Məhkəmə qərarları › İş №1(102)-63/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-63/2022

26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-63/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Qocayev Ramil Alim oğlunun iştirakları ilə xx xxxxxx 2003-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.1ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Bayramov Bəhruz Front oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər: İ.Abdullayev (sədrlik edən), C.Nəbiyev və M.Məmmədov) Məhkum – Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 05 (beş) il 7 (yeddi) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ü mumi rejimli tərbiyə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 09 aprel 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər: K.S.Bəşirov (sədrlik edən), R.M.Cəfərov və E.İ.Əliyev) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 2019-cu ilin aprel ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs1 ona məxsus fotoşəkili xüsusi proqram vasitəsi ilə gülüş doğuracaq formada montaj edib fon a məzəli musiqi əlavə etməklə “WhatsApp” proqramında üzv olduqları qrupa yerləşdirməsindən hiddətlənib Zərərçəkmiş şəxs1 barəsində təhqiredici ifadə işlətdiyinə görə aralarında yaranmış mübahisəni sonuncunun dəvəti ilə 09 aprel 2020-ci il tarixdə saat 18.30-da Ağcabədi şəhəri Ü.Hacıbəyli prospektində yerləşən dalanda aydınlaşdıran zaman zərərçəkmiş şəxsin ondan işlətdiyi söyüşləri üzərinə götürməsi və bunu “WhatsApp” proqramındakı qrupda bəyan etməsi ilə bağlı tələbindən əsəbləşərək, sonuncunun bu hərəkətlərini şəxsiyyətinin alçaldılması kimi qəbul etdiyi üçün qisas almaq məqsədilə sonuncunu öldürmək qərarına gəlmiş, bu məqsədlə öz cinayətkar niyyətini həyata keçirmək üçün üzərində olan xüsusi təyinatlı cib bıçağı ilə Zərərçəkmiş şəxs1 həyat üçün mühüm orqanların yerləşdiyi nahiyələrə zərb ə endirməklə sonuncuya döş qəfəsinin sol yarısının arxa səthindən Vİ-Vİİ qabırğaarası sahədən döş boşluğuna keçərək ağ ciyərin zədələnməsi və qarının sağ yarısının aşağı şöbəsindən qarın boşluğuna keçərək qara ciyərin zədələnməsi ilə nəticələnib daxili qanaxmaya səbəb olmuş kəsilmiş-deşilmiş yaralarla müşayiət olunan, yetirildiyi anda insan həyatı üçün təhlükəli olub sağlamlığa ağır zərər vuran xəsarətlər, habelə sağ kürək nahiyəsində, sağ bazuda və sağ saiddə kəsilmiş yaralar ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vuran xəsarət yetirmiş və vurduğu çoxsaylı bıçaq zərbələrinin təsirindən onun sağ qalma ehtimalının olmadığına əmin olub hadisə yerindən getdiyindən, həmçinin zərərçəkmiş şəxsin hadisə yerində olan şəxslər tərəfindən vaxtında xəstəxanay a çatdırılıb ona ixtisaslı tibbi yardım olunduğu üçün həyatı xilas edildiyinə görə öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və onun əməlinin CM-in 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul olunması xahiş olunur. Müdafiəçi qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs1 öldürmək qəsdi olmayıb və buna cəhd etməmişdir. İşdə bununla əlaqədar sübutlar yoxdur. Bundan başqa, müdafiəçi hesab edir ki, zərərçəkmiş şəxsin xəsarətləri barəd ə məhkəmə-tibb ekspertizasının rəyində onun ağır dərəcəli xəsarətlər almasına dair yazılanlar həqiqəti əks etdirmir. Belə ki, zərərçəkmiş şəxsin müayinəsi zamanı onun daxili orqanlarının tamlığının pozulması halı aşkar edilməmişdir. Müdafiəçi hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Məhkum əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi R.Qocayevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədə n saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli ol araq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində əməlin hüquqi tövsifi mübahisə edilir. Hesab edilir ki, Məhkum əməli CM-in 128-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə cinayət məsuliyyətini nəzərdə tutur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığını n şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarak teri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktl arı araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası ka ssasiya şikayətindəki dəlilləri əsassız hesab edərək Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarına istinad edərək qeyd edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthü quq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına v ə cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarındakı tövsiyələrə əsaslanaraq məhkumun əməlinin CM-in 128-ci maddəsinə tövsif edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində - “Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. İş materiallarından görünür ki, Məhkum zərərçəkmış şəxsin ondan işlətdiyi söyüşləri üzərinə götürməsi və bunu “WhatsApp" proqramındakı qrupda bəyan etməsi ilə bağlı tələbindən əsəbləşərək, sonuncunun bu hərəkətlərini şəxsiyy ətinin alçaldılması kimi qəbul etdiyi üçün qisas almaq məqsədilə sonuncunu öldürmək qərarına gəlmiş, bu məqsədlə öz cinayətkar niyyətini həyata keçirmək üçün üzərində olan xüsusi təyinatlı cib bıçağı ilə Zərərçəkmiş şəxs1 həyat üçün mühüm orqanların yerləşdiyi nahiyələrə zərbə endirməklə, eləcə də çoxsaylı bıçaq zərbələri vuraraq sonuncuya döş qəfəsinin sol yarısının arxa səthindən Vİ-Vİİ qabırğaarası sahədən döş boşluğuna keçərək ağ ciyərin zədələnməsi və qarının sağ yarısının aşağı şöbəsindən qarın boşluğuna keçərək qara ciyərin zədələnməsi ilə nəticələnib daxili qanaxmaya səbəb olmuş kəsilmiş-deşilmiş yaralarla müşayiət olunan, yetirildiyi anda insan həyatı üçün təhlükəli olub sağlamlığa ağır zərər vuran xəsarətlər, habelə sağ kürək nahiyəsində, sağ bazuda və sağ saiddə kəsilmiş yaralar ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vuran xəsarət yetirmiş və vurduğu çoxsaylı bıçaq zərbələrinin təsirindən zərərçəkmiş şəxsin sağ qalma ehtimalının olmadığına əmin olub hadisə yerindən getdiyindən, həmçinin zərərçəkmış şəxsin hadisə yerində olan şəxslər tərəfindən vaxtında xəstəxanaya çatdırılıb ona ixtisaslı tibbi yardım olunduğu üçün həyatı xilas edildiyindən, iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməmişdir. CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respubl ikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyəti məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həy at üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə istintaqında və ibtidai istintaq zamanı verdiyi ifadələri, «Baxış keçirilməsi haqqında» 09 aprel 2020-ci il tarixli protokol, «Mobil telefon aparatına baxış keçirilməsi haqqında» 09 aprel 2020-ci il tarixli protokol, «Əşyanın tanınmaya təqdim edilməsi haqqında» 14 avqust 2020-ci il tarixli protokol, canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 11 may 2020-ci il tarixli 291 nömrəli ekspert rəyi, maddi sübutların müayinəsi ilə bağlı 23 may 2020- ci il tarixli 319 nömrəli ekspert rəyi, kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji eskpertizası ilə bağlı tərtib olunmuş 14 iyul 2020-ci il tarixli 366/151 nömrəli ekspert rəyi, «Sübutların qiymətləndirilməsi haqqında» 14 avqust 2020-ci il tarixli qərar və işdə olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Məhkum hadisə zamanı bıçaqla zərərçəkmiş şəxsin həyatı üçün mühüm orqanlarına – döş boşluğuna, qarın və sağ kürək nahiyələrinə, ümumilikdə, beş ədəd xəsarət yetirməsi, yetirilmiş xəsarətlərin ikisinin ağır və üçünün yüngül dərəcəli olması, yalnız kəna r şəxsin – X10in müdaxiləsindən sonra zərərçəkmiş şəxsi hadisə yerində yaralı halda qoyub qaçması məhz Məhkum Zərərçəkmiş şəxs1 öldürmək niyyətində olmasını təsdiq edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkumun zərərçəkmiş şəxsi öldürmək məqsədilə vurmaması barədə ifadəsi özünü müdafiə xarakterli olmaqla işin faktiki hallarına uyğun gəlmir. Beləliklə, birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə toplanmış sübutlara, o cümlədən ekspert rəyləri, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CMnin 29, 120.1-ci maddəsi ilə tövsif edib həmin maddə ilə barəsində ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən və iş üzrə toplanmış digər sübuların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum əməlinin CM-in 128ci maddəsinə tövsif edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını gös tərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məh kum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2021-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar