Məhkəmə qərarları › İş №1(102)-633/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-633/2019

07.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-633/2019 07.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X5 Məhkum Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1990-cı il tarixdə Ağdam rayonunun Boyəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun ************** kəndində qeydiyyatda olan, Ağdam rayonunun********** * kəndində yaşamış, hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim S.Ə.Məmmədov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığn məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 fevral 2018-ci il tarixdən 09 f evral 2018-ci il tarixədək həbsdə olduğu 2 gün – azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı ilə 04 gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanaraq üzərində qəti olaraq 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 tərəfindən birgə, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), S.A.Mirzəyev və E.Y.Şamayev) apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli hökmü məhkum a cəza təyin edilməsi hissəsində dəyişdirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlığn məhdudlaşdırılması cəzası 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, onun 07 fevral 2018-ci il tarixdən 09 fevral 2018-ci il tarixədək həbsdə olduğu 2 gün nəzərə alınaraq üzərində qəti olaraq 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən məhkum Təqsirləndirilən şəxs əvvəllər orta məktəbdə bir sinifdə təhsil aldığı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, onu və bibisi qızı X6 guya «SOCAR»da işə qəbul etdirəcəyi barədə yalan vəd etməklə, aldadaraq bunun üçün Zərərçəkmiş şəxs1 2016-cı ilin sentyabr ayının əvvəlki günlərindən birində saat 18-19 radələrində ünvan 1 ünvanında yerləşən «McDonalds» kafesinin qarşısında 5000 manat, 14 noyabr 2016-cı ildə saat 14:48-də "xxxx" ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanda yerləşən baş ofisində Zərərçəkmiş şəxs1 həmin tarixdə adı çəkilən bankın Ağdam rayonu, ********** qəsəbəsində yerləşən Ağdam filialından göndərdiyi 1000 manatı, 2016-cı ilin dekabr ayının əvvəlki günlərindən birində ünvan 3 ünvanda yerləşən «Bazar Store» mağazasının qarşısında 1200 manatı, 01 mart 2017-ci ildə saat 14:54-də "xxxx" ASC-nin ünvan 4 ünvanda yerləşən «Əhmədli» filialında Zərərçəkmiş şəxs1 həmin tarixdə adı çəkilən bankın Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən Ağdam filialından göndərdiyi 4500 manatı, 2017-ci ilin may ayının sonuncu günlərindən birində ünvan 3 ünvanda yerləşən «Bazar Store» mağazasının qarşısında Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 vasitəsilə göndərdiyi 5500 manatı alaraq, cəmi 17200 manat pulunu aldatma yolu ilə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, onu guya «SOCAR»ın həyata keçirdiyi layihələr üzrə işə qəbul etdirəcəyi barədə yalan vəd etməklə, aldadaraq bunun üçün ondan 2017-ci ilin aprel ayının ortalarındakı günlərdən birində saat 14-15 radələrində ünvan 5 ünvanında yerləşən parkda 4000 manat, 2017-ci ilin may ayının sonuncu günlərindən birində ünvan 3 ünvanda yerləşən «Bazar Store» mağazasının qarşısında 3000 manat alaraq, cəmi 7000 manat pulunu aldatma yolu ilə ələ keçirərək, ona xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan əlavə o, qohumu Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, onun qızı X7 guya “Avesta Konsern” firmasında işə qəbul etdirəcəyi barədə yalan vəd etməklə, aldadaraq bunun üçün Zərərçəkmiş şəxs3 14 iyun 2017-ci ildə saat 15 radələrində ünvan 8-də yerləşən «Gənclik Mall» ticarət və əyləncə mərkəzində 2500 manat, 19 iyun 2017-ci ildə həmin ticarət və əyləncə mərkəzinin qarşısında 2500 manat, 2017-ci ilin iyul ayının günlərinin birində saat 16 radələrində qeyd edilən ticarət və əyləncə mərkəzinin qarşısında 2000 manat alaraq, 19 iyun 2017-ci ildə aldığı pulun 1700 manatını qaytarmaqla, cəmi 5300 manat pulunu aldatma yolu ilə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir, Bundan əlavə o, əvvəllər birlikdə ali məktəbdə tə hsil aldığı Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, onu guya “Total” şirkətində arxiv müdiri vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd etməklə aldadaraq bunun üçün ondan 11 mart 2017-d ildə saat 17-18 radələrində ünvan 3 ünvanda yerləşən «Park old Star» kafesində 3500 manat, 2017-ci ilin mart ayının sonuncu günlərindən birində saat 14-15 radələrində ünvan 6 ünvanda həmin tarixə müəyyən edilmiş məzənnə ilə 1722,08 manata bərabər 1000 ABŞ dolları, 09 aprel 2017-ci ildə saat 17 radələrində ünvan 3 ünvanda 2000 manat, 06 may 2017-ci ildə saat 14-15 radələrində ünvan 3 ünvanda yerləşən «Park old Star» kafesində 3000 manat, 05 iyul 2017-ci ildə saat 18 radələrində ünvan 3 ünvanda yerləşən «Bazar Store» mağazasında 2000 manat, 14 iyul 2017-ci ildə saat 17 radələrində ünvan 3 ünvan da 2800 manat alaraq cəmi 13.022.08 manat pulunu aldatma yolu ilə ələ keçirərək, ona xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan əlavə o, tanışı Zərərçəkmiş şəxs7 qohumlarını guya tikinti şirkətində işə qəbul etdirəcəyi barədə yalan vəd etməklə, aldadaraq sonuncunun bibisi oğlu Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək onun işə qəbul olunması üçün Zərərçəkmiş şəxs7 vasitəsilə 31 iyul 2017-ci ildə "xxxx" ASC-nin Mingəçevir şəhər filialından göndərdiyi 2600 manat pulu həmin tarixdə saat 16:27-də adı çəkilən bankın ünvan 4 ünvanda yerləşən «Əhmədli» filialından alıb aldatma yolu ilə ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Bundan əlavə o, tanışı Zərərçəkmiş şəxs7 qohumlarını guya tikinti şirkətində işə qəbul etdirəcəyi barədə yalan vəd etməklə aldadaraq, sonuncunun bibisi oğlu Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək onun işə qəbul olunmaq üçün 01 avqust 2017-ci ildə "xxxx" ASC-nin Mingəçevir şəhər filialından göndərdiyi 1785 manat pulu həmin tarixdə saat 16:16-da adı çəkilən bankın ünvan 4 ünvanda yerləşən «Əhmədli» filialından alıb aldatma yolu ilə ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Bundan əlavə o, tanışı Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək, onu və bacısı X1 guya tikinti şirkətində işə qəbul etdirəcəyi barədə yalan vəd etməklə aldadaraq bunun üçün Zərərçəkmiş şəxs7 31 iyul, 01 və 02 avqust 2017-ci ildə "xxxx" ASC-nin Mingəçevir şəhər filialından göndərdiyi müvafiq olaraq 1800 manatı 31 iyul 2017-ci ildə saat 16:27-də, 992 manatı 02 avqust 2017-ci ildə saat 15:58-də və 496 manatı 02 avqust 2017-ci ildə sa at 16-da adı çəkilən bankın ünvan 4 ünvanda yerləşən «Əhmədli» filialından alıb, cəmi 3288 manat pulunu aldatma yolu ilə ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Bundan əlavə o, tanışı Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək, onu guya “Karvan L” şirkətinin kadrlar şöbəsində işə qəbul etdirəcəyi barədə yalan vəd etməklə aldadaraq bunun üçün 2017-ci ilin may ayının sonuncu günlərindən birində saat 16-17 radələrində Zərərçəkmiş şəxs8 yaşadığı Bakı şəhəri, ******************************* nömrəli binanın həyətində ondan 1000 manatı, 23 iyun 2017-ci ildə saat 14:39-da "xxxx" ASC-nin ünvan 4 ünvanda yerləşən «Əhmədli» filialında X8 əri X3 adından həmin tarixdə adı çəkilən bankın Bakı şəhəri, ****************************** küçəsində yerləşən Qaradağ filialından göndərdiyi həmin tari xə müəyyən edilmiş məzənnə ilə 1012,8 manata bərabər 595 ABŞ dollarını, 2017-ci ilin iyul ayının əvvəlki günlərindən birində saat 17:30 radələrində ünvan 7 ünvanda yerləşən «Kontakt Home» mağazasının qarşısında 1900 manatı, 2017-ci ilin iyul ayının sonuncu günlərindən birində yaşadığı Bakı şəhəri, ****************************************** mənzilində 4250 manatı, 2017-ci ilin avqust ayının ortalarında yaşadığı binanın qarşısında 600 manatı alıb cəmi 8762,8 manat məbləğdə pulunu aldatma yolu ilə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan əlavə o, tanışı Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək, onu guya tikinti şirkətində işə qəbul etdirəcəyi barədə yalan vəd etməklə aldadaraq bunun üçün Zərərçəkmiş şəxs9 qardaşı Zərərçəkmiş şəxs7 31 iyul 2017-ci ildə "xxxx" ASC-nin Mingəçevir şəhər filialından göndərdiyi 1500 manatı həmin tarixdə saat 16:27-də həmin bankın ünvan 4 ünvanda yerləşən «Əhmədli» filialından, Zərərçəkmiş şəxs9 həmin filialdan 11, 18, 21, 28 və 29 avqust 2017-ci ildə göndərdiyi müvafiq olaraq 300 manatı 11 avqust 2017-ci ildə saat 15:34-də həmin bankın ünvan 8 ünvanda yerləşən «Gənclik Mall» ticarət və əyləncə mərkəzinin binasındakı filialından, 1495 manatı 18 avqust 2017-ci ildə saat 14:59-da, 992 manatı 21 avqust 2017-ci ildə saat 17:01-də, 1500 manatı 28 avqust 2017-ci ildə saat 15:44-də və 1500 manatı 29 avqust 2017-ci ildə saat 16:30-da həmin bankın ünvan 4 ünvanda yerləşən «Əhmədli» filialından alıb cəmi 7287 manat pulunu aldatma yolu ilə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzlu q etmişdir. Bundan əlavə o, qohumu Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edərək, onu və gəlini X8 guya tikinti şirkətində işə qəbul etdirəcəyi barədə yalan vəd etməklə aldadaraq bunun üçün Zərərçəkmiş şəxs10 03 avqust 2017-ci ildə "xxxx" ASC-nin Ağdam rayonu ********** qəsəbəsində yerləşən Ağdam filialından anası X2 adından göndərdiyi 1300 manatı 04 avqust 2017-ci ildə saat 15:36-da həmin bankın ünvan 4 ünvanda yerləşən «Əhmədli» filialından, 2017-ci ilin sentyabr ayının sonuncu günlərindən birində Ağdam rayonu, Quzanlı qəsəbəsi, ev 467-də 1800 manat pulu Zərərçəkmiş şəxs10 alıb cəmi 3100 manat pulunu aldatma yolu ilə ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Bundan əlavə o, qohumu Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, kirayənişin kimi yaşadığı mənzilin guya kirayə haqqını ödəməsi üçün 2017-ci ilin oktyabr ayının əvvəlki günlərindən birində ünvan 8-də yerləşən «Gənclik Mall» ticarət və əyləncə mərkəzinin qarşısında ondan borc adı ilə qaytarmaq niyyəti olmadan 1400 manat alıb aldatma yolu ilə ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Bundan əlavə o, qohumu Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək onun qızı X4 təhsil haqqını ödəməsi üçün 5000 ABŞ dolları məbləğində borc alaraq Zərərçəkmiş şəxs3 verməsi üçün guya özünün 4450 manat məbləğində borcunu qaytarmalı olmasına onu inandırıb aldadaraq 2017-ci ilin oktyabr ayının sonuncu günlərindən birində ünvan 8-də yerləşən «Gənclik Mall» ticarət və əyləncə mərkəzinin qarşısında ondan ondan həmin məbləğdə pulu alıb aldatma yolu ilə ələ keçirərək, təkrarən, dələduzluq etmişdir. Kassasiya şikayətin in dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, barəsində daha yüngül cəzanın təyin edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarından sonra zərərçəkmiş şəxsə ödəniş etmişdir. Xahiş edir ki, etdiyi əməldən peşmanlıq çəkdiyini, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Təqsirləndirilən şəxs, kas sasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.Yusifovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi q iymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi xahiş olunur. Məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, himayəsində azyaşlı uşağının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cin ayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cina yətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, ailə vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsini məqsədə müvafiq hesab etmir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum Təqsirləndirilən şəx s elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Təqsi rləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar