Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-630/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Məmmədova Leyla Polad qızı, Məhkum Təqsirləndirilən şəxs, M üdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Mirzəyev Təyyar Balarza oğlunun iştirakları ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 306.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Mirzəyev Təyyar Balarza oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 nümayəndələri X1 ilə birgə verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.Qarayeva) xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla üzərində qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmdən məhkum Təqsirləndirilən şəxs, onun müdafiəçisi Mirzəyev Təyyar Balarza oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Şəmşət qızı, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim V.Ə.Mursaqulov, hakimlər M.Ə.Abbasov və E.E.Rəhimovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Mirzəyev Təyyar Balarza oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 nümayəndəsi X1 ilə birgə kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Sabunçu Rayon Məhk əməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum olunmuşdur, ona görə ki, o, özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində fərdi yaşayış evini satacağını yalandan vəd verməklə, ilk dəfə ondan xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “xxxx” marketin qarşısında 40.000 manat pul aldıqdan sonra, eləcə də həmin evi onun adına rəsmiləşdirəcəyinə və evdə təmir-tikinti işləri görəcəyi adı ilə aldadaraq sonuncudan lx xxxx 2014-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 5.000 ABŞ-dolları milli pul vahidi ilə 3.922 manat, ümumilikdə vahid niyyətlə əhatə olunmu ş qəsdlə 43.922 manat məbləğində pulu ələ keçirməklə Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə keçirmək məqsədi ilə xx xxxxxx 2015-ci il tarixdə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində 23.000 manat dəyərində olan 72 kv.m ölçüdə fərdi yaşayış evinin tikilməsi üçün ilkin olaraq 15.000 manat pulunu ünvan 2 ünvanında almış və qalan pulu isə Zərərçəkmiş şəxs3 hissə-hissə almasına razılaşaraq həmin fərdi yaşayış evini tikib sonuncuya təhvil verdikdən 4-5 ay sonra Zərərçəkmiş şəxs3 daha iri ölçüdə fərdi yaşayış evinin tikib təhvil verəcəyinə yalandan vəd verib aldadaraq, onu inandırdıqdan sonra həmin evi 27.500 manata başqasına s atmış, bununla da Zərərçəkmiş şəxs3 15.000 manat məbləğində pulunu ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində olan 0,2 sot torpaq sahəsində 72 kv.m. ölçüdə 26.000 manat məbləğində fərdi yaşayış evini tikib təhvil verməsini yalandan vəd verməklə aldadaraq, ondan ilk dəfə 2016-cı ilin fevral ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində 1.000 manat, daha sonra həmin yerdə 2016-cı ilin mart aymdan sentyabr ayına kimi olan müddət ərzində cəmi 5.000 manat, ümumilikdə vahid niyyətlə əhatə olunmuş qəsdlə 6.000 manat məbləğində pulunu almış, q alan məbləği hissə-hissə ödənilməsini razılaşdıqdan sonra Zərərçəkmiş şəxs1 aldadıldığını başa düşərək, ondan pulunu geri qaytarılmasını tələb etmiş, ona vermiş olduğu puldan 2.000 manat məbləğində pulunu geri alsa da, qalan 4.000 manat məbləğdə pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs1 4.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində 30.000 manat məbləğində fərdi yaşayış evini tikib təhvil verəcəyini, eləcə də tikiləcək evi onun adına Kürdəxanı bələdiyyəsində rəsmiləşdirəcəyinə yalandan vəd verməklə aldadaraq, ondan ilk dəfə xx xxxx 2017-ci il tarixdə təkrarən Bakı şəhəri, Sab unçu rayonu, Kürdəxanı qəsəbəsində 3.400 manat, 2017-ci ilin iyun ayının 21-dən avqust ayının 10-u tarixə kimi olan müddət ərzində sonuncunun yaşadığı Bakı şəhərində cəmi 17.000 manat, ümumilikdə vahid niyyətlə 20.400 manat məbləğində pulunu almış, qalan məbləği hissə-hissə ödənilməsini razılaşdıqdan sonra, Zərərçəkmiş şəxs5 aldadıldığını başa düşərək, ondan pulunu geri qaytarılmasını tələb etmiş, verdiyi puldan 5.000 manatını geri alsa da, qalan 15.400 manat məbləğdə pulu Təqsirləndirilən şəxs ələ keçirməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində 16.000 m anat məbləğində fərdi yaşayış evini tikib təhvil verəcəyini, eləcə də tikiləcək evi onun qızı Şahid2 adına rəsmiləşdirəcəyinə yalandan vəd verməklə aldadaraq ilk dəfə ondan xx xxx 2017-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı notariusda 10.000 manat alaraq aralarında formal olaraq borc müqaviləsi bağladıqdan sonra, 2017-ci ilin iyun ayının 18-dən dekabr ayının 16-sı tarixə kimi olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində hissə-hissə 5.500 manat, ümumilikdə vahid niyyətlə əhatə olunmuş qəsdlə 15.500 manat məbləğində pul alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 27.500 manat məbləğində və maddi zərərin əvəzi olaraq 800 manat məbləğində pulu n alınaraq Zərərçəkmiş şəxs6 ödənilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-3066/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 gün müddətinə həbs edilməsinə və icra sənədindəki tələbi icra etməməsi üçün ona xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018ci il tarixlərdə məsuliyyəti elan olunmaqla məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Mirzəyev Təyyar Balarz a oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı qanunsuz, əsassız və ədalətsizdir, ona görə də, ləğv edilməlidir. Belə ki, məhkəmə işin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən halların tədqiqindən əsassız imtina etmiş, əməlində cinayət tərkibi olmayan şəxs barəsində ittiham hökmü çıxarmışdır. Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməmişdir.Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmündə isə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsigöstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarında Təqsirləndirilən şəxs təqsirinin özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, eks rəyləri və digər sübutlarla təsdiq olunduğu qeyd olunur. Halbuki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında ifadə verərkən göstərmişdir ki, onun zərərçəkmiş şəxsləri aldatmaq niyyəti olmamış, ev tikmək adı ilə onlardan pul almış və bunun əvəzində onlara ev tikməyə başlamışdır. Müəyyən səbəblərdən evlərin tikintisi tam başa çatdırılmasa da, zərərçəkmiş şəxsləri aldatmamışdır. Zərərçəkmiş şəxslərdən pul alarkən onun niyyəti məhz onlara ev tikmək olmuş, başqa kənar niyyəti olmamışdır. Ev tikmək niyyətini həyata keçirməyə də başlamışdır. İbtidai istintaq zamanı həmin evlərin tikintisinin həyata keçirildiyi yerlərə baxış keçirilmiş və bununla bağlı protokollar tərtib edilmişdir. Birinci instansi ya məhkəməsi hökmdə həmin protokollara istinad edib, evlərin mövcudluğunu göstərsə də, nədənsə heç bir sübut olmadan Təqsirləndirilən şəxs dələduz olması qənaətinə gəlmişdir. Beləliklə, göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən pulu alarkən öz üzərinə ev tikmək öhdəliyi götürmüş, onları aldatmamış, etibarlarından suiistifadə etməmiş, zərərçəkmiş şəxslər üçün ev tikintisini həyata keçirməyə başlamışdır.Əmlakın qaytarılmaması obyektiv hallarla,yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Ona görə də, Təqsirləndirilən şəxs əməli cinayət tərkibi yaratmır və münasibətlər mülki qanunver iciliklə tənzimlənməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs6 nümayəndəsi X1ilə birlikdə verilmiş kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədə geniş araşdırma aparılmış, Təqsirləndirilən şəxs təqsiri sübuta yetmişdir. Lakin, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan bu günə kimi qaytarılmamış, məhkəmə qətnaməsi icra olunmamışdır. İş üzrə beş nəfər zərərçəkmiş şəxsə dəymiş ziyan da ödənilməmişdir. Məhkum edilmiş şəxsə təyin edilmiş cəza onun şəxsiyyətinə uyğun deyil. Belə ki, məhkəmə cəza təyin edərkən, onun ilk məhkumluğunu, himayəsində azyaşlı uş aqların olmasını və zərərçəkmişlərdən birinin zərərinin qismən təmin olunmasını nəzərə almışdır. Lakin məhkəmə əsas məsələni, cinayətin nəticələrinin aradan qaldırılmasına heç bir cəhdlərin göstərilməməsini və bir nəfər deyil, bir neçə nəfərin sistematik olaraq aldadılmasını və onların pulların mənimsənilməsini düzgün qiymətləndirməmiş, bu gün də zərərçəkmişlərin şikayətçi olmaları nəzərə almamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarını dəyişdirməklə Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməsini xahiş edir. Daha sonra, Zərərçəkmiş şəxs4 nümayəndəsi X1 ilə birgə verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə geniş araşdırma aparılmış, Təqsirləndirilən şəxs təqsiri sübuta y etmişdir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilərək son dərəcədə humanizm, əslində isə qeyri-obyektivlik nümayiş etdirərək, ona 05 il azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs4 mülki iddiasını qismən təmin etmiş, ona vurulmuş zərəri tam həcmdə nəzərə almamışdır. Mülki iddia üzrə Zərərçəkmiş şəxs4 73922 manat pulun ödənilməsini cavabdehdən tələb etsə də, məhkəmə iddianı qismən, 43922 manat məbləğində hissəsində təmin etmişdir. İş üzrə beş nəfər zərərçəkmiş şəxs vardır. Bu şəxslərin hər birinin etibarından istifadə edən Təqsirləndirilən şəxs ümumilikdə 93822 manat məbləğində pulu mənimsəmişdir. Faktiki olaraq bu külli miqdar təşkil edən məbləğə yaxındır. Demək olar ki, vurulmuş zərər ödənilməmişdir. Bu cinayət işində adı keçən zərərçəkmişdən başqa digə r şəxslər də Təqsirləndirilən şəxs cinayətlərinin qurbanı olmuşdur. Belə ki, cinayət işi hələ məhkəmədə gedən zaman Təqsirləndirilən şəxs X2dən tikdiyi evi ona satmaq adı ilə 63.000 manat pul almış və bu günə kimi qaytarmamışdır. Belə olduğu halda, məhkəmə təqsirləndirilən şəxsə son dərəcə yüngül cəza təyin etmişdir. Onun tərəfindən zərərin ödənilməsi üçün heç bir addım atılmamışdır. Zərərçəkmiş D.Pipenin nə pulu, nə də evi qaytarılmamışdır. Halhazırda zərərçəkmişin pul verdiyi və satın aldığı ev məhkumun qohumları tərəfindən zəbt edilmişdir, o, satın aldığı evə buraxılmır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarını dəyişdirməklə Təqsirləndirilən şəxs barəsində daha ağır cəza tətbiq edilməsini, zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı olan mülki iddiasını tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında məhkumun müdafiəçisi Mirzəyev Təyyar Balarza oğlu çıxış edərək kassasiya şikayətində qeyd etdiyi halları bir daha vurğulayaraq Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, müdafiəçisinin mövqeyi ilə razı olduğunu bildirib kassasiya şikayətinin təmin olunmasını, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin yenidən apelyasiya məhkəməsinə gönd ərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən zərərçəkmiş şəxslərin nümayəndəsi Məmmədova Lalə Polad qızı vermiş olduğu kassasiya şikayətlərinin təmin olunmasını, məhkuma təyin edilmiş cəzanın yüngül olduğunu, buna görə də, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə ona daha ağır cəza təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu, məhkuma təyi n edilmiş cəzanın ədalətli və obyektiv olduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Mirzəyev Təyyar Balarza oğlu tərəfindən verilmiş kassasiya şikayətində təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, mübahisənin mülki xarakterli olduğu, əməldə cinayət tər kibinin əlamətlərinin olmadığı iddia edilir, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 nümayəndəsi X1 tərəfindən birgə verilmiş kassasiya şikayətlərində əməlin tövsifi mübahisələndirilməyərək, məhkuma təyin edilmiş cəzanın yüngül olduğu iddia edilir, bununla da, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin və zərərçəkmiş şəxslərin n ümayəndələri ilə birgə verilmiş kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinay ət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 306.1-ci maddələrinin dispozisiyası - dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrarən və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisin in müdafiə tərəfinin verdiyi kassasiya şikayətinin təmin olunması, zərərçəkmiş şəxslərin nümayəndəsi ilə birgə verilmiş kassasiya şikayətlərinin isə təmin edilməməsi barədə, zərərçəkmiş şəxslərin nümayəndəsinin zərərçəkmiş şəxslərlə birgə verilmiş kassasiya şikayətlərinin təmin olunması, müdafiə tərəfinin kassasiya şikayətinin isə təmin olunmaması, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs veri lmiş yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrarən və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 306.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçi tərəfindən və zərərçəkmiş şəxslər verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiy a məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mö təbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin əlamətlərinin olmaması, mübahisə mülki x arakterli olduğu halda Təqsirləndirilən şəxs dələduzluq cinayətini törətməkdə təqsirli bilindiyi iddia edilir. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların, ağırlaşdırıcı əlamətin müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Təqsirləndirilən şəxs hazırki qərarın “İşin halları” bölməsində təsvir e dilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 306.1-ci maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 306.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Zərərçəkmiş şəxslərin nümayəndələri ilə birgə verdiyi kassasiya şikayətlərində əməlin tövsifi mübahisələndirilməsə də, məhkuma təyin edi lmiş cəzanın yüngül olduğu, törədilmiş əməlin ədalətli nəticəsi olmadığı və məhkumun şəxsiyyətinə uyğun olmadığı iddia edilir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (ilk dəfə olaraq cinayət əməli törətməsi, himayəsində azyaşlı uşaqların olması, Zərərçəkmiş şəxs2-yə dəymiş ziyanın qismən ödənilməsi) habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə g örə məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə ala raq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Mirzəyev Təyyar Balarza oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 nümayəndələri X1 ilə birgə verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Mirzəyev Təyyar Balarza oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 nümayəndələri X1 ilə birgə verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 306.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı verilmiş kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-630/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-630/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver