Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-631/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katı̇ blı̇ yi ilə,̇ Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2020-ci il tarixli hökmü ilə Məhkum1 və Məhkum2, hə r birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı İsmayılov Samir Sabir oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2020-ci il tarixli hökmü ilə (hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Quliyev Nizami Fərzi oğlunun ibarət tərkibdə) Məhkum1, xx xxxxx 1987-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə, məşğul olan, evli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər Saatlı Rayon Məhkəməsinin 05 aprel 2012-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat miqlarında cəzasına, Salyan Rayon Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, və Məhkum2, xx xxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyul 201 1-ci il tarixli hökmü ilə CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək CMnin 69.4-cü maddəsinə əsasən 3000 (üç min) manat miqdarında cərimə cəzasına, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyun 2014-cü il tarixli hökmü ilə CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 8 (səkkiz) ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Yasamal Rayon Məhkəməsinin 01 fevral 2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən cinayətlərin və hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 6 (altı) il müdd ətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2016-cı il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ilədək endirilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1-də qeydiyyatda olan və yaşayan, hər birisi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ayrı-ayrılıqda, Məhkum1, cəzasını ümumi rejimli, Məhkum2 isə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum2 26 noyabr 2019-cu il tarixdən 28 noyabr 2019-cu il tarixədək həbsdə saxlanıldığı 3 (üç) gün təyin edilmiş azadlıqdan məhrum etmə cəzas ının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən isə hökmlərin məcmusu üzrə əsas və əlavə cəzalar tamamilə birləşdirilərək ona qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə həmçinin X3 da CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-nin 79.1-ci maddəsinə əsasən hökmün on a aid hissəsinin icrası himayəsində olan azyaşlı uşaqları 14 (on dörd) yaşına çatanadək təxirə salınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər ona görə ki, onlar və X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə istintaqa məlum olmayan vaxtda, yerdə və mənbədən külli miqdarda-191,778 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda-12,127 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə birgə əldə etmiş, həmin heroin narkotik vasitəsinin 188,326 qramını və metamfetamin psixotrop maddəsinin 9,751 qramını Məhkum1 özünə məxsus «Sea Leon” markalı 99 GG-331 qeydiyyat nişanlı avtomobildə, heroin narkotik vasitəsinin 3,452 qramını Həmin İsgəndərov, metamfetamin psixotrop maddəsinin 2,376 qramını isə Rəhilə İskəndərova üzərlərində saxlayaraq daşımış, 26 noyabr 2019-cu il tarixdə saat 21:40 radələrində Şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar Gömrük Postunun qarşısında Məhkum1 məxsus avtomobildə olduqları zaman Məhkum2 və arvadı X3 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon Polis Şöbəsinə gətirilmiş, şəxsi axtarış zamanı Məhkum2 əynindəki şalvarın sağ yan cibindən bir ədəd polietilen kəsiyi bük ümündə külli miqdarda- 3,452 qram çəkidə narkotik vasitə heroin, Rəhilə İskəndərovanın əynindəki döşlüyün (lifçiyin) içərisindən ayrı-ayrılıqda 0,867 qram və 0,415 qram çəkilərdə, əynindəki gödəkçənin sol cibindən isə bir ədəd ağ rəngli plastik qutuda 1,023 qram çəkidə - ümumilikdə külli miqdarda- 2,376 qram təmiz çəkidə psixotrop maddə metamfetamin və təqdim etdiyi sellofan bağlamada bir ədəd elektron tərəzi aşkar olunanaraq götürülmüşdür. Əməliyyat tədbirləri davam etdirilməklə 27 noyabr 2019-cu il tarixdə saat 00:50 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar Gömrük Postunun qarşısında Məhkum1 özünə məxsus «Seat Leon» markalı, **-GG-*** qeydiyyat nişanlı avtomobil ilə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra baxış keçirilərkən avtomobilin sükanının alt hissəsindən bir ədəd polietilen torba bağlamada qara rəngli çantanın içərisində bir ədəd elektron tərəzi, bir ədəd çəhrayı rəngli plastik qutuda 165,133 qram, beş ədəd polietilen kəsiyi bükümündə ayrı- ayrılıqda çəkiləri 4,691 qram, 4,565 qram, 4,558 qram, 4,618 qram və 4,761 qram olmaqla- ümumilikdə 188,326 qram təmiz çəkidə, külli miqdarda narkotik vasitə heroin, iki ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda çəkiləri 5,021 qram və 4,730 qram olmaqla ümumi təmiz çəkisi 9,751 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Mirhəşimov Pərviz Böyükağa oğlu tərəfindən verilmiş apellyasiya protestinə və məhkum edilmiş şəxs Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Camalov Etibar Əli oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 16 sentyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, hökm isə həmin protestə və şikayətə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı S.S.İsmayılov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) və CM-nin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumlarının bir sıra qərarlarına istinad edən dövlət ittihamçısı S.S.İsmayılov kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr Məhkum1 və Məhkum2un barələrində cəza tədbri seçərkən cinayət qanunvericiliyinin normalarının tələblərini və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini, habelə Ali Məhkəmənin tövsiyələrini nəzərə almamış, məhkum edilmiş şəxslərin cinayət əməlini məhz yuxarıda sadalanan şəraitdə və üsullarla, o cümlədən qabaqcadan əlbir oliuş bir qrup şəxs halında törətmələrinə baxmayaraq, hökmdə və apellyasya instansiyası məhkəməsinin qərarında məhkum edilmiş şəxslərin cəzalarını yüngülləşdirən yeganə hala-onların himayələrində azyaşlı uşaqların olmasına istinad etməklə həmin halı əsas götürmüş, hər iki məhkumun əvvəllər məhkum edilmələrinə, Məhkum2un əməlində cinayətlərin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə aldıqlarını qeyd etsələr də nəticədə onlara törətdikləri cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, habelə onların şəxsiyyətlərinə uyğun olmayan cəza edilmişdir. Dövlət ittihamçısı məhkumların özlərini onlara elan olunmuş ittiham üzrə təqsirli bilməmələrini qeydə edərək bu halın da cəza təyini zamanı nəzərə alınmalı olduğunu bildirərək eyni zamanda vurğulamışdır ki, məhkumlar Məhkum1 və Məhkum2un himayələrində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alarkən iş materiallarına əlavə edilmiş arayışlara əsaslanmış, bununla bağlı heç bir araşdırma aparmamış və həmçinin nəzərə almamışlıar ki, Məhkum2a aid edilə n cəzanı yüngülləşdirən bu hal onun arvadı X22nın barəsində cəza tədbiri seçilərkən artıq bir dəfə nəzərə alınmışdır. Bu baxımdan dövlət ittihamçısı hesab edir ki, həmin halın təkrarən Məhkum2a münasibətdə nəzərə alınması yolverilməzdir və buna görə sonuncunun cəzasını yüngülləşdirən heç bir hal iş materialları ilə müəyyən edilmir. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı kassasiya protestinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında məhkumlar Məhkum1 və Məhkum2 qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar kassasiya şikayətinə məhkəmə baxışı iclasında iştirak etmək arzunda olma larına dair ərizələrlə Ali Məhkəməyə müraciət etməmişlər. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumların iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində məhkumlara həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə əsasən isə məh kəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum1 və Məhkum2 barələrindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüqu q məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından h əmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni məhkumların ifadələri ilə yanaşı şahidlərin ifadələrinə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərinə və işə əlavə edilmiş sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumların hər birisinin əməlini CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişlər. Kassasiya protestinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum1 və Məhkum2 təqsirinin sübuta yetirilməsi və onlarn əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür və həmin protestin dəlillərinə cavab verilmsi üçün əvvəla qeyd edir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma həmin əməlləri törətmiş şəxsin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və maddənin sanksiyasında nəzərdə tutulmuş cəza ilə - beş ildən on iki ilədək müddətə azdlıqdan məhrum etmə cəzası ilə cəzalarındırılmasına səbəb olur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda Məhkum1 bə Məhkum2 barəsində seçilmiş cinayət hüquqi tədbirin yüngül olmasına dair kassasiya protestində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir, Məhkum1 və Məhkum2a, hər birisinə yuxarıda göstərilən maddənin sanksiyası həddində – 6 (altı) il müddətində azad lıqdan məhrum etmə cəzasının yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün isə əsaslar görmür. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhd udlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-nin Xüsusi hissəinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən kassasiya qaydasında baxılmış işlərin təhlili göstərir ki, məhkəmələr baxdıqları işlər üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında, bir qayda olaraq, təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsinin mümkünsüzlüyünü deyil, daha yüngül cəzanın təyin edilməsinin məqsədə uyğunluğunu əsaslandırmağa çalışırlar, lakin CM-nin 58.1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından heç bir əsaslandırma aparmırlar. Məhkəmə kollegiyası isə hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə yuxarıda göstərilən qaydada, yəni CM-nin 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublika sı Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Ci nayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ict imai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materialları ilə müəyyən edilir ki, Məhkum1 əvvəllər Saatlı Rayon Məhkəməsinin 05 aprel 2012-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat miqlarında cəzasına, Salyan Rayon Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər i Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və onun məhkumluğu ödənilmişdir. Həmçinin iş materiallarından görünür ki, Məhkum2 əvvəllər Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyul 2011-ci il tarixli hökmü ilə CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsinə əsasən 3000 (üç min) manat miqdarında cərimə cəzasına, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyun 2014-cü il tarixli hökmü ilə CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 8 (səkkiz) ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Yasamal Rayon Məhkəməsinin 01 fevral 2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən cinayətlərin və hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2016cı il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ilədək endirilmiş və onun məhkumluğunun ödənilməməsinə və ya götürülməməsinə baxmayaraq yenidən qəsdən cinayət törətmiş, bu hal isə CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmışdır. CM-nin 61.1.1-ci maddəsində isə cinayətlərin residivi cəzanı ağırlaşdran ha llara aid edilmişdir. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkumlar Məhkum1 və Məhkum2un barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən birinci instansiya məhkəməsi düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətlərini, hər iki məhkumun himayəsində iki azyaşlı uşaqlarının olmasını (CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş halı) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də Məhkum1 cəzası nı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkumlara onlararın təqsirli bilindikləri CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq cəza təyini ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısının həmin protestdə bu məsələlərlə irəli sürdüyü dəlillər qanunvericiliyin tələblərinə uyğun deyil. Əvvəla, hər iki məhkumun himayəsində azyaşlı uşaqların olmalarının CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalı olması barədə nəticə məhkəmə aktları ilə yanaşı ittiham aktında da qeyd edilmiş və məhkəmələrin deyil, ibtidai araşdırma orqanının bu nəticəsinin düzgün olmaması işə məhkəmələrdə baxılarkən dövlət ittihamçıları tərəfindən mübahisələndirilməmişdir. Bunda başqa ər-arvad olan Məhkum2un və X22nın (üçün cü məhkum olunmuş şəxsin) himayələrində azyaşlı uşaqların olmalarının hər iki məhkum barəsində eyni zamanda cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilinməməsi barədə kassasyia protestini əsassz hesab edən məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, iş materialları ilə adları çəkilən məhkumların boşanmalarını, buna qədər onların birgə nigahdan doğulmuş uşaqlarının Məhkum2dan alınıb X22nın himayəsinə verilməsi, Məhkum2un valideynlik hüququndan məhrum edilməsi nəticəsində və ya digər əsaslarla doğma uşaqlarını himayə etməməsi iş materialları ilə müəyyən edilmir və belə halların olmaması fövqündə birgə nigahdan doğulmuş uşaqların yalnız X22nın himayəsində olmaları barədə fikir yürüttmək mümkün deyil. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Məhkum2un və X22nın birgə nigahd an doğulmuş uşaqlarının onların himayələrində olmaları barədə nəticə, bununla da bu halın CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdrən hal kimi nəzərə alınması qanuvericiliyin tələbəlrinə tamamilə uyğundur. Kassasiya protestində CM-nin 34-cü maddəsinə istinad edilərək daha sonra qeyd edilir ki, işə baxan məhkəmələr cəza təyini zamanı Məhkum1 və Məhkum2un təqsirli bilindikləri cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətmələrini də nəzərə almamışdır. Bu dəlilə cavab olaraq məhkəmə kollegiyası xatırladır ki, CM-nin 61.3-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkum1 və Məhkum2a elan olunmuş ittihamın mə zmunundan və onların barəsindəki yekun məhkəmə aktlarından görünür ki, onlar narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətdiklərinə görə, CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinmiş, yəni bu tövsif edici əlamət həmin maddədə nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmələr CM-nin 61.3-cü maddəsinin tələblərinə əməl etməklə düzgün olaraq cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini Məhkum1 və Məhkum2un cəzalarını ağırlaşdıran hal kimi nəzərə almaqdan imtina etmişlər və məhkəmə kollegiyası bu nəticəsinə də qanuni hesab edərək dövlət ittihamçısının bu məsələ ilə bağlı dəlilini qəbul edilməz sayır. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçı sının kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsini mümkün bilmir və qeyd edir ki, təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki işə baxılarkən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsini müəyyən etməyərək və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı C.R.İsgəndərovunın çıxışını dinləyərək, belə nəticəyə gəli r ki, dövlət ittihamçısı S.S.İsmayılovun kassasiya protesti təmin edilməməklə Məhkum1 və Məhkum2, hər birisinin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli qərarı baxılmış kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını n 16 sentyabr 2020-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-631/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-631/2021
20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver