Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-631/2024 27.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi Salehzadə Ümman Tofiq oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-119/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya ş ikayətinə və müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu ilə birgə verdiyi kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum XX XX 1965-ci il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, cinayət törədildiyi vaxtda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 bina 117E, mənzil 222/222a ünvanında yaşamışdır. 2. 12 noyabr 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 179.4, 308.2 və 313cü ma ddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 25 noyabr 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsi üzrə 14 mart 2001-ci il tarixli 8/k nömrəli əmrlə 15 mart 2001-ci il tarixdən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin direktoru vəzifəsini icra etməyə başlayıb, 12 mart 2007-ci il tarixli 80/k nömrəli əmrlə həmin vəzifəyə təyin olunmaqla, vəzifəsindən azad edild iyi 21 may 2020-ci il tarixədək həmin Nazirliyin Kollegiyasının 8 noyabr 2018-ci il tarixli 6/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi Əsasnaməsinin 7-ci bölməsinin 7.2-ci maddəsinə əsasən məktəbin bütün fəaliyyətinə rəhbərlik etmək və şəxsən məsuliyyət daşımaq, tabe olduğu rəhbər orqanların əmr, qərar və göstərişlərini yerinə yetirmək, bütün dövlət qurumlarında, məhkəmə orqanlarında məktəbi təmsil etmək, həmin Əsasnamənin 2-ci bölməsinin 2.3-cü bəndinə uyğun şöbə və ixtisas sinfi açmaq, ödənişli təhsil üzrə hər hansı bir şöbə və ixtisas sinfi açmaq, tədris işləri üzrə direktor müavininin, təsərrüfat müdirinin, şöbə müdirlərinin və digər struktur bölmə rəhbərlərinin fəaliyyətini əlaqələndirmək, onların arasında iş bölgüsünü təşkil et mək və perspektiv planların tərtib olunmasına və icrasına nəzarət etmək, inzibati və xidmətedici işçilərin işə davamiyyətini müvafiq cədvəl üzrə tənzimləmək, məktəbin ixtisaslı müəllim kadrları ilə müvafiq qaydalar üzrə komplektləşdirilməsi üçün tədbirlər görmək, tədris planları və proqramlarının tam yerinə yetirilməsinə nəzarət etmək, təlim-tərbiyə işinin yüksək səviyyədə həyata keçirilməsinə nəzarət etmək, illik xərclər smetasının tərtibinə dair təkliflər vermək, müəllimləri həmin Nazirliyin pedaqoji kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə müsabiqə komissiyasının qərarı əsasında işə qəbul etmək, müəllimləri qanunamüvafiq qaydada işdən azad etmək, şöbə müdirlərini vəzifəyə təyin və azad etmək, inzibati və xidmətedici heyəti, eyni zamanda ödənişli təhsil üzrə müəllimləri, mühas ibi, inzibati və xidmətedici heyəti işə qəbul və azad etmək, müəllimlər arasında dərs yüklərinin bölgüsünü aparmaq, müəllimlərin tarifləşmə cədvəlini hazırlamaq, pedaqoji şuranın iclaslarına sədrlik etmək, məktəbdaxili intizam qaydalarını, dərs cədvəlini, məktəbin və şöbələrin iş planlarını təsdiq etmək, illik xərclər smetası üzrə məktəbin avadanlıq, dərsliklər, tədris-metodiki vəsaitlərlə təmin olunması üçün tədbirlər görmək, ödənişli təhsil və digər fəaliyyət üzrə banklarda hesablaşma hesabı və digər hesablar açmaq, pedaqoji fəaliyyətdə və təşkilati işlərdə xüsusi fərqlənən müəllimləri və digər işçiləri mükafatlandırmaq, məktəbdaxili qaydaları, əmək və icra intizamını pozan işçilər barəsində intizam tənbehi tədbirləri tətbiq etmək, məktəb əmlakının qorunub saxlanılmasına cavabdeh olmaq, illik xərclər smetası üzrə məktəb binasının təmir olunması, maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə təkliflər vermək və digər təşkilati-sərəncamverici funksiyalara malik olan maddi-məsul vəzifəli şəxs qismində, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaqdan ibarət cinayətkar niyyətinə uyğun olaraq, 2012-ci ilin sentyabr ayından 12 may 2020-ci il tarixədək olan müddətdə həmin məktəbdə heç vaxt işləməmiş və ya işləmiş və sonradan işdən çıxmış müəllimlərin adlarına əmək haqqı tarifləşdiri lməsi, onlara həftəlik dərs saatlarının yazılması və mövcud olmayan işə davamiyyətin rəsmiləşdirilməsi, habelə həmin məktəbdə faktiki olaraq işləyən müəllimlərin həftəlik dərs saatlarının süni olaraq artırılması və işə davamiyyətin daha artıq rəsmiləşdirilməsi məqsədi ilə həmin məktəbin ünvan 4 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında rəsmi sənəd hesab edilən 2012-2013-cü tədris ili, 2013- 2014cü tədris ili, 2014-2015-ci tədris ili, 2015-2016-cı tədris ili, 2016-2017-ci tədris ili, 2017-2018ci tədris ili, 2018-2019-cu tədris ili, 2019-2020-ci tədris ili üçün tarifləşmə cədvəllərinə, 2014cü ilin sentyabr ayı üçün işə davamiyyət cədvəlinə, 2014-cü ilin sentyabr-dekabr ayları və 2015-ci ilin yanvar-iyun ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərinə, 2015-ci ilin i yul və sentyabr ayları üçün işə davamiyyət cədvəllərinə, 2015-ci ilin sentyabr-dekabr ayları və 2016-cı ilin yanvar-iyun ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərinə, 2016-cı ilin iyul və sentyabr ayları üçün işə davamiyyət cədvəllərinə, 2016-cı ilin sentyabr-dekabr ayları və 2017-ci ilin yanvar-iyun ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərinə, 2017-ci ilin iyul-sentyabr ayları üçün işə davamiyyət cədvəllərinə, 2017-ci ilin oktyabrdekabr ayları və 2018-ci ilin yanvar-iyun ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərinə, 2018-ci ilin iyul və sentyabr ayları üçün işə davamiyyət cədvəllərinə, 2018-ci ilin sentyabr-oktyabr, dekabr ayları və 2019-cu ilin yanvar-iyun ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərinə, 2019-cu ilin iyulsentyabr ayla rı üçün işə davamiyyət cədvəllərinə, 2019-cu ilin sentyabr-dekabr ayları və 2020-ci ilin yanvar-mart ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərinə tamah niyyətilə həmin məktəbdə heç vaxt işləməmiş və ya işləmiş və sonradan işdən çıxmış müəllimlərin guya faktiki olaraq işləməsi ilə əlaqədar onların adlarına dərs yükü, işə davamiyyət və əmək haqqı məbləğinə, habelə faktiki olaraq işləyən müəllimlərin adlarına real olaraq tədris etdikləri dərs saatlarından artıq miqdarda dərs yükü, işə davamiyyət və əmək haqqının məbləğinə dair bilə-bilə yalan məlumatlar daxil edərək həmin rəsmi sənədləri şəxsən tərtib edib, 2018-2019-cu və 20192020-ci tədris illəri üçün tarifləşmə cədvəllərində, 2014-cü ilin oktyabr-noyabr ayları və 2015-ci ilin fevral ayı üçün həftəlik dərs saatlarının miqdar ı cədvəllərində, 2015-ci ilin iyul və sentyabr ayları üçün işə davamiyyət cədvəllərində, 2015-ci ilin sentyabr və dekabr ayları üçün, 2016-cı ilin oktyabr ayı üçün, 2017-ci ilin fevral və dekabr ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərində, 2018-ci ilin iyul ayı üçün işə davamiyyət cədvəlində, 2018-ci ilin sentyabr-oktyabr ayları üçün və 2019-cu ilin may ayı üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərində həmin məktəbin cinayətdən xəbərsiz olan tədris işləri üzrə direktor müavini Şahid1 yerinə sonuncunun imzasına oxşatmaqla özü imza edərək, 2015-ci ilin oktyabr ayı, 2016-cı ilin fevral ayı, 2017-ci ilin yanvar ayı üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərində, 2017-ci ilin sentyabr ayı üçün işə davamiyyət cədvəlində, 2017-ci ilin noyabr ayı və 2018-ci ilin yanvar və may ayları üçün həftəlik dərs saatlarının miqdarı cədvəllərində, 2018-ci ilin sentyabr ayı üçün işə davamiyyət cədvəlində Şahid1 imzası olmadan, qeyd edilən digər sənədləri isə Şahid1 şəxsən imza etdikdən sonra, həmin sənədləri öz imzası və məktəbin möhürü ilə təsdiq edərək, müəllimlərin əmək haqqı üçün plastik bank kartlarına pul vəsaitlərinin köçürülməsi üçün həmin saxta sənədləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinə təqdim edib, həmin məktəbdə heç vaxt işləmədiyi halda 5 nəfər şəxsin adına əmək haqqı tarifləşdirib, onların əmək haqqı üçün plastik bank kartlarını özündə saxlamaqla həmin kartlara köçürülmüş pul vəsaitlərini, o cümlədən, Şahid36 hesabına 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 40.368,54 man at, Şahid23 hesabına 2013-cü ilin aprel ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 18.711,38 manat, Şahid2 hesabına 2013-cü ilin dekabr ayından 2015-ci ilin iyul ayınadək köçürülmüş cəmi 3.754,89 manat, Şahid3 hesabına 2013-cü ilin dekabr ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 20.973,85 manat, Şahid4 hesabına 2013-cü ilin dekabr ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 18.283,57 manat, cəmi 102.092,23 manat məbləğində pul vəsaitini "xxxx" ASC-nin Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomat cihazlarından 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək olan müddətdə şəxsən çıxarıb nağdlaşdırmaqla, həmçinin, eyni niyyətlə, həmin məktəbdə əvvəllər işləmiş və sonradan işdən çıxmış 13 nəfər şəxsin adına əmək haqqı tarifləşdirilməsini davam etdirib, onların əmək haqqı üçün plastik bank kartlarını özündə saxlamaqla həmin kartlara köçürülmüş pul vəsaitlərini, o cümlədən, Şahid5 hesabına 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 41.859,41 manat, Şahid19 qızının hesabına 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 38.508,87 manat, Şahid24 hesabına 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 40.932,53 manat, Şahid6 hesabına 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 48.986,24 manat, Şahid25 hesabına 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 45.112,39 manat, Şahid26 hesabına 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 46.938,1 manat, Şahid7 hesabına 2012-ci ilin n oyabr ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 40.325,88 manat, Şahid27 hesabına 2013-cü ilin iyun ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 11.905,08 manat, Şahid8 hesabına 2016-cı ilin fevral ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 28.140,74 manat, Şahid20 hesabına 2017-ci ilin fevral ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 16.211,45 manat, Şahid28 hesabına 2018-ci ilin mart ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 19.155,69 manat, Şahid29 hesabına 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 17.203,3 manat, Şahid30 hesabına 2019-cu ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək köçürülmüş cəmi 1.759,97 manat, cəmi 397.039,65 manat məbləğində pul vəsaitini "xxxx" ASC-nin Bakı şəhəri ərazisində yerləşə n müxtəlif bankomat cihazlarından 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək olan müddətdə şəxsən çıxarıb nağdlaşdırmaqla, həmçinin, eyni niyyətlə, həmin məktəbdə işləyən 17 nəfər şəxsin adına faktiki olaraq tədris etdikləri həftəlik dərs saatlarına uyğun məbləğdən artıq miqdarda əmək haqqı tarifləşdirib, onların əmək haqqı üçün plastik bank kartlarını özündə saxlamaqla, həmin kartlara köçürülmüş pul vəsaitlərindən faktiki tədris etdikləri həftəlik dərs saatlarına uyğun əmək haqqını onlara nağd qaydada verib, artıq köçürülmüş qalan məbləği, o cümlədən, Şahid9 hesabına 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 33.910,08 manat, Şahid31 hesabına 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 32.898,61 manat, Şa hid32 hesabına 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 39.778,87 manat, Şahid10 hesabına 2012-ci ilin noyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 33.249,51 manat, Şahid22 hesabına 2013-cü ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 21.484,99 manat, Şahid34 hesabına 2014-cü ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 21.291,36 manat, Şahid35 hesabına 2014-cü ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 29.638,16 manat, X1 hesabına 2015-ci ilin fevral ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 21.705,47 manat, Şahid38 hesabına 2015-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 17.172,12 manat, Şahid11 hesabına 2 017-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 16.044,69 manat, Şükürova (Osmanova) Briliyant İsmayıl qızının hesabına 2017-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 10.571,82 manat, Şahid13 hesabına 2018-ci ilin fevral ayından 2020ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 14.268,03 manat, Şahid39 hesabına 2018-ci ilin fevral ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 17.064,48 manat, Şahid40 hesabına 2019-cu ilin fevral ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 3.749,88 manat, Şahid41 hesabına 2019-cu ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 4.021,52 manat, Şahid42 hesabına 2019-cu ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 873,88 manat, Səlimova (Səttarova) Firuzə Nadir qızının hesabına 2019-cu ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 6.192,12 manat, cəmi 323.915,59 manat məbləğində pul vəsaitini "xxxx" ASC-nin Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomat cihazlarından 2012-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək olan müddətdə şəxsən çıxarıb nağdlaşdırmaqla, həmçinin, eyni niyyətlə, həmin məktəbdə faktiki işləyən 12 nəfər şəxsin adına faktiki olaraq tədris etdikləri həftəlik dərs saatlarına uyğun məbləğdən artıq miqdarda əmək haqqı tarifləşdirib, aralarında olan razılığa əsasən həmin işçilər əmək haqqı üçün plastik bank kartlarından istifadə etməklə onların hesablarına əmək haqqı qismində köçürülmüş pul vəsaitlərini hər ay "xxxx" ASC-nin Bakı şəhəri ərazisində yerləşən müxt əlif bankomat cihazlarından çıxarmaqla nağdlaşdırdıqdan sonra həmin pul vəsaitinin faktiki tədris etdikləri həftəlik dərs saatlarına uyğun məbləğdən artıq miqdarda olan hissəsini, o cümlədən, Şahid44 hesabına 2015-ci ilin iyul ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 15.943,74 manat, Şahid45 hesabına 2015-ci ilin noyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 15.052,79 manat, Şahid46 hesabına 2017-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 11.635,34 manat, Şahid47 hesabına 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 13.045,61 manat, Şahid48 hesabına 2019-cu ilin fevral ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 7.779,41 manat, Şahid49 hesabına 2019-cu ilin oktyabr ayından 202 0-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 5.418,7 manat, Şahid50 hesabına 2019cu ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 4.934,26 manat, Şahid51 hesabına 2019-cu ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 5.580,39 manat, Şahid52 hesabına 2019-cu ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 4.977,59 manat, Şahid53 hesabına 2019-cu ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 2.481,47 manat, Şahid54 hesabına 2019-cu ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 3.845,14 manat, Şahid14 hesabına 2020-ci ilin fevral ayından 2020-ci ilin aprel ayınadək artıq köçürülmüş cəmi 938,98 manat, cəmi 91.633,42 manat məbləğində pul vəsaitini onlardan həmin məktəbi n ünvan 4 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında 2015-ci ilin iyul ayından 2020-ci ilin aprel ayınadək olan müddətdə şəxsən alaraq, ümumilikdə qeyd edilən qaydada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş cəmi 914.680,89 manat (doqquz yüz on dörd min altı yüz səksən manat səksən doqquz qəpik) məbləğində pul vəsaitini həmin nazirliyə xüsusilə külli miqdarda ziyan vuraraq mənimsəmə yolu ilə vahid niyyətlə talamış, vəzifəli şəxs qismində rəsmi sənədlərə tamah niyyətilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmlakının qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi və cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-500/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 179.4, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifələrini tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifələrini tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifələrini tutma hüququndan məhrum edilməklə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq üzərində 03 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifələrini tutma hüququndan məhrum edilməklə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 08 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum özü və müdafiəçisi İbadov Zaur Fəzail oğlu ayrı-ayrılıqda eyni məzmunlu apellyasiya şikayətləri verib hökmün cəza hissəsində dəyişdirilməsi, mənimsəmə məbləğinin təkrar müəyyən edilərək, əməlin tövsif edilməsi və yeni maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsini xahiş etmişlər.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-119/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-500/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli hökmü dəyişdiri lmiş, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 179.4 və 308.2-ci maddələri ilə təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla və əlavə cəzanı əsas cəza ilə birləşdirməklə qəti olaraq üzərində 2 (iki) il 09 (doqquz) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifələrini tutma hüququndan məhrum edilməklə 10 (on) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermiş, daha sonra müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu ilə birgə kass asiya şikayətinə əlavə vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Məhkum kassasiya şikayətində törədilmiş cinayət əməlinin səhv tövsif edildiyini və təyin olunmuş cəzanın ağır olduğu iddia etməklə, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması, bu mümkün olmadıqda cəzanı yüngülləşdirən halları nəzərə almaqla daha yüngül cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, verilmiş ittihama görə Məhkum vahid niyyətlə pul vəsaiti mənimsəmiş, 47 nəfər şəxsə aid əmək haqqını 2012-2020-ci illər ərzində 8 il müddətində kart vasitəsilə almışdır. Lakin 47 nəfərin kartından vəsait almaq vahid niyyəti ehtiva etmir, onlar hər biri ayrı-ayrı, təkrar əməllərdir. 47 nəfər şəxslə bağlı əməllər bir-biri ilə faktiki əlaqədə deyil, vahid niyyətlə, yəni ümumi məqsədlə birləşmir. Eləcə də, məhkum ittiham edildiyi əməllərin bir hissəsini Azərbaycan Respublikası CM-nin 179.4cü maddəsinin qəbul edildiyindən əvvələ düşən dövrdə törədilib. Həmin maddə 01 dekabr 2017-ci il tarixdən tətbiq edilir. 2012-ci ilin aprel ayından 2017-ci ilin 01 dekabr ayınadək olan dövr ərzində Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsi ilə, yəni xüsusilə külli miqdarda mənimsəmə cinayəti və onun hazırki cəzaları nəzərdə tutulmurdu. Əməlin 01 dekabr 2017-ci ildən 2020-ci ilin aprel ayınadək olan hissəsi Azərbaycan Respublikası CMnin 179.4-cü maddəsinin tətbiq edildiyi dövrə düşür. Ondan əvvəlki dövrdə törədilmiş əməllər Azərbaycan Respublikası CM-nin 179.4-c ü maddəsi ilə tövsif edilə bilməz. Məhkəmələrin əməlləri vahid əməl kimi qiymətləndirməsi əsaslı hesab edilsə belə, 20122017-ci illər ərzində törədilən əməllər həmin vaxt qüvvədə olmayan norma ilə qiymətləndirilə bilməz, bu zaman daha yüngül norma tətbiq edilməlidir. Məhkumun əməlində yalnız Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsinin tərkib əlamətləri vardır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)119/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, məhkum barəsində Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilməsi, əməlinin Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsinə tövsif edilməsi, 08 oktyabr 2021-ci il tarixdən həbsə alındığını və cəzasını çəkdiyi 2 il 8 ay 19 gün müddətin cəz a müddətinə müəyyən edilməklə azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinə və ona əlavəyə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instan siyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respubl ikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum verdiyi kassasiya şikayətində sübutların düzgün tədqiq edilmədiyini, bununla da törətdiyi cinayət əməlinin tövsifinin düzgün olmadığını, eləcə də ona təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Həmçinin müdafiəçisi ilə birgə verdiyi kassasiya şikayətinə əlavədə törətdiyi cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilmişdir. 17.Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini və ona əlavəni Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-119/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu no rmada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən m ühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
22. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
23. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar hazırda mübahisələndirilən qərarda apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 179.4, 308.2, 31 3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiqi özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlar, ekspertiza rəyi, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun və müdafiəçisinin apellyasiya şikayətlərində irəli sürdükləri dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi c inayət əməlinin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
25. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmələrin bu məsələyə aid mövqeyi ilə də razılaşır və hesab edir ki, onların həmin hissədə qəbul etdiyi qərar müvafiq maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.
26. Belə ki, birinci instansiyası məhkəməsi Məhkum ittiham edildiyi Cinayət Məcəlləsinin hər üç maddəsi üzrə cəza təyin etsə də, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsaslanmaqla ona həmin maddə üzrə cəza təyin etməmiş, Azərbayc an Respublikası CMnin 179.4 və 308.2-ci maddələri üzrə isə törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini bir daha araşdırıb, cəzasını yüngülləşdirən hal kimi ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qisminin ödənilməsini, eləcə də şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq bu maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza müddəti seçməklə və təyin edilmiş cəzalar qismən toplamaqla cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən ədalətli cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir.
27. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyə n etmir.
28. Kassasiya şikayətinə əlavəyə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, burada kassasiya şikayətinə əlavə olaraq iki yeni dəlil irəli sürülmüşdür. Birincisi – Məhkum cinayət əməllərini vahid niyyətlə deyil, hər bir epizod üzrə ayrı-ayrı olmaqla, təkrar əməl kimi törətdiyi; ikinci dəlil isə 01 dekabr 2017-ci il tarixədək olan dövrdə törədilmiş epizodların Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsinin Cinayət Məcəlləsinə əlavə edilmədiyi, yeni redaksiyasının qüvvədə olmadığı dövrü əhatə edən kimi nəzərə almaqla həmin epizodlar üzrə əməllərin Azərbaycan Respublikası CM-nin 179.3-cü maddəsinə tövsif edilməsi ilə bağlıdır.
29. İstinad edilən yeni dəlillərlə bağlı məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, hüquq nəzəriyyəsində mürəkkəb konkret cinayətlərin növü ki mi uzanan, davam edən, mürəkkəb tərkibli cinayətlər, həmçinin, əlavə ağır nəticələrin baş verməsi ilə tövsif olunan cinayətlər (onları bir çox hallarda nəticələrinə görə tövsif olunan cinayətlər də adlandırırlar) qəbul edilir.
30. Uzanan cinayət, hərəkət və ya hərəkətsizliklə törədilməklə, fasiləsiz, nisbətən uzun zaman ərzində həyata keçirilən konkret cinayət kimi qəbul edilir. Davam edən cinayətlər isə zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Davam edən cinayətlər iki və daha artıq müstəqil, yəni birbirindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər. Cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir. Həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bi r konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur.
31. Hazırki halda Məhkum düşünülmüş cinayəti bir neçə mərhələdə həyata keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə, ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamışdır. Onun əməllərində olan tövsifedici əlamətlər də nəzərə alınmaqla (təkrar, öz qulluq mövqeyindən istifadə etməklə, xüsusilə külli miqdarda ziyan vurmaqla) əməli əsaslı olaraq Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsi ilə əhatə olunan davam edən cinayət kimi tövsif edilmişdir. Belə ola halda kassasiya şikayətinə əlavənin Məhkum törətdiyi cinayət əməllərinin vahid niyyətlə deyil, hər bir epizod üzrə ayrı-ayrı törədilməklə, təkrar əməllər hesab edilməsi barədə dəlilləri əsaslı hesab edilə bilməz.
32. Məhkum 01 dekabr 2017-ci il tarixədək dövrdə törədilmiş epizodlar üzrə Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsinin yeni redaksiyasının qüvvədə olmadığı əsasla həmin epizodlar üzrə əməllərin Azərbaycan Respublikası CM-nin 179.3-cü maddəsinə tövsif edilməsi ilə bağlı kassasiya şikayətinə əlavədə göstərilən dəlillərin əsassız olmasına dair isə məhkəmə kollegiyasının mövqeyi aşağıda göstərilənlərə əsaslanır.
33. Məhkum qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, təqsirli bilindiyi cinayət əməllərini 2012-ci ilin sentyabr ayından 12 may 2020-ci il tarixədək olan dövr ərzində törətmiş və yuxarıda qeyd olunduğu kimi, törədilən cinayətlərin məqsədi ona etibar edilən əmlakın vahid niyyətlə əhatə olunan qəsdlə mənimsənilməsindən ibarətdir.
34. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkə məsinin formalaşmış hüquqi mövqeyinə istinad etməklə qeyd edir ki, davam edən cinayət onu təşkil edən əməllərin sayından asılı olmayaraq bütöv (vahid) cinayət kimi çıxış edir və cinayətin törədilmə yeri, vaxtı, tövsifi kimi hüquqi əhəmiyyətli məsələlər məhz bu hal nəzərə alınmaqla həll edilməlidir. Azərbaycan Respublikası CPM-nin 74.2.2-ci maddəsində qeyd olunmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Maddənin məzmunundan göründüyü kimi, cinayəti təşkil edən sonuncu epizod həm bütöv cinayətin törədildiyi yeri, həm də cinayətin başa çatdığı anı müəyyən edir. Cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunduğundan, müvafiq olaraq davam edən cinayə tin başa çatma anı da son əməlin törədildiyi vaxtla müəyyən edilməlidir. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 14 iyul 2022-ci il).
35. Baxılan iş üzrə Məhkum vahid niyyətlə törətdiyi davam edən cinayət üzrə sonuncu əməl (epizodun) 12 may 2020-ci il tarixində törədildiyindən, məhz həmin tarix cinayətin başa çatdığı vaxt kimi nəzərə alınır. 36. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 816-VQD saylı Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası CM-nə 20 oktyabr 2017-ci il tarixdə əlavə edilmiş Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.
37. Həmin Qanuna əsasən Azərbaycan Respublikası CM-nə 20 oktyabr 2017-ci il tarixdə 179.4-cü maddəsi əlavə edilmişdir. Bu maddənin dispozisiyasına əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama həmin Məcəllənin 179.1—179.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsinin tərkibini yaradır.
38. Təfsir edilənlərə əsaslanaraq məhkəmə kollegiya sı belə nəticəyə gəlir ki, Məhkum törətdiyi sonuncu əmələ aid 12 may 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən beş yüz min manatdan yuxarı olan məbləğ xüsusilə külli miqdar təşkil etdiyindən və həmin vaxt Azərbaycan Respublikası CMnin 179.4-cü maddəsi qüvvədə olduğundan, onun əməli əsaslı olaraq Azərbaycan Respublikası CM-nin 179.4-cü maddəsinə tövsif edilmişdir.
39. Yuxarıda göstərilənlərə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılm ış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
40. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPMnin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
41. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti və ona əlavə təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(103)-119/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanı lmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti, eləcə də onun və müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu tərəfindən birgə verdikləri kassasiya şikayətinə əlavə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(103)119/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.