Məhkəmə qərarları › İş №1(102)-632/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-632/2019

27.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-632/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və məhkumun müdafiəçisi X4 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli h ökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2018-ci il tarixli qərarından məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi X7 və zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Hacıyeva Mətanət İsfəndiyar qızı) xx xxxx 1972-ci ildə Cəlilabad rayonunun Məmmədrzalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 3200 manat cərimə cəzasına məhkum edilmiş, Cəlilabad rayonu, Məmmədrzalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək barəsində 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 gün həbsdə saxlanılması nəzərə alınmaqla üzərində 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 24 may 2018-ci il tarixd ən hesablanmış, zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilmişdir. Hökmdən məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi X7 və zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 13 avqust 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X7 tər əfindən verilmiş kassasiya şikayətində məhkumun əməlini Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə tövsif olunması və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində qərarın ləğv edilib, cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin 3700 manat xeyli miqdarda nağd pulunu ələ keçirmək məqsədi ilə X3 vasitəsi ilə Zərərçəkmiş şəxs ilə 03 yanvar 2015-ci il tarixdə saat 15 radələrində ünvan 1 yerdə görüşüb Zərərçəkmiş şəxs ünvan 2 torpaq sahəsinə rəsmi dövlət orqanından mülkiyyət hüququ almadığını bildikdən sonra yaxın əlaqələrindən istifadə edərək həmin əmla kla bağlı mülkiyyət hüququ əldə edə biləcəyini deyərək onu inandırmış, həmin gün axşam saatlarında ünvan 3 parkda Zərərçəkmiş şəxsla görüşərək ondan tamah niyyəti ilə 2500 manat nağd pul vəsaitini alıb etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmiş, cinayətkar niyyətinin davamı olaraq 13 yanvar 2015-ci il tarixdə isə vəd verdiyi işin icrasına Zərərçəkmiş şəxs inandırmaq məqsədi ilə həmin torpaq sahəsinin foto şəkillərini çəkmək görüntüsü yaradaraq Zərərçəkmiş şəxs torpaq sahəsinin sənədləşmə işlərinin həlli üçün daha 1200 manat pul vəsaiti istədikdən sonra həmin vəsaiti ələ keçirmək üçün həmin tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 mənzilində ondan 800 manat nağd pul vəsaitini, 14 yanvar 2015-ci il tarixdə isə ünvan 4 yaxınlığında cinayətkar niyyətdən xəbərsiz olan X3 vasitəsi ilə Zərərçəkmiş şəxs daha 400 manat nağd pul vəsaitini tamah niyyəti ilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 3700 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin 8350 manat xeyli miqdarda nağd pulunu ələ keçirmək məqsədi ilə bir çox vətəndaşlara pensiya hüququ əldə etmək və sosial yardım almaq işində köməklik etdiyini, yaxın əlaqələrindən istifadə edərək bu işi həll etdiyini bildirərək Zərərçəkmiş şəxs inandırdıqdan sonra onun yaxın qohumuna pensiya hüququ, ailə üzvlərinə isə sosial yardım əldə edəcəyini yalandan vəd verərək 17 fevral 2015-ci il tarixdə axşam saatlarında ünvan 5 qarşısında Zərərçəkm iş şəxsla görüşərək ondan tamah niyyəti ilə 3600 manat nağd pul vəsaitini alıb etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmiş, cinayətkar niyyətinin davamı olaraq 03 mart 2015-ci il tarixdə vəd verdiyi işin icrasına Zərərçəkmiş şəxs inandırmaq məqsədi ilə yaxın qohumunun pensiya hüququ əldə etməsi ilə bağlı təşkil olunan komissiyadan keçməli olduğunu bəhanə gətirərək Zərərçəkmiş şəxs daha 300 manat pul vəsaiti istədikdən sonra həmin vəsaiti ələ keçirmək üçün həmin tarixdə ünvan 6 qarşısında cinayətkar niyyətdən xəbərsiz olan X8 vasitəsi ilə Zərərçəkmiş şəxs əvvəlcə 200 manat nağd pul vəsaiti, 25 mart 2015-ci il tarixdə isə yenə həmin ünvanda Kənan Həsənovun vasitəsi ilə Zərərçəkmiş şəxs əvvəlcə 100 manat nağd pul vəsaitini tamah niyyəti ilə alıb etibardan sui-istifadə və aldatma y olu ilə ələ keçirmiş, cinayətkar niyyətini başa çatdırmaq üçün Zərərçəkmiş şəxs yaxın qohumunun pensiya hüququ əldə etməsi və ailə üzvlərinin sosial yardım alması işinin uzandığını bəhanə gətirərək bu işləri qısa vaxtda tamamlamaq üçün Zərərçəkmiş şəxs 4450 manat pul vəsaiti istədikdən sonra həmin vəsaiti ələ keçirmək üçün 24 aprel 2015-ci il tarixdə ünvan 5 qarşısında Zərərçəkmiş şəxsla görüşərək ondan tamah niyyəti ilə əvvəlcə 3300 manat nağd pul vəsaitini, 26 aprel 2015-ci il tarixdə isə yenə də həmin ünvanda Zərərçəkmiş şəxsla görüşərək ondan 1150 manat nağd pul vəsaitini tamah niyyəti ilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 8350 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum Təqsirləndirilən şəxs müdafiə hüququ, qanunvericilikdə nəzərdə tutulan digər hüquqları kobud şəkildə pozulmuş, qeyd olunan cinayəti törətməkdə əməli sübuta yetmədiyi halda onun barəsində ittiham hökmü çıxarılmışdır. Qeyd olunanları nəzərə alaraq məhkum Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə tövsif edilməsini və həmin məcəllənin 75.1.1-ci maddəsini əsas götürüb cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən qəbul qəbul edilmiş qərar qanunsuz, əsassız, ədalətsizdir. Dəymiş ziyanın ödənilmədiyini nəzərə al madan əsassız olaraq məhkum barəsində yüngül cəza təyin edilmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2018-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, müdafiəçinin özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə, öz kassasiya şikayətinin təmin edilməsi, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin və kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiəçinin kassasiya şikayətinin dəlilləri məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə tövsif edilməsini və həmin məcəllənin 75.1.1-ci maddəsini əsas götürüb cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməsini barədədir. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş hallarından müəyyən olunur ki, sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkuma istinad edilən cinayət əməlini törətməsi təsdiq olunmuş dur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsiri iş üzrə araşdırılmış və tədqiq olunmuş sübutların məcmusu ilə, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin digər materialları ilə tam təsdiq olunur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə ilə dələduzluq cinayətinin tərkibi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində etibardan sui-istifadə və aldatma yolu ilə təkrar törədilməklə özgənin xeyli miqdar əmlakını ələ keçirmə ilə dələduzluq cinayətinin tərkibi nəzərdə tutulmuşdur. İşin hallarına əsasən məhkum Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı ümumilikdə 8350 manat xeyli miqdarda ziyan vurm aqla dələduzluq etmişdir. 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli 816-VQD saylı Qanununun 1.61.7-ci maddəsinə əsasən “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilmişdir:

1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-cı maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır;

2. Bu Məcəllənin 177182-ci, 185-187-ci və 189-1-ci maddəl ərində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəs i vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Kollegiyа hesab edir ki, ibtidai araşdırma zamanı toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinаyət hərəkətlərini törətməsi hаqdа işin fаktiki hаllаrınа uyğun olаn nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, müdafiə tərəfi eyni məzmunlu dəlilləri birinci və apellyasiya instansiya məhkəmələrində də irəli sürmüş və onun dəlilləri yoxlanılmış, əsasız olmaqla təsdiqini tapmadığından, məhkəmələr bunun müdafiə xarakteri daşıması nəticəsinə gəlmişlər. Məhkumun müdafiə hüqüqu qnunun tələbinə müvafiq həyata keçirilməklə pozulmamışdır. Kollegiya məhkəmələrin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri cəzanın yüngül olması və hökmün ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədədir. Aşağıda şərh edilən əsaslarla kassasiya şikayətinin dəlilləri işin obyektiv hallarına uyğun olmadığından əsassız hesab edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alma q məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməklə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafıq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Şərh edilənlərə məhkə mələrin istinad etdiyi digər hallara əsasən kollegiya hesab edir ki, məhkəmələr tərəfindən cəza tədbiri seçilərkən, təqdim edilmiş sübutlar hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, məhkum Təqsirləndirilən şəxs şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri nəzərə alınmışdır. Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən qərar dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət K ollegiyası, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2018-ci il tarixli qərarı zərərçəkmiş şəxsin və müdafiəçinin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar