Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-632/2025 07.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və Məhkum iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Ağır Cinayətər Məhkəməsinin 13 noyabr 2023-cü il t arixli hökmü ilə (sədrlik edən hakim X.A.Nuriyev, hakimlər O.Y.Cəlilov və Ə.A.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1990-cı ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan1ndə qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 27 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Xasməmmədov, hakimlər İ.Q.Abdullayev və P.T.Əhmədovdan ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq 10 ilə endirilmiş, bu cəza Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə ə sasən hökmlə Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış, ona cinayətlərin məcmusu qaydasında qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmə hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında verilmiş cinayətlərin təsvirinə əsasən, “Məhkum digər şəxslərlə külli miqdarda narkotik vasitələrin və psixtrop maddə metamfetaminin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi, həmin maddələri Azərbay can Respublikası ərazisində qoyulduğu yerdən götürüb 3000 manat pul müqabilində digər şəxsə çatdıracağını əvvəlcədən vəd etməklə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvləri hər biri külli miqdar təşkil edən 11070 qram narkotik vasitə heroini, 3000 qram asetilə edilmiş tiryəki, 680 qram psixotrop maddə olan metamfetamini, həmçinin 430 qram qurudulmuş marixuananı XXX18nda əldə edib, saxlayıb, daşımaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirməklə ünvan3nin ərazisində XXX15nın “XX10” saylı CCCinin 14-cü XX15nın 15-ci sahəsinin ərazisində, kəndin girişində olan sahibsiz yarımtikilidə gizlətməklə narkotikik vasitələrin qoyulduğu yer barədə Məhkum məlumat verdikdən sonra Məhkum ümumi cinayətkar niyyətə uyğun hərəkət etməklə xx xx xx 2022-ci il tarixdə saat 01 radələrində ünvan4nin ərazisinə gedərək, kəndin girişində olan, sahibsiz yarımtikilidən içərisində külli miqdarda -11070 qram narkotik vasitə heroin, külli miqdarda-3000 qram asetilə edilmiş tiryək, 430 qram qudulmuş marixuananı və külli miqdarda - 680 qram psixotrop maddə metamfetamin olan bir ədəd göy rəngli bağlamanı götürməklə həmin maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlayıb, daşımaqla ərazidən uzaqlaşarkən XXX25 əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış və qeyd olunan narkotik vasitələr və psixo trop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.” Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə onun narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi və onların qaçaqmalçılığı cinayətində iştirakı sübut olunmadığı halda, o, əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü və 32.5,206.3.2-ci maddələri ilə təqsirli bilinmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası mə hkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərba ycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində sübutların düzgün tədqiq edilibqiymətləndirilmədiyini, nəticədə narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətlərdə, habelə həmin narkotik vasitələrin və psixotrop maddənin qaçaqmalçılığı cinayətində iştirakı sübut olunmadığı halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 32.5,206.3.2-ci maddələri ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyas ı məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, X4 ona isnad edilən, hazırki qərarın “İş in halları” bölməsində təsvir edilmiş narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar hərəkətləri törətməsi, yəni qabaqcadan əlbir olduğu bir qrup şəxsin tərkibində külli miqdarda heroin və külli miqdarda asetilə edilmiş tiryək, qurudulmuş marixuana narkotik vasitələrini, habelə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlaması və daşıması birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilib, apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən təhlil edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, ittihamın bu hissəsinə münasibətdə məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı s übutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Məhkum Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticələr çıxarılmışdır (hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında sübutlar ətraflı təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda onların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Odur ki, məhkəmə heyəti məhkumun kassasiya şikayətində irəli sürdüyü Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair iddiasını əsassız hesab edir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddələri ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin narkotik vasitələrin və psixotrop maddənin qaçaqmalıçılığı cinayətində köməkçi qismində iştirak etməsinə görə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlillərə gəldikdə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən cinayətdə iştirakçıların növlərindən biri olan köməkçı cinayətin törədilməsində məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxsdir. Köməkçi cinayətdə iştirakçıların növlərindən biri olduğu üçün iştirakçılığın obyektiv və subyektiv əlamətlərinə dair tələblər ona da şamil olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. Lakin, digər şəxsin cinayət törətməsi üçün şərait yaradan istənilən hərəkət iştirakçılıq sayılmır. Yalnız cinayətkar hərəkətlərin yerinə yetirilməsi, icraçının cinayətkar məqsədinə çatması üçün əhəmiyyətli olan şərtlərin yaradılması iştirakçılıq kimi qiymətləndirilə bilər (yəni, elə şərtlərin ki, onlarsız konkret vəziyyətdə cinayətin törədilməsi ümumiyyətlə mümkün olmazdı və yaxud onun törədilməsi xeyli dərəcədə çətinləşərdi). İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi - iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Cinayətin törədilməsində icraçı ilə yanaşı köməkçı və yaxud Cinayət Məcəlləsinin 32.1-ci maddəsində göstərilən digər şəxslər (təşkilatçı, təhrikçi) iştirak edirsə, mütləq şəkildə onların şüuru ilə icraçıya cinayət törətməkdə, cinayətkar məqsədə çatmaqda yardım etmələri, icraçının şüuru ilə isə ona köməkçinin yardım etməsi və yaxud digər iştirakçılarının oynadığı rol əhatə olunmalıdır. Cinayət-hüquq nəzəriyyəsində formalaşmış bu mülahizələrə nəzərən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddələri ilə tövsif edilmiş hərəkətlərini təhlil etdikdə aydın olur ki, həmin cinayət-hüquqi normalar Məhkum əsassız olaraq şamil edilmişdir. Çünki, hətta Məhkum özünün ibtidai istintaqda verdiyi etirafedici ifadələrə görə o, XXX18nda olan həmin ölkənin hər hansı bir vətəndaşı, o cümlədən “X20”la heç bir şəkildə əlaqəyə girməmiş, ona artıq XXX10-dan Azərbaycana gətirilmiş narkotik vasitələrin və psixotrop maddənin ünvan4ndə gizlədildiyi yeri (onları həmin yerdən götürmək üçün) tanışı X25ın anası (ibtidai araşdırma dövründə vəfat etmiş) X1 bildirmiş və yalnız bundan sonra o, həmin narkotik vasitələr və psixotrop maddə barədə məlumatlı olmuşdur. Baxmayaraq ki, Məhkum mobil telefonunun yaddaşında “X20” adı ilə XXX18nda fəaliyyət göstərən mobil operatora aid nömr ə qeyd olunmuşdur, bu nömrələr arasında mobil əlaqənin qurulduğu cinayət işi üzrə icraatın gedişində aşkarlanmamış, lakin Məhkum mobil telefon nömrəsi ilə Cavahir Ağayevanın mobil telefon nömrəsi arasında mütəmadi olaraq, o cümlədən Məhkum saxlanıldığı gün əlaqələrin qurulduğu müəyyən edilmişdir. Məhkəmədə baxılmış sübutlar, o cümlədən ittihamın əsaslandırılmasında istifadə olunmuş Məhkum ibtidai istintaqın gedişində veridyi etirafedici ifadəsi (məzmun etibarı ilə) yalnız onu təsdiq edir ki, artıq narkotik vasitələr və psixotrop maddə Məhkum rolu olmadan XXX10-dan istintaqa məlum olmayan qaydada Azərbaycan Respublikasının ərazisinə keçirilib ünvan4ndəki sahibsiz yarımtikilədə gizlədildikdən, yəni ehtimal olunan qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra o, digər şəxslərlə qabaqcadan əldə olunmuş həmin narkotik vasitələrin və psixotrop maddənin sahibsiz yarımtikilidən götürülməsi (əldə edilməsi), daşınması, saxlanması barədə razılığa uyğun olaraq hərəkət edib, narkotik vasitələri və psixotrop maddəni gizlədildiyi yerdən götürmüş, lakin başqa yerə daşıyarkən yaxalanmışdır. İttihamda, eləcə də birinci və apellyasiya instansiyası məhkəmələrinin yekun aktlarında sözügedən narkotik vasitələrin və psixotrop maddənin “cinayətkar qrupun digər üzvləri” tərəfindən “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirməklə” ölkə ərazisinə daşındığı qeyd edilsə də, qaçaqmalçılıq cinayətinə dair ittihamın və məhkəmə aktlarındakı həmin cinayətin təsvirinin qeyd edilən məzmunda olmasını təsdiq edə biləcək heç bir hal, o cümlədən cinayətin nə vaxt, harada, hansı qaydada, qrup tərəfindən və ya təkbaşına icra edilməsi barədə hər hansı konkret fakt cinayət prosesi gedişində müəyyən edilməmiş və ittiham aktında, birinci instansiya məhkəməsinin hökmündə və ya apellyasiya instansiyası məhkəməsinin yekun qərarında göstərilməmişdir. Məhkəmələr tərəfindən sübuta yetirilmiş sayılan Məhkum hərəkətləri də özündə (nə qədər ki, onun digər şəxslərlə narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi üzrə cinayətdə olan əlbirliyinin qaçaqmalçılıq cinayətini təşkil edən və yaxud icra edən naməlum şəxslərin qərar vermələrinə, bu cinayəti həyata keçirmələrinə təsir etdiyinə və təsir etmənin nədə ifadə olunduğuna dair hallar müəyyən olunma mışdır), narkotik vasitənin qaçaqmalçılığı cinayətinə münasibətdə iştirakçılığın nə obyektiv, nə də ki, subyektiv əlamətlərini əks etdirmir. Odur ki, Məhkum müəyyən edilmiş sayılan hərəkətləri Cinayət Məcəlləsinin 206.3.2ci maddəsində nəzərdə tutulmuş cinayətdə köməkçi qismində iştirak etmə kimi qiymətləndirilə bilməz. Məhkum XXX10-da olan şəxslə (şəxslərlə) əlaqəsini, o cümlədən ona (onlara) Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçiriləcək narkotik vasitələri və psixotrop maddəni qəbul edəcəyini qabaqcadan vəd etməsini, hər hansı başqa bir şəkildə qaçaqmalçılıq cinayətinin törədilməsinə (CM-in 32.5-ci maddəsilə ehitva olunan hərəkətlər və yaxud hərəkətsizliklə) töhvə verməsini kifayət qədər təsdiq edən sübutlar olmadığı vəziyyətdə məhkəmələrin Məhkum Cinayət Məcəlləsin in 32.5,206.3.2-ci maddələri ilə təqsirli olması barədə nəticəyə gəlmələri cinayət-prosessual qanunun təqsirsizlik prezumpsiyası prinsipinin, sübutların tədqiqinə, hökmün əsaslılığına dair qaydaların pozuntusu kimi özünü göstərir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. A zərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcələnin 349.5-ci maddəsi də əsaslılığını aşağıdakı tələblərə cavab verməsi ilə şərtləndirmişdir: məhkəmə hökmünün _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır; _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməlidir; _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli qərarında da cinayət-prosessual qanunun müddəlarından, o cümlədən yuxarıda qeyd edilən normaların tələblərindən irəli gələrək izah edilmişdir ki, “CPM-in 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmi ş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən CM-in maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyri-müəyyən ifadələrlə (“məlum olmayan” “istintaqla müəyyən edilməyən” kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir. Məsələn, CM-in 206.1-ci maddəsinin dispozisiyasında qaçaqmalçılıq cinayəti alternativ üsullarla, o cümlədən gömrük nəzarətindən kənar və ya gömrük nəzarətindən gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların gömrük sərhədindən xeyli miqdarda keçirilməsi kimi təsbit edildiyindən, cinayətin t əsvirində əməlin bu üsullardan hansı biri ilə törədilməsini aşkarlayan hərəkətlər (faktiki hallar) CPM-in 353.2-ci maddəsi ilə tələb olunan qaydada aydınlığı ilə təsvir olunmalıdır” (qərarın 29-cu bəndi). Plenum qərarının 31-ci bəndində isə izah olunmuşdur ki, “Cinayət iştirakçılıqla törədilmişsə iştirakçılığın forması, hər bir iştirakçının hərəkətlərinin və yaxud hərəkətsizliyinin nədə ifadə olunması əks etdirilməklə onların rolları hökmdə təsvir edilməlidir”. Cinayət-Prosessual Məcəllənin 39.2-ci maddəsində yetirilməməsi cinayət təqibini istisna edən hal kimi göstərilmişdir. təqsirliliyinin sübuta Cinayət-Prosessual Məcəllənin 39.3 və 42.1.4-cü maddələrinə əsasən təqsirliliyinin sübuta yetirilməməsi bəraətverici əsasdır. Cinayət-Prosessual Məcəllənin 416.1.11-ci maddəsində məhkəmənin cinayət təqibini istisna edən halların olmasına baxmayaraq ittiham hökmü çıxarması (o cümlədən, ittihamın müəyyən hissəsi üzrə ittiham hökmü çıxarması) məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini tələb edən əsas kimi təsbit edilmişdir. Odur ki, qeyd olunan hallara görə mübahisələndirilən hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı Cinayət-Prosessual Məcəllənin 416.1.11-ci maddəsində göstərilən pozuntunun mövcud olmasına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddələri ilə məhkum edilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə cinayət işi üzrə icraata cinayət-prosessual qanunun 39.2-ci maddəsində göstərilən bəraətverici əsasla (təqsirliliyin sübuta yetirilməməsinə görə) xitam verilməli, məhkəmə qərarl arından Məhkum Cinayət Məcəlləsinin 32.5,206.3.2ci maddələri ilə və CM-in 66.3-cü maddəsinə əsasən – cinayətlərin məcmusu qaydasında cəzanın təyin edilməsinə dair müddəalar xaric edilməli, Məhkum üzərində yalnız ona apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin olunmuş cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən onu nəzərə alır ki, məhkəmələr tərəfindən Məhkum himayəsində iki azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmış, cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmiş, apellyasiya instansiyası hökmdə dəyişiklik edib Məhkum Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhülkəlilik dərəcəsini, törədilmə hallarını, təqsirkarın şəxsiyyətini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədlərini lazımınca nəzərə almış, Məhkum Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit edilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarına dair müddəalara, ədalət prinsipinin tələblərinə (CM, maddə 8) cavab verən, cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət edən cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassa siya şikayəti qismən təmin edilməli, onun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarı və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2023cü il tarixli hökmü yuxarıda təsvir edilən qaydada qismən ləğv edilməli və dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.3 və 419.10.4-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarı və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddələri ilə məhkum edilməsi hissəsində ləğv edilsin, həmin hissədə cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsində göstərilən əsasla – təqsirliliyinin sübuta yetirilməməsinə görə xitam verilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarı və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilərək, həmin yekun qərarlardan Məhkum Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddələri ilə və Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən - cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə dair müddəalar xaric edilsin, onun üzərində yalnız Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar və hökm qalan hissələrdə dəyişdirilmədə
Məhkəmə qərarları › İş №1(102)-632/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-632/2025
07.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver