Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-63/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş x1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarından x1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Ə.C.Seyidov (sədrlik edən və məruzəçi), A.Ə.A.Məcidov və Z.Q.Ağayev) xx xxxxxx 2018-ci İl tarixli hökmü ilə, x1- xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, sərnişin daşıma fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 yaşamış Azərbaycan Respublikası CM-nin 263-1.3-cü və 264-cü maddələri ilə təqsirli bilinərək, CM–nin 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məh rum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsin ilə 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən cəzalar qismən toplanmaqla qəti olaraq 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx xxxxxx 2017-ci il tarixdən hesablanmaqla məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki,nəqliyyat vasitələrini idarrə etmək hüququ verən “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla x2-nin mülkiyyətində olan Taksi 4 “London Taxis” minik markalı sidan tipli ** TH *** dövlət qeydiyyat nişanlı avtomobillə icarə müqaviləsinə əsasən sərnişin daşıma ilə məşğul olarkən xx xxxxxx 2017-ci il tarixdə saat 03 radələrində “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbini pozub nəqliyyat vasitəsini hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol təsiri altında yüngül dərəcəli sərxoşluq vəziyyətində Bakı şəhəri Sabunçu-Zabrat şossesi ilə saatda 50 km/saat sürətlə idarə edərkən həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət edib diqqətini daim dəyişən yol şəraitindən ayırmamalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə z ərər vurmamalı olduğu halda, sükan arxasında yuxulamaqla, yol-hərəkət qaydalarını pozmuş idarəetmənin itirilməsinə idarə etdiyi avtomobilin Zabrat dairəsinə çatmamış yolun əks istiqamətli Zabrat-Sabunçu hərkət hissəsinə çıxıb, həmin istiqamətdə hərəkətdə olan x3 idarə etdiyi “Oka” minik markalı AZ 10 NX dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, ehtiyyatsızlıqdan zərərçəkmiş x3 sağlamlığına ağır zərərvurmaya aid xəsarətlərin almasına, daxili üzvlərinin zədələnməsi nəticəsində çoxlu qanitirmədən ölməsinə, eləcə də toqquşma nəticəsində avtomobilin yararsız vəziyyətə düşdüyündən 2030 manat, “London Taxis” minik markalı zədələnməsindən x2-nə 1616 manat məbləğində ziyan dəyməsinə səbəb olmuşdur. O, həmçinin “Yol Hərəkəti Haqqənda” Azərbaycan Respublikası Qanununun 37.4-cü maddəsinə əsasən hadisə yerində qalmayıb və ya özü haqqında zərərçəkmişə məlumat vermədən hadisə yerindən qaçmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi və təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən və məruzəçi) S.A.Mirzəyev və E.Y.Şamayevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarından x1 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, nə birinci instansiya məhkəməsi və nə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 28, 33, 144, 145 və 146-cı maddələrinin kobud pozulması hallarını, qondarma sübutları, şahid ifadələrini yoxlamamış, heç bir məhkəmə ekspertizası keçirilməmişdir. Məhkəmələr “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarının izahlarına da istinad edilməmişdir. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsə lələr üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edil məsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. x1nun kassasiya şikayətində göstərmişdir ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 28, 33, 144, 145 və 146-cı maddələrinin kobud pozulması hallarını, qondarma sübutları, şahid ifadələrini yoxlamamış, heç bir məhkəmə ekspertizası keçirilməmişdir. Məhkəmələr “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarının izahlarına da istinad edilməmişdir. Ona görə də kassasiya şikayət inin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətində hər hansı kokret sübuta istinad edilməmiş, dəlillər ümumi subyektiv mülahizələrlə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin ittiham hökmü isə konkret mötəbər sübutlarla əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə şahidlərin tərəfsizliyi yoxlanılmış, ifadələrində göstərdikləri halların həqiqiliyi digər sübutlarla da təsdiq edilmişdir. Şahidlərin ifadələrinin həqiqiliyini şübhə altına ala biləcək hər hansı başqa sübut cinayət işinin materiallarından müəyyən edilməmiş və kassasiya şikayətində də belə sübuta istinad edilməmişdir. Hadisə zamanı hadisə yerində Zabrat dairəsində yolun üçkünc adacıq nişanının daxilində evakuator avtomobilinin olması müəyyən edilməmişdir. Hadisə zamanı x1nun spirtli iç ki qəbul etməsi nəticəsində sərxoş vəziyyətdə olması, hadisə zamanı avtomobili qarşı hərəkət zolağına çıxararaq sürətlə idarə etməsi nəticəsində yol-nəqliyyat hadisəsi törətməsi hadisəni bilavasitə müşahidə etmiş şahidlərin ifadələri ilə sübut edilmişdir. Şahidlərin ifadələrində göstərilən hallar həm də cinayət işi üzrə təyin edilmiş yol-nəqliyyat və məhkəmə-tibb ekspertizalarının rəyləri ilə, eləcə də digər sübutlarla da təsdiq edilmişdir. Təqsirləndirilən şəxs x1 məhkəmə iclasında tədqiq edilmiş ibtidai istintaqdakı ifadəsində özünü elan edilmiş ittihamda təqsirli bilmiş, hadisə yerindən sənədlərini götürüb tərk etdiyini etiraf etmiş, məhkəmə iclasındakı ifadəsində yol-nəqliyyat hadisəsində günahının olmadığını hadisədən dörd ay sonra başa düşdüyünü, hadisədən sonra oğlu Hüseynin və dost u Müqəddəsin hadisədən sonra ona kömək göstərmədən hadisə yerini tərk etməsinin səbəbini izah edə bilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid DİN-nin Maddi-texniki Təminat Baş İdarəsində inspektor işləyən x4 ifadəsində göstərmişdir ki, Zabrat dairəsinin yaxınlığında əks yolla eyni istiqamətdə “LONDON TAKSİ” markalı AZ-10-TH-xxx dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə idarə edildiyini görmüş, həmin avtomobil müəyyən məsafə qət etdikdən sonra Zabrat-Sabunçu qəsəbəsi istiqamətində hərəktdə olan “Oka” markalı avtomobillə toqquşmuşdur. Hadisə onun avtomobilindən 50-100 metr irəlidə baş verdiyindən, o avtomobili yolun kənarında saxlayıb yerə düşmüş, əvvəlcə “LONDON TAKSİ” markalı avtomobilə yaxınlaşıb sürücünü, biri azyaşlı olmaqla iki sərnişini digər şəxslərin köməyi ilə avtom obildən çıxarmış, sonra isə təxminən 100 metr kənarda dayanmış “Oka” markalı avtomobilə yaxınlaşdıqda sürücünün öldüyünü müəyyən etmişdir. O, “Oka” markal avtomobilə yaxınlaşarkən “LONDON TAKSİ” markalı avtomobilin sürücüsü bundan istifadə edərək hadisə yerindən qaçmışdır. Hadisə barədə, o cümlədən “LONDON TAKSİ” markalı avtomobili sürücüsünün hadisə yerindən qaçması barədə polis əməkdaşlarına məlumat vermişdir. Şahidlər x5 və x6 şahid x4nun ifadəsində göstərdiyi halları öz ifadələrində təsdiq etmişlər. Göstərilən sübutlarla və birinci instansiya məhkəməsi iclasında Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddəslərinə müvafiq toplanıb tədqiq edilmiş sübutların məcmusu ilə məhkumun cinayət əməlləri tam sübut olunmuş və Azərbaycan Respublikası CM-nin 263-1.3-cü və 264-cü maddələrinə düz gün tövsif edilmişdir. Ona görə də cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü düzgün olaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, məhkum x1nun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: x1nun kassasiya şikayəti təmin edilməsin. x1nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarı x1nun kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-63/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-63/2020
10.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver