Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-632/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üz rə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X3un sədrliyi ilə, X4 və X6 ibarət tərkibdə) 20 oktyabr 2021-ci il tarixli, 1(101)-292/2022 saylı hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-in 32,4, 312.2-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinin tələblərinə əsasən Məhkum təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 01 aprel 2021-ci il tarixdən hesab olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi, Məhkum barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinə 21 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsinin 12 aprel 2022-ci il tarixli, 17/24-927 sayl ı məktubu ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 1(101)-1355/2021 saylı hökmündən Məhkum apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatəti və apellyasiya şikayəti daxil olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: X3) 06 iyul 2022-ci il tarixli qərarı ilə Məhkum 1(101)-1355/2021 saylı cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə vəsatəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Həsən Hüseyn oğlu Əhmədovun sədrliyi və məruzəsilə, X7 və X2 ibarət tərkibdə) 29 sentyabr 202 2-ci il tarixli qərarı ilə Məhkum apellyasiya şikayəti təmin olunmamış, iş üzrə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 1(101)-1355/2021 saylı hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsinə dair həmin məhkəmənin 06 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, Bakı Ağır Cinayətlər 20 oktyabr 2021-ci il tarixli hökmünün surətini almamış, bu barədə heç bir qəbzə imza etməmişdir. Kassasiya şikyətində Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2 022-ci il tarixl qərarını ləğv edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmündən apellyasiya şikayəti verməsi ilə bağlı prosessual müddətin ötürülməsini üzürlü hesab edilməsini və müddətin bərpa edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və y a apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Sözügedən Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Cinayət işinin materiallarından görünür ki, məhkəmə hökmünün alınmasına dair qəbzə əsasən Məhkum tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 1(101)1355/2021 saylı hökmü 29 oktyabr 2021-ci il tarixdə alınmış, lakin hökmün verildiyi tarixdən apellyasiya şikayətini verdiyi 21 aprel 2022-ci il tarixə kimi keçən 05 (beş) aydan ar tıq müddət ərzində Məhkum tərəfindən həmin hökmdən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin vəsatəti təmin etməməklə bağlı gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum tərəfindən iş materialları ilə prosessual müddətin buraxılmasının səbəbi kimi onun istinad etdiyi hallar araşdırılaraq, ötürülmüş müddətin üzrlü hesab edilməsinə əsas tapmadığından, düzgün olaraq onun vəsatətini təmin etməmişdir. Hazırda apellyasiya icraatı zamanı da hər hansı üzrlü səbəb müəyyən olunmamışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətinin apellyasiya şikayətinin verilmə müddətinin üzrlü səbəbdən buraxılması barədə mülahizələri ə saslı və inandırıcı deyil. Məhkum buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən edən sübutlar əlavə etməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən Məhkum müdafiəçi ilə təmin edilmiş və ona hüquqları, o cümlədən barəsində çıxarılan hökmdən narazı qaldığı halda ondan apellyasiya şikayəti vermək qaydası və müddəti izah edilmişdir. Eləcə də, məhkuma təqdim olunmuş hökmün surətində həmin hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddəti bilavasitə göstərilmişdir. Ona görə də kassasiya məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət Məhkum tərəf indən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətində prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün hər hansı əsaslı dəlillər göstərilməmişdir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiya sı hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinə görə: Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir (203.3-cü maddə); Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə həmçinin bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçir ilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X8rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bərpa oluna bilər. Apellyasiya şikayəti və ya apellyasiya protestinin vaxtında verilməməsinin üzrlü səbəbləri şikayət və ya protest verməyə mane olan xəstəlik, iş materialları ilə vaxtında tanış olmaq imkanının olmaması, hökmün və ya məhkəmənin digər qərarının mahiyyətinin şəxsə vaxtında və düzgün izah olunmaması, hökmün və ya məhkəmənin qərarının surətini vaxtında göndərilməməsi, məhkəmə iclas protokolunun vaxtında hazır olmaması, şikayət və ya protest vermək hüququ olan şəxsin məcburiyyət altında şikayət və ya protest verə bilməməsi, şikayət və ya protest verilməsinə fövqəladə halların mane olması və s. ola bilər. Lakin məhkəmə kollegiyası nə iş materiallarında nə də məhkumun vəsatətində qeyd edilən halları təsdiq edən hər hansı bir sübut müəyyən etmədi. Bakı Apellyasiya Məhkəməsi haqlı olaraq yuxarıda qeyd edilənləri, həmçinin Məhkum hökmün surətini aldığı tarixdən vəsatətlə müraciət olunan vaxta kimi keçmiş 05 (beş) aydan artıq müddət ərzində apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasını üzürlü hesab etməyə əsas olan halların mövcud olmadığını qeyd etmiş və müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilməməsi barədə qərarı dəyişdirilmədən saxlamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəb dən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2022-ci il tarixli qərarı dəyiş
Məhkəmə qərarları › İş №1(102)-632/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-632/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver