Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-630/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X87 və məhkumun müdafiəçisi X7 iştirakları ilə, Neftçala Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM -nin 309.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyul 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Neftçala Rayon Məhkəməsinin (hakim: X53) 02 iyul 2020-ci il tarixli hökmü ilə 15 yanvar 1970-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, üç uşaq atası, əvvəllər məhkum olunmamış, 26 yanvar 2015-ci il tarixdən 12 may 2018-ci il tarixədək Neftçala Bələdiyyəsinin sədri vəzifəsində işləmiş, hazırda Neftçala Rayon Təhsil şöbəsinin nəzdində X106 məktəbində idman müəllimi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi, CM-nin 309.1-ci maddəsinə əsasən 3500 (üç min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilməsi, CM-nin 313-cü maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci və CPM-nin 44.2.1-ci maddələrinə əsasən müddətin keçməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməklə ona cəza təyin edilməməsi müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər: X54 (sədrlik edən və məruzəçi), X27 və X15 ibarət tərkibdə) Məhkum müdafiəçisi X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin 02 iyul 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 27 mart 2000-ci il tarixli 006499 saylı qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Neftçala rayonu Neftçala bələdiyyəsinin 26 yanvar 2015-ci il tarixdən bələdiyyə sədri vəzifəsində işləyərkən həmin bələdiyyə üzvlərinin 17 fevral 2015-ci il tarixli 02 saylı iclas protokolu ilə təsdiq edilmiş «Neftçala rayonu Neftçala bələdiyyəsinin Nizamnaməsi»nin 4-cü bəndinə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Konstitusiyasının 14 5-ci maddəsinin 1-3-cü bəndlərinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 02 iyul 1999cu il tarixli Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu, bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının 07 dekabr 1999-cu il tarixli Qanununun 8-ci maddəsinə əsasən bələdiyyə büdcəsindən pul vəsaitinin yalnız bələdiyyə iclasının qərarı ilə ayrılması və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməli olmasına və Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «X3»nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, 2015-2017-ci illər ərzində bələdiyyə üzvlərinin məlumatı olmadan, bələdiyyə üzvlə rinin yetərsayı təmin edilmədən keçirilən bələdiyyə iclaslarında rəsmi sənəd olan torpaq sahələrinin satılmasına, abadlıq, təmir-tikinti işlərinin aparılmasından ötrü smetanın təsdiq edilməsi və vəsaitin ayrılmasına dair iclas protokollarının məzmununa guya həmin protokolların bələdiyyə iclasında bələdiyyə üzvlərinin iştirakı ilə, yaxud hər iclasda yetərsay təmin edilməklə kollegial qaydada keçirilən iclas nəticəsində qəbul edilməsinə dair Neftçala rayonunun ərazisində yerləşən Neftçala rayonu Neftçala Bələdiyyəsinin inzibati binasında cinayətdən xəbərsiz olan bələdiyyənin ümumi şöbəsinin müdiri X63 vasitəsilə özünü qayğıkeş həmyerli və vətəndaşların problemlərinin həllinə çalışan rəhbər kimi göstərməkdə, qanunsuz hərəkətlərini həyata keçirmək məqsədilə əlverişli şərait yaratmaqla həqiqi v əziyyəti pərdələmədə ifadə olunan şəxsi niyyətlə tərtib etməklə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi bələdiyyə iclas protokolları, o cümlədən, X64, X43, X8 və X28 0,24 hektar torpaq sahəsinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 25 aprel 2015-ci il tarixli 06 saylı, X1 0,06 hektar torpaq sahəsinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 05 may 2015-ci il tarixli 07 saylı, X65, X29 və X17 0,165 hektar torpaq sahələrinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 22 may 2015-ci il tarixli, 08 saylı, X44 və X18 0,12 hektar torpaq sahələrinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 03 iyul 2015-ci il tarixli 10 saylı, X45 0,06 hektar torpaq sahəsinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 21 sentyabr 2015-ci il tarixli, 15 saylı, X9 0,06 hektar torpaq sahəsinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 22 oktyabr 2015-ci il tarixli 18 saylı, X36 0,06 hektar torpaq sahəsinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 14 dekabr 2015-ci il tarixli 19 saylı, X46 0,02 hektar torpaq sahəsinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 17 yanvar 2016-cı il tarixli 01 saylı, X4, X19, X66 və X10 0,181 hektar torpaq sahələrinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 11 fevral 2016-cı il tarixli 03 saylı, X37 0,045 hektar torpaq sahəsinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 11 may 2016-cı il tarixli, 07 saylı, X5 0,06 hektar torpaq sahəsinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 03 iyun 2016-cı il tar ixli 08 saylı, X20, X55 0,08 hektar torpaq sahəsinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 28 iyun 2016-cı il tarixli, 10 saylı, X21 0,046 hektar torpaq sahəsinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 15 avqust 2016-cı il tarixli 14 saylı,S F G oğluna 0,06 hektar torpaq sahəsinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 02 sentyabr 2016-cı il tarixli 15 saylı, X22, X67 və X30 0,18 hektar torpaq sahələrinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 09 sentyabr 2016-cı il tarixli, 16 saylı, X47 0,06 hektar torpaq sahəsinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 14 oktyabr 2016-cı il tarixli, 19 saylı, X31 0,06 hektar torpaq sahəsinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 28 noyabr 2016-cı il t arixli 21 saylı, X13 və X14 0,0385 hektar torpaq sahələrinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 30 dekabr 2016-cı il tarixli 23 saylı, X38 0,0097 hektar torpaq sahəsinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 02 mart 2017-ci il tarixli 04 saylı, X68 və X48 0,075 hektar torpaq sahələrinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 10 mart 2017-ci il tarixli 05 saylı, X23 0,0305 hektar torpaq sahələrinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 24 aprel 2017-ci il tarixli 08 saylı, X32 0,06 hektar torpaq sahələrinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 01 iyun 2017-ci il tarixli 10 saylı, X6 0,008 hektar torpaq sahələrinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 20 iyul 2017-ci il tarixli, 14 saylı, X73 və X2 0,0381 hektar torpaq sahələrinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 03 avqust 2017-ci il tarixli 15 saylı, X33 0,06 hektar torpaq sahələrinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 22 avqust 2017-ci il tarixli 16 saylı, X49 0,03 hektar torpaq sahələrinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 31 avqust 2017-ci il tarixli 17 saylı, X56 və X24 0,12 hektar torpaq sahələrinin satışı ilə bağlı Neftçala rayon Neftçala Bələdiyyəsinin 02 noyabr 2017-ci il tarixli 20 saylı, cəmi 27 ədəd bələdiyyə iclas protokolu əsasında həmin torpaq sahələrinin satışının guya bələdiyyə iclaslarında müzakirə olunduğunu, bələdiyyə üzvlərinin həmin məsələnin lehinə səs vermələrini qeyd etdirib, həmin protokollardan 03 iyul 2015-ci il tarixli, 10 saylı, 28 avqust 2015-ci il tarixli, 14 saylı, 21 sentyabr 2015-ci il tarixli, 15 saylı, 11 fevral 2016-cı il tarixli, 03 saylı, 03 iyun.2016-cı il tarixli 08 saylı, 11 may 2016-cı il tarixli, 07 saylı, 28 iyun 2016-cı il tarixli, 10 saylı, 15 avqust 2016-cı il tarixli, 14 saylı, 02 sentyabr 2016-cı il tarixli, 15 saylı, 09 sentyabr 2016-cı il tarixli, 16 saylı, 14 oktyabr 2016-cı il tarixli, 19 saylı, 28 noyabr 2016-cı il tarixli, 21 saylı, 02 mart 2017-ci il tarixli, 04 saylı, 10 mart 2017-ci il tarixli, 05 saylı, 24 aprel 2017-ci il tarixli, 08 saylı, 01 iyun 2017-ci il tarixli, 10 saylı, 20 iyul 2017-ci il tarixli, 14 saylı, 03 avqust 2017-ci il tarixli, 15 saylı, 22 avqust 2017-ci il tarixli, 16 saylı və 31 avqust 2017-ci il tarixli, 17 saylı iclas protokolunda cinayətdən xəbərsiz o lan bələdiyyə iclas katibi X12 əvəzindən özü imza edib, digər protokollarda isə sonuncuya imza etdirdikdən sonra özü də imza edib bələdiyyəyə məxsus dairəvi möhürlə təsdiq edərək həmin protokollar əsasında, eyni tarixlərdə tərtib edilməklə məzmununa qeyd edilən inzibati binada cinayətdən xəbərsiz olan bələdiyyənin ümumi şöbəsinin müdiri Cavid İsayev vasitəsilə qeyd edilən şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil etdiyi protokollardan çıxarışlara əsasən, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında torpaq sahələrinin həmin şəxslərə ayrılmasını həyata keçirərək, həmçinin, eyni niyyətlə, Neftçala Bələdiyyəsinin inzibati ərazisində yerləşən Neftçala şəhəri, 5-ci məhəllədə avtomobil yolların təmir işlərinin aparılması üçün 2387,93 manat dəyərində smetanın təsdiq edilm əsinə dair 28 avqust 2015-ci il tarixli, 14 saylı, Neftçala Bələdiyyəsinin inzibati ərazisində yerləşən Bankə qəsəbəsinin daxili yolların, L.Rzayev, Ə.Məmmədov və S.Vurğun adına küçələrdə təmir işlərinin aparılması üçün 1455 manat vəsaitin ayrılmasına dair 22 oktyabr 2015-ci il tarixli, 18 saylı, Neftçala Bələdiyyəsinin inzibati ərazisində yerləşən M.Ə.Rəsulzadə küçəsinin yağış və qrunt sularından təmizlənməsi üçün 168 manat, Kürkənd kəndinin əsas yollarının təmiri üçün 447 manat, 6 saylı yaşayış məhəlləsinin yağış və qrunt sularından təmizlənməsi üçün 149 manat və 5 saylı yaşayış məhəlləsinin küçə və yollarının abadlaşdırılması üçün 689 manat vəsaitin ayrılmasına dair 14 dekabr 2016-cı il tarixli, 22 saylı, Neftçala bələdiyyəsinin inzibati ərazisində yerləşən Neftçala şəhəri, 5 saylı ya şayış məhəlləsinin küçə və yollarının abadlaşdırılması üçün 1135 manat vəsaitin ayrılmasına dair 30 dekabr 2016-cı il tarixli, 23 saylı, Neftçala Bələdiyyəsinin inzibati ərazisində yerləşən Neftçala şəhəri, E.Bağırov küçəsində axmaz gölün üstündən keçən yolun təmiri üçün 744 manat vəsaitin ayrılmasına dair 13 fevral 2017-ci il tarixli, 02 saylı, Neftçala Bələdiyyəsinin inzibati ərazisində yerləşən Neftçala şəhəri, 5 saylı yaşayış məhəlləsinin küçə və yollarının abadlaşdırılması üçün 1712 manat vəsaitin ayrılmasına dair 18 mart 2017-ci il tarixli, 06 saylı, Neftçala bələdiyyəsinin inzibati ərazisində yerləşən Neftçala şəhəri, 6 saylı yaşayış məhəlləsinin küçə və yollarının abadlaşdırılması üçün 223 manat, Neftçala rayonu, Bankə qəsəbəsi, C.Mikayılov küçəsindən çıxan kanalın qazılaraq genişl əndirilməsi, məişət tullantılarının və yığılmış zibil qalıqlarının daşınaraq ərazidən kənara tökülməsi üçün 521 manat, Neftçala şəhəri, 20 Yanvar küçəsində yolların abadlaşdırılması üçün 280 manat vəsaitin ayrılmasına dair 12 aprel 2017-ci il tarixli, 07 saylı, Neftçala Bələdiyyəsinin inzibati ərazisində yerləşən Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yollarının abadlaşdırılması üçün 186 manat vəsaitin ayrılmasına dair 01 iyun 2017-ci il tarixli, 10 saylı, Neftçala Bələdiyyəsinin inzibati ərazisində yerləşən Neftçala şəhəri, M.Ə.Sabir küçəsində abadlıq və təmizlik işlərinin görülməsi üçün 558 manat vəsaitin ayrılmasına dair 31 avqust 2017-ci il tarixli, 17 saylı, Neftçala Bələdiyyəsinin inzibati ərazisində yerləşən Neftçala şəhəri, M.Ə.Sabir küçəsində abadlıq və tikinti təmir işlərinin a parılması üçün 15390 manat və Neftçala rayonu, Bankə qəsəbəsi, C.Mirzəzadə küçəsində tullantılarının təmizlənməsi, abadlıq və tikinti təmir işlərinin aparılması, qum və çınqıl döşənməsi, çıxar sularının axıdılması üçün 689 manat vəsaitin ayrılmasına dair 08 dekabr 2017-ci il tarixli, 23 saylı, cəmi 10 ədəd bələdiyyə iclas protokolunun tərtib edilməsindən sonra həmin protokollardan 28 avqust 2015-ci il tarixli, 14 saylı, 01 iyun 2017-ci il tarixli, 10 saylı iclas protokolunda cinayətdən xəbərsiz olan bələdiyyə iclas katibi X12 əvəzindən özü imza edib, digər protokollarda isə sonuncuya imza etdirdikdən sonra özü də imza edib bələdiyyəyə məxsus dairəvi möhürlə təsdiq edərək həmin protokollar əsasında 26733,93 manat vəsaitin bələdiyyə büdcəsindən abadlıq və təmir-tikinti işləri üçün ayrılmasın a nail olub, həmin vəsaitdən 15182 manatı bələdiyyə büdcəsində saxlanılmaqla, qalan 11551,93 manat pulun bələdiyyənin qeyd edilən inzibati binasında olan xəzinəsindən həmin işlərin görülməsinə cəlb edilmiş şəxslərə xidmət haqqı və mal-material alınması üzrə ödəniş qismində ödənilməsilə həmçinin, eyni niyyətlə, bələdiyyə iclaslarında müzakirə və buna dair bələdiyyə iclas protokolu tərtib olunmadan Neftçala rayonu Kürkənd-İİ Mayak kənd yolunun təmir işlərinə cəlb edilmiş maşın mexanizmlərinin işləməsi üçün bələdiyyə büdcəsindən 1550 manat vəsaiti 2017-ci ilin noyabr ayının sonlarında bələdiyyənin qeyd edilən inzibati binasında olan xəzinəsindən 30 noyabr 2015-ci il tarixli 91 nömrəli qəbzin əsasında şəxsən götürüb həmin vəsaiti qeyd edilən işlərə görə maşın mexanizmlərinin işləməsi üçün yana caq alınmasına ödəməklə, ümumilikdə, bələdiyyənin kollegial orqanının müzakirəsindən kənar qeyd edilən 20268 hektar torpaq sahəsini ayrı-ayrı şəxslərə ayırmaqla və 13101,93 manat bələdiyyə vəsaitini qeyd edilən işlərin görülməsinə xərcləməklə Neftçala rayonu Neftçala Bələdiyyəsinin əmlakının üzərində təkbaşına sərəncam verərək bələdiyyənin əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmış, vahid niyyətlə qeyd edilən rəsmi sənədlərin məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyul 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın qanunsuz və əsassız olduğunu vurğu lamış və barəsində CM-nin 309.1 və 313-cü maddələri ilə bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmişdir. İş üzrə müəyyən edilmişdir ki, tərəfindən heç bir maliyyə pozuntusuna yol verilməmişdir. Ona qarşı irəli sürülmüş ittihamın əsas mahiyyəti ondan ibarət olmuşdur ki, guya Neftçala bələdiyyəsinin iclas protokolları tərəfindən saxtalaşdırılmış, yəni digər üzvlərin yerinə başqa şəxs imza etmiş, bundan əlavə keçirilmiş Bələdiyyə iclasları zamanı üzvlərin iştirakı təmin edilməmiş, torpaq alqı-satqısına dair məsələlər bələdiyyə iclasında müzakirə edilməmişdir. Məhkəmə iclasında iş üzrə dindirilmiş şahidlər keçirilmiş bələdiyyə ic laslarında həmişə yetərsayın olduğunu bildirmişlər. Bundan əlavə, iş materiallarında bələdiyyənin iclas protokollarındakı imzaların məhz sədr kimi Məhkum tərəfindən saxtalaşdırılmasına dair heç bir mötəbər sübut yoxdur. Əlavə olaraq qeyd etmişdir ki, bələdiyyə üzvləri bələdiyyə iclasları vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışlar və dindirilmiş şahidlər məhkəmə zamanı verdikləri ifadələrində bu halı təsdiq etmişlər. Lazımi qaydada məlumatlandırılmış bələdiyyə üzvlərinin iclasda iştirak etməməsinə görə bələdiyyə sədrinin ittiham edilməsi gülünc hesab olunmalıdır. Ümumiyyətlə cinayət işinin materiallarında onun hər hansı bir cinayət törətməyini sübut edən heç bir mötəbər dəlil və sübut yoxdur. Qeyd etmək istəyirəm ki, hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı dindirilmi ş şahidlər, eləcə də zərərçəkmiş şəxsin nümayəndəsi X50 hal-hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək həbs edilmiş Neftçala rayon İcra Hakimiyyətinin keçmiş başçısı İsmayıl Vəliyevin göstərişi ilə ibtidai istintaq zamanı mənə qarşı ziddiyyətli ifadələr vermişlər. Məhkəmə iclası zamanı isə həmin şahidlər fərqli ifadələr vermişlər. Məhkum qeyd olunanların nəzərə alınmasını və kassasiya şikayətinin təmin olunmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiya sı məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllə nin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qe yrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, şahid ifadələri, ekspert rəyləri və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarında olan, şahid qismində dindirilən X34 göstərmişdir ki, Neftçala şəhərində yerləşən 1 nömrəli tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir, həmçinin 2014-cü ilin dekabr ayından Neftçala rayonu, Neftçala Bələdiyyəsinə üzv seçilmişdir. İşlədiyi məktəb Neftçala rayonu Neftçala Bələdiyyəsinə yaxın olduğundan və müəllim işlədiyi sabiq bələdiyyə sədri Məhkum təklifi ilə keçirilən bələdiyyə iclaslarında katib kimi qeyd edilmişdir. Ancaq bələdiyyənin iclas protokolları onun tərəfindən deyil, ümumi şöbənin müdiri Cavid İsayev tərəfindən tərtib olunmuşdur. Həmin protokolları əskər hallarda oxumadan imzalamışdır. Cavid İsayev özü bələdiyyə iclaslarında iştirak etməsə də, protokolları Məhkum şifahi tapşırığı əsasında tərtib etmişdir. Yəni Məhkum Cavid İsayevə iclaslarda hansı məsələlərin müzakirə olunduğunu, nə baş verdiyini və digər zəruri məlumatları bildirmişdir. Neftçala rayonu, Neftçala Bələdiyyəsinin 01 yanvar 2015-ci il tarixdən 31 dekabr 2017-ci il tarixədək olan dövrünün maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlamasının keçirilməsi barədə məlumatı olmuş və müvafiq izahat vermiş, lakin yoxlamanın nəticəsinə dair tərtib edilmiş akt barədə məlumatı olmamışdır. Bildiyinə görə Neftçala Bələdiyyəsinin iclasları ayda bir dəfə keçirilmişdir. Vacib işi olmayanda və ona məlumat veriləndə iclaslarda iştirak etmişdir. Sözügedən hər üç ilin yay aylarında Bakı şəhərində olduğundan iclaslarda iştirak edə bilməmişdir. Dəqiq olaraq hansı tarixlərdə baş tutmuş iclaslarda iştirak etdiyini xatırlamır. Amma hər il ərzində təxminən yeddi-səkkiz i clasda iştirak etmişdir. İştirak etdiyi iclaslarda abadlıq işlərinin aparılması, imkansız ailələrə yardımların verilməsi, şəhid məzarlarının düzəldilməsi və yas mərasimlərinin keçirilməsinə maddi köməklik göstərilməsi məsələləri müzakirə olunmuş, lakin iştirak etdiyi heç bir iclasda torpaq sahələrinin satışı ilə bağlı məsələlər müzakirə olunmamışdır. Ümumilikdə, iclaslarda daimi olaraq ondan əlavə XXX DDD JJJ KKK və İİİ iştirak etmişdir. Göstərdiyi bələdiyyə üzvlərindən də bəzi hallarda bir-iki nəfəri iclaslarda olmamış, yəni bələdiyyə iclaslarında adətən beş, altı və ya yeddi nəfər iştirak etmişdir. Əksər bələdiyyə üzvlərinin iştirak etdiyi iki iclas olmuşdur. Həmin iclaslardan biri Məhkum bələdiyyə sədri seçildiyi, digəri isə sədrlikdən azad edildiyi iclas olmuşdur. Digər üzvlər isə üç il ərzində biriki iclaslarda iştirak etmiş, digər iclaslarda olmamışlar. İştirak etdiyi iclaslarda abadlıq işlərinin aparılması, imkansız ailələrə yardımların verilməsi, şəhid məzarlarının düzəldilməsi, yas mərasimlərinin keçirilməsi barədə qərarlar qəbul edilmişdir. Neftçala rayon mərkəzində bələdiyyə torpaqlarının harada yerləşməsini bilməmiş, Neftçala rayon Neftçala bələdiyyəsinin torpaq satışında real bazar qiymətindən ucuz satmaqla qanunsuzluğa yol verməsini audit yoxlaması zamanı izahat verərkən öyrənmişdir. Məhkum hansı əsasa görə bələdiyyə torpaqlarını real bazar dəyərindən ucuz satmasını bilməmişdir. 03 iyul 2015-ci il tarixli, 10 saylı, 28 avqust 2015-ci il tarixli, 14 saylı, 21 sentyabr 2015-ci il tarixli, 15 saylı, 11 fevral 2016-cı il tarixli, 03 saylı, 03 iyun 2016-cı il tar ixli 08 saylı, 11 may 2016-cı il tarixli, 07 saylı, 28 iyun 2016-cı il tarixli, 10 saylı, 15 avqust 2016-cı il tarixli, 14 saylı, 02 sentyabr 2016-cı il tarixli, 15 saylı, 09 sentyabr 2016-cı il tarixli, 16 saylı, 14 oktyabr 2016-cı il tarixli, 19 saylı, 28 noyabr 2016-cı il tarixli, 21 saylı, 02 mart 2017-ci il tarixli, 04 saylı, 10 mart 2017-ci il tarixli, 05 saylı, 24 aprel 2017-ci il tarixli, 08 saylı, 01 iyun 2017-ci il tarixli, 10 saylı, 20 iyul 2017-ci il tarixli, 14 saylı, 03 avqust 2017-ci il tarixli, 15 saylı, 22 avqust 2017-ci il tarixli, 16 saylı və 31 avqust 2017-ci il tarixli, 17 saylı bələdiyyənin iclas protokollarında ad və soyadının qarşısında olan imzaları nəzərdən keçirmiş və həqiqətən həmin imzalar onun tərəfindən icra edilməmişdir. Ekspertiza rəyi ilə razılaşmış, onun əvəzinə imza çəkən şəxsin kim və ya kimlərin olmasını bilməmişdir. Yəqin ki, kimsə öz şəxsi maraqları üçün bələdiyyə iclas protokollarında onun əvəzinə imza etmişdir. İşdə olan Neftçala Bələdiyyəsinin 26 yanvar 2015-ci il tarixli 01 nömrəli iclas protokolundan görünür ki, Aslanov X39 rayonu, Neftçala bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. İşdə olan Neftçala Bələdiyyəsinin 17 fevral 2015-ci il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş «Neftçala rayonu Neftçala bələdiyyəsinin Nizamnaməsi»nin 4.4-cü bəndinə əsasən bələdiyyə sədri əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxsdir İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə B aş İdarəsinin Mütəxəssis təhlilləri Şöbəsinin baş məsləhətçisi X52 rayonu Neftçala Bələdiyyəsinin 01 yanvar 2015-ci il tarixdən 31 dekabr 2017-ci il tarixədək olan dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin araşdırılmasına dair 06 sentyabr 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, bələdiyyənin kollegial orqanının müzakirəsindən kənar ümumilikdə 20268 hektar torpaq sahəsi ayrı-ayrı şəxslərə ayrılmış, 13101,93 manat bələdiyyə vəsaiti rəyin təsviri-əsaslandırıcı hissəsində qeyd edilən və istintaq zamanı keçirilmiş baxışın nəticələrinin əks olunduğu protokolda yerinə yetirilməsi öz təsdiqini tapmış işlərin görülməsinə xərclənmişdir. İş üzrə təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının 21 avqust 2019-cu il tarixli, 20874 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Neftçala rayonu Neftçala Bələdiyyəsi tərəfindən 2015-2017-ci illər ərzində qəbul edilmiş 25.04.2015-ci il tarixli, 06 saylı, 05.05.2015-ci il tarixli, 07 saylı, 22.05.2015-ci il tarixli, 08 saylı, 03.07.2015-ci il tarixli, 10 saylı, 28.08.2015-ci il tarixli, 14 saylı, 21.09.2015-ci il tarixli, 15 saylı, 22.10.2015-ci il tarixli, 18 saylı, 14.12.2015-ci il tarixli, 19 saylı, 17.01.2016-cı il tarixli, 01 saylı, 11.02.2016-cı il tarixli, 03 saylı, 03.06.2016-cı il tarixli 08 saylı, 11.05.2016-cı il tarixli, 07 saylı, 28.06.2016-cı il tarixli, 10 saylı, 15.08.2016-cı il tarixli, 14 saylı, 02.09.2016-cı il tarixli, 15 saylı, 09.09.2016-cı il tarixli, 16 saylı, 14.10.2016-cı il tarixli, 19 saylı, 28.11.2016-cı il tarixli, 21 saylı bələdiyyənin iclas protokolların kserosurətlərində “Məhkum” soyadı önündə əks olunan imzalar, 14.12.2016-cı il tarixli 22 saylı, 30.12.2016-cı il tarixli, 23 saylı, 02.03.2017-cı il tarixli, 04 saylı, 10.03.2017-cı il tarixli, 05 saylı, 24.04.2017-ci il tarixli, 08 saylı, 01.06.2017-ci il tarixli, 10 saylı, 20.07.2017-ci il tarixli, 14 saylı, 03.08.2017-ci il tarixli, 15 saylı, 22.08.2017-ci il tarixli, 16 saylı, 31.08.2017-ci il tarixli, 17 saylı, 02.11.2017-ci il tarixli, 20 saylı, 08.12.2017-ci il tarixli, 23 saylı bələdiyyənin iclas protokollarında “Məhkum”, soyadı önündə əks olunan imzalar Məhkum tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 25.04.2015-ci il tarixli, 06 saylı, 05.05.2015-ci il tarixli, 07 saylı, 22.05.2015-ci il tarixli, 08 saylı, 22.10.2015-ci il tarixli, 18 saylı, 14.12.2015-ci il tarixli, 19 saylı, 17.01.2016-cı il tarixli, 01 saylı, bələdiyyənin iclas protokolların kserosurətlərində “İ.Ə.Yusifova”, soyadı önündə əks olunan imzalar X34 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Neftçala Bələdiyyəsi tərəfindən 2015-2017-ci illər ərzində qəbul edilmiş 03.07.2015-ci il tarixli, 10 saylı, 28.08.2015-ci il tarixli, 14 saylı, 21.09.2015-ci il tarixli, 15 saylı, 11.02.2016-cı il tarixli, 03 saylı, 03.06.2016-cı il tarixli 08 saylı, 11.05.2016-cı il tarixli, 07 saylı, 28.06.2016cı il tarixli, 10 saylı, 15.08.2016-cı il tarixli, 14 saylı, 02.09.2016-cı il tarixli, 15 saylı, 09.09.2016-cı il tarixli, 16 saylı, 14.10.2016-cı il tarixli, 19 saylı, 28.11.2016-cı il tarixli, 21 saylı bələdiyyə iclas protokollarının kserosurətlərində “İ.Ə.Yusifova” soyadı önündə əks olunan imzalar, 02.03.2017-ci il tarixli, 04 saylı, 10.03.2017-ci il tarixli, 05 saylı, 24.04.2017-ci il tarixli, 08 saylı, 01.06.2017-ci il tarixli, 10 saylı, 20.07.2017-ci il tarixli, 14 saylı, 03.08.2017-ci il tarixli, 15 saylı, 22.08.2017-ci il tarixli, 16 saylı, 31.08.2017-ci il tarixli, 17 saylı bələdiyyənin iclas protokollarında “İ.Ə.Yusifova” soyadı önündə əks olunan imzalar X34 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər müdafiəçinin eyni məzmunlu ape lyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlind ə cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyul 2020-ci il tari xli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyul 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-630/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-630/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver