Məhkəmə qərarları › İş №1(102)-63/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-63/2021

16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-63/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, - Məhkum müdafiəçisi-vəkil Miriyev Rafiq Əlimurad oğlunun iştirakları ilə, Lənk əran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Miriyev Rafiq Əlimurad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: M.Ə.Abdullayev (sədrlik edən və məruzəçi), E.İ.Əliyev və C.C.Nəbiyev) xx xxxxx 2018-ci İl tarixli hökmü ilə, Məhkum - xx xxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Ünvan1 qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublika sı CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzalarına, CMin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Məhkum cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin olunmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişd ir ki, o və X6 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında tamah niyyəti ilə, külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə, tamah niyyəti ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma cinayətlərini törətmişlər. Belə ki, onlar tamah niyyəti ilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı olan “Oruc” adı ilə tanıdıqları şəxslə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, istintaqa dəqiq məlum olmayan vaxtda və yerdən naməlum şəraitdə qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilərək Biləsuvar rayonu, Muğan kəndi ərazisinə gətirilərək, Biləsuvar-İran Gömrük yolunun kənarında «Muğan kəndi» plakatının yanında gizlədilmiş bir ədəd qara rəngli idman çantasında 3 (üç) ədəd polietilen torba bağlamalarda qablaşdırılmış ümumi xalis çəkisi 5720,0 qram olan külli miqdarda narkotik vasitə, kustar üsul la hazırlanmış tiryəki və 1 (bir) ədəd bağlamada qablaşdırılmış xalis çəkisi 40,538 qram olan külli miqdarda narkotik vasitə kustar üsulla hazırlanmış heroini əvvəlcədən razılaşdıqları kimi cinayətkar qrupun istintaqla müəyyən edilməmiş digər üzvünə çatdırmaq məqsədi ilə xx xxxxxxx 2017-ci il tarixdə saat 21:40 radələrində X3 idarə etdiyi «Mersedes-C200CDİ” markalı ** SR *** nömrə nişanlı avtomaşınla həmin yerə gələrək 1 (bir) ədəd qara rəngli idman çantasının içində olmaqla gizlədilmiş yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar-İran Gömrük yolunun 4-cü kilometrində yaxalanaraq Biləsuvar rayon Polis Şöbəsinə gətirilmiş lər. Həmin tarixdə saat 22:50 radələrində X3 idarə etdiyi «Mersedes-C200CDİ” markalı ** SR *** nömrə nişanlı avtomaşının sağ qabaq oturacağının ayaqaltısından 1 (bir) ədəd qara rəngli idman çantasında həmin ümumi xalis çəkisi 5720,0 qram külli miqdarda narkotik vasitə kustar üsulla hazırlanmış tiryək ayrı-ayrılıqda təmiz çəkiləri 1395,0 qram, 2460,0 qram, 1865,0 qram olmaqla 3 ədəd yapşıqan lentlə bağlanmış polietilen torba bağlamalarda və həmin yapşıqan lentlə bağlanmış polietilen torba bağlamaların birinin üzərinə yapışdırılmış 1 ədəd yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi 40,538 qram olan külli miqdarda narkotik vasitə kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüşdür. Məhkum müdafiəçisi-vəkil Əzimov Əbdülhəsən Əliş oğlu tərəfindən verilmiş apelyas iya şikayətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: E.Ə.Camalov (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və R.M.Cəfərovdan ibarət tərkibdə) apelyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) ilə endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən bu cəza CM-in 32.5,206.3.2-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzərində qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Şirvan Apelyasiya Məhkəm əsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Miriyev Rafiq Əlimurad oğlu kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilərək, təqsirli bilindiyi 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının aşağı həddində cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Miriyev Rafiq Əlimurad oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin tam təmin olunması göstərilsə də, əslində apelyasiya şikayəti tam təmin edilməmiş, Məhkum təqsirli bilindiyi maddələrin sanksiyasının aşağı həddində 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Kassasiya şikayətində Azərbaycan Respublikası CM-nin 8.1-ci, 41. 2-ci və 58.3-cü maddələrinə istinadən göstərilmişdir ki, Məhkum istintaqın əvvlindən etiraf edərək əməlindən peşiman olduğunu biuldirmiş, əvvəllər məhkum edilməmiş, yaşayış yerindən müsbət xasiyyətləndirilmişdir. Qərarda həmin hallar cəzanı yüngülləşdirən hallar kimi qeyd edilsə də, cəza təyini zamanı daha yüngül cəza təyin edilə bilərdi. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçisi-vəkil Miriyev Rafiq Əlimurad oğlu, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Pr osessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgün lüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Kassasiya şikayətində Azərbaycan Respublikası CM-nin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrinə istinadən göstərilmişdir ki, Məhkum istintaqın əvvəlindən etiraf edərək əməlindən peşiman olduğunu bildirmiş, əvvəllər məhkum edilməmiş, yaşayış yerindən müsbət xasiyyətləndirilmişdir. Qərarda həmin hallar cəzanı yüngülləşdirən hallar kimi qeyd edilsə də, cəza təyini zamanı daha yüngül cəza təyin edilə bilərdi. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkum məhkəmənin hökmünə əsasən ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o və X6 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında tamah niyyəti ilə, külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Resp ublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməyə köməkçilik etmə, tamah niyyəti ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda, 3 (üç) ədəd polietilen torba bağlamalarda qablaşdırılmış ümumi xalis çəkisi 5720,0 qram olan külli miqdarda narkotik vasitə, kustar üsulla hazırlanmış tiryəki və 1 (bir) ədəd bağlamada qablaşdırılmış xalis çəkisi 40,538 qram olan külli miqdarda narkotik vasitə kustar üsulla hazırlanmış heroini əvvəlcədən razılaşdıqları kimi cinayətkar qrupun istintaqla müəyyən edilməmiş digər üzvünə çatdırmaq məqsədi ilə xx xxxxxxx 2017-ci il tarixdə saat 21:40 radələrində X3 idarə etdiyi «Mersedes-C200CDİ” markalı ** SR *** nömrə nişanlı avtomaşınla həmin yerə gələrək 1 (bir) ədəd qara rəngli idman çantası nın içində olmaqla gizlədilmiş yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayətlərini törətmişlər. Kassasiya şikayətinin dəlillərindən müəyyən edilmişdir ki, Məhkum cinayət əməllərinin hüquqi tövsifi mübahisələndirilməmiş və cinayət işinin materiallarından müəyyən edilir ki, onun cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 143-146-cı madələrinə müvafiq toplanıb, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş və qiymətləndirilmiş sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilərək tövsif edilmişdir. Məhkumun müdafiəçisinin apelyasiya şikayətndə də cinayət əməllərinin hüquqi tövsifi mübahisələndirilmədiyindən, apelyasiya instansiyası məhkəməsinin qərarı ilə əməlin hüquqi tövsifinə dair hissədə hökm dəyişdirilmədən saxlanmış, məhkuma təyin edilmiş cəza yüngülləşdirilmişdir. Cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci İl tarixli hökmündən müəyyən edilir ki, məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, ilk məhkumluğunu və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi, CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almaqla cəza təyin etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin cinayət kollegiyası göstərilən halları və məhkumların şəxsiyyətlərinin ictimai təhlükəəliliyini xarakterizə edən halları nəzərə alaraq onların cəzasını yüngülləşdirmişdir. Məhkəm ə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci, 41.2-ci və 58.3-c ü maddələrinin mənasına görə cəza təyin edilərkən təkcə cəzanı yüngülləşdirən halları deyil eyni zamanda törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət işinin materiallarından müəyyən edilir ki, cinayət əməli qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, tamah niyyəti ilə, külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməyə köməkçilik etmə, tamah niyyəti ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miq darda, 3 (üç) ədəd polietilen torba bağlamalarda qablaşdırılmış ümumi xalis çəkisi 5720,0 qram olan külli miqdarda narkotik vasitə, kustar üsulla hazırlanmış tiryəki və 1 (bir) ədəd bağlamada qablaşdırılmış xalis çəkisi 40,538 qram olan külli miqdarda narkotik vasitə kustar üsulla hazırlanmış heroini əvvəlcədən razılaşdıqları kimi cinayətkar qrupun istintaqla müəyyən edilməmiş digər üzvünə çatdırmaq məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma cinayətlərini törətmişlər. Göstərilən əlamətlər həm də cinayətin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən hallardır və cəza təyini zamanı nəzərə alınmalıdır və alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apelyasiya Məhkəməsinin cinayət kollegiyası Məhkum təyin edilmiş cəzanı yüngülləşdirməklə göstərilən maddi hüquq no rmalarının tələblərinə uyğun nəticəyə gəlmişdir və cəzanın daha da yüngülləşdirilməsi üçün digər əsasların mövcudluğu cinayət işinin materiallarından müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar mü əyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Miriyev Rafiq Əlimurad oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar