Məhkəmə qərarları › İş №1(102)-632/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-632/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-632/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxx 1999-cu ildə Sabirabad rayonu, Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olan və yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləs inin (bundan sonra CM-in) 120.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2020-ci il tarixli ilkin baxış qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2018-cı tarixli, 1(099)-426/2018 saylı hökmü ilə (sədrlik edən: M.Ə.Abdullayev, hakimlər: N.F.Quliyev və O.Y.Cəlilov) Məhkum Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə təqsirli bilinib 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 27 avqust 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum 15 avqust 2020-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmündən apelyasiya şikayəti və apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək, hökmdən apelyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkum apelyasiya şikayəti və apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsinin 17 avqust 2020-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, səhhətindəki ciddi problemlər olduğundan, ona cəza təyin edildikdən sonra depressiv hal yaşadığından apelyasiya şikayəti vermə üçün prosessual müddə ti ötürmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 1(099)-426/2018 qərarı ilə (hakim Nizami Quliyev) Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Məhkəmənin həmin qərarından məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2020-ci il tarixli ilkin baxış qərarı ilə (hakimlər: E.Ə.Camalov (sədrlik edən), R.M.Cəfərov və N.F.Mirzəyev) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsinin həmin qərarından məhkum tərəfindən kass asiya şikayəti verilmişdir. Həmin şikayətdə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2020-ci il tarixli ilkin baxış qərarının ləğv edilməsi, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Belə ki, iş materiallarından görünür ki, Məhkum 26 dekabr 2018-ci il tarixdə hökm elan olunarkən müdafiəçisi ilə birlikdə məhkəmə prosesində iştirak etmiş, hökmdən şikayət verilmə müddəti və qaydası onlara izah olunmuşdur. Lakin məhkum hökm ona təqdim olunduqdan keçən 20 gün ərzində apelyasiya şikayəti verməmiş və prosessual müddəti üzrsüz səbəbdən buraxmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı cinayət prosessual qanunvericiliyində prosessual müddətlər, prosessual müddətin ötürülməsi nəticələri barədə anlayışlara istinad etməyi zəruri hesab edir. Cinayət prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin mü ddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. CPM-nin 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apelyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apelyasiya şikayəti verilm əsi müddəti hökmün elan olunduğu vaxtdan 20 gün müddətinə verilir. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apelyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. CPM-nin 28.1, 28.2 və 28.6-cı maddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının a yrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Cinayət işinin 3-cü cildinin 80-ci vərəqəsində olan qəbzdən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmünün surəti məhkum edilmiş şəxs Məhkum imza etdirməklə 28 dekabr 2018-cı il tarixdə rəsmi qaydada təqdim olunmuşdur. İş materiallarından göründüyü kimi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmü həbsdə olan Məhkum 28 dekabr 2018-ci il tarixdə rəsmi qaydada qəbzə imza etdirilməklə verilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən həmin hökmdən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 20 günlük prosessual müddətin axımı 29 dekabr 2018-ci il tarixdən hesablanmışdır. İ ş materiallarından isə görünür ki, Məhkum apelyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair vəsatəti 12 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən 17.08.2020ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və məhkəməyə 27.08.2020-ci il tarixdə daxil olaraq 3752 nömrə ilə qeydə alınmışdır. Beləliklə də, müəyyən olunur ki, apelyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddətdən təxminən 1 il 7 ay keçdikdən sonra verilmiş və bununla da apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. CPM-nin 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə gö rə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. CPM-nin 386.1-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2018-cı tarixli, 1(099)-426/2018 saylı hökmündən qanunla müəyyən edilmiş müddət ərzində, yəni hökm ona təqdim olunduğu andan 20 gün müddətində apelyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o bu hüququndan heç bir üzrlü səbəblər olmadan istifadə etməmişdir. Məhkəmə kollegiyası məhkumun vəsatətində göstərdiyi səbəblərə görə hökmdən vaxtında apelyasiya şikayəti verə bilməməsi barədə dəlillərini müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən dəlillər kimi qəbul etmir. Belə ki, məhkum olunmuş şəxsi apelyasiya şikayəti vermək imkanından məhrum edən səhhətində problemlər olması, ağır depressiyada olmasını, psixoloji gərginlikdə olmasını, bununla bağlı müalicə almasını təsdiq edəcək hər hansı bir sənəd vəsatətə əlavə edilməmişdir. Məhkəmə kollegi yası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kolleg iyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2020-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar