Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-630/2025 09.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024- cü il tarixli 1(105)-212/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Hafiz Əliyev (sədrlik edən və məruzəçi), Fəhmin Hümbətov və Aynur Rzayevadan ibarət tərkibdə) 25 dekabr 2023-cü il tarixli 1(124)-32/2023 nömrəli hökmü ilə, xx xxxxxx 1989-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli c əza çəkmə müəssisəsində çəkməklə və cəza çəkmə müddətinin başlanğıcı 10 iyul 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilinib məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 2021-ci ilin iyul ayının əvvəllərində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 9 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,215 qram, 3,319 qram, 4,169 qram, 2, 876 qram, 1,308 qram, 0,210 qram, 10, 138 qram, 10, 324 qram və 0, 326 qram, ümumi təmiz çəkisi 34,885 qram narkotik vasitə heroin və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,411 qram psixotrop maddə metamfetamin, 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,194 qram, 0,166 qram və 10,929 qram, ümumi təmiz çəkisi 11,289 qram külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda miqdarda 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qram, 2,954 qram və 0,075 qram, ümumi təmiz çəkisi 3,391 qram psixotrop maddə metamfetamini, ümumilikdə külli miqdarda 46,174 qram narkotik vasitə heroini və ümumilikdə külli miqdarda 4,802 qram psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlamış, 10 iyul 2021-ci il tarixdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 satması üçün qanunsuz olaraq külli miqdarda 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,194 qram, 0,166 qram və 10,929 qram, ümumi təmiz çəkisi 11,289 qram narkotik vasitə olan heroin və külli miqdarda 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qram, 2,954 qram və 0,075 qram, ümumi təmiz çəkisi 3,391 qram psixotrop maddə metamfetamin vermiş, sonuncu 10 iyul 202İ-cı il tarixdə saat 16:25 radələrində Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən Sumqayıt Regional Narkoloji dispanserin yaxınlığında Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən oğurluqda şübhəli bilinib saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə, 2 ədəd kağız bükümdə ümumilikdə 3 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,194 qram, 0,166 qram və 10,929 qram, ümumi təmiz çəkisi 11,289 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd sellofan bükümdə, 2 ədəd kağız bükümdə ümumilikdə 3 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qram, 2,954 qram və 0,075 qram ümumi təmiz çəkisi 3,391 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, bununla əlaqədar olaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Məhkum 10 iyul 2021-ci il tarixdə saat 20:35 radələrində yaşadığı ünvan 1 ünvanında saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən üzərindən qanunsuz əşya aşkar edilməsə də, yaşadığı evə baxış keçirilən zaman mənzilin qonaq otağında divan üzərində olan balışın altındakı qara rəngli dəri çantada qanunsuz olaraq əldə etdiyi külli miqdarda 9 ədəd bükümdə ayrılıqda təm iz çəkiləri 2,215 qram, 3,319 qram, 4,169 qram, 2,876 qram, 1,308 qram, 0,210 qram, 10,138 qram, 10,324 qram və 0,326 qram ümumi təmiz çəkisi 34,885 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd sellofan bükümdə 1,411 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Elman Əhmədov) 29 avqust 2024cü il tarixli 1(105)-212/2024 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin e dilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024-cü il tarixli 1(105)-212/2024 nömrəli qərarının Məhkum aid hissədə ləğv edilməsi və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı Məhkum aid hissədə tamamilə qanunsuz və əsassızdır. Belə ki, Məhkum və Təqsirləndirilən şəxs1 heç vaxt bir-birini tanımamışlar və həyatda üzləşməmişlər. Onların ilk dəfə bir-birini görmələri istintaq prosesi zamanı olmuşdur. Bunu həm Məhkum, həm də Təqsirləndirilən şəxs1 məhkəməyə verdikləri ifadlərdə təsdiq etmişlər. Təqsirləndirilən şəxs Məhkum ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilmişdir. O, Təqsirləndirilən şəxs1 ümumiyyətlə tanımamış, İran vətəndaşı Turacdan narkotik vasitə almışdır, amma həmin şəxs bu Turac deyil. Həmin Turacın nömrəsini Hikmətə vermiş, Hikmət gedib ondan narkotik vasitə götürmüş, ona da 1-2 qram vermişdir. Həmin şəxs ilə tutulmazdan çox əvvəl instagramda yazışmışdır. Onu saat 12-1 radələrində “Bağça” şəhərdə Hikmətin evində tutmuşlar, Hikmət onu görmüş, onu satdığını düşünmüşdür. O, Hikmətin evinə mobil telefon dalınca getmişdir. Evdə Hikmət yox, onun birlikdə yaşadığı qadın olmuşdur. Qadın onu tanımışdır. O, Hikmətin gəlməsini gözləyərkən polis əməkdaşları evin içində onu tutaraq bölməyə aparmışlar. 2 nəfər gəlmiş, qapını döymüş, özü gəldiyi maşının yiyəsi ilə yuxarı qalxmışlar. Həmin şəxsin adi Elnur olmu ş, Bakıda yaşamışdır. Elnur da evə gəlmiş, sonra onu buraxmışlar. Həmin vaxt evə baxış keçirməmişlər. Öz üstündə narkotik vasitə olmamışdır. Sonradan onu apararaq evə baxış keçirmiş, divanın altına narkotik vasitə qoyaraq çıxartmasını bildirmişlər. O, heç evin yerin bilməmiş, qapını açması üçün açarı ona vermişlər, o da səhvən aşağıdakı qonşunun evin açmaq istəmişdir. O, həmin evdə yaşamamışdır. Məhkəmə iclasında verilən ifadələr məhkəmə tərəfindən nəzərə alınmamış, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı təzyiq altında imzalamağa məcbur olduqları ifadələr əsas götürülmüşdür. Məhkum tutulma vaxtı da saxtalaşdırılmışdır. Belə ki, onun antenn məlumatları ilə də müəyyən olunur ki, o, ittihamda göstərilən vaxtda deyil, özünün dediyi vaxtda saxlanılmışdır. Kassator hesab edir ki, kif ayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Məhkum cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarınır və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasıdır. Hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Məhkəmə hazırkı işdə ərizəçinin polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. Məhkəmə kollegiyası işin materiallar ını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, baş qa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyinə baxmayaraq barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamış, təqsirləndirilən şəxs Məhkum məhkəmə ist intaqı zamanı verdiyi ifadəsini, gətirdiyi dəlilləri deyil, ibtidai istintaq zamanı təzyiq, təsir və fiziki zorakılıq altına alınmış şübhəli və heç bir əsası olmadan ifadələri ilə hökmü əsaslandırmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökm ü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, hazırki cinayət işi üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, şahidlər Şahid4, Şahid5, Şahid6, Şahid1, D.Şahid2 və Şahid3 ifadələri, məhkəmə e kspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və onun təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Mə hkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, iş materiallarından da göründüyü kimi məhkəmə təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri yoxlayaraq tədqiq etmiş, həmin ifadələrə cinayət işinin materiallarında olan sübutlarla müqayisəli surətdə qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Məhkum Turacın iş üzrə Təqsirləndirilən şəxs1 deyil, İran vətəndaşı olan Turac adlı şəxs olması ilə bağlı ifadəsinə əsaslı olaraq tənqidi yanaşmışdır. Belə ki, iş materiallarında olan Məhkum izahatından görünür ki, Təqsirləndirilən şəxs1 ondan Bakı şəhəri, Neftçilər deyilən yerə gedib parkda ağacın altında göndərdi yi narkotik vasitə olan heroini və metemfetamini götürməsini istəmiş, oda gedib götürmüşdür. Eyni zamanda iş materiallarında olan 05 noyabr 2021-ci il tarixli tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, Məhkum 4 fotoşəkil təqdim edilmiş, o narkotik vasitə və psixotrop maddələri aldığını şəxsin Təqsirləndirilən şəxs1 olmasını göstərərək öz əl yazısı ilə təsdiq etmişdir. Məhkəmələr Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cinayət işi üzrə ibtidai istintaq zamanı verdikləri ifadələr digər sübutlarla təsdiq edildiyindən onları düzgün və həqiqətə uyğun, məhkəmə iclasında verdikləri ifadələr isə özləri müdafiə və həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirmişlər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndiril ən şəxs1 ibtidai istintaqda verdikləri ifadələrin digər sübutların məcmusu ilə uyğunluq təşkil etməsi ilə yanaşı aşağıdakılara əsasən məhkəmələrin bu mövqeyi ilə razılaşır. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə həmin sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, təqsirləndirilən şəxslərin dindirilmələri cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun müdafiəçilərin iştirakları ilə keçirilmiş, qanun pozuntularına yol verilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdikləri ifadələri şübhə altında alan heç bir hal müəyyən edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər M əhkum və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılarkən və həbsdə saxlama müddəti uzadılarkən onlar fiziki və psixoloji təsirə məruz qalmaları barədə məhkəmə iclasında heç bir fikir bildirməmişlər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, Məhkum əməlinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret s übutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanılmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azər baycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göst ərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024-cü il tarixli 1(105)212/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024-cü il tarixli 1(105)-212/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təm
Məhkəmə qərarları › İş №1(102)-630/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-630/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver