Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-630/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1, 259.2.3, 259.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 sentyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim: X4) 14 iyun 2022-ci il tarixli hökmü ilə xx.xx.1966-cı ildə İmişli rayonunun Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin qanuni təmsilçisi olmaqla direktoru vəzifəsində işləyən, İmişli rayonu, Muradxanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1, 259.2.3, 259.2.4 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1, 259.2.3 və 259.2.4-cü maddələri ilə 8000 (səkkiz min) manat cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 3.000 (üç min) manat cərimə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 10.000 (on min) manat cərimə cəzası saxlanılmışdır. Barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəs i ilə,X6 və X3 ibarət tərkibdə) 7 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 1(005)- 128/2022 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 15 dekabr 2005-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 sentyabr 2019-cu il tarixdən etibarən direktoru, 5 avqust 2020-ci il tarixdən etibarən isə qanuni təmsilçisi olmaqla, Cəmiyyətin 15 fevral 2005-ci il tarixli Nizamnaməsinə əsasən cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərmək, cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil etmək, cəmiyyətin adından əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq, cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək vəzifəsindən azad etmək, qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağın və təftiş komissiyasının səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirmək, cəmiyyətin hər hansı bir təsisçisinin tələbi ilə müəssisəyə vurduğu zərəri qanunvericiliklə müəyyən edilmiş qaydada ödəmək və digər səlahiyyətlərə malik təşkilati- sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə ə laqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 21 dekabr 2017-ci il tarixli 529 nömrəli Sərəncamı və xx.xx.2019-cu il tarixli 6 nömrəli tikintiyə icazə sənədi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yerləşən 0,92 ha torpaq sahəsində 1 girişli 16 mərtəbəli 3 ədəd yaşayış binasının tikintisini tamamlayıb mənzillərin satışını həyata keçirməklə gəlir əldə etmək və "xxxx" MMC-nin vəsaiti hesabına hər ay kirayə haqqı ödənilməklə kirayəyə köçürülmüş qəzalı vəziyyətdə olan yaşayış binalarında yaşayan sakinləri qısa müddətdə təmirli mənzillərlə təmin etməklə həmin xərclər dən daha əvvəl azad olunmaq məqsədilə həmin ərazidə meşə fonduna daxil olmayan ağacların mövcud olduğu yaşıllıq hissəsində yenidənqurma işləri aparmaq və bununla da ərazidəki yaşıllıqların məhv edilməsi hesabına yüksək gəlirliliyə nail olmaq üçün tamah niyyətilə qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair ərizə ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qəsdən müraciət etmədən və yaşıllığın götürülməsi vərəqəsini almadan həmin yaşıllıq sahəsində olan ağacın məhv edilməsi barədə göstəriş verməklə tikinti işlərinin aparılmasına şərait yaratmaq üçün 2020ci il aprel ayı nda ünvan 2 ünvanında söküntü işlərinin aparılmasında ekskovator operatoru işləməklə cinayətdən xəbərsiz olan Şahid6 Mehbalı oğluna verdiyi qanunsuz tapşırıq əsasında sonuncu tərəfindən idarə etdiyi traktor vasitəsilə torpaq sahəsində mövcud olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq ümumi dəyəri 9.000 (doqquz min) manat məbləğində qiymətləndirilmiş 62 sm diametrində 1 ədəd şam ağacının kök hissəsinə təmas etməklə tam ətrafında qəsdən qazma işləri aparıb ağac kökünün ətrafını torpaqsız saxlayaraq həmin ağacın aşmasına səbəb olaraq ərazidən götürüb məhv etməklə ümumilikdə 9.000 (doqquz min) manat məbləğində, yəni külli m iqdarda ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə etməklə meşə fonduna daxil olmayan ağacları tamah niyyətilə götürməklə məhv etmiş, ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsi, qorunması, bərpası və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlərdən ibarət yaşıllıqların mühafizəsinə zidd həmin əməlləri ilə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 21 dekabr 2017-ci il tarixli 529 nömrəli Sərəncamı və xx.xx.2019-cu il tarixli 6 nömrəli tikintiyə icazə sənədi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yerləşən 0,92 ha torpaq sahəsində 1 girişli 16 mərtəbəli 3 ədəd yaşayış binasının tikintisini tamamlayıb mənzillərin satışını həyata keçirməklə gəlir əldə etmək və "xxxx" MMC-nin vəsaiti hesabına hər ay kirayə haqqı ödənilməklə kirayəyə köçürülmüş qəzalı vəziyyətdə olan yaşayış binalarında yaşayan sakinləri qısa müddətdə təmirli mənzillərlə təmin etməklə həmin xərclərdən daha əvvəl azad olunmaq məqsədilə həmin ərazidə meşə fonduna daxil olmayan ağacların mövcud olduğu yaşıllıq hissəsində yenidənqurma işləri aparmaq və bununla da ərazidəki yaşıllıqların məhv edilməsi hesabına yüksək gəlirliliyə nail olmaq üçün tamah niyyətilə qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair ərizə ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qəsdən müraciət etmədən və yaşıllığın götürülməsi vərəqəsini almadan həmin yaşıllıq sahəsində olan ağacların məhv edilməsi barədə göstəriş verməklə tikinti işlərinin aparılmasına şərait yaratmaq üçün vahid niyyətlə 2021-ci ilin sentyabr ayında ünvan 2 ünvanında söküntü işlərinin aparılmasında ekskovator operatoru işləməklə ci nayətdən xəbərsiz olan Şahid6 Mehbalı oğluna verdiyi qanunsuz tapşırıq əsasında sonuncu tərəfindən idarə etdiyi traktor vasitəsilə torpaq sahəsində mövcud olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq ümumi dəyəri 9.600 (doqquz min altı yüz) manat məbləğində qiymətləndirilmiş 40 sm diametrində 2 ədəd şam ağacının kök hissəsinə təmas etməklə tam ətrafında qəsdən qazma işləri aparıb ağacların kökünün ətrafını torpaqsız saxlayaraq həmin ağacların aşmasına səbəb olaraq ərazidən götürüb məhv etməklə, ümumilikdə vahid niyyətlə 9.600 (doqquz min altı yüz) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla öz qulluq mövqeyindən is tifadə etməklə meşə fonduna daxil olmayan ağacları təkrarən tamah niyyətilə götürməklə məhv etmiş, ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsi, qorunması, bərpası və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlərdən ibarət yaşıllıqların mühafizəsinə zidd həmin əməlləri ilə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərilir ki, məhkəmələr Məhkum səmimi peşmançılıq çəkməsini və vurulmuş zərərin ödənilməsini cəzanı yüngülləşdirən, əməli öz qulluq mövqeyindən istifadə edərək təkrarən törətməsini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə almışlar. Məhkəmələr təqsirləndirilən şə xsin səmimi peşmançılığını əsaslandırmaq üçün hər hansı arqumentlər gətirməmişlər. Sadəcə şəxsin peşman olmasını qeyd etməklə bu halı cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması qərarların əsaslandırılması tələbindən çoxçox uzaqdır. Cinayət işinin materiallarına nəzərə yetirildikdə müəyyən olunur ki, hazırkı cinayət əməli şəxsin birinci cinayət əməli deyil. O həm əvvəl, həm də bu cinayət əməlini törətdikdən sonra cinayət əməlləri törətmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum CM-in 213.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi üçün cinayət məsuliyyətinə cəlb edilmiş, sonradan dəymiş ziyanın ödənilməsi ilə əlaqədar barəsində cinayət təqibinə xitam verilmişdir. Bundan əlavə hazırkı cinayət işi üzrə cinayət əməlini törətdikdən sonra da cinayət əməlləri törə tmiş, hazırda Məhkum CM-in 186.2.1, 186.2.2, 259.2.4 və 308.2-ci maddələri ilə cinayət işi Bakı Şəhəri Nərimanov rayon məhkəməsinin icraatdadır. Şəxsin cinayət əməlləri törətməsi tarixçəsinə baxdıqda heç də onun səmimi peşman olması və öz hərəkətlərinə məsuliyyətlə və tənqidi yanaşması nəticəsinə gəlmək olmur. Əksinə təqsirləndirilən şəxsdə formalaşmış cinayət meylləri mövcuddur, bu da cinayət təqibi orqanlarının təqsirləndirilən şəxsə qarşı loyal münasibətindən, əsasız olaraq yüngül cəza təyin etməsindən irəli gəlir. Bakı Apellyasiya Məhkəməsi hazırda CM-nin 186.2.1, 186.2.2, 259.2.4 və 308.2-ci maddələri ilə məhkəmənin icraatında olan cinayət işinin apellyasiya protestinin dəlili kimi qeyd olunmasını təqsirsizlik prezumpsiyasına zidd hesab etsə də, bu mövqe əsaslı deyil. Şəxsin təqsirlən dirilən şəxs qismində cəlb olunmasının onun üçün xüsusi status yaratması, belə şəxsin barəsində hər hansı cəlb etmə qərarını olmayan şəxsdən fərləndirilməsi məhkəmə təcrübəsində artıq qəbul edilmiş bir haldır. Qanunvericilik CM-nin 259-cu maddəsinin 2-ci hissəsində üç tövsifedici əlamət, sanksiyasında isə 3 alternativ cəza müəyyən etmişdir. Verilmiş ittihama və məhkəmə tərəfindən qəbul edilmiş ittihamın məzmununa görə təqsirləndirilən şəxs hər üç tövsiofedici əlamətlə - CM-nin 259.2.1, 259.2.3 və 259.2.4-cü maddələri ilə müşayiət edilən cinayət əməli törətmişdir. Bu hal isə heç şübhəsiz əməlin ictimai təhlükəliliyinin ən yüksək həddə olmasını ifadə edir. Belə olan halda maddənin bütün tövsifedici əlamətləri ilə müşayiət olunan cinayət əməli üzrə sanksiyada göstərilən ən yüngül cəza növünün seçiiməsi və ən aşağı həddə təyin edilməsi cinayət qanunvericiliyini prinsipləri ilə uzalaşmır. Apellyasiya məhkəməsi CM-in 308.1-ci maddəsi ilə müşayiət olunan əməlin təkrar olaraq törədilməsini faktiki olaraq nəzərə almamışdır. Belə ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar konkret olaraq şəxsin ittiham olunduğu maddələrə münasibətdə cəza təyin edilməsinə təsir edən haldır. Təqsirləndirilən şəxs barəsində CM-nin 308.1-ci maddəsinə münasibətdə hər hansı bir cəzanı yüngülləşdirən halı olmamış, əksinə əməlin təkrar törədilməsi kimi cəzanı ağırlaşdıran hal mövcud olmuşdur. Buna baxmayaraq məhkəmələr CM-in 308.1-ci maddəsinin sanksiyası ilə müəyyən edilən ən yüngül cəzanı təyin etmişdir. Halbuki, sanksiyada iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə mü əyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmələr şəxsin qulluq mövqeyindən istifadə etməklə cinayət əməli törətməsini, həmçinin təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayət əməllərinin törədilməsini qəbul etsələr də, şəxsin vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etməklə əlaqədar cəza təyin edilməsinə əhəmiyyət verməmişlər. Məhkəmə qərarlarından görünür ki, təqsirləndirilən şəxsin ittiham olunduğu hər iki maddənin sanksiyasında müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olma növündə əlavə cəzanın nəzərdə tutulmasına baxmayarq daha yüngül cəza növünü təyin etmiş, hər hansı əsaslandırma aparmadan CM-nin 46.2-ci maddəsinə əsasən əlavə cəzanı təyin etməmişlər. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1, 259.2.3, 259.2.4 və 308.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 sentyabr 2022-ci il tarixli qərarının ləğv olunması və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin təmin olunmaması barədə müdafiəçinin, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələr i tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və ci nayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən cərimə cəzasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterin ə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cin ayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxili ndə cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi Məhkum cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59, 66.2-ci maddələrinin tələblərinə əməl e tməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirən halları (törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və vurulmuş zərərin ödənilməsini) və ağırlaşdıran halı (öz qulluq mövqeyindən istifadə edərək təkrarən cinayət törətməsini) nəzərə almışdır. Belə ki, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasının həddində təyin edilmiş cərimə cəzası islah təsiri baxımından yetərli olmaqla sosial ədalət prinsipinin tələblərinə uyğundur. Apellyasiya Məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin Məhkum cəza təyin olunması ilə bağlı mövqeyi ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestindən görünür ki, sonuncu Məhkum barəsində hazırda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında CM in 186.2.1, 186.2.2, 259.2.4 və 308.2-ci maddələri ilə cinayət təqibinin həyata keçirilməsinə istinad edərək Məhkum təyin edilmiş cəzasının ağırlaşdırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallara istinad etməklə məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın ağırlaşdırılması təqsirsizlik və cəza təyin etmənin təməl prinsiplərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-ci maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa təqsirsiz sayılır. "İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 6.2-ci maddəsində də eynilə qeyd olunur ki, " Cinayət əməli törətməkdə təqsirləndirilən hər bir kəs onun təqsiri qanuna uyğun şəkildə sübuta yetirilməyənədək təqsirsiz bilinmək hüququna malikdir”. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində qeyd olunur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Göründüyü kimi beynəlxalq və milli qanunvericilikdə təqsirsizlik prezumpsiyası insanın mühüm hüquqlarından biri kimi çıxış etməklə insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırmadan qorunmasına yönəlmiş fundamental prinsip kimi təsbit edilmişdir. Belə olan halda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində həyata keçirilən cinayət işi ilə bağlı məhkəmənin yekun qanuni qüvvəsini almış hökmü və ya qərarı (həmin iş üzrə şəxs barəsində bəraət və ya ittihamedici hökm) olmadan dövlət ittihamçısı tərəfindən həmin halın nəzərə alınmaqla şəxsin cəzasının ağırlaşdırımasına istinad etməsi məhkəmə kollegiyası tərəfindən Məhkum ədalətli, qərəzsiz mühakimə gözləməsi hüququnun pozulmasına yönəlmiş addım kimi, həmçinin, məhkəmələr tərəfindən hələ məhkəmə istintaqı aparılan və nəticəsi bəlli olmayan cinayət işi üzrə başqa işin nəticəsinin öncədən bəyan edilməsinə yönəlmiş uğursuz təsir kimi qiymətləndirir. Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxsin cəzasının ağırlaşdırılmasına istinad etdiyi digər dəlil Məhkum əvvəllər CM-in 213.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi olmuşdur. Cinayət işi materiallarında olan məhkumluğun yoxlan ılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsi tətbiq olunmuş və o, cinayət məsuliyyətindən azad olunmuş, həmçinin Məhkum barəsində CM-nin 213.1 -ci maddəsi ilə başlanılmış icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.4-cü maddəsinə istinad etməklə xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-ci maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 50-ci bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18- ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Göründüyü kimi qanunvericilik ödənilmiş və götürülmüş məhkumluqları nəinki cəzanı ağırlaşdıran hal kimi, hətta təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmasını istisna edir.hazırkı halda isə Məhkum olunmamış, cinayət məsuliyyətindən azad olunmuş və barəsində başlanılmış icraata xitam verilmiş şəxsdir. Belə olan məhkəmə kollegiyası qeyd edir ki, Məhkum cinayət məsuliyyətindən azad edilməsi və sonuncu barəsin də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət təqibinə xitam verilməsi ona münasibətdə heç bir hüquqi nəticələr yaratmır və bu hala istinad edilməklə verilmiş kassasiya protestinin təmin edilməsi qanunvericiliyin yuxarıda sadalanan prinsipləri baxımından yolverilməzdir. Dövlət ittihamçısı, həmçinin, kassasiya protestində Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterinin, ictimai təhlükəlilik dərəcəsinin və təqsirkarın şəxsiyyətinin nəzərə alınmamasını və bu səbəbdən Asif Qulliyevə təqsirli bilindiyi CM-nin maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə istinad etməklə (öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda z iyan vurmasına münasibətdə) müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edilməsini xahiş etmişdir. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1, 259.2.3, 259.2.4 və 308.1-ci maddələrinin sanksiyalarından göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1, 259.2.3, 259.2.4- cü maddələrinin sanksiyasında yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 308.1-ci maddəsinin sanksiyasında isə iki mi n manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən tö rədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Göründüyü kimi adı çəkilən maddədə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsini mütləq zəruri edən hal kimi qeyd olunmamışdır ki, bu da həmin normanın imperativ deyil, dispozitiv xarakterli norma olmasını deməyə əsas verir. Belə ki, məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-cu maddəsi tətbiq edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyi, təqsirkar şəxsin şəxsiyyəti kimi əhəmiyyətli hallar da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 259.2.1, 259.2.3, 259.2.4 və 308.1-ci maddələrinin sanksiyasında həm alternativ cəzalar, həm də bu cəzaların aşağı və yuxarı hədləri nəzərdə tutulmuşdur. Qanunverici belə maddələrin sanksiyalarını bu şəkildə təsbit edərkən əvvəla cəza tədbirinin seçilməsi zamanı məhkəmələrə ilk növbədə sui- istifadə hallarına yol vermədən bu məsələyə fərdi yanaşma prinsipinə əməl etməklə cəzanın növünü və həcmini seçmələrinə, digər tərəfdən isə hər bir konkret halda təyin olunan cəzanın cəza təyin etmənin 8, 41.2 və 58.3-cu maddələrində nəzərdə tutulmuş prinsiplərinə, şərtləri və qaydalarına əməl edilməsinə imkanlar yaratmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində cəza tədbirini seçərkən bu məsələyə fərdi yanaşma prinsipinə əsaslanmalı, məsələnin həllinə bu və ya digər şəkildə təsir göstərə bilən halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilm iş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin özünün şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən, habelə onun cəzasını yügülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kimi qiymətləndirilməsinə əsas olar. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyy ətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Kassasiya məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin yuxarıda adı çəkilən Plenum qərarında əks olunmuş hüquqi mövqeyindən çıxış edərək belə gənaətə gəlir ki, cəzanın məqsədlərinə nail olunması və məhkum edilmiş şəxsin islah olunması üçün Məhkum cəzasının ağırlaşdırılmasına və sonuncu barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsinə zərurət olmaması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə əsaslıdır. Beləliklə, kassasiya məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddələrinin sanksiyası həddində cərimə cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məh kəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestində irəli sürdüyü dəlillərlə razılaşmır, işin faktiki hallarına uyğun olmadığından həmin dəlilləri əsassız hesab edir və qeyd edir ki, yuxarıda şərh olunanlara əsasən məhkuma təyin olunmuş cərimə cəzası və onun həddi ədalətli, qanuni və əsaslıdır. Azərbaycan Respublikası Ali M əhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 20 21-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 sentyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kolleg iyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.1, 259.2.3, 259.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 sentyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-630/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-630/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver