Məhkəmə qərarları › İş №1(102)-632/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-632/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-632/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və Məhkum müdafiəçisi Həsənov Əbil Yadulla oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 fevra l 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 120.2.1, 120.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2023-cü il tarixli hökmü ilə isə onun CM-nin 120.2.1, 120.2.2, 120.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Ə.Y.Həsənov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəmənin 05 fevral 2021-ci il tarixli hökmü ilə (hakimlər Kərimov Novruz Ağakərim oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyeva Ramella Allahverdi qızı və Sadıxov Rasim Əkbər oğlundan ibarət tərkibdə) Məhkum, xx xxx 1983-cü il tarixdə Tərtər rayonunun Seydimli kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Tərtər rayonunun Seydimli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni Yaşayış massivindəki nömrəsiz evdə yaşamış, CM-nin 120.2.1, 120.2.4, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə 15 (on beş) il müddətə, CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə, CM-nin 228.4-cü maddəsi ilə 01 (bir) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə qəti olar aq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 120.2.2-ci maddəsi isə ona elan edilmiş ittihamdan xaric edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 da CM-nin 120.2.1, 120.2.4, 221.3 və 228.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-nin 120.2.1, 120.2.4, 221.3, 228.1 və 229.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs3 CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 07 iyun 2019-cu il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs3 ilə birlikdə ünvan 1 ünvanındakı 43-cü korpusda yerləşən “Şimşək” avtomobil təmiri sexində olarkən, arvadı Şahid14 haqq ında guya Tərtər rayonunun Seydimli kəndində əxlaqsızlıqla məşğul olması barədə 2011-ci ildə həqiqətə uyğun olmayan şayiələr yayan həmkəndliləri Şahid15 və X16 ilə həmfikir olub həmin şəxslərə inanmış və görüşəndə ona salam verməyən, eləcə də, 2015-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən çayxanada təşkil edilmiş görüş zamanı Təqsirləndirilən şəxs2 zərbə vurduğuna görə aralarında yaranmış narazılıqdan sonra guya sonuncunun ailə üzvləri barəsində əxlaqsız ifadələr işlətmiş Zərərçəkmiş şəxs1 qeyd olunan avtomobil təmiri sexin qarşısına gəlib Təqsirləndirilən şəxs2 axtardığından hiddətlənərək, tanışları arasında Zərərçəkmiş şəxs1 nüfuzlu olmasını nümayiş etdirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 və sonuncunun qardaşı Məhkumla birlikdə bir qrup şəxs halında Zərərçəkmi ş şəxs1 öldürmək məqsədilə, Məhkum cinayətkar niyyətlərini həyata keçirmək üçün özünün idarə etdiyi “BMW X5” markalı, Az **-GD-*** dövlət nömrə nişanlı avtomobillə ön sərnişin oturacağında Zərərçəkmiş şəxs1, arxa oturacaqda Şahid1 oturduğu və Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı, **-LG-*** dövlət nömrə nişanlı avtomobili təqib etməyə başlamış, daha sonra o, ümumi niyyətlərindən məlumatı olmayan Təqsirləndirilən şəxs3la birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW 745” markalı, Az **-VT-*** dövlət nömrə nişanlı avtomaşınla Məhkum arxası ilə təqibi davam etdirməklə,Təqsirləndirilən şəxs2 qardaşı ilə telefon əlaqəsi saxlayıb Zərərçəkmiş şəxs1 olduğu avtomobilin hərəkət istiqaməti barədə məlumat aldıqdan sonra həmin avtomobilə çatmaqdan ötrü öz avtomobili ilə «DSK» adlı ilə t anınan, kənarında ev tikmə kobinatı yerləşən yoldan Binəqədi şossesinə çıxmış, Məhkum və Təqsirləndirilən şəxs2 nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi həmin yolda avtomobilləri yüksək sürətlə idarə edərək, davamlı şəkildə manevr qaydalarını pozmaqla qarşıdan gələn avtomaşınların hərəkət istiqamətinə çıxıb, yolda hərəkət edən xüsusi və ictimai nəqliyyat vasitələrində olan sərnişinlərin, eləcə də ətrafdakı piyadaların həyat və sağlamlıqları üçün təhlükə yaratmaqla Bakı şəhərinin mərkəzi istiqamətində hərəkət edib yolun sol tərəfindəki “Banuçiçək” şadlıq sarayına çatmamış, Zərərçəkmiş şəxs1 qaçmaq və özünü müdafiə etmək imkanını məhdudlaşdırmaq məqsədilə Məhkum idarə etdiyi avtomobilin ön tərəfi ilə “Mercedes” markalı avtomobili arxadan bir dəfə vurmaqla arxa buferini və kapotunu, Tə qsirləndirilən şəxs2 isə öz avtomobili ilə həmin avtomobili sol tərəfdən sürtüb qabaq sol qanad və sol yan güzgüsünü zədələmiş, eyni zamanda o, cinayətkar niyyətlərini başa çatdırmaqdan ötrü olduğu avtomobilin ön sağ pəncərəsini açmaqla həmin zaman Təqsirləndirilən şəxs2 ona verdiyi və zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, xarici çaxmaqlı, “İJ-K” modelli, “A3356 O” №-li tək-hamarlüləli, konstruktiv dəyişikliyə məruz qalmaqla lüləsi sonradan kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirilmiş qanunsuz olaraq əldə edib gəzdirdiyi odlu silahdan istifadə etməklə digər avtomobildə olan Zərərçəkmiş şəxs2 və Şahid1 də həyatı və sağlamlığı üçün təhlükə törətdiyini dərk edərək qəsdən öldürmək məqsədilə qeyd edilən avtomobilin ön sərnişin oturacağında oturmuş Zərərçəkmiş şəxs1 istiqamətində bir dəfə atəş açmaqla, “Mercedes” markalı, Az **-LG-*** dövlət nömrə nişanlı avtomobilə alın şüşəsinin sol yan kənarından 25 mm sağdan, aşağı sol kənarından 37 mm yuxarıdan olmaqla bir ədəd 55x22 mm ölçüdə dəliyin açılması, sağ qapının şüşəsinin sınması ilə nəticələnən zədə yetirmiş, atəş nəticəsində müxtəlif ölçülü şüşə parçalarının dəyməsi səbəbindən avtomobili idarə edən Zərərçəkmiş şəxs2 sağ bazunun ön səthinin, sağ dirsək çuxuru nahiyəsinin, sağ saidin arxa səthinin, sağ əlin İ barmağının əsas falanqasının arxa səthinin, sağ əlin İİ daraq sümüyü proyeksiyasının arxa səthinin, sağ əlin İİİ barmağının əsas falanqasının arxa səthinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan və dərəcələri təyin olunmayan, eləcə də həmin avtomobildə sərnişin qismində oturmuş Zərərçəkmiş şəxs1 döş qəfəsin in sağ yarısının ön səthinin, sol saidin yuxarı 1/3-nin arxa-bayır səthinin nisbətən iri ölçülü sıyrıqları, sol bazunun aşağı 1/3-nin ön və bayır səthlərinin, eləcə də sol saidin arxa və bayır səthlərinin çoxsaylı kiçik ölçülü sıyrıqları və sağ bazunun yuxarı 1/3-nin ön-bayır səthinin qançırla əhatə olunmuş kiçik ölçülü səthi əzilmiş yarası kimi sağlamlığa zərər vurmayan və dərəcələri təyin olunmayan xəsarətlər yetirmiş,Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobillə onlardan qaçmaq istədiyini görüb, qanunsuz hərəkətlərini davam etdirməklə Məhkum idarə etdiyi avtomobillə təqibi davam etdirib Binəqədi şossesindən Azadlıq prospektinə daxil olmaqla “Mercedes” markalı, AZ**-LG-*** dövlət nömrə nişanlı avtomobili arxadan ikinci dəfə vurub həmin avtomobilin arxa buferini və kapotunu təkrarən zədələmi ş, eyni zamanda Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə “Mercedes” markalı, **-LG-*** dövlət nömrə nişanlı avtomobilin arxasına keçməklə avtomobilinin qabaq buferinin sağ tərəfi ilə təqib etdikləri avtomobilin arxa buferinin sol tərəfinə vuraraq Zərərçəkmiş şəxs1 olduğu avtomobili ünvan 2 ünvanda yerləşən “Röyal” şadlıq sarayının qarşısına çatmamış tıxaca salaraq avtomobilin həmin ərazini tərk etmək imkanını məhdudlaşdırmaqla hərəkət yolunun mərkəzində saxlatdırmış, Zərərçəkmiş şəxs1 özünü müdafiə etmək imkanını təmamilə aradan qaldırdıqdan sonra Təqsirləndirilən şəxs1 olduğu avtomobildən düşərək, qeyd olunan odlu silahı özü ilə götürüb Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə sonuncunun olduğu avtomobilə sağ tərəfdən yaxınlaşıb Zərərçəkmiş şəxs2, həmin avtomobildə arxa oturacaq da oturmuş Şahid1, eləcə də həmin vaxt qeyd olunan küçədən avtomobillə keçən və orada dayanmış digər şəxslərin həyatı və sağlamlığı üçün təhlükə törətdiyini dərk edərək, yəni ümumi təhlükəli üsulla saat 18:10-da həmin avtomobilin sağ qabaq oturacağında sərnişin qismində oturmuş Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə bir dəfə atəş açmaqla sonuncuya yaranın giriş dəliyi burunun sol qanadında və qismən burunun sol-yan səthində yerləşən, yara kanalı boyunca sağdan İİ, İİİ, İV, V, Vİ, soldan İ, İİ, İİİ, İV, V, Vİ dişlərin alveollarla birlikdə üst çənədən qopması və natamam ayrılması, əng sümüklərinin sınması, dilin mərkəzi hissəsində toxuma defektli yaranın əmələ gəlməsi, çənə sümüyünün soldan sınması, İV boyun fəqərəsinin qəlpəli sınması və onurğa beyninin boyun səviyyəsində əzilib-dağılması, eləc ə də sağ almacıq sümüyünün, sağ ön və orta kəllə çuxurlarının sınması, beyinin bazal səthinin və beyin kötüyünün yumşaq qişaları altına və beyin mədəciklərinə qansızmaların baş verməsi, sağ göz qapaqları və gözaltı nahiyədə qançırların əmələ gəlməsi, həmçinin güllənin aşkar olunduğu yerdə (boyunun arxa səthinin yumşaq toxumalarında) dəridə qançırın yaranması ilə müşayiət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik, kəllə əsası sümüklərinin sınığından və İV boyun fəqərəsinin qəlpəli sınığından törəyən beyinin yumşaq qişaları altına və mədəciklərinə qansızmalar, onurğa beyninin boyun şöbəsinin tam əzilib dağılması səbəbindən ölməsinə səbəb olan üzün və boynun 1 (bir) ədəd kor odlu güllə yarası yetirərək Təqsirləndirilən şəxs2 və Məhkuml a birlikdə Zərərçəkmiş şəxs1 qanunsuz olaraq əldə edib gəzdirdiyi qeyd olunan silahla bir qrup şəxs halında, ümumi təhlükəli üsulla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, bununla yanaşı yuxarıda qeyd edilən toqquşmalar, eləcə də atəş nəticəsində “Mercedes” markalı, Az **-LG-*** dövlət nömrə nişanlı avtomobilin arxa buferini, kapotunu, qabaq sol qanadını, sol yan güzgüsünü, qabaq alın şüşəsini və sağ qabaq qapının şüşəsini zədələməklə ümumilikdə həmin avtomobilə 2140,00 (iki min yüz qırx) manat məbləğində zərər yetirməklə Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq, həmin vaxt Məhkum qanunsuz olaraq əldə edib gəzdirdiyi kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən dəyənəyi götürməklə, Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs2la bir likdə olduqları avtomobildən Zərərçəkmiş şəxs2 zor tətbiq etmək məqsədi ilə yerə enərək Məhkum əlində olan dəyənəyi, Təqsirləndirilən şəxs3 isə əlini belinə atıb üzərində olan bıçağı nümayiş etdirməklə, Təqsirləndirilən şəxs2 ilk olaraq Zərərçəkmiş şəxs2 üzərinə hücum edərək əli ilə vurmaq istəyərkən sonuncu həmin yerdən qaçdığından avtomobillərə oturub hadisə yerindən uzaqlaşmaqla Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs3la birlikdə bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, nəqliyyatın hərəkətinin sıx olduğu həmin ərazidə tıxacın yaranması, çoxlu sayda insanların həmin əraziyə toplaşmaqla ictimai qaydanın kobud surətdə pozub, zərərçəkmiş şəxslər üzərində zor tətbi q olunması və həmin zorun tətbiq olunması hədəsi, eləcə də əmlakın zədələnməsi ilə nəticələnən əməlləri ilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Hökmdən dövlət ittihamçısı Səmədov Orxan Emin oğlu tərəfindən verilmiş apellyasiya protestinə, zərər çəkmiş şəxsin hüquqi varisi X10, Məhkum müdafiəçiləri Abbasov Murtuzəli Aydın oğlu və Ə.Y.Həsənov, habelə digər məhkumların müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 17 avqust 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanı lmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2021-ci il tarixli qərarından Məhkum müafiəçisi Ə.Y.Həsənov, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Vəliyev Eynulla Hüseyn oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə və dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə) 02 mart 2022-ci il tarixli qərarı ilə məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 ərizələri təmin edilərək onların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılmış, kassasiya protesti isə təmin ed ilmiş və apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilərək cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin olunmuşdur. İşə növbəti dəfə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə) 24 yanvar 2023-cü il tarixli hökmü ilə dövlət ittihamçısı O.E.Səmədov tərəfindən verilmiş apellyasiya protesti tam və zərər çəkmiş şəxsin hüquqi varisi X10nın apellyasiya şikayəti isə qismən təmin edilmiş, məhkumların müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli hökmü məhkumlar Məhkum, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilə n şəxs1 aid hissədə ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış və həmin hökmlə: - Təqsirləndirilən şəxs1 CM-nin 120.2.1, 120.2.2, 120.2.4, 221.3 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-nin 120.2.1, 20.2.2 və 120.2.4-cü maddələri ilə 17 (on yeddi) il müddətə, CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə, CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə; - Təqsirləndirilən şəxs2 CM-nin 120.2.1, 120.2.2, 120.2.4, 221.3, 228.1 və 229.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-nin 120.2.1, 20.2.2 və 120.2.4-cü maddələri ilə 17 (on yeddi) il müddətə, CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə, CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə, CM-nin 229.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə; - Məhkum CM-nin 120.2.1, 120.2.2, 120.2.4, 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-nin 120.2.1, 20.2.2 və 120.2.4-cü maddələri ilə 16 (on altı) il müddətə, CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə, CM-nin 228.4-cü maddəsi ilə 01 (bir) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, hökm İ.İ.Bədirova aid və qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçi Ə.Y.Həsənov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və hüquqlarını müdfiə etdiyi şəxs barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) bir sıra maddələrinə, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004cü il tarixli Qərarına, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara (əsasən məhk um olunmuş şəxslərin və şahidlərin ifadələrinə), məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi Ə.Y.Həsənov həmin şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə ibtidai istintaq aparılarkən və məhkəmə baxışı zamanı CPM-nin 28, 125, 144-146-cı maddələrinin tələbləri kobud surətdə pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, iş üzrə ittihamın əsasına qoyulmuş sübutlar müqayisəli qaydada təhlil edilib mötəbərliyi üzrə qiymətləndirilməmişdir. Məhkəmə istintaqı zamanı bir sıra istintaq hərəkətləri keçirilsədə bütün sübutlar tədqiq olunmamış, apellyasiya instansiyası məhkəməsində də həmin sübutların tədqiq olunması barədə vəsatətlər verilsə də məhkəmə əsassız olaraq həmin vəsatətləri təmin etməmişd ir. Halbuki, həmin sübutların tədqiq olunmaması Məhkum barəsində qanunsuz və əsassız qərar qəbul edilməsinə səbəb olmuşdur. Həmçinin birinci instansiya məhkəməsinin məhkəmə iclas protokoluna təqsirləndirilən şəxs tərəfindən qeydlər verilsə də həmin qeydlərə ümumiyyətlə baxılmamış, onların düzgün olubolmaması yoxlanılmamışdır. Həmçinin işə baxan məhkəmələr verilmiş ifadələrə düzgün hüquqi qiymət verməyərək, onları təhrif edərək işin faktiki hallarına uyğun olmayan nəticələrə gəlməklə Məhkum əməlini əsassız olaraq qəsdən adam öldürmə, xuliqanlıq və qanunsuz olaraq soyuq silah saxlama kimi qiymətləndirmiş, bu qiymətləndirmə kifayət qədər əsaslandırılmamış, müdafiə etdiyi şəxsin həmin əməlləri törətməsinə dəlalət edən mötəbər və bu nəticəyə gəlməyə kifayət edən sübutlar ibtidai araşdırma orqan ı tərəfindən əldə olunmamış və məhkəmələr də belə sübutları araşdırmamış, məhkum olunmuş şəxslərin, o cümlədən Məhkum cinayət təqibinin bütün mərhələlərində verdikləri eyni məzmunlu ifadələrini isə əsassız olaraq özünümüdafiə xarakterli və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirmişlər. İş materiallarından görünür ki, hüquqlarını müdafiə etdiyi Məhkum ona elan olunmuş ittiham üzrə özünü heç vaxt təqsirli bilməmiş, onun hadisədən ümumiyyətlə xəbəri olmamış, o, baş verə biləcək hadisənin qarşısını almaq üçün bütün vasitələrdən istifadə etmiş, hətta bu məqsədlə tanışı olan polis əməkdaşına da məlumat vermişdir. O, hadisə yerinə çatanda Təqsirləndirilən şəxs1 artıq Zərərçəkmiş şəxs1 artıq öldürmüşdür, lakin o, özü bunun hansı şəraitdə baş verməsini görmə miş, Təqsirləndirilən şəxs1 həmin əməlini törətməsi üçün köməklik göstərməmiş və buna şəraitin yaradılması üçün heç bir hərəkət etməmişdir. Bu hallar isə toplanmış və məhkəmə iclaslarından araşdırılmış sübutlarla təsdiq olunmuş, lakin buna baxmayaraq Məhkum törətmədiyi əməllərə görə qanunsuz olaraq məhkum edilmişdir. Həm yuxarıda göstərilənlərə, həm də kassasiya şikayətində daha ətraflı təsvir edilmiş ifadələrə və araşdırılmış digər sübutlara əsaslanaraq müdafiəçi Ə.Y.Həsənov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, zərər çəkmiş şəxsin hüquqi varisi X10 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 naməlum səbəblərdən məhkəməyə gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxsin hüquqi varisi X10nın, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və Məhkum iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi Ə.Y.Həsənovun həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, işə baxmış məhkəmələr tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina olunmuş, iş üzrə toplanmış və araşdırılmış sübutlara düzgün hüquqi qiymət verilməmiş, hüquqlarını müdafiə etdiyi şəxsin təqsiri sübuta yetirilmədiyi halda o, əsassız və qanunsuz olaraq xüsusilə ağır cinayətin törədilməsinə görə təqsirli bilinib məhkum edilmişdir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmün ləğv olunması və Məhkum bəraət verilməsi haqında qərarın qəbul edilməli olması barədə tələblərini CPM-nin 416.1.1, 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutu lmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası müdafiəçi Ə.Y.Həsənovun şikayətini kassasiya qaydasında baxıl malı müraciət kimi görür və buna görə Məhkum və digərlərinin məhkum olunmalarına dair hazırki cinayət işinin materiallarını və həmin iş üzrə apellyasiya instansiyası tərəfindən çıxarılmış hökmü yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiy ası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılmas ı dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” A vropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun tö rədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərə kətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon müddəalar hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini, həmin şəxslərin bunun üçün hüquq mühafizə orqanlarına və ya məhkəmələrə müraciət edə bilmələrini, bu müraciətlər əsasında cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməlirini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıq larını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konst itusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müva fiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələ rinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ol a bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymə tdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət tö rətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəx sin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub- olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayə t törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qis mində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edil miş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulma sı yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hal larda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymə tləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hall ar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə tə sdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müdd əalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməs i Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və y a) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğ un gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu s übut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhk əmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olmas ı barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qanunvericiliyi n yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə və Ali Məhkəmənin Plenmunun tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum müdafiəçisi Ə.Y.Həsənovun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin hökmünün qeyri-obyektiv sayılması və məhkuma bəraət verilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İş üzrə müəyyən edilmiş faktiki halları isə ondan ibarətdir ki, Məhkum qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmiş, eləcə də bir qrup şəxs halında, xuliqanlıq niyyəti i lə və ümumi təhlükəli üsulla qəsdən adam öldürmə, yəni digər şəxsin qəsdən həyatdan məhrum etmə cinayətlərini bilavasitə törətmiş, habelə bir qrup şəxs halında silahdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, belə zorun tətbiq edilməsi hədəsi, həmçinin özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İş materiallarının təhlili göstərir ki, bu halları müəyyən edərkən, apellyasiya instansiyası məhkəməsi qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasla nmış, bu sübutların təsviri məhkəmənin 24 yanvar 2023-cü il tarixli hökmündə ətraflı təsvir edilərək onlara qanuna müvafiq qaydada qiymət verilmiş və kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq məhkəmə yekun məhkəmə aktının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, digər məhkum olumuş şəxslərin, zərər çəkmiş şəxsin hüquqi varisinin, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişdir. Məhkəmə kollegiyası bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, yalnız CPM-nin 125.2.1-125.2.10-cu maddələrində göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; -sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - mə hkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq həmçinin belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ona apellyasiya instansiyası məhkəməsinin hökmündə istinad olunan cinayət əməllərini törətməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdi r. Araşdırılmış sübutlar apellyasiya instansiyası məhkəməsinin qərarda ətraflı şərh edilsə də, məhkəmə kollegiyası həmin sübutların bir qisminə müraciət edərək hazırki qərarda da onlara istinad etməyi zəruri bilir. Belə ki, şahid qismində dindirilmiş Şahid2 ibtidai araşdırma orqanına təqdim etdiyi və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tətdqiq olunmuş, üzərində “Apacer” sözləri yazılmış elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə günü, yəni 07 iyun 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 olduğu “Mercedes” markalı Az **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobil “Şimşək” avtomobil təmiri sexinin qarşısında, yolun əks tərəfində dayanmış, Zərərçəkmiş şəxs1 bacısı oğlu ilə birlikdə həmin maşına doğru qaçmış, Zərərçəkmiş şəxs2 idarə etdiyi “ Mercedes” markalı Az **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq vəziyyətdə olan sağ qapısının yanında dayanmış, həmin avtomobilin arxasında isə Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW 745” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmış, bu vaxt Təqsirləndirilən şəxs1 sonuncu avtomobilin sağ qabaq qapısını açaraq sərnişin oturacağına oturmuş, Təqsirləndirilən şəxs3 isə həmin avtomobilin arxa sağ qapısını açaraq sərnişin oturacağına oturmuş, Təqsirləndirilən şəxs3 şalvarının arxa hissəsindən belinə taxılmış vəziyyətdə dəstəyi qara rəngli bıçaq olmuş və o, həmin vaxt əlini belinə tərəf aparmış, eyni zamanda “Mercedes” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısı açılaraq Şahid1 avtomaşından düşmüş, daha sonra “BMW 745” markalı **-VT-*** və “BMW X5” markalı Az **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillər hərəkət etməyə başlamış, eyni zamanda çəkilişi aparan Şahid2 də öz avtomobilini idarə edərək irəliyə doğru hərəkət etmiş, hərəkət edən zaman “Mercedes” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq sərnişin oturacağında Zərərçəkmiş şəxs1 sifəti, eləcə də paltarları qana batmış vəziyyətdə hərəkətsiz qalması, həmin avtomobilin qabaq sağ qapısının şüşəsinin sınmış vəziyyətdə olmuş, qeyd olunan məlumat daşıyıcısında olan fotoşəkillər A4 formatlı kağıza köçürülərək cinayət işi materiallarına əlavə edilmişdir. Bundan başqa, Şahid4 ibtidai araşdırma orqanına təqdim etdiyi və birinci instansiya məhkəməsinin məhkəmə iclasında proses iştirakçılarına nümayəiş etdirilmiş videogörüntülərldən şəhərin mərkəzindən Binəq ədi kəndi istiqamətində avtomobillərin intensiv hərəkət etmələri, əks tərəfə isə, yəni şəhərin mərkəzinə doğru hərəkət sıxlığının olması, bu zaman Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin şəhərin mərkəzinə doğru qarşıdan gələn nəqliyyat vasitələrinin yolunda hərəkət edərək tıxaca daxil olub dayanması, Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW 745” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin avtomobilin arxasında, Məhkum idarə etdiyi “BMW X5” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qardaşı Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin arxasında dayaması, ilk öncə “BMW 745” markalı Az 10-VT117 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qabaq sağ oturacaqda oturmuş Təqsirləndirilən şəxs1, daha sonra s ürücü Təqsirləndirilən şəxs2 və arxa sərnişin oturacağında oturmuş Təqsirləndirilən şəxs3 həmin avtomobildən düşərək Zərərçəkmiş şəxs1 sərnişin qismində oturduğu avtomobilə doğru getmələri, bu zaman “BMW X5” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum avtomobilindən düşməsi, eyni zamanda “Mercedes” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sükan arxasından düşərək qaçması, sonuncu qaçan zaman Təqsirləndirilən şəxs2 ona yumruq zərbəsi atması, Məhkum əlində dəyənəklə qardaşı Təqsirləndirilən şəxs2 doğru qaçması, qardaşının onu saxlayaraq geri qaytarması, daha sonra yuxarıda adı çəkilən şəxslərin yenidən avtomobillərə minərək hərəkət edib hadisə yerindən uzaqlaşmaları görünür. Həmçinin birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilib araşdırılmış materiallardan görünür ki, istintaq zamanı DSK yolundan ünvan 3 ünvanadək olan aralıqda yol kənarında quraşdırılmış TŞ 8-001, TŞ 8-003, TŞ 8-008, TŞ 8-013, TŞ 8035, TŞ 8-037, TŞ 8-042, TŞ 8-073 və TŞ 8-089 (ümumilikdə 9 ədəd) nömrəli kameraların 07 iyun 2019-cu il saat 17:50-dən saat 18:15-dək olan müddəti əhatə edən görüntülərə baxış keçirilmiş və DSK yolu ilə Binəqədi şossesinin kəsişməsində quraşdırılmış “TŞ 8042” kamerasının videogörüntüləri ilə 07 iyun 2019-cu il tarixdə saat 18:05:48-də Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı **-LG-*** dövlət nömrə nişanlı avtomobillə DSK yolundan Binəqədi şossesinə çıxmaqla şəhərin mərkəzinə doğru hərəkət etməsi, bundan 10 saniyə sonra, yəni saat 18:05:58-də Məhkum idarə etdiyi “BMW X5” markalı **-GD-*** dövlət nömrə nişanlı avtomobillə, sonuncudan 1 dəqiqə 6 saniyə sonra isə, yəni saat 18:06:54-də Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW 745” markalı **-VT-*** dövlət nömrə nişanlı avtomobillə DSK yolundan çıxaraq eyni istiqamətdə “Mercedes” markalı avtomobilin arxası ilə hərəkət etmələri, “TŞ 8-013” kamerasının videogörüntüləri ilə saat 18:09:04-də qədər qeyd olunan avtomobillərin bu ardıcıllıqla hərəkətlərinə davam etmələri, Zərərçəkmiş şəxs2 məxsus “Mercedes” markalı avtomobilin arxa tərəfinin, Məhkum məxsus “BMW X5” markalı avtomobilin isə ön tərəfinin tam zədəsiz olması, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilə çatması üçün qarşıdan gələn nəqliyyat vasitələrinin yolu ilə yüksək sürətlə hərəkət etməsi, “Banuçiçək” adlı restoranının qarşısında quraşdırılmış “TŞ 8-003” kamerasının videogörüntülər i ilə 07 iyun 2019-cu il tarixdə saat 18:09:31-də Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes”, arxası ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW 745”, daha sonra isə Məhkum idarə etdiyi “BMW X5” markalı avtomobillərlə Binəqədi şossesi ilə şəhərin mərkəzinə doğru hərəkət edərək Azadlıq prospektinə daxil olmaları, Məhkum avtomobilinin ön tərəfinin zədəli olması, ön tərəfdən dövlət nömrə nişanının yerində olmaması, yəni “TŞ 8-013” və “TŞ 8-003” kameralarının videogörüntüləri ilə Məhkum idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobili arxadan birinci dəfə vurması, “Mercedes” markalı avtomobilin qabaq, eləcə də sağ qabaq qapısının şüşələrində odlu silahdan açılmış atəş nəticəsində əmələ gələ bilən zədələrin olub-olmaması görünmədiyi, baxış keçirilən “Röyal” şadlıq sarayının qa rşısında, yolun əks tərəfində quraşdırılmış “TŞ 8-035” kamerasının videogörüntüləri ilə saat 18:09:53-də Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes”, arxası ilə Məhkum idarə etdiyi “BMW X5”, sonra isə Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW 745” markalı avtomobillərin Azadlıq prospekti ilə şəhərin mərkəzinə doğru hərəkət etmələri, Məhkum idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobili arxadan ikinci dəfə vurması, bu zaman Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə Məhkum idarə etdiyi avtomobili sağ tərəfdən ötərək Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin arxasına keçməsi, hər üç avtomobilin qarşıdan gələn nəqliyyat vasitələrinin yolu ilə şəhərin mərkəzinə doğru hərəkət etmələri, “Mercedes” markalı avtomobilin arxa buferinin qopmuş, sağ qabaq qapısının şüşəsinin sın mış, “BMW X5” markalı avtomobilin isə qabaq buferinin vurulmuş olması, dövlət nömrə nişanının yerində olmaması, saat 18:10:04-də Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı avtomobilin arxadan Təqsirləndirilən şəxs2 tərəfindən idarə olunan “BMW 745” markalı avtomobillə vurularaq tıxaca salınıb saxlatdırılması, saat 18:10:07-də Təqsirləndirilən şəxs2 öz maşınının sükanı arxasından, Təqsirləndirilən şəxs1 əlində odlu silahla sonuncuya məxsus avtomobilin qabaq sağ oturacağından, Təqsirləndirilən şəxs3 isə belində bıçaqla (əlini belindəki bıçağın üstündə saxlamaqla) həmin avtomobildən düşmələri, saat 18:10:08-də Təqsirləndirilən şəxs1 “Mercedes” markalı avtomobilin sağ sərnişin oturacağında oturmuş Zərərçəkmiş şəxs1 yaxınlaşaraq sonuncuya ikinci dəfə atəş açıb Təqsirləndiriln şəxs2nin ma şınına doğru qayıtması, “Mercedes” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 maşından düşməsi, bu zaman Təqsirləndirilən şəxs2 yumruqla sonuncunun kürək nahiyəsinə zərbə atması, Zərərçəkmiş şəxs2 əyilib qaçaraq yolu qarşı tərəfə keçməsi, saat 18:10:11-də Məhkum əlində dəyənəklə “Mercedes” markalı avtomobilə doğru qaçaraq gəlməsi, bu zaman Təqsirləndirilən şəxs2 Məhkum saxlayaraq geri qaytarması, saat 18:10:19-da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 maşınına oturmaqla, sonuncunun qardaşı Məhkumla birlikdə avtomobillərlə şəhərin mərkəzi istiqamətində hərəkət etmələri müəyyən edilir. Daha sonra cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs3 ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndiril ən şəxs2 və Məhkum arasında üzləşdirmələr keçirilmiş və həmin istintaq hərəktinin aparılması haqqında protokollardan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 07 iyun 2019-cu il tarixdə saat 18:00 radələrində Məhkum özünün idarə etdiyi “BMW X5” markalı avtomaşında avtoservisdən qardaşı Təqsirləndiriln şəxs2dan əvvəl çıxmasını, daha sonra Təqsirləndirilən şəxs2 qardaşı Məhkum zəng edərək 085 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin hansı istiqamətdə getməsi barədə maraqlandığını, Binəqədi DYPŞ-nin qarşısından keçdikdən sonra Məhkumun öz maşını ilə “Mercedes” markalı avtomobili arxadan bir dəfə vurduğunu, bu zaman Təqsirləndirilən şəxs2 həmin maşının sol tərəfinə keçərək, Təqsirləndirilən şəxs1 isə verdiyini, Təqsirləndiriln şəxs2nin “Mercedes” markalı avtomobilə doğru bir dəfə atəş açdığını, bir qədər irəlidə Məhkumun öz maşını ilə təkrarən həmin maşını arxadan vurduğunu, daha sonra Təqsirləndiriln şəxs1in idarə etdiyi avtomobillə “Mercedes” markalı avtomobilin arxasına keçdiyini, tıxac olduğundan maşınların dayandığını, Təqsirləndirilən şəxs1 əlində odlu silahla maşından düşdüyünü, Təqsirləndirilən şəxs2 da “Mercedes” markalı avtomobilin sürücüsünü vurmaq məqsədilə maşından bıçaq götürüb düşmək istədiyini, lakin həmin bıçağı Təqsirləndirilən şəxs2 əlindən aldığını, eyni zamanda Məhkum da əlində nə isə olmaqla “Mercedes” markalı avtomobilə doğru qaçdığını, lakin Təqsirləndirilən şəxs2 qardaşını saxlayaraq geriyə qaytarmasını bildirərək bu haqda əvvəl verdiyi ifadələrini bir daha Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum üzlərinə qarşı tək ralamışdır. Bundan başqa, ibtidai araşdırma zamanı Şahid1 ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum arasında üzləşdirmələrin aparılması haqqında protokolundan görünür ki, üzləşdirmələr zamanı Şahid1 07 iyun 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı avtomobillə şəhərin mərkəzinə dorğu hərəkətdə olarkən təqib edildiklərini bilmədiklərini, “Banuçiçək” restoranına çatmamış qəfildən onun da olduğu “Mersedes” markalı avtomaşının arxadan möhkəm zərbə ilə vurulduğunu, eyni zamanda olduqları maşına doğru atəş açıldığını, yalnız bundan sonra çönüb arxaya baxan zaman arxadan “BMW X5” və “BMW 745” markalı avtomobillərin onları təqib etdiklərini, birinci atəşdən sonra “BMW X5” markalı avtomobillə Zərərçəkmiş şəxs1 ilə birlikdə olduqla rı avtomobilin arxadan ikinci dəfə vurulduğunu, avtomobilinin tıxaca dirənib saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs1 “Mercedes” markalı avtomobilə sağ tərəfdən yaxınlaşaraq dayısı Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə atəş açdığını, bundan sonra hər iki maşının hadisə yerindən uzaqlaşdığını təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum qarşı deyib təsdiq etmişdir. Yuxarıda təsvir edilmiş videogörüntülərin və Məhkum oz avtomaşını ilə Zərərçəkmiş şəxs1 olduğu avtomobilin araxsınca hərəkət edərkən apaprdığı telefon danışığının birgə təhlili göstərir ki, o, guya qardaşı Təqsirləndirilən şəxs2 saxlatdırmaq məqsədilə 07 iyun 2019-cu il tarixdə saat 18:05:23-də polis əməkdaşı olan Şahid12 zəng edib danışan zaman qardaşı Təqsirləndirilən şəxs2 irəlidə hərəkət e tmiş, Məhkum ilə Təqsirləndirilən şəxs2 arasında olmuş hər iki telefon danışığı Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı avtomobil təqib olunan zaman həyata keçirilmiş və bu zaman Məhkum qardaşı Təqsirləndirilən şəxs2 arxada yox, irəlidə olmaqla şəhərin mərkəzinə doğru hərəkət etmişdir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs3 da ifadələrində və üzləşdirmələr zamanı Məhkum avtoservisdən qardaşı Təqsirləndirilən şəxs2 əvvəl çıxdığına görə qardaşının ona zəng edərək “Mercedes” markalı avtomobilin hərəkət istiqaməti barədə məlumat aldığını təsdiqləmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 01 avqust 2019-cu il tarixli 16853 saylı rəyi ilə də “BMW X5” və “BMW 745” markalı avtomobillərinin üzərində bir-birlərinə məxsus lakboya hissəciklərinin olmaması müəyyən edilərək Məhkum qa rdaşı Təqsirləndirilən şəxs2 maşınını vuraraq Zərərçəkmiş şəxs1 olduğu maşını təqib etməsinin qarşısını almağa cəhd etməsi barəsindəki ifadələri təkzib olunmuşdur. Həmçinin kompleks məhkəmə-ballistik və məhkəmə-trasaloji ekspertizasının 15 avqust 2019-cu il tarixli 15590/91/92/93/94 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən və Məhkum avtomobilinin salonundakı ön saxlanc yerindən götürülmüş bir ədəd dəyənək kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış yuxarıda təsvir edilən obyektiv sübutlara, o cümlədən ekspertiza rəylərinə əsaslanaraq, apellyasiya instansiyası məhkəməsinin sübutları araşdırıb onlara verdikləri qiymətləndirmə əsasında Məhkum məhz həmin məhkəmənin təsviri-ə saslandırıcı hissəsində göstərilmiş cinayət əməllərini törətməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və eyni zamanda qeyd edir ki, işin faktiki hallarının başqa cür müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə və iş üzrə əlavə araşdırmanın aparılmasına heç bir lüzum yoxdur. Həmin sübutlarla təkzibedilməz şəkildə müəyyən edilir ki, Məhkum cinayət təqibinin müxtəlif mərhələlərində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də, o, 07 iyun 2019-cu il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 “Mercedes” markalı **-LG-*** dövlət nömrə nişanlı avtomobildə qardaşı Təqsirləndirilən şəxs2 işlətdiyi avtoservis məntəqisinin yaxınlığında olması və həm sonuncunun, həm də Təqsirləndirilən şəxs1 onu cəzalandırmaq niyyətində olmalarını bilib onlara qoşularaq özünün idarə etdiyi “BMW X5” markalı **-GD-*** dövlət nömrə nişanlı avtomaşını ilə “Mersedes avtomaşınını təqib etməyə başlamış, bu zaman həmin avtomaşını saxlatdırmaq və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz niyyətlərinə nail olmaq məqsədilə öz avtomaşının qabaq hissəsi ilə “Mersedes” markalı avtomaşını iki dəfə arxadan vurmuş, daha sonra isə təqibi davam etdirərək onun tıxaca düşüb dayanmasına nail olmuş və bundan istifadə edən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məxsus odlu silahı ondan götürüb Zərərçəkmiş şəxs1 yaxınlaşaraq həmin silahdan iki dəfə atəş açmaqla sonuncunu xuliqanlıq niyyətilə və ümumi təhlükəli üsulla qətlə etirmiş, Məhkum isə digər şəxslərlə bir qrup şəkilində bu cinayətin törədilməsində bilavasitə icraçı qismində iştirak e dərək daha sonra əlindəki soyuq silah hesab edilən dəyənəklə həmin vaxt “Mersedes” markalı avtomaşından düşüb qaçan Şahid1 qarşı zor tətbiq etmə hədəsi ilə ictimai qaydanı kobud şəkildə pozan və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlər etmiş, yəni xuliqanlıq əməlini də törətmişdir. Bu hallardan çıxış edən məhkəmə kollegiyası belə olan halda Məhkum əməllərinin CM-nin 120.2.1, 120.2.2, 120.2.4, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi və onun əməllərinin həmin maddələrlə tövsif edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə də razılaşır və eyni zamanda vurğulayır ki, həmin nəticə təkcə şahid ifadələrinə və məhkəmə ekspertizasının rəylərinə deyil, həmçinin iş üzrə məhz məhkəmə iclaslarında araşdırılmış digər sübutların məcmusuna, ha belə qanunun normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında əksini tapmış hüquqi mövqeyə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanmışdır. Belə ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hü ququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qəsdən adam öldürmə cinayətlərinə dair işlərə baxılarəkən vahid məhkəmə təcrübəsinin formalaşmasına xidmət edən “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarındakı izah və tövsiyələri də hazırki iş üzrə məhkəmə kollegiyasının mövqeyi ilə üst-üstə düşür. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyə olunur ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPMnin 392.1.1-ci maddəsinə uyğun o laraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərər çəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Qərarın 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti CM-nin 120.2.1ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcad an əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-nin 34-cü maddəsində şərh edilmişdir. Qərarın 5-ci bəndinə görə, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayətlərdə qabaqcadan əlbir olan cinayətin icraçısı (icraçıları) ilə birlikdə digər iştirakçılar cinayətin təşkilatçıları, təhrikçiləri və köməkçiləri qismində çıxış edə bilərlər.Belə şəxslərin əməlləri cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla CM-nin 32-ci maddəsinə istinad edilməklə 120.2.1- ci maddəsi ilə tövsif edilməlidir. Qərarın 6-cı bəndində Plenum məhkəmələrə izah etmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CMnin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli, 1 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqa nlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda h əmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası CPM-nin 349.5-ci maddəsinin tələblərindən çıxış edərək vurğulamağı lazım bilir ki, “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin və ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. İş materiallarından görünür ki, Məhkum ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin ifadələrin bir qismi digər sübutlarla, o cümlədən hazırki iş üzrə məhkum olunmuş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, məhkəmə ekspertizalarının rəyləri ilə və başqa sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək hesab edir ki, işə təkra rən baxan apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, baxılan işdə, kassasiya şikayətində irəli sürülmüş tələbin əksinə olaraq, CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən hallardan hər hansı biri müəyyən edilmir. CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun ola raq kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq cinayət və cinayət-prosessual qanunvericiliyinin düzgün tətbiq edilib-edilməməsini yoxlayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Məhkum təqsirli bilinərək məhkum edildiyi CM-nin 228.4-cü maddəsinə əsasən, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 15.2-ci maddəsində göstərilir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməs inə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, CM-nin 228.4-cü maddəsində nəzərdə tutuldmuş cinayət CM-nin 15.2-ci maddəsinin tələblərinə uyğun olaraq böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir. CM-nin 75.1.1-ci və 75.2-ci maddələrinin tələblərinə görə isə, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CPM-nin 358.3-cü maddəsinə əsasən, məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı bir neçə təqsirləndirilən şəxs barəsində çıxarıldıqda, həmin yekun qərar barəsində apellyasiya qaydasında protest və ya şikayət verilməmiş şəxsə münasibətdə və yalnız ona aid hissədə bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. CPM-nin 384.1-ci maddəsində isə bu müddət 20 (iyirmi) gün müəyyən edilmişdir. CPM-nin 407.2-ci maddəsinin tələblərinə və mənasına görə, birinci instansiyası məhkəməsinin hökmündən (qərarından) apellyasiya şikayəti və ya apellyasiya protesti verildikdə, həm birinci instansiya məhkəməsinin yekun məhkəmə aktı, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarı onun elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Göründüyü kimi, iş üzrə apellyasiya instansiyası m əhkəməsinin hazırki iş üzrə hökmü 24 yanvar 2023-cü il tarixdə həmin hökmün elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minmiş və beləliklə də Məhkum təqsirli bilinib məhkum olunduğu CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsindən 3 (üç) il 7 (yeddi) ay 17 (on yeddi) gün keçmişdir. Belə olan halda isə onun bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün CM-nin 75.1.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçmişdir. Bu əsasla Məhkum CM-nin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət təqibinə xitam verilməsi və onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi barədə müdafiə tərəfinin həm cinayət təqibinin həyata keçirilməsi zamanı, həm də kassasiya şikayətində tələb irəli sürmədiyini nəzərə alan məhkəmə kollegiyası prosessual qanunver iciliyin aşağıdakı normalarına əsaslanaraq onun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2023-cü il tarixli hökmündən ona CM-nin 228.4-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının və bu cəzanın CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş digər cəzalarla toplanılmasına dair hissələrin xaric edilməsini və onun üzərində CM-nin 66.3-cü maddəsinə əsasən həmin Məcəllənin 120.2.1, 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti cəzanın müəyyən edilməsini, bununla da həmin əsaslara görə apellyasiya instansiyası məhkəməsinin hökmünün Məhkum aid hissədə dəyişdirilməsini qanuni hesab edir. CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinay ət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3 (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə), 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CPM-nin 44.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 43.3 və 44.2.1-ci maddələrinin müqayisəli təhlili göstərir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə bağlı məhkəmə təqsirkar şəxsə cəza təyin etməməklə onun barəsində ittiham hökmünü o halda çıxarır ki, müdafiə tərəfi bu əsasla cinayət təqibinə xitam verilməsinə razılıq verməsin. Həm cinayət işinin materiallarında, həm də kassasiya şikayətində Məhkum və onun müdafəiçisi Ə.Y.Həsənovun belə razılıqlarının olması müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum müdafiəçisi Ə.Y.Həsənovun kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi barədə sonuncunun, kassasiya şikayətinin təmin edilməməsi və yuxarıda təsivr olunanlara uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin hökmündə dəyişiklik edilməsi barədə isə dövlət ittihamçısı A.M.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, müdafiəçi Ə.Y.Həsənovun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2023-cü il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilməli, hökmdən ona CM-nin 228.4-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqda n məhrum etmə cəzasının təyin edilməsinə və həmin cəzanın CM-nin 66.3-cü maddəsinə əsasən digər maddələrlə təyin olunmuş cəzalarla toplanılmasına dair müddəalar CM-nin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən xaric edilməli və və onun üzərində CM-nin 66.3-cü maddəsinə əsasən həmin Məcəllənin 120.2.1, 120.2.2, 120.2.4 və 221.3 maddəsi ilə təyin edilmiş cəzalar qismən toplanılmaqla adı çəkilən məhkumun üzərində saxlanılan qəti cəzanın müddəti müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2023-cü il tarixli hökmü Məhkum barəsində də yişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə və həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən digər maddələrlə təyin olunmuş cəzalarla toplanılmasına dair müddəalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xaric edilsin və Məhkum üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 16 (on altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm Məhkum aid qalan hi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar