Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-631/2023 10.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nemətov Məhəmməd Nəsir oğlunun iştirakları ilə x xxxxx 1968-ci il tarixdə İmişli rayonu, Rəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2azırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.4, 29, 178.3.2, 32.4, 312.2, 310 və 296.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli hökmünə əsasən (hakimlər: S.İ.Əliyev (sədrlik edən), S.S.Hüseynov və İ.A.Mahmudov) Məhkum - Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 29, 178.3.2, 32.4, 312.2, 310 və 296.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 29, 178.3.2-ci maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4, 312.2–ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 310-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 296.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 17 may 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apelly asiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), E.E.Rəhimov və K.H.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ələ keçirmək məqsədilə 2019-cu ilin aprel ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Nəsimi rayonu ərazisində tanışı Şahid4 vasitəsilə sonuncunun tanışı Şahid3 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə ara larında inam yaradaraq Bakı şəhəri, Nəsimi rayonu, Mirzağa Əliyev küçəsində yerləşən yaşayış məntəqələrinin torpaqları daxilində, dövlət mülkiyyətində olan 583 m2 ölçüdə torpaq sahəsinə “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və həmin torpaq sahəsi üzərində gələcəkdə inşa ediləcək qeyri-yaşayış binasının tikintisinə icazə verilməsinə köməklik göstərilməsinə dair 2019-cu ilin aprel ayında cinayətdən xəbərsiz Şahid4 vasitəsilə müraciət etmiş Şahid3 özünün Dövlət Təhlükəsizliyi Xidmətində işləməsi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək qeyd olunan torpaq sahəsinə dair çıxarışın alınması və həmin sahədə gələcəkdə qeyri-yaşayış binasının tik intisinə icazə verilməsi məsələsini həll etmək imkanına malik olmasını yalandan bildirib Şahid4 vasitəsilə Şahid3 inandıraraq, həmin məsələnin müsbət həlli üçün Bakı şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərinin xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi qanunsuz hərəkətə, yəni dövlət mülkiyyətində olan torpaq sahəsinin köhnə tarixə sənədlər hazırlanmaqla qanunsuz yolla xüsusi mülkiyyətə verilməsini təmin etməyə görə birbaşa yolla özü vasitəsilə qeyd olunan sənədlərin hazırlanması prosesinə başlamaq üçün ilkin olaraq 20.000 manat, qalan 180.000 manat pul vəsaitinin isə sənədlər hazır olduqdan sonra verilməsi şərtilə, ümumilikdə maddi nemət olan 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid 4 vasitəsilə Şahid3 bildirərək sonuncu ilə bu barədə razılaşmaqla sövdələşib, 2019-cu ilin may ayının əvvəllərində Bakı şəhəri Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində Şahid4 idarə etdiyi “Mercedes-Benz C-Klass” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilində sonuncu ilə görüşərək Şahid4 ilkin olaraq 20.000 manat, bundan 3 gün sonra qeyd edilən ərazidə eyni niyyətlə Şahid3 Şahid4 vasitəsilə əlavə 10.000 manat pulu istəyərək həmin gün eyni ərazidə sonuncudan qeyd edilən məbləğdə pulu, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində Şahid3 Şahid4 vasitəsilə 10.000 manat istəyərək, həmin gün ünvan 3 ünvanında yerləşən “Qoç ət” restoranının qarşısında “Mercedes-Benz CKlass” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncudan həmin dövrün məzənnəsi ilə 1 0.000 manat olan 5.800 ABŞ dolları pulu və xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində qeyd olunan torpaq sahəsinə dair Şahid3 adına Milli Arxiv İdarəsində köhnə tipli arxiv sənədi hazırlayacağı adı ilə həmin İdarənin məsul vəzifəli şəxslərinə vermək üçün Şahid3 Şahid4 vasitəsilə 10.000 manat pul vəsaitini istəyərək, həmin gün qeyd olunan ərazidə avtomobildə sonuncudan 10.000 manat pul istəyib ümumilikdə 50.000 (əlli min) manat məbləğində pul vəsaitini ələ keçirməklə şəxsi ehtiyaclarına xərcləmiş, bununla da, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 məxsus 50.000 (əlli min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsə dilə hüquqi şəxsin-Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, 07 may 2021-ci il tarixdə Şahid3 Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılaraq onun başqa şəxsə qarşı dələduzluq cinayəti törətməsi barədə məlumat verilməsindən sonra bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Şahid3 həmin niyyətlə qalan 150.000 manat pul vəsaitini almağa nail olmayaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 məxsus 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitini sonuncuya külli miqdarda ziyan vurmaqla dələduz luq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə şəxsən və vasitəçidən istifadə etməklə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid3 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ələ keçirmək məqsədilə 2020-ci ilin avqust ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Heydər Əliyev adına Respublika sarayı”nın yaxınlığında tanışı Şahid1 ilə görüşü zamanı özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edib vəzifəli şəxsin sə lahiyyətlərini mənimsəyərək Şahid1 övladı Şahid2 Dövlət Təhlükəsizliyi Xidmətində ixtisası üzrə maliyyə sahəsində işə düzəltməsinin mümkünlüyünü soruşarkən, Şahid1 guya özünün həmin Xidmətdə işləməsi ilə əlaqədar yaxın münasibətlərindən istifadə edərək Şahid2 maliyyə şöbəsində işə düzəldə biləcəyi barədə bilə-bilə yalandan vəd etmiş, bir neçə gün sonra 2020-ci ilin avqust ayında Şahid1 yaşadığı ünvan 4 ünvanında yerləşən 12 nömrəli mənzilində sonuncu ilə görüşərək həmin məsələnin müsbət həlli üçün Dövlət Təhlükəsizliyi Xidmətində işləyən səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəkləri qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitinin şəxsən rüşvət qismin də verilməsinin zəruri olduğunu bildirib, sonuncu ilə bu barədə razılaşmaqla sövdələşmiş, həmin niyyətlə 2020-ci ilin sentyabr ayında istintaqla müəyyən edilməyən gündə Şahid1 yaşadığı qeyd olunan mənzildə ondan 10.000 manat məbləğində pul vəsaitini alaraq ələ keçirmiş, 2020-ci ilin sentyabr ayının ortalarında sonuncunun istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək həmin məbləğin işin həll olunması üçün kifayət etmədiyini, Şahid2 işə qəbul olunma yaş həddinin keçməsinə görə əlavə olaraq 5000 manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olduğunu, lakin 2000 manatı övladlarının toyunda iştirak etmədiyi üçün toy pulu qismində bağışladığını və 3.000 manat pulu verməsini Şahid1 bildirməklə sövdələşmiş, həmin niyyətlə 2020-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq metrosunun yaxınlığında sonuncudan 3000 manat pulu, ümumilikdə 13.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 13.000 (on üç min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib sonuncuya xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi qanunsuz hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini vahid niyyətlə rüşvət qismində verməyə Şahid1 təkrarən təhrik etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə hüquqi şəxsin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə hü quqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini, təkrarən, mənimsəmişdir. Bundan əlavə, o, 17 may 2021-ci il, 19 may 2021-ci il və 18 iyun 2021-ci il tarixlərdə ********* nömrəli cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, üzləşdirmə aparılarkən ona Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilməklə yanaşı, yazılı qaydada həmin Məcəllənin 91.7-ci maddəsində nəzərdə tutulmuş “Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz” kimi tələblər barədə, habelə Azərbaycan Respublikası CM-in 296-cı maddəsinə əsasən “bilə-bilə yalan xəbərçilik etmə ilə bağlı cinayət məsuliyyəti haqqında” xəbərdarlıq edilməsinə baxmayaraq, o, təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində bilərəkdən cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin Bakı şəhər sakini Şahid4 adını çəkərək, guya Şahid1 övladı Şahid2 dövlət təhlükəsizlik orqanlarında hər hansı bir işə düzəldilməsi ilə bağlı Şahid4 bildirdikdə, sonuncunun özünü ona Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun əməkdaşı kimi təqdim edərək kifayət qədər yüksək vəzifəli şəxslərlə əlaqəsinin olduğunu, bu əlaqələrindən istifadə edərək həmin vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar 13.000 manat pul verməklə həll etmək imkanına malik olduğunu bildirdiyindən Şahid1 aldığı 10.000 manatı 2020-ci ilin sentyabr ayında Bakı şəhəri Nəsimi rayonu ərazisində, 3.000 manatı isə 2020ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri Binəqədi rayonu ərazisində olmaqla, ümumilikdə 13000 manat pul vəsaitini Şahid4 verməsini bildirməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgə əmlakının dələduzluqla ələ keçirilməsi və özbaşına Şahid4 vəzifəli şəxs kimi təqdim edib hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi kimi cinayətlərin, habelə vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi qanunsuz hərəkətlərə görə rüşvətin verilməsinə təhrikin edilməsi kimi ağır cinayətin törədilməsində ittiham olunması ilə bağlı cinayətlərə aidiyyəti olmayan Şahid4 adını çəkməklə, guya həmin cinayətlərin sonuncu tərəfindən törədilməsi ilə bağlı bilə-bilə yalan məlumatlar verməklə, üç cinayətin, o cümlədən bir ağır cinayətin törədilməsində ittiham olunması ilə bağlı Şahid4 barəsində bilə-bilə yalan xəbərçilik etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində bildirilir ki, barəsində olan cinayət işi üzrə təqsirliliyi sübuta yetirilməmişdir və işə yenidən baxılması xahiş olunur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə bildirilir ki, şahidlər Şahid3 və Şahid1 verdiyi pulları o, deyil, özünü Hərbi Prokurorluğun işçisi kimi təqdim edən Şahid4 ələ keçirmişdir. Lakin Şahid4 və Şahid1 məsuliyyətə cəlb olunmamış, onu əsassız məhkum etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi M.Nemətovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayə tliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Azər baycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən: “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinə əsasən: “Eyni əməllər: 178.2.2. təkrar törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 178.3-cü maddəsinə əsasən: “Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə— beş ildən on ilədək müddətə aza dlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 296-cı maddəsinə əsasən: “Bilə-bilə yalan xəbərçilik etmə 296.1. Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə— -min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 296.2-ci maddəsinə əsasən: “Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə— iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 310-cu maddəsinə əsasən: “Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, yəni özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə— min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsinə əsasən “Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə— səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb ola n cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövs ifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yə ni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizl iyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materi allarına əsasən Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 29, 178.3.2, 310 və 296.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, zərərçəkmiş və şahid ifadələri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutu n tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbər liliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum ibtidai istintaq, birinci instansiya və apellyasiya instyansiya məhkəmələrində verdiyi ifadələri ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməllərini Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 29, 178.3.2, 310 və 296.2-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gəl ərkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməllərinin törədilməsində özünü təqsirli bilməsə də, iş üzrə Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, iş materiallarında olan “baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokol, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-lərdən daxil olmuş məktublara əlavə edilmiş “CD” disklərdə olan məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokollar, işin digər halları və habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Bununla belə, məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin müvafiq norma və müddəalarına əsaslanaraq hesab edir ki, Məhkum zərərçəkmiş şəxslər Şahid3 və Şahid1 əmlaklarının dələduzluq yolu ilə ələ keçirməsi epizodları üzrə onu həm dələduzluq, həm də həmin şəxsləri rüşvət verməyə təhrik etməyə görə təqsirli bilərək, Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 29, 178.3.2-ci maddələri və həmin Məcəllənin 32.4, 312.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi nəticəsinə gəlinərək, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri tərəfindən səhvə yol verilmişdir. Bu mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası iş materiallarına, cinayət qanunu normalarının tələblərinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında verilən şərhlərə, habelə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilən tövsiyələrə müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən o lunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün z əruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münas ibətlərinə zərər vurmağa yönəlib.” Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır.” Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yan var 2022-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilməli, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Məhkum barəsində CM-in 32.4, 312.2-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 29, 178.3.2, 310 və 296.2-ci maddələri ilə təyin olunmuş cəza ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hal k imi, əməlində cinayətlərin təhlükəli residivini cəzasını ağırlaşdıran hal kimi, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsinə əsasən məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinin əsaslarından biri məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmasıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Re spublikası CPM-nin 419.10.3 və 419.10.4cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29, 178.3.2, 32.4, 312.2, 310 və 296.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarı və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirləndirilməsinə və məhkum edilməsinə dair hissədə ləğv edilsin və əməlində həmin madd ə ilə nəzərdə tutulan cinayətin tərkibi olmadığına görə Məhkum barəsində cinayət işi xitam edilsin, Məhkum həmin maddə ilə cəzalandırılmasına dair müddəalar məhkəmə qərarlarından xaric edilsin. Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 29, 178.3.2-ci maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 310-cu maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 296.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqd an məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-631/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-631/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver