrakı Osteoporoz. Osteoporoz.” diaqnozları qeyd edilmişdir. Şahid6 adına 15 saylı şəhər Poliklinikasında tərtib edilmiş 07 sentyabr 2020-ci il tarixli 003003AADCY nömrəli göndərişdə əsas diaqnoz "Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi. Qalxanvari vəzin papilyar karsinoması. pT1a NOMO. Mərkəhə İ. kimi, ağırlaşma diaqnozu "Sorulmanın pozulması ilə cərrahi əməliyyatdan sonrakı Osteoporoz. Osteoporoz.” kimi göstərilmişdir. Eyni zamanda ağırlaşma kimi qeyd olunmuş diaqnoz həmin göndərişdə müayinə nəticələri hissəsində onkoloqa aid olan hissədə qeyd edilmişdir İş materiallarında olan məhkəmə-tibbi ekspertizasın ın 28 oktyabr 2021-ci il tarixli 584 saylı rəyindən göründüyü kimi, Şahid5 adına tərtib edilmiş sənədlərə və məhkəmətibbi ekspertizası zamanı 16 noyabr 2021-ci il tarixdə "Respublika Klinik xəstəxanası”nda aparılmış klinik, laborator və instrumental, həmçinin profil üzrə həkim mütəxəssislərin konsultativ baxışlarına əsasən, onda hal-hazırda "keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı ensefalopatiya, nevrozabənzər sindrom. Asteno-nevrotik hal. Diskogen radikulopatiya. Sağ diz oynağında artroskopiya meniskoektomiya əməliyyatından sonrakı vəziyyət” müəyyən edilmişdir. Şahid5 adına 15 saylı şəhər Poliklinikasında tərtib edilmiş 05 noyabr 2020-ci il tarixli 003003AADG7 nömrəli göndərişdə qeyd olunmuş əsas diaqnoz və onun ağırlaşmaları qismən öz təsdiqini tapmışdır. Belə ki, göndərişdə qeyd edilmiş, "Başın travmalarının nəticələri. Döyüş əməliyyatında odlu silah mərmisinin partlayışı nəticəsində yaralanma. Qapalı kəllə beyin travması. Baş beyin silkələnməsinin davamlı təzahür edən qalıq əlamətləri. Astenevrotik və vegetativ damar davamsızlığı ilə nəticələnmiş travmatik ensefalopatiya. Dəqiqləşdirilməmiş ensefalopatiya. Travmatik ensefalopatiya. Kəllədaxili travmaların nəticələri. Veqetativ və hərəki-koordinator pozulmalarla müşayiət olunan kəllədaxili travmanın nəticəsi” öz təsdiqini tapsa da, ağırlaşma kimi qeyd olunmuş "Başqa rublikalarda təsnif olunmayan qıcolmalar. Kəllə beyin travmasından sonrakı tez-tez təkrarlanan qıcolma tutmalar (7-8 dəfə olmaqla), digər neqativ pozğunluqlar. Şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə biruzə verən kəskin asteno-nevrotik s indirom. Digər ekstrapiramid və hərəki pozğunluqlar. Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı sol tərəfli pramid çatışmazlığı hərəki pozğunluqlarla. Hemiplegiya. Sağ ətrafların nəzərə çarpan parezi. Baş beyin silkələnməsi. Partlayış nəticəsində baş beyin silkələnməsiyaddaşın zəifliyi. Vestibilyar pozuntular, sol tərəfli piramid çatışmazlığı əlamətləri, hərəkikoordinator funksiyaların pozulması ilə” öz təsdiqini tapmamışdır. Şahid5 adına 15 saylı şəhər Poliklinikasında tərtib edilmiş 05 noyabr 2020-ci il tarixli 003003AADG7 nömrəli göndərişin rəsmiləşdirilməsi zamanı hiperdiaqnostikaya yol verilmişdir. Bu da Səhiyyə sistemində mövcud olan 2012-ci il tarixli, 70 saylı əmrin müvafiq bəndləri pozulması kimi qiymətləndirilir. Buna məsul həkim-məsləhət komissiyasının üzvləridir. Şahid5 adına tərtib edilmiş Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 18 aprel 2019, 15 may 2019, 23 avqust 2019 və 23 oktyabr 2019-cu il tarixli epikrizlərdə "Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsinin dağınıq üzvi nevroloji nişanələr və vegetativ damar davamsızlığı ilə təzahür edən qalıq əlamətləri”, 15 oktyabr 2021- ci il tarixli 1352 nömrəli xəstəlik haqqında şəhadətnamədə "Keçirilmiş qapalı kəllə beyin travmasının dağınıq üzvi nevroloji nişanələr, vegetativ damar davamsızlığı, mülayim kəllədaxili hipertenziya ilə müşayiət olunan serebral araxnoiditlə nəticələnmiş qalıq əlamətləri” diaqnozları qeyd edilsə də, onun adına 15 saylı şəhər Poliklinikasında tərtib edilmiş 05 noyabr 2020-ci il tarixli 003003AADG7 nömrəli göndərişdə "Başqa rublikalarda təsnif olunmayan qıcolm alar. Kəllə beyin travmasından sonrakı tez- tez təkrarlanan qıcolma tutmalar (7-8 dəfə olmaqla), digər neqativ pozğunluqlar. Şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə biruzə verən kəskin asteno-nevrotik sindirom. Digər ekstrapiramid və hərəki pozğunluqlar. Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı sol tərəfli pramid çatışmazlığı hərəki pozğunluqlarla. Hemiplegiya. Sağ ətrafların nəzərə çarpan parezi. Baş beyin silkələnməsi. Partlayış nəticəsində baş beyin silkələnməsiyaddaşın zəifliyi. Vestibilyar pozuntular, sol tərəfli piramid çatışmazlığı əlamətləri, hərəkikoordinator funksiyaların pozulması ilə” diaqnozları qeyd edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 02 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Şahid5 əlillik vəziyyəti Bakı 15 nömrəli şəhər Poliklinikasının 0033003AADG7 nömrəli göndərişi əsasında 13 noyabr 2020-ci il tarixdə qiymətləndirilmiş və müalicəsinin davam etdirilməsi barədə qərar verilmişdir. Şahid5 obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş "Başın travmalarının nəticələri, döyüş əməliyyatlarında (04/2016) odlu silah mərmisinin (top mərmisi) partlayışı nəticəsində yaralanma.Qapalı kəllə beyin travması, baş beynin silkələnməsinin davamlı təzahür edən qalıq əlamətləri. Qapalı kəllə beyin travmasından sonrakı sol tərəfli piramid çatışmazlığı. Astenevrotik və vegetativ damar davamsızlığı ilə nəticələnmiş travmatik ensefalopatiya” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamış dır və diaqnozun əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə müvafiq olaraq 0033003AADG7 nömrəli göndərişdə qeyd olunan diaqnozlardan yalnız "Hemiplegiya, sağ ətrafların nəzərə çarpan parezi ” diaqnozu instrumental və obyektiv vəziyyətinin müayinəsi zamanı öz təsdiqini tapdığı halda əlilliyin təyini üçün əsas verə bilər. Şahid5 adına 15 saylı şəhər Poliklinikasında tərtib edilmiş 05 noyabr 2020-ci il tarixli 003003AADG7 nömrəli göndərişdə qeyd olunmuş əsas diaqnoz "Başın travmalarının nəticələri Döyüş əməliyyatlarında odlu silah mərmisinin partlayışı nəticəsində yaralanma. Qapalı kəllə beyin travması. Baş beynin silkələnməsinin davamlı təzahür edən qalıq əlamətləri. Qapalı kəllə beyin travmasından sonrakı sol tərəfli pramid çatışmazlığı. Astenevrotik və vegetativ damar davamsızlığı ilə nəticələnmiş travmatik ensefalopatiya” kimi, ağırlaşma diaqnozu "Başqa rublikalarda təsnif olunmayan qıcolmalar. Kəllə beyin travmasından sonrakı tez-tez təkrarlanan qıcolma tutmalar (7-8 dəfə olmaqla), digər neqativ pozğunluqlar. Şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə biruzə verən kəskin asteno-nevrotik sindirom. Digər ekstrapiramid və hərəki pozğunluqlar. Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı sol tərəfli pramid çatışmazlığı hərəki pozğunluqlarla. Hemiplegiya. Sağ ətrafların nəzərə çarpan parezi. Baş beyin silkələnməsi. Partlayış nəticəsində baş beyin silkələnməsi-yaddaşın zəifliyi. Vestibilyar pozuntular, sol tərəfli piramid çatışmazlığı əlamətləri, hərəki-koordinator funksiyaların pozulması ilə” kimi qeyd edilmişdir. Həmçinin "Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı sol tərəfli pramid çatışmazlığı” diaqnozu göndərişdə travmotoloq- ortoped, digər diaqnozlar isə nevropatoloq bölməsində qeyd edilmişdir. 15 nömrəli şəhər Poliklinikası üzrə qəbul edilmiş 04 yanvar 2017-04 aprel 2021-ci il tarixli 02 nömrəli əmrlərdən görünür ki, həmin poliklinikanın həkim-məsləhət komissiyası sədr - baş həkim X7, üzvlər - həkim-nevropatoloq X3, həkim-cərrah Məhkum və həkimterapevt Şahid4 ibarət olmuşdur. 15 nömrəli şəhər Poliklinikasının 10 dekabr 2021-ci il tarixli məktubu ilə müəyyən edilir ki, poliklinikada həkim-travmatoloq, həkim-onkoloq ix tisasları üzrə həkimlər olmadığından, həkim-cərrah, həkim-onkoloq, həkim-travmatoloq funksiyalarını Məhkum həyata keçirmişdir. "Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi” barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli 30 nömrəli əmri ilə təsdiq edilmiş "Həkim məsləhət komissiyası haqqında” Əsasnaməyə görə, həmin Əsasnamə əmək qabiliyyətinin itirilməsinin ekspertizasını, tibbi və əmək reabilitasiyası məsələlərinin təşkilini tənzimləyən sənəddir. Həkim məsləhət komissiyasının tərkibinə daimi üzv kimi həkim-əmək ekspertizası sahəsində bilik və təcrübəsi olan həkim terapevt, cərrah və nevropatoloq daxil edilir. Ehtiyac yaranan hallarda komissiyanın işinə həmin müəssisənin və digər tibb müəssisə lərin müvafiq mütəxəssisləri cəlb oluna bilər. Həkim-məsləhət komissiyasının sədri funksiyası tibb müəssisəsinin baş həkiminə həvalə edilir və komissiyanın tərkibi yuxarı səhiyyə təşkilatının əmri ilə təyin olunur. Xəstələr HMK-na şöbə müdiri, müalicə həkimi tərəfindən təqdim olunurlar. Komissiya tərəfindən xəstəyə baxıldıqdan və aparılan müayinələrin nəticələri öyrənildikdən sonra müvafiq rəy qəbul olunur. HMK-sı tərəfindən verilən rəylər və qərarlar barədə məlumatlar həmin gün HMK-nın jurnalına (Ü35u nömrəli forma) yazılır. Həkim məsləhət komissiyasının funksiyaları aşağıdakılardan ibarətdir: xəstəyə müəyyən olunmuş diaqnozun aparılmış müayinələrin və müalicənin düzgünlüyünə, əmək qabiliyyəti olmamaq vərəqələrinin verilməsinin əsaslılığına nəzarət edilməsi, müalicə həkimi tərəfındən veri lmiş əmək qabiliyyəti olmamaq vərəqələrinin müddətinin qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi, sığorta haqqı ödəyənlərə müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa, həmin sənədlərin xəstəlik vərəqələri ilə əvəz olunması, aşağıda göstərilən məsələlərin həll edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi: - əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, TSEK-sı tərəfındən təyin edilmiş əlillik müddətinin başa çatması ilə əlaqədar xəstələrin təkrar müayinə edilməsi, - sağlamlıq imkanı məhd ud uşaqlara müavinətin müəyyən edilməsi, - əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinəsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin azaldılması və ya artırılması üçün); - əlilliyin səbəbinin dəyişdirilməsi, şəxsin işi ilə əlaqədar aldığı zədə və ya sağlamlığın digər pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin (faizinin) müəyyən edilməsi, - əlillərin texniki və digər reabilitasiya vasitələri (avtomobil, əlil arabaları və s.) ilə təmin olunması və s. Təsvir olunmuş sübutların Məhkum qarşı irəli sürülmüş və təqsirli biindiyi ittiahmla müqayisəli təhlili göstərir ki, əvvəla o, təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, həm Şahid6, həm də X6in barəsində 15 saylı şəhər Poliklinikasında fəaliyyət göstərən həkim-məsləhət komissiyasının ü zvü kimi tərtib edərək Tibbi Sosial Ekspert Komissiyasına elektron qaydada göndərilmiş 07 sentyabr 2020-ci il tarixli 003003AADCY nömrəli və 05 noyabr 2020-ci il tarixli 003003AADG7 nömrəli göndərişlərdə adları çəkilən şəxslərin xəstəlikləri barədə həqiqətə uyğun olmayan məlumatlar daxil etmiş və bununla da şəxsi niyyətlə vəzifə saxtakarlığı etmiş, yəni təkrarən CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. CM-nin 313-cü maddəsində vəzifə saxtakarlığı vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədilməsi kimi təsbit edilmiş və qeyd ol unan normada bu cinayətin mütləq subyektiv əlamətləri kimi tamah məqsədi və ya sair şəxsi niyyət nəzərdə tutulmuşdur. Bu isə onu deməyə əsas verir ki, vəzifəli şəxsin göstərilən maddə ilə təqsirli bilinməsi üçün CPM-nin 139-cu maddəsinin tələblərinə üyğun olaraq onun vəzifə saxtakarlığını məhz tamah məqsədi və ya sair şəxsi niyyətlə törətməsi araşdırılmış sübutlarla təsdiq olunmalıdır. Əvvəla, iş üzrə toplanmış sübutlarla Məhkum ittiham olunduğu bu əməli tamah məqsədilə törətməsi müəyyən edilmədiyindən ona qarşı bu əlamətlə cinayət törətdiyinə görə ittiham irəli sürülməmiş, onun vəzifə saxtakarlığını hansı digər şəxsi niyyətlə törətməsi, bu niyyətin nədən ibarət olması isə nə ibtidai araşdırma orqanı, nə də ki, məhkəmələr tərəfindən dəqiqləşdirilməmiş, bu məsələ üzrə heç bir araşdırma apar ılmamış və məhkum olunmuş şəxsə elan edilən ittihamda da həmin məsələ əksini tapmamışdır. Bununla bağlı iş üzrə şahid qismində dindirilmiş şəxslər, o cümlədən Şahid6 və Şahid5 də Məhkum tərəfindən onların əzab çəkdikləri xəstəliklər üzrə diaqnozları yuxarıda göstərilən göndərişlərə daxil edərkən hansısa niyyət izləməsi, sonuncuların ondan nəyinsə müqabilində diaqnozların şişirdilməsi barədə xahiş etmələri barədə ifadələr verməmiş, Məhkum isə Şahid6 həkim-məsləhət komissiyasına müraciət edərkən 2020-ci ilin sentyabr ayında müayinə etməsini göstərərərk onun təqdim etdiyi tibbi sənədlərdə əksini tapmış diaqnozla yanaşı “Sorulmanın pozulması ilə bağlı cərrahi əməliyyatdan sonrakı osteoporoz. Osteoporoz” diaqnozunu məhz onun müayinəsi və tibbi sənədlərin öyrənilməsi nəticəsində müəyyən etdiyini və bir ildən sonra məhkəmə-tibbi ekspertizasının keçirilməsi zamanı osteoporozun əlamətlərinin aradan qalxa bilməsini bildirmişdir. Bu halı həmçinin məhkəmə iclasında dindirilmiş məhkəmə-tibb eksperti X16 da təsdiq edərək göstərmişdir ki, “Osteoporoz” xəstəliyinin düzgün müalicəsinin aparılması nəticəsində ötüb keməsi mümkündür, o, isə məhkəmə-tibbi ekspertizası üzrə rəy verərkən yalnız bir-iki aylıq dövrü əhatə edən sənədləri tədqiq etmişdir. Həm bu ifadələrdən, həm də yuxarıda təsvir olunmuş məhkəmə-tibbi ekspertizasının rəyindən göründüyü kimi, ibtidai araşdırma zamanı Şahid6 barəsində məhkəmə-tibbi ekspertizası keçirilərkən ekspertlər qarşısında xəstənin 15 saylı Poliklinikada məhz 2020-ci ilin sentyabr ayında müayinə edilərkən təhlil olunan xəstəliyin onda aşkar edilib-edilməməsi müm künlüyü barədə sual qoyulmamış, məhkəmələr də bu məsələyə diqqət yetirməmiş və həmin məsələnin aydınlışdarılması istiqamətində heç bir hərəkət etməmişlər. Baxmayaraq ki, Məhkum verdiyi bütün ifadələrində təkidlə qeyd etmişdir ki, Şahid6 belə xəstəliyin olmasını o, müəyyən edərək 07 sentyabr 2020-ci il tarixli göndərişdə onu əks etdirmiş və həmin göndərişdəki məlumatlar onun tərəfindən təhrif olunmamışdır. Bundan başqa, Məhkum tərəfindən Şahid5 barəsindəki göndərişdə əksini tapmış diaqnozun təhlilindən göründüyü kimi, sonuncunun əzab çəkdiyi xəstəliklərin əksəriyyəti nevroloji xəstəliklərə aiddir və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da göstərmişdir ki, o, Şahid5 tibbi sənədlərini sahə həkimi kimi qəbul etsə də, həmin sənədləri həkim-məsləhət komissiyasına təqdim etmiş, k omissiyanın həkim-nevropatoloqu kimi isə X4 fəaliyyət göstərmişdir. Lakin istər ibtidai araşdırma orqanı, istərsə də işə mahiyyəti üzrə baxan məhkəmələr həkim-nevropatoloq X3nın həmin sənədləri qəbul etdikdən sonra Şahid5 müaynə edib-etməməsi, onda həqiqətən 05 noyabr 2020-ci il tarixli göndərişin nevropatoloq bölməsində qeyd edilmiş "Başqa rublikalarda təsnif olunmayan qıcolmalar. Kəllə beyin travmasından sonrakı tez-tez təkrarlanan qıcolma tutmalar (7-8 dəfə olmaqla), digər neqativ pozğunluqlar. Şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə biruzə verən kəskin asteno-nevrotik sindirom. Digər ekstrapiramid və hərəki pozğunluqlar. Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı sol tərəfli pramid çatışmazlığı hərəki pozğunluqlarla. Hemiplegiya. Sağ ətrafların nəzərə çarpan parezi. Ba ş beyin silkələnməsi. Partlayış nəticəsində baş beyin silkələnməsi-yaddaşın zəifliyi. Vestibilyar pozuntular, sol tərəfli piramid çatışmazlığı əlamətləri, hərəki-koordinator funksiyaların pozulması ilə” kimi xəstəliklərin müəyyən olunub-olunmaması aydınlaşdırılmamış, Məhparə Məmmədova isə ibtidai araşdırma zamanı bu məsələlərlə bağlı qeyri-müəyyən ifadələr verməsinə baxmayraq o, məhkəmə iclaslarında dindirilməmişdir. Eyni ilə qeyd olunan göndərişdə travmotoloq-ortoped qrafasında əks etdirilmiş "Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı sol tərəfli pramid çatışmazlığı” diaqnozunun Şahid5 müayinə etməyən Məhkum tərəfindən əks etdirilib-etdirilməməsi, xəstənin isə məhkəmə-tibbi ekspertizasının keçirilməsi zamanı deyil, müayinə olunduğu dövrdə bu xəstəlikdən də əzab çəkibçəkməməsi, üm umiyyətlə isə hər iki göndərişdə əks olunmuş, lakin tibbi sənədlərə uyğun olmayan diaqnozlar barədə məlumatların saxta olub-olmaması araşdırılmamışdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum həkim-məsləhət komisiyasında həkimcərrah kimi fəaliyyət göstərməsi ilə yanaşı onun üzərinə həm də həkim-onkoloq və həkimtravmotoloq vəzifələrinin də icrasının həvalə edilməsinə dair hər hansı sənəd (müvafiq əmr, göstəriş və s.) iş materiallarında aşkar edilməmişdir və onun tərəfindən Şahid5 travmotoloji xəstəlik üzrə diaqnozun qoyulması sual doğursa da, məhkəmələr bununla bağlı müdafiə tərəfinin iddialarına cavab verməmişlər. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum vəzifə saxtakarlığı cinayətini törətməsi ilə yanaşı həmçinin vəzifədən-sui istifadə etmə cinayət əməli ni, yəni CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə də təqsirli bilinsə də, araşdırılmış sübutların təhlilinə görə, bu sübutların məcmusu həmin ittihamın da əsaslı olması barədə fikir yürütmək üçün kifayət etmir. Belə ki, CM-nin 308.1-ci maddəsinə əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda belə əməlləri törətmiş şəxsin göstərilən maddə ilə cinayət məs uliyyətinə cəlb edilməsinə səbəb olur. Təhlil edilən maddənin məzmunundan və mənasından göründüyü kimi, vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir, vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri isə müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Bu isə o deməkdir ki, şəxsə qarşı vəzifədən sui-istifadəyə görə ittiham irəli sürülərkən ilk növbədə onun malik olduğu səlahiyyətlərinə istinad edilməklə bu səlahiyyətlərin nədən ibarət olması və han sı normativ və ya qeyri-normativ aktlarla tənzimlənməsi ittihamda əksini tapmalı, digər tərəfdən isə onun məhz həmin səlahiyyətlərindən və ya onların bir hissəsindən sui-istifadə etməsi müəyyən edilməldir. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri də fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Fiziki və ya hüquqi şəxslərin hüquqlarına və ya qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticə real maddi ziyanda, əldən çıxmış mənfəətdə, eləcə də, qanunla qorunan müxtəlif dəyərlərə dəymiş zərərdə (vətə ndaşların konstitusiya hüquq və azadlıqlarının pozulması, hakimiyyət orqanlarının nüfuzdan salınması, onların işində maneələr yaradılması, ictimai qaydanın pozulması və s.) ifadə oluna bilər. Hüquqlara və ya qanuni mənafelərə vurulmuş zərərin mühümlüyü isə zərərçəkmişlərin sayı, onlara vurulmuş mənəvi, fiziki və ya əmlak ziyanının ağırlığı, idarənin, müəssisənin, təşkilatın normal işinə vurulan mənfi təsirin dərəcəsi, vurulmuş maddi ziyanın həcmi xarakterində ifadə oluna bilər. Belə zərərin mövcudsuzluğunda isə vəzifəli şəxsin hətta vəzifədən sui-istifadə etməsi halında onun cinayət xarakterli əməli törətməsindən söhbət gedə bilməz. Maddi hüquq normasına (CM-nin 308.1-ci maddəsinə) yuxarıda göstərilən qaydada verilmiş təfsirə uyğun olan hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, vəzifə səlahiyyətlərindən sui-istifadənin obyekti dövlət, yerli özünüidarə orqanlarının, kommersiya və qeyri-kommersiya təşkilatlarının normal fəaliyyətidir. Əlavə obyekt qismində fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: - vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Vəzifəli şəxslərin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən suiistifadənin konkret formaları da müxtəlif ola bilər. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər. Beləliklə, qeyd edilən maddənin mənasına görə, vəzifə səla hiyyətlərindən suiistifadə edən şəxs törətdiyi əmələ münasibətdə vəzifəsinə görə malik olduğu səlahiyyətlərdən istifadə etməli və yaxud etməməli və bu cür istifadə etmə və yaxud istifadədən yayınma qəsdən qulluq mənafeləri əleyhinə yönəldilməlidir. Məhkum elan olunmuş ittihamın məzmununa və məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, sonuncunun əməllərinin CM-nin 313-cü maddəsi ilə yanaşı həm də CM-nin 308.1-cİ maddəsi tövsif edilməsinə səbəb onun vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi olmuş dur. Əvvəla, Məhkum qarşı təhlil edilən cinayəti törətdiyinə görə irəli sürülmüş ittiahmda "Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş "Həkim məsləhət komissiyası haqqında” Əsasnaməyə istinad olunsa da, həmin sənəddə həkim-məsləhət komissiyasının üzvü kimi həkim-cərrahın və ya digər sahələr üzrə həkimlərin ayrı-ayrılıqda səlahiyyətləri deyil, ümumilikdə həmin komissiyanın səlahiyyətləri müəyyən edilmişdir. Digər tərəfdən, iş üzrə toplanmış sübutlarla Məhkum bu səlahiyyətlərə əsasən həkim-məsləhət komissiyasının üzvü kimi komissiyaya müraciət etmiş Şahid6 müayinə edərək onda aşkar etdiyi xəstəliyklərə uyğun ola raq diaqnozu 15 saylı Poliklinikada tərtib olunmuş 07 sentyabr 2020-ci il tarixli göndərişə daxil etməsi təsdiq olunsa da, bunu vəzifə səlahiyyətlərinə zidd olaraq, yaxud da özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə etməsi, bu haqda istər Şahid6, istərsə də başqa maraqlı şəxslərin Məhkum müraciət etmələri, onunla sövdələşmələri, sonuncu tərəfindən xəstəyə əlilliyin müəyyən edilməsinin və buna əsasən təqaüdün verilməsinin baş tutacağı barədə vədin verilməsi, yəni məhkum olunmuş şəxsin Şahid6 üçün üstünlük əldə etməsi məqsədilə hərəkət etməsi müəyyən edilməmiş və bununla bağlı heç bir araşdırma aparılmamışdır. Bu məsələlər həmçinin Şahid5lə bağlı hallara münasibətdə də aydınlaşdırılmamışdır, halbuki, qeyd edildiyi kimi, Məhkum cinayət təqibinin bütün mərhələlərində həmin xəstəni ümumiyyətlə tanımadığını və onu müayinə və tibbi sənədlərini tədqiq etmədiyini, buna görə də ona heç bir əlavə diaqnoz qoymadığını bildirmişdir. Eyni zamanda, Məhkum qarşı irəli sürülmüş ittihamda onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yuxarıda göstərilən Əsasnamənin tələblərini pozması qeyd olunsa da, məhkəmələr tərəfindən nəzərə alınmamışdır ki, bu sənədin tələblərinə uyğun olaraq tərtib olunaraq Tibbi Sosial Ekspert Komissiyasının elektron informasiya bazasında yerləşdirilmiş 07 sentyabr və 05 noyabr 2020-ci il tarixli göndərişlər Məhkum ilə yanaşı həkim-məsləhət komissiyasının sədri və digər üzvləri tərəfindən də elektron imzalarla imzalanaraq təsdiq edilmiş, lakin ibtidai araşdırma orqanı kimi məhkəmələr də işin müəyyən edilmiş bu faktiki halına, yəni komis siya sədrinin və digər üzvlərinin məsuliyyət məsələsinə qiymət verməmişlər. X3 istisna olaraq, həm komissyanın sədri Xin, həm də onun üzvü Şahid4 isə, Məhkumun ifadələrinə uyğun verdikləri ifadələrində qeyd olunan göndərişlərdə hər hansı məlumatın təhrif edilməməsini və buna görə də bu sənədləri imzaladıqlarını bildirmişlər. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, CM-nin 308.1-ci maddəsində vəzifədən sui-istifadə cinayətinin mütləq əlaməti kimi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərərin vurulması nəzərdə tuulmuşdur. Qanunun bu normasının tələbinə və mənasına, habelə hazırki qərarda istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü i l tarixli Qərarında sərgilədiyi hüquqi mövqeyə görə, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və ya qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticə real maddi ziyanda, əldən çıxmış mənfəətdə, eləcə də, qanunla qorunan müxtəlif dəyərlərə dəymiş zərərdə (vətəndaşların konstitusiya hüquq və azadlıqlarının pozulması, hakimiyyət orqanlarının nüfuzdan salınması, onların işində maneələr yaradılması, ictimai qaydanın pozulması və s.) ifadə oluna bilər. Hüquqlara və ya qanuni mənafelərə vurulmuş zərərin mühümlüyü isə zərərçəkmişlərin sayı, onlara vurulmuş mənəvi, fiziki və ya əmlak ziyanının ağırlığı, idarənin, müəssisənin, təşkilatın normal işinə vurulan mənfi təsirin dərəcəsi, vurulmuş maddi ziyanın həcmi xarakterində ifadə oluna bilər. Belə zərərin mövcudsuzluğunda isə vəzifəli şəxsin hətta vəzifədən sui-istifadə etməsi halında onun cinayət xarakterli əməli törətməsindən söhbət gedə bilməz. Məhkum qarşı irəli sürülmüş ittihamdan isə ona törətməsi istinad olunan əməllər nəticəsində mühüm ziyan vurma kimi qiymətləndirilə bilən yuxarıda sadalanan nəticələrdən hər hansı birinin baş verməsi, o cümlədən Şahid5 və Şahid6 hüquq və azadlıqlarının pozulması, digər tərəfdən isə istər dövlətin və ya cəmiyyətin, fiziki və hüquqi şəxslərin, o cümlədən 15 saylı şəhər Poliklinikasının və həmin poliklinikanın nəzdində təşkil olunmuş həkim-məsləhət komissiyasının qanunla qorunan maraqlarına və mənafelərinə mühüm ziyanın vurlması, bu ziyanın nədə ifadə olunması görünmür və həm ibtidai araşdırma orqanı, hə m də məhkəmələr bu məsələ ilə bağlı dəqiqləşdirmə aparmamış, Məhkum elan olunmuş ittihamda isə təhlil edilən hal ümumi sözlərlə ifadə olunmuşdur. Buna baxmayaraq, hazırki iş üzrə zərər çəkmiş şəxs qismində 15 saylı şəhər Poliklinikası, onun nümayəndəsi qismində isə Nümayəndə tanınmışlar və kassasiya şikayətində sonuncu tərəfindən məhkəmə iclasında Məhkum hərəkətləri nəticəsində təmsil etdiyi tibb müəssisəsinə heç bir ziyanın vurulmaması barədə ifadələr verməsi göstərilsə də, digər tərəfdən isə birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolunda nümayəndənin bir çox məhkəmə iclaslarında iştirak etməsi qeyd olunsa da, həmin protokolda və ümumiyyətlə cinayət işinin materiallarında Nümayəndə ifadələri aşkar edilməmiş, sonuncu isə yalnız məhkəmə çıxışlarında nitq söyləyərək iş üzrə ədalə tli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında isə bu ziddiyyətli məsələyə ümumiyətlə aydınlaq gətirilməmiş və Nümayəndə kassasiya şikayəi ilə eyni məzmunda olan apellyasiya şikayətinə münasibəti öyrənilməmiş, həmin məhkəmənin qəbul etdiyi 05 avqust 2022-ci il tarixli qərara isə birinci instansiya məhkəməsinin hökmü olduğu kimi köçürülərək yalnız Məhkum barəsində bəraət hökmünün çıxarılmasının mümkünsüzlüyü qeyd olunmuş, apellyasiya şikayətinin dəlillərinə isə əsalandırılmış şəkildə inandırıcı cavablar verilməmişdir. Məhkəmə kollegiyası Məhkum barəsindəki iş materiallarını və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin iş üzrə qəbul edilmiş yekun qərarı təhlil edib yuxarıda göstərilən işin hallarından və qanunvericiliyin tələblərindən, on lara verilmiş şərhlərdən və izahlardan çıxış edərək həmin qərarın əsaslandırılmış və qanuna müvafiq qaydada qəbul edilmiş qərar kimi qiymətləndirilməsini mümkün bilmir ona görə ki, hazırki iş üzrə göstərilən qərardan verilmiş kassasiya şikayətinin dəlillərinə uyğun olan eyni dəlillərlə verilmiş apellyasiya şikayətinə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqı aparmadan, yəni heç bir sübüt araşdırmadan yalnız ümumi cümlələrlə bu dəlillərə cavab vermiş, birinci instansiya məhkəməsində məhkəmə araşdırmasının yuxarıda şərh edilənlərə əsasən natamam aparılmasına baxmayaraq işə həmin məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv baxılmasını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki qərarın “Hüquqi məsələlər” hissəsində göstərilən qanunvericiliyin tələbləri iş üzr ə müəyyən edilmiş bütün çatışmazlıqların və ziddiyətlərin aradan qaldırılması, işin faktiki hallarının düzgün müəyyən edilməsi, o cümlədən Məhkum qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittihamın əsaslı olubolmaması barədə kifayətedici nəticəyə gəlmək üçün iş üzrə təkrar araşdırmanın aparılması labüddür. Yuxarıda təsvir edilənlərdən görünən odur ki, apellyasiya instansiyası məhkəməsi zəruri olmasına baxmayaraq apellyasiya şikayətinin dəlillərini əsaslı şəkildə yoxlamaqdan, yəni bu dəlillərə cavab verilməsi, işə hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən və onların CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada qiymətləndirilməsindən imtina etməklə CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntu lara yol vermiş və bu pozuntular aradan qaldırılmadan Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi barədə qəti fikir yürütmək mümkün deyil. Buna görə, məhkəmə kollegiyası Məhkum və müdafiəçisi S.M.Səlimovanın birgə verdikləri kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və həmin şikayətin apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması hissədə təmin edilməsini mümkün bilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi S.M.Səlimovanın, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək, Məhkum CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirili b-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum və onun müdafiəçisi S.M.Səlimovanın birgə verdikləri kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-629/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-629/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver