Məhkəmə qərarları › İş №1(102)-631/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-631/2020

01.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-631/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5 və Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Səbuhi Hüseynov, hakimlər Azad Məcidov və Zeynal Ağayevdən ibarət tərkibdə), Məhkum, xx xxxxx 1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının *** rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada idman müəllimi işləmiş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək, ona CM-in 263-1.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum həbsdə saxlanıldığı 09 (doqquz) ay 14 (on dörd) gün müddət təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq ona qəti olaraq 04 (dörd) il 02 (iki) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum CM-in 264-cü maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 1.000 (min) manat miqdarında cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinin tələblərinə əsasə n təyin olunmuş əsas cəzaları tam toplama, əlavə cəzaları isə qismən birləşdirməklə Məhkum qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 02 (iki) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 1.000 (min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, AC № ******* seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə özünə məxsus olmaqla faktiki idarə etdiyi “BMW 525 minik” markalı, ** *** dövlət nömrə nişanlı avtomobili 25 yanvar 2018-ci il tarixdə, saat 1:05 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respubl ikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməyərək avtomobil idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yolunun 5-ci kilometrliyində saatda 50-60 km surətlə idarə edib öz yolunun sağ hərəkət zolağından sol hərəkət zolağına çıxmaqla hərəkətdə olan zaman işiqforun yaşıl işığında hərəkətini davam etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq qarşıda yolun kənarından ayırıcı orta qoşa xətt istiqamətində yolun həmin hərəkət hissəsinin sağ tərəfindən sol tərəfinə piyadanın keçdiyini görüb vaxtında tədbir görməklə diqqətini avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin təhlükəsiz idarə olunması üçün lazımi əməliyyatları vax tında, düzgün yerinə yetirməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, həmin piyadanın yanından təhlükəsiz yan məsafəsi saxlamaqla keçib getməli, hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olsa da, bunu etməyərək, piyadanın yanından ötüb keçəcəyini güman edərək yol hərəkəti qaydalarını pozub Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yolunun 5-ci kilometrliyində yerləşən “Albalı” marketin qarşısında həmin vaxt yolun kənarından qoşa xətli orta zolaq istiqamətində 10 metr aralı məsafədə sağdan sola orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində piyada Zərərçəkmiş ş əxs avtomobilin qabaq sağ hissəsi ilə ehtiyatsızlıqdan vuraraq ona sol qaşın, sağ baldırın əzilmiş yaraları; sol gözətrafı nahiyənin qançırı; alının, qaşüstü nahiyyənin, sol qaşın, sağ əlin arxa səthinin, sol qalça darağın, sol budun, sol dizin, sağ ayağın üst səthinin sıyrıqları; alt çənə sümüklərinin qapalı, qəlpəli, yerdəyişmiş sınığı; sol İİİ, İV, V, Vİ qabırğaların orta körpücük xətt üzrə qapalı, yerdəyişən sınıqları, sol diz qapağının qapalı yerdəyişmiş sınığı, sağ baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş sınıqları; sol ağciyərin cırılması; baş-beyin toxumasına və beyin qişalarına geniş qansızmaları; kəllə əsası sümüklərinin sınığı ilə müşayiət olunan, həyat üçün təhlükəli olan, ehtiyatsızlıqdan sağlamlığına ağır dərəcəli zərərvuran bədən xəsarətləri yetirməklə yol-nəqliyyat ha disəsi törətmiş, Məhkum “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq piyadanı avtomobillə vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və ehtiyatsızlıqdan xəsarət yetirdiyi Zərərçəkmiş şəxs yardım göstərmədən yolnəqliyyat hadisəsi yerindən qaçmış, nəticədə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi yol-nəqliyyat hadisəsi törədərək Zərərçəkmiş şəxs baş-beyin toxumasına və beyin qişalarına geniş qansızmaları nəticəsində 25 yanvar 2018-ci il tarixdə, saat 2:15-də Bakı şəhəri 3 saylı Şəhər Kliniki Xəstəxanasında ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Hökmdən Məhkum müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-129/2019 nömrəli 10 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim Sahibxan Mirzəyev, hakimlər Faiq Qasımov və Kamran Əkbərovdan ibarət tərkibdə) verilmiş apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-669/2019 nömrəli 30 aprel 2019-cu il tarixli qərarına əsasən (sədrlik edən və məruzəçi hakim Gülzar Rzayeva, hakimlər İmran Hacıqayıbov və Fərhad Kərimovdan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-917/2019 nömrəli 04 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Qədim Babayev, hakimlər Rizvan Səfərov və İlqar Murquzovdan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar xaric edilmiş, hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə 01 (bir) il m üddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən Məhkum hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Məhkum qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum məhkəməyədək icraat zamanı həbsdə saxlanıldığı 09 (doqquz) ay 14 (on dörd) gün müddət təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 08 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 14 mart 2019-cu il tarixdən hesablanmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli 1(101)-816/2018 saylı hökmünü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-917/19 saylı, 01 iyul 2019-cu il tarixli qərarı ədalətsiz, qanunsuz və əsassızdır. Belə ki, iş üzrə bütün faktlar bir daha sübut edir ki, hüquqlarını müdafiə etdiyim şəxsin hadisənin qarşısını almaq imkanı olmamışdır. Həmçinin bildirirəm ki, Məhkum hadisədən sonra zərərçəkmişə ilkin yardım göstərmiş, təcili tibbi yardımı çağırmış və zərərçəkəni tibbi yardım maşınına mindirərək xəstəxanaya göndərmişdir. Bunu məhkəmə istintaq zamanı dindirilmiş şahidlər də ifadələrində təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş TTYS- nin 10 saylı bölməsinin həkimi Firudin İsmayılov ifadəsində bildirmişdir ki, təcili yardım hadisə yerinə gələn zaman Məhkum hadisə yerində görmüşdür. O, bildirmişdir ki, Məhkum həmin yerdə zərərçəkmişə köməklik göstərilməsi üçün canfəşanlıq edirdi, hətta həmin canfəşanlığı onun həkim kimi fəaliyyətinə mane də olurdu. Həkim Məhkum bu canfəşanlığının səbəbini soruşduqda isə o, həkimə zərərçəkmişin onun tərəfindən vurulduğunu bildirmişdir. Məhkum zərərçəkmişi köməksiz vəziyyətdə qoyub hadisə yerindən qaçmamışdır. O, həm təcili yardıma zəng vurmuş, həm də ilkin yardımı zərərçəkmişə özü göstərərək zərərçəkmişi sağ böyrü üstə çevirərək başının altına gödəkcəsini qoymuşdur. Bütün bu faktlar sübut edir ki, Məhkum barəsində CM-in 264-cü maddəsinin tərkibinin yaranmasından söhbət bel gedə bilməz. Artıq yuxarıda qeyd edildiyi ki, nə Bakı Ağır Cinayətlər Məhkəməsi və nə də Bakı Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyası tərəfindən müdafiə tərəfindən verilmiş vəsatətlər araşdırılmamış və müvafiq hüquqi qiymət verilməmişdir. Qanunvericiliyin tələbinə əsasən vəsatət və ya xahişin həlli ilə əlaqədar qəbul edilmiş qərarda həmin vəsatət və ya xahişdə istinad edilən bütün dəlillərə qiymət verilməli, ərizəçinin bütün tələblərinə əsaslandırılmış münasibət bildirilməlidir. Qərarda vəsatət və ya xahişin nəyə görə təmin edildiyi, yaxud rədd edildiyi inandırıcı surətdə əsaslandırılmalıdır. Müdafiə tərəfi olaraq hesab edilir ki, Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin də tərkibi yoxdur və həmin maddə ilə də ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 10.04.2012-c i il tarixli qərarında qeyd edilmişdir ki, CM-in 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, mənası universal xarakter daşıyan CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi b u və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Kassator kassasiya şikayətində göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum müdafiəçisi Müdafiəçi və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasə n cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator kassasiya şikayətində Məhkum əməllərində Azərbaycan Respublikası CM-in 264-ci maddəsinin tərkibinin olmamasını, həmçinin iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmadığını vurğulayaraq, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bu tələblərini apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassı z imtina etdikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrinin pozulması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 və 416.1.6-cı maddələri apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina edildikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinin və ya dəyi şdirilməsinin əsasları barədə səlahiyyətlərinin hüdudlarını təsbit edir. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, hökmdən Məhkum müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-129/2019 nömrəli 10 yanvar 2019-cu il tarixli qərarı ilə verilmiş apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan məhkumun müdafiəçisinin apellyasiya şikayətindən müəyyən edilir ki, müdafiəçi Məhkum CM-in 263-1.3 və 264-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmasını xahiş et mişdir. Qeyd edilməlidir ki, həmin qərardan yalnız dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş və nə məhkum, nədə ki, müdafiəçisi tərəfindən kassasiya şikayəti verilməmişdir. Dövlət ittihamçısının verdiyi kassasiya protestinin dəlillərindən görünür ki, protest müəllifi məhkuma CMin 263-1.3-cü maddəsi ilə yüngül cəza təyin edildiyini, CM-in 264-cü maddəsi ilə isə barəsində əsassız olaraq CM-in 62-ci maddəsinin tətbiq edilməsini mübahisələndirmişdir. Dövlət ittihamçısının verdiyi kassasiya protesti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-669/2019 nömrəli 30 aprel 2019-cu il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərarı kassasiya prote stinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-917/2019 nömrəli 04 iyul 2019-cu il tarixli qərarından müəyyən edilir ki, məhkəmə kassasiya kollegiyasının ləğvetmə qərarında göstərdiyi tövsiyyələrə uyğun qərar qəbul etmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar xaric edilmiş, hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il m üddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən Məhkum hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Məhkum qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum məhkəməyədək icraat zamanı həbsdə saxlanıldığı 09 (doqquz) ay 14 (on dörd) gün müddət təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 08 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bununla belə, məhkəmə kollegiyası kassatorun məhkumun əməlində CM-in 264-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmamasına dair dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Məhkum məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 yanvar 2018-ci il tarixdən 25 yanvar 2018-ci il tarixə keçən gecə təxminən saat 1:00 radələrində ona məxsus ola n “BMW 525” markalı, ** *** dövlət nömrə nişanlı idarə etdiyi avtomobillə Buzovna qəsəbəsi istiqamətindən təxminən 50-60 km/saat surətlə hərəkət etmişdir. Bu zaman hava çiskin və yağmurlu olmuşdur. Yolun sağ tərəfi kələ-kötür olduğundan sol tərəflə hərəkət etmişdir. Həmin yolla gedərkən qarşıdakı işıqforda yaşıl işıq yandığını görmüş və həmin surətlə işıqforun yaşıl işığında keçmək istəmişdir. İşıqforun yaşıl işığında keçərkən yolun sağ tərəfindən sol tərəfinə bir qaraltının keçdiyini görmüş və dərhal ayağını qaz pedalından çəkib əyləcə basmışdır. Bundan sonra avtomobilin sükanını sola tərəfə döndərdikdə avtomobilə nəyinsə çırpıldığını eşitmiş və hansısa bir heyvanın avtomobilə dəydiyini fikirləşmişdir. Avtomobili həmin yerdən 30- 40 metr aralıda olan parkın yanında saxlamış, sonra avtomob ildən düşərək avtomobilin qabaq ön görüntü şüşəsinin sağ tərəfinin çatladığını, qabaq örtüyün (bufer) sağ tininin və sağ arxa görüntü güzgüsünün sındığını görmüşdür. Bundan sonra hadisə baş verən yerə gəlmişdir. Bu zaman hadisə yerində yolun sağ tərəfində orta yaşlı kişinin asfalt örtüyünün üzərində uzandığını, həmin əraziyə yaxın olan obyektin mühafizəçilərinin oraya yığışdığını görmüşdür. Dərhal hadisə yerində olan tanımadığı şəxslərdən TTY çağırıbçağırmadıqlarını soruşmuşdur. Hadisə yerində olan şəxslərdən biri kiminsə TTYS-nın əməkdaşlarına məlumat verdiyini demişdir. Ondan əvvəl TTYS-nın əməkdaşlarına məlumat verən şəxsin kim olduğunu bilməmişdir. TTYS-nın əməkdaşlarına zəng edib “Albalı” marketin qarşısına təcili gəlmələrini dedikdə onlar avto qəza barədə kiminsə zəng etdiyini demişl ər. Bundan sonra yerdə uzanıqlı vəziyyətdə olan şəxsə yaxınlaşıb onu sağ böyrü üstə çevirərək əynində olan gödəkcəsini onun başının altına qoymuşdur. TTYS-nın əməkdaşlarının gec gəldiyini gördükdə istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə həmin yerə məlumat vermişdir ki, hadisə yerinə tez gəlsinlər. Həmin an o şokda olmuşdur. 7-8 dəqiqədən sonra hadisə yerinə TTYS-nın əməkdaşları gəlmiş və dərhal sonuncularla o, xəsarət almış şəxsi TTYS-nın avtomobilinə qoyduqdan sonra həmin şəxsi xəstəxanaya aparmışlar. Hadisə baş verərkən idarə etdiyi avtomobildə ondan başqa heç kim olmamışdır. Yaşıl işıqda piyadanın keçəcəyini ehtimal etməmiş, avtomobilin əyləcinə basmış, ancaq xəsarət alan şəxs yaşıl işıqda anidən keçdiyinə görə avtomobillə həmin şəxs arasında məsafə çox az olduğundan hadisə nin qarşısını ala bilməmişdir. Həyəcanlı və şok vəziyyətində olduğundan hadisə barədə həmin an polislərə məlumat verə bilməmişdir. Hadisə yerindən qaçmaq niyyəti olmamışdır. Hadisə barədə TTYS-nın əməkdaşlarına və oraya gələn mühafizəçilərdən F6 və digərlərinə məlumat vermişdir. Hadisə vaxtı Buzovna qəsəbəsindən Maştağa qəsəbəsi istiqamətində hərəkət etmişdir. Dənizin kənarında bir qədər gəzdikdən sonra yaşadığı evə tərəf getməyə başladı. O, mərhum zərərçəkmiş şəxsə yaxınlaşanda sonuncu sağ olmuşdur. Qeyd edilməlidir ki, Məhkum ibtidai istintaq zamanı şübhəli şəxs qismində verdiyi ilk ifadəsində göstərmişdir ki, mən heç bir dövlət müəssisəsində rəsmi qaydada olaraq işləmirəm lakin fərdi qaydada idman müəllimliyi edirəm. Belə ki baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı bildirmək istəyirə m ki, mənim adıma olan və idarə etdiyim BMW 525 minik markalı, ** *** dövlət nömrə nişanlı avtomobilim ilə 24.01.2018-ci il tarixdən 25.01.2018-ci il tarixə keçən gecə Buzovna qəsəbəsi istiqamətindən təxminən 50-60 km surətlə hərəkətdə idim. Həmin zaman yol örtüyünün sağ tərəfi kələ-kötür olduğundan öz yolumun hərəkət hissəsinin sol tərəfi ilə avtomobili hərəkət etdirirdim. Mən həmin yol ilə avtomobili hərəkət etdirən zaman qarşıda olan işıqforun yaşıl işıq olmasını gördüm və həmin surətlə işıqforu yaşıl işığında keçmək istədim. Mən işıqforun yaşıl işığında keçən zaman həmin vaxtı avtomobilin sağ qabaq tin hissəsindən ani bir nəsə qaraltı çırpıldığının səsini eşitdim və bundan sonra avtomobilin sükanını sola tərəf döndərdim. Həmin zaman mən düşündüm ki, avtomobilə hansısa bir heyvan dəydi. Bundan sonra mən avtomobili həmin yerdən 30-40 metr aralıda olan parkın yanında saxladım və avtomobildən düşərək gördüm ki, avtomobilin qabaq ön görüntü şüşəsinin sağ tərəfi çatlamış, qabaq örtüyün (bufer) sağ tini və sağ arxa görüntü güzgüsü sınmışdır. Bundan sonra mən avtomobili həmin yerdə saxladım və hadisə baş verən yerə gəldim. Həmin zaman mən gördüm ki, orada polis əməkdaşlarının avtomobili dayanmış və yolun sağ tərəfində bir orta yaşlı kişi asfalt örtüyünün üzərində uzanıqlı vəziyyətdədi. Bundan sonra mən dər hal, ora toplaşmış tanımadığım şəxslərə TTYS-nın əməkdaşlarını çağırıb şağırmamaqlarını soruşdum. Həmin zaman orada olan şəxslərdən biri mənə dedi ki, kimsə TTYS-nın əməkdaşlarına məlumat vermişdir. Bundan sonra isə mən yerdə uzanıqlı vəziyyətdə olan şəxsə yaxınlaşdım və onu sağ böyrü üstə çöndərərək əynimdə olan gödəkcəmi onun başının altına qoydum. Həmin zaman mən gördüm ki, TTYSnın əməkdaşlar gec gəlir və öz istifadəndə olan ***-***-**-** saylı mobil nömrəm ilə yenidən TTYS-nın əməkdaşlarına məlumat verdim ki, hadisə yerinə tez gəlsinlər. Həmin zaman mən bildim ki, avtomobilim ilə adam vurmuşam. Bundan təxminən 7-8 dəqiqə sonra hadisə yerinə TTYS-nın əməkdaşları gəldi və avtomobilim ilə vurduğum şəxsi TTYS-nın avtomobilinə qoyaraq xəstəxanaya apardılar. Həmin zaman mən özümdə həkimlərə köməklik etdim. Həkimlər avtomobilim ilə vurduğum piyadanı xəstəxanaya apardıqdan sonra mən avtomobilim ilə yaşadığım Xəzər rayonu, **************** ünvanına getdim. Həmin zaman mən qəza törətdiyim avtomobili evin həyətinə salaraq orada saxladım və törətdiyim hadisə barədə ev də olan valideyinlərimə xəbər vermədim. Sual: Siz ifadənizdə qeyd edirsiniz ki, hadisə baş verdikdən sonra avtomobili təxminən 30-40 metr aralı məsafədə saxlayaraq hadisə baş verən yerə gəlmisiz və orada avtomobil ilə vurduğunuz piyadaya TTYS-nın əməkdaşlarını çağırmısız sonra isə oradan aralaşaraq yaşadığınız evə getmisiniz. Siz hadisə törətdiyiniz yerdə olan zaman orada olan polis əməkdaşlarına, TTYS-nın əməkdaşlarına eləcədə həmin yerə toplaşan şəxslərə şəxsiyyətiniz barədə hər hansısa bir məlumat vermisinizmi. Bu barədə nə deyə bilərsiniz? Cavab: Bildirirəm ki, mən həmin zaman orada olanda hadisənin həyəcanından özümü itirmişdim. Buna görə də mən həmin yerdə olan polis əməkdaşlarına, TTYS-nın əməkdaşlarına və ora toplaşan şəxsən tanımadığım şəxslərə öz şəxsiyyətim barədə məlumat verməm işdim. Mən həmin zaman həyəcanlı olduğumdan oradan aralaşaraq yaşadığım evə getmişdim (cild 1, iş vərəqə 36-39). Məhkumun istintaq və məhkəmə araşdırmaları zamanı verdiyi ifadələrdən də müəyyən olunur ki, o, hadisə baş verəndən sonra özünü təqdim etməmiş, hadisə baş verəndən sonra hadisə yerində qalmamış və oranı tərk edib getmişdir. Cinayət işinin materiallarındakı “Avtomaşının götürülməsi haqqında” protokoldan müəyyən edilir ki, Məhkum hadisə törətdiyi BMW markalı ** *** dövlət nömrə nişanlı avtomobil 25 yanvar 2018-ci il tarixdə saat 01:05 radələrində onun yaşadığı ünvan 2 ünvanında qabaq örtüyünün sağ tili sınmış halda və sağ yan arxa görüntü güzgüsü olmayan vəziyyətdə aşkar edilmişdir. (cild 1, iş vərəqə 16) Məhkəmə kollegiyası qeyd edir ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında qeyd edilmişdir ki, “Məhkəmələrin diqqəti ona cəlb edilsin ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən zərər çəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İY hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq CM-nin 263-cü və ya 263-1-ci maddələri ilə yanaşı, həm də CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Eyni vəziyyətdə sürücü yol-nəqliyyat hadisəsi yerindən qaçmasa da, zərər çəkmiş şəxsi həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğuna görə ona kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə, onun əməli CM-nin 263-cü və ya 263-1-ci, yaxud 351-ci maddələri ilə yanaşı, həm də CM-nin 143-cü maddəsi ilə tövsif olunur. Zərər çəkmiş şəxsin ölümü yol-nə qliyyat hadisəsi anından dərhal sonra baş verdikdə və ya sair obyektiv səbəblərdən təqsirkar zərər çəkmiş şəxsin həyat və sağlamlığı üçün yaranmış təhlükəni aradan qaldıra bilmədikdə, onun əməlində CM-nin 143-cü maddəsində nəzərdə tutulmuş cinayətin olması istisna edilir. Bu yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan sürücülərin özünün müxtəlif dərəcəli bədən xəsarətləri alması və bu səbəbdən zərər çəkmiş şəxsə kömək edə bilmədiyi hallara da aiddir. Məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CM-nin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yolnəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Məhkəmələrin diqqəti həm də ona cəlb edilsin ki, CM-nin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 10 aprel 2012-ci il t arixli və “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 yanvar 2004-cü il tarixli Qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərər çəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni CM-nin 264-cü mad dəsi CM-nin 143-cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Buna görə, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş şəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun CM-nin 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz”. Bundan başqa, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 10 aprel 2012-ci il tarixli qərarının hüquqi mövqeyinə əsasən, “Nəzərə almaq lazımdır ki, milli cinayət qanunvericiliyində yeni olan bu müddəanın 01 sentyabr 2000-ci il tarixindən qüvvəyə minmiş CM-ə daxil edilməsi heç də təsadüfi deyildir. Belə ki, bütün üzv dövlətlərdə yol-nəqliyyat hadisələrinin geniş sayının ciddi problemə çevrildiyini, bu hadisələrdə iştirak etmiş şəxslərin zərərçəkmişlərin və yol-nəqliyyat təhlükəsizliyinin maraqlarına uyğun davranmasının zəruriliyini, habelə “hit and run” (hadisə yerindən qaçma) hüquq pozuntularına aid qanun müddəalarının vahidləşməsinin arzu edilən olduğunu nəzərə alaraq, Avropa Şurasının Nazirlər Komitəsi 28 sentyabr 1977-ci il tarixli, (77) 29 saylı Qətnamə qəbul etmişdir. Həmin Qətnamənin 4-cü bəndinə əsasən qanunvericilikdə təsbit edilmiş davranma qaydaları şəxsin şəxsiyyətinə və/və ya onun avtomobilinə dair müvafiq şəxslərdən və ya hakimiyyət orqanlarından məlumatı gizlətmək məqsədilə hadisə yerindən qaçması kimi hərəkətlərin qarşısının alınmasına xidmət etməlidir. Analoji norma digər Avr opa dövlətlərinin cinayət qanunlarında da öz əksini tapmış və məhkəmə təcrübəsi artıq formalaşmışdır. Məsələn, X2 Məhkəməsinin 29 may 1963-cü il tarixli qərarında göstərilmişdir ki, hüquqi qaydanın vəzifəsi yol-nəqliyyat hadisələrinin qurbanlarına imkan daxilində kompensasiya ödənilməsini təmin etməkdir. Cinayət qanunvericiliyi vasitəsilə cinayət əməli hesab olunan yol-nəqliyyat hadisəsi yerindən qaçma barəsində müəyyən edilmiş qadağanın aradan qalxması əksər hallarda hadisə qurbanlarının mülki-hüquqi kompensasiya tələblərini əhəmiyyətli dərəcədə azaltmış, hətta bu hadisələrin araşdırılmasını qeyri-mümkün etmiş olardı. Almaniya Cinayət Məcəlləsinin 142-ci maddəsinin məna və məqsədi bu cür davranışdan çəkindirmək və hər hansı bir şəxsin yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurduğu şəxsl ər qarşısında yarana biləcək mümkün öhdəliklərinin icrasından qaçmasının qarşısını almaqdır. Hüquqi dövlət prinsipi bu müddəa vasitəsilə pozulmur. Fransa Kassasiya Məhkəməsinin formalaşdırdığı məhkəmə təcrübəsinə görə yolnəqliyyat hadisəsi yerindən qaçma qəsdən törədilən cinayət olmaqla onu törətmiş şəxsin mülki və ya cinayət məsuliyyətindən yayınmaq məqsədilə şəxsiyyətini məlum etməyə imkan vermədən hadisə yerini bilə-bilə tərk etmək iradəsini nəzərdə tutur. Müvafiq olaraq, hadisəni törətmiş şəxs şəxsiyyətinin məlum olmasına imkan vermək üçün hadisə yerində qalmaq öhdəliyi daşıyır (17 mart 2010-cu il və 14 fevral 2012-ci il tarixli qərarlar). X3 Ali Məhkəməsinin də hüquqi mövqeyi ondan ibarətdir ki, “hit and run” (hadisə yerindən qaçma) cinayət hüquq pozuntusu cinayət təqibini asanlaşdırm ağa deyil, məhz yol-nəqliyyat hadisəsindən ortaya çıxan mülki məsuliyyətin ödənilməsinin təmin olunmasına xidmət etməyə yönəlir (21 iyun 2004-cü il və 17 may 1971-ci il tarixli qərarları). Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, mənası universal xarakter daşıyan CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən müraciətdə göstərildiyi kimi, zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması da onu öz şəxsiyyəti barədə məlumatları bu və ya digər vasitə ilə zərərçəkmiş şəxsə (tərəfə) çatdırmaq ö hdəliyindən azad etmir”. Məhkəmə kollegiyası qeyd edir ki, istər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli qərarının, istərsə də “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının fövqündə yanaşdıqda, belə nəticə hasil olur ki, Məhkum yol-nəqliyyat hadisəsi törətdikdən sonra özünü təqdim etmədən hadisə yerini tərk edib getməsi CM-in 264-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır və bu barədə məhkəmələrin gəldikləri nəticənin qanuniliyi və əsaslılığı heç bir şübhə doğurmur. Odur ki, məhkəmə kollegiyası kassatorun bu barədə olan dəlillərini əsassız hesab edir. Məh kəmə kollegiyası kassatorun “iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmaması və Məhkum isnad edilən CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin sübuta yetirilməməsi barədə” dəlillərinə münasibət bildirərək aşağıda qeyd edilənlərə əsasən kassasiya şikayətinin bu dəlilləri ilə də razılaşmır. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, 25 yanvar 2018-ci il tarixdə mühafizəçi kimi işlədiyi “*********** ”-də olan zaman onunla birlikdə işləyən F6 ona “Retro Holdinq”-in qarşısında qara rəngli avtomobilin bir nəfəri vurduğunu demişdir. Bundan sonra o, digər mühafizəçilər F6 və A6 hadisə baş verən yerə gəlmişlər. Bu zaman asfalt örtüyünün üzərində təxminən 30-35 yaşlarında bir cavan oğlanın uzandığını görmüşlər. Bundan sonra həmin yerə t anımadıqları insanlar toplaşmış və onlardan kimsə TTYS-na hadisə barədə məlumat vermişdir. Daha sonra orada cavan bir oğlanın yüksək səslə TTYS-na məlumat verilib-verilməməsi ilə bağlı hadisə yerinə toplaşan şəxslərdən soruşduğunu görmüş, lakin həmin şəxsin kim olduğunu bilməmişlər. Sonra isə hadisə yerinə TTYS-nın əməkdaşları gəlib xəsarət alan şəxsi Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanaya aparmışlar. Həmin gün adını sonradan bildiyi Məhkum hadisə yerində ona və iş yoldaşlarına öz şəxsiyyəti barədə məlumat verməsini xatırlamamışdır. Sonradan ona məlum olmuşdur ki, hadisəni törədən şəxs Məhkumdur. Adını sonradan bildiyi Məhkum hadisə yerində gödəkcəsini zərərçəkmiş şəxsin başının altına qoyaraq ona kömək etmişdir. Məhkum TTYS-na zəng olunub-olunmaması barədə soruşduqdan sonra sonunc u özü də təkrar ora zəng etmişdir. Mərhum zərərçəkmiş şəxsi hadisə baş verməmişdən əvvəl görməmişdir. Həmçinin iş üzrə digər şahidlər X10 və X11 şahid X8 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Bundan başqa, birinci instansiya məhkəməsində araşdırmalar zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 25 yanvar 2018-ci il tarixdə, təxminən saat 1:05 radələrində hava çiskinli olarkən idarə etdiyi “Mercedes” markalı, **--*** dövlət nömrə nişanlı avtomaşını ilə Buzovna qəsəbəsindən Maştağa qəsəbəsi istiqamətinə hərəkət etmişdir. Həmin yolda təxminən saatda 70-80 km sürətlə hərəkət edərkən Albalılıq massivindən gələn yol ilə həmin yolun kəsişməsinə çatmamış qarşıdan bir avtomaşının getdiyini görmüşdür. Həmin avtomaşınla onun arasında təxminən 100 metr məsafə olmuş və avt omaşın işıqforu keçən kimi sağ qabaq hissəsindən ehtiyat hissələri yerə dağılmışdır. Ancaq həmin avtomaşının sürücüsü avtomaşını saxlamadan Maştağa qəsəbəsi istiqamətində hərəkətini davam etdirmişdir. O da Albalılıq massivi istiqamətində döndükdən sonra idarə etdiyi avtomaşını saxlamış və yerdə bir nəfəri uzanıqlı vəziyyətdə görmüşdür. Bundan sonra ətrafa baxmış və “Retro” avtosalonunun qarşısında bir nəfərin hadisə olan yerə yavaş-yavaş gələndə o, həmin şəxsin mühafizəçi olduğunu görüb ona dərhal polisə və yaxud təcili yardıma zəng etməsini demişdir. Lakin həmin mühafizəçi heç bir yerə zəng etməmişdir. Bundan sonra o, ***-***-**-** saylı mobil nömrəsi ilə Azərbaycan Respublikası DİN-nin “102” zəng xidmətinə hadisə barədə məlumat vermişdir. Sonra hadisə yerinə təxminən 5-6 nəfər gəlmişdir. O da tələsdiyindən idarə etdiyi avtomaşınla oradan uzaqlaşmaq istəyəndə polis əməkdaşlarının hadisə yerinə gəldiyini görmüşdür. Hadisəni törətmiş sürücünün sonradan geri qayıtdığını görmüşdür. Bundan əlavə birinci instansiya məhkəməsində istintaqında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 25 yanvar 2018-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yolunun 5-ci kilometrliyində yerləşən “****” marketin qarşısında avtoqəza olması barədə məlumat daxil olduqdan sonra dərhal hadisə yerinə getmişlər. Hadisə yerinə gələndə yer yağışlı olmuşdur. Sonradan adı ona məlum olan Urxan əsəbi halda onlara yaxınlaşaraq zərərçəkmiş şəxsə təcili kömək etmələrini demişdir. Məhkum onlarla birlikdə zərərçəkmiş şəxsə kömək edib TTY maşınına qoymuşdur. Məhkum zərər çəkmiş şəxsi avtomobili ilə vurduğunu ona bildirmişdir. Məhkum həmin an şokda olmuşdur. Zəng olunduqdan təxminən 10-15 dəqiqə sonra hadisə yerinə çatmışlar. Polis əməkdaşları hadisə yerində olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin 17 fevral 2018-ci il tarixli, 7 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlər - sol qaşın, sağ baldırın əzilmiş yaraları; sol gözətrafı nahiyənin qançırı; alının, qaşüstü nahiyənin, sol qaşın, sağ əlin arxa səthinin, sol qalça darağının, sol budun, sol dizin, sağ ayağın üst səthinin sıyrıqları; alt çənə sümüklərinin qapalı, qəlpəli, yerdəyişmiş sınığı; sol İİİ, İV, V, Vİ qabırğaların orta körpücük xə tt üzrə qapalı, yerdəyişmiş sınıqları, sol diz qapağının qapalı yerdəyişmiş sınığı, sağ baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş sınıqları; sol ağciyərin cırılması; baş beyin toxumasına və beyin qişalarına geniş qansızmalar; kəllə əsası sümüklərinin sınığı küt əşyanın (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən vaxtda və şəraitdə, yəni 25 yanvar 2018-ci il tarixdə hərəkətdə olan avtomobilin qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdir və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş-beyin toxumasına və beyin qişalarına geniş qansızmalar olmuşdur. Mərhum Zərərçəkmiş şəxs ölümü 25 yanvar 2018-ci ildə, saat 2:15-d ə 3 saylı Şəhər Kliniki Xəstəxanasında baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,7 %0 qatılığında etil spirti aşkar edilmişdir. Rəsmi cədvəl üzrə bu miqdar etil spirti sağkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğun olmuşdur. Narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (cild 1, iş vərəqə 132-136). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2018-ci il tarixli, 18066 saylı rəyindən görünür ki, “BMW 525” markalı, ** *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında" AR Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq o lmuşdur. Sürücü Məhkum piyadanı vurduqdan sonra barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə onun hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 2, iş vərəqə 80-83). Məhkəmə kollegiyası vurğulayır ki, işə baxan məhkəmələr sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, məhkuma istinad edilən cinayət əməllərinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. ( məhkəmələr məhkumun təqsirlilik məsələsini həll edərkən məhkumun cinayət işinin materiallarındakı digər sübutlara uyğun gələn ibtidai araşdırma və məhkəmə araşdırmaları zamanı verdiyi ifadələrinə, şahidlərin bir-birinə uyğun ifadələrinə, ekspertiza rəylərinə və digər sənədlərə əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan mötəbər sübutların məcmusu nəinki Məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi üçün heç bir əsas vermir, hətta bu sübutlar məhkuma isnad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayətlərin onun tərəfindən törədilməsində təqsirliliyinin sübuta yetirilməsinə hər hansı şübhə yeri qoymur. Odur ki, məhkəmə kollegiyası kassatorun bu barədə olan dəlillərini əsassız hesab edir, birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr qanuni və əsaslı olaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin sübuta yetirilməsi nəticəsinə gəlmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, Məhkum təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş və iş üzrə mötəbər sübutların məcmusu ilə məhkumun təqsiri sübuta yetirilmişdir. Beləliklə, kassasiya kollegiyası kassatorun dəlillərini cinayət işinin materiallarındakı sübutlarla və həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin qərarlarının təsviri-əsaslandırıcı hissəsindəki istinad etdikləri sübutlarla müqayisəli şəkildə tədqiq edərək həmin dəlilləri tutarlı bir fakta və ya təkzibedilməz bir sübuta söykənmədiyindən qəbul etmir, onları əsassız hesab edir və belə nəticəyə gəlir ki, Məhkum isnad edilən cinayət əməlləri istintaq orqanı tərəfindən toplanmış və məhkəmə araşdırmaları zamanı tam, obyektiv və hərtərəfli surətdə tədqiq edilərək mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunan lara əsasən kassatorun dəlillərinin əsassız olması nəticəsinə gəlir. Məhkəmə kollegiyasının qənaəti belədir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum oğlunun barəsindəki 04 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilən hallardan heç biri müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, göstərilən qərarın isə kassa siya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar