Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-63/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 20 23-cü il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin (sədrlik edən hakim Yaşar Həşimov) 1(064)-06/2022 nömrəli 14 oktyabr 2022-ci il tarixli hökmü ilə xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, xxxx rayonu, xxxx kəndində qeydiyyatda olmaqla tutulanadək xxxx rayonu, xxxx küçəsi, təzə məhəllədə yaşamış Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.2-ci maddəsi ilə bəraət verilmiş, CM-in 318.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsin də çəkməklə cəzaçəkmə müddətinin əvvəli 25 aprel 2021-ci il tarixindən hesablanmışdır. İşin halları: İttihama əsasən Təqsirləndirilən şəxs təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, İran İslam Respublikasına qanunsuz yolla getmək məqsədi ilə 08 aprel 2021-ci il tarixdə saat 21 radələrində qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Beyləqan rayonu ərazisində yerləşən 20-ci sərhəd zastavasının 32-ci sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində keçmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 08 aprel 2021-ci il tarixdə ölkə ərazisini qanunsuz yolla tərk etdiyindən Azərbaycan R espublikasına qanunsuz yolla gəlmək məqsədi ilə 25 aprel 2021-ci il tarixdə saat 13 radələrində qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini təkrarən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Füzuli rayonu ərazisində yerləşən 18-ci sərhəd zastavasının 10-cu sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından tarixi istintaqa dəqiq müəyyən olmayan vaxtda İran İslam Respublikasının ərazisində satış məqsədi olmadan özünün istifadə etməsi üçün qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq olmayan təmiz çəkis i 0,226 qram miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı 25 aprel 2021-ci il tarixdə saat 13 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarətburaxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunda yerləşən 18-ci sərhəd zastavasının 10-cu sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçirdikdən sonra həmin tarixdə saat 13 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq şəxsi axtarış keçirilən zaman bir ədəd siqaret qutusunun içərisində gizlədilmiş, şəxsi istehlak miqdarından artıq olmayan miqdarda, təmiz çəkisi 0,226 qram narkotik vasitə hes ab olunan qurudulmuş marixuana şalvarının arxa sol cibindən aşkar olunaraq götürülmüşdür. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmməd Bağırov (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Elşad Əliyev) 1(106)-32/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qərarı ilə Füzuli Rayon Məhkəməsinin 14 oktyabr 2022ci il tarixli, 1(064)-06/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı kassasiya protesti verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassas iya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən Təqsirləndirilən şəxs əməlinin sübuta yetirilməməsinə görə bəraət verilməsinə dair Şirvan Apelyasiya Məhkəməsinin qərarı əsassızdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürərkən yalnız mövcud, iş üzrə toplanmış mötəbər sübutlara əsaslanmış, Təqsirləndirilən şəxs ibtidai istintaqdakı ifadəsində “İran İsalm Respublikasının vətəndaşı Adil adlı şəxsin dəvəti ilə Azərbaycan Respublikasından İran İslam Respublikasına getdiyini, satış məqsədilə narkotik vasitələri qanunsuz əldə edib, daşıyıb İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirdikdən sonra satmaları barədə qabaqcadan razılaşdıqlarını“ göstərsə də, ibtidai istintaq həmin hallarla bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürülməsini qeyri-mümkün hesab etmişdir. Bu da onun sübutudur ki, ibtidai istintaq orqanı ittihamın əsaslı həlli üçün mühüm əhəmiyyətə malik hallara ciddi yanaşmaqla, cinayət işinin istintaqını hərtərəfli, tam və obyektiv aparmışdır. Odur ki, məhkəmənin hazırki hökmündə “ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxslərin hüquq və azadlıqlarını pozmayan, onların təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüquq unu ehtiva edən tələblərə cavab verən, şəxslərin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır” kimi müddəadan istifadə etməsi yolverilməz və qeyri-obyektivdir. Bu hal özlüyündə onun təsdiqidir ki, məhkəmə əvvəlcədən necə olursa-olsun, Təqsirləndirilən şəxs bəraət vermək niyyətində olmuş, bu niyyətini reallaşdırmaq üçün ittiham tərəfinin sübutlarını görməzdən gəlmiş, müdafiə tərəfinin irəli sürdüyü ziddiyyətli və Təqsirləndirilən şəxs CM-nin 206.2-ci maddəsi ilə cinayət məsuliyyətindən yayınmağa xidmət edən “sübutlarını” isə hər vasitə ilə əsaslandırmaq yolunu tutmuşdur. Belə ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları və isin hallarını düzgün qiymətləndirməmiş, məhkəmə, ümumiyyətlə Təqsirləndirilən şəxs ibtidai istintaqda vermiş olduğu ifadəni nəzərə almamış, bununla da, cox ciddi cinayət prosessual pozuntuya və qeyri - obyektivliyə yol vermişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayə ti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiyas protestinin bu dəlilil ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi – narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün dö yüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi zamanı yaranır. Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqib i üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İstintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti, yəni 25 aprel 2021-ci il tarixdə qaçaqmalçılıq yolu ilə 0,226 qram narkotik vasitə olan qurudulmuş marixuananı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsini sübut etmək üçün məhkəməyə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə, şahidlər N saylı hərbi hissənin əcgərləri Şahid2 və Şahid1 ifadələrini, hal-şahidlər R.S.Məmmədovun və N.E.Şahbazovun ifadələrini, şəxsi axtarış və götürmə haqqında 25 aprel 2021-ci il tarixli protokolu, məhkəmə-bioloji və narkoloji ekspertizalarının rəylərini təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmin sübutları məhkəmə iclasında trədqiq edərək nəticəyə gəlmişdir ki, həmin sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi cinayət işinə apelyasiya protestinə əsasən baxıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salıb hesab edir ki, məhkəmələr düzgün nəticəyə gəlmişlər. Belə ki, işə əlavə edilmiş şəxsi axtarış və götürmə haqqında və aşkar olunmuş predmətə baxış keçirilməsi haqqında 25 aprel 2021-ci il tarixli protokollarda qeyd edilmişdir ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı narkotikə oxşar maddə aşkar edilmiş, axtarışdan sonra aşkar edilmiş maddəyə baxış keçirilmişdir. Protokollar N nömrəli hərbi hissənin təhqiqat qrupunun rəisi tərəfindən hal-şahidləri X2 və X3 iştirakları ilə tərtib edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, qanunsuz dövlət sərhədi keçən zanan o, sərhədçiləri tərəfindən saxlanılmış, onun üzərində axtarış aparılmış, telefon və digər əşyalar aşkar edilmiş, lak in üzərində narkotik vasitə olmamışdır. İbtidai istintaq zamanı o, onun üzərində narkotik vasitənin olması barədə ifadə təzyiq altında vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş hal-şahidləri R.S.Məmmədov və N.E.Şahbazov ifadələrində göstərmişlər ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlamış N №-li hərbi hissənin əsgərləri Şahid2 və Şahid1 məhkəmə iclasında verdikləri ifadələrdə də göstərmişlər ki, saxladıqdan sonra onlar Təqsirləndirilən şəxs üzərində baxış keçirmiş, baxış zamanı narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs hadisə yerinə gəlmiş Sərhəd Xidmətinin əməliyyatçılarına təhvil vermişlər. İstintaq orqanın təqdim etdiyi digər sübutlar – ekspertiza rəyləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təqsirini yalnız narkotik vasitənin onun üzərində aşkar edilməsi faktının təsdiq olunduğu halda müəyyən edir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə b orclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişlər ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmı ş sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Təqs irləndirilən şəxs CM-in 206.2-ci maddəsi üzrə təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışlar. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həl l edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apelyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apelyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apelyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin C inayət kollegiyasının 29 mart 2023cü il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Şirvan Apelyasiya Məhkəməsinin kollegiyasının 29 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Cinayət
Məhkəmə qərarları › İş №1(102)-63/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-63/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver