Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-633/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Məhkum müdafiəçisi, Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun vəkili Hüseynov Şaiq Yusif oğlunun, Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi, Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Hüseynov Sənan Qabil oğlunun, Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil İsmayılov Yusif Yaşar oğlunun iştirakları ilə xx xxxxxx 1976-cı ildə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan qeydiyyatda olan, ünvan 1 yaşamış və hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 243.1, 244.2.1 və 244.2.2-ci maddələrii ilə, xx xxxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 qeydiyyatda olan, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs1 CM-nin 243.1, 244.2.1 və 244.2.2-ci maddələrii ilə, xx xxxx 1984-cü ildə Qazı - Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, o rta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 qeydiyyatda olan, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs2 CM-nin 243.1, 244.2.2 və 286.2-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumların müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən (hakim Babək Pənahov) Məhkum CM-nin 243.1, 244.2.1 və 244.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 243.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə, CM-nin 244.2.1 və 244.2.2-ci maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlandığı 07 ay 25 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 il 04 ay 05 gün azadlıqdan məhrum etmə cəzası saxlanmış, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla həmin cəza 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq olunmuşdur. Təqsirləndirilən şəxs1 CM-nin 243.1, 244.2.1 və 244.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 243.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə, CM-nin 244.2.1 və 244.2.2-ci maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasın a məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı 08 ay 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 il 03 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanmış, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla həmin cəza 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq olunmuşdur. Təqsirləndirilən şəxs2 CM-nin 243.1, 244.2.2 və 286.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 243.1-ci maddəsi ilə 1 (bir) il müddətinə, CM-nin 244.2.2-ci maddəi ilə 03 (üç) il müddətinə, CM-nin 286.2-ci maddəsi ilə 03 (üç) ay müddə tinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı 08 ay 15 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 09 ay 15 gün azadlıqdan məhrum etmə cəzası saxlanmış, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla həmin cəza 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq olunmuşdur. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, Məhkum və onun müdafiəçisi, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən isə apellyasiya şikayə tləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), Q.X.Babayev və K.H.Əkbərov) apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmişdir. Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, həmin hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 244.2.1 və 244.2.2-ci maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 04 (dörd) il müddətindən 3 (üç) il 06 (altı) ay müddətinə endirilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən ona hökmlə CM-nin 243.1-ci maddəsi ilə təyin olunmuş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə, CM-nin 244.2.1 və 244.2.2-ci maddələri ilə 3 il 6 ay müddətinə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum həbsdə saxlandığı 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin xx xxxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, həmin hökmlə Təqsirləndirilən şəxs1 CM-nin 244.2.1 və 244.2.2-ci maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 04 (dörd) il müddətindən 3 (üç) il müddətinə endirilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən ona hökmlə CM-nin 243.1-ci maddəsi ilə təyin olunmuş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə, CM-nin 244.2.1 və 244.2.2-ci maddələri ilə 3 il müddətinə təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı 08 (səkkiz) ay 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla cəzasını ümumi re jimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin xx xxxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı 08 (səkkiz) ay 15 (on beş) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin xx xxxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Hökmə əsasən Məhkum, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxxxx 20 16-cı il tarixdə X4 mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi, 98 saylı binada yerləşən 03 nömrəli qeyri-yaşayış sahəsini tanışı X1 adına icarəyə götürərək həmin yerdə təmir işləri aparıb içərisində duş kabinələri, yataq və mebel dəsti, dəsmallar və digər məişət avadanlıqları ilə təchiz olunmuş yeddi ədəd xüsusi otağı olan “Atilla masaj sağlamlıq mərkəzi” adı ilə fəaliyyət göstərən obyekti əxlaqsızlıq yuvası təşkil etmiş, Təqsirləndirilən şəxs1 orada işləmək üçün müraciət edən qadınlara kişi müştərilərlə cinsi əlaqədə olma müqabilində əldə edəcəkləri pulun yarısını verəcəyini bildirib onlarda fahişəliklə məşğul olmağa meyl yaradaraq administrator vəzifəsinə işə qəbul etdiyi, şəxsiyyətləri istintaqa məlum olmayan şəxslər vasitəsilə 2017-ci ilin mart ayından etibarən, daha sonra X14 vasitəsilə 2018-ci ilin aprel ayından etibarən Zərərçəkmiş şəxs4 və həmin ilin iyun ayından etibarən Zərərçəkmiş şəxs3 2018-ci ilin dekabr ayının əvvəllərinədək cinsi əlaqədə olmaq üçün qeyd olunan əxlaqsızlıq yuvasına müraciət etmiş, şəxsiyyətləri istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə təqdim etməklə müəyyən məbləğdə pul müqabilində dəfələrlə cinsi əlaqədə olmalarını təşkil etmiş, əldə olunan gəlirin yarısı X, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 verməklə, digər hissəsini isə əxlaqsızlıq yuvasının saxlanılmasına sərf edib Məhkumla öz aralarında bölməklə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil edib saxlamış, habelə gəlir əldə etmək məqsədi ilə Xnı, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 fahişəliyə cəlb etmişlər. Bundan başqa, Məhkum və Təqsirləndi rilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 01 saylı binanın 48 saylı mənzili xx xxxxxx 2017-ci il tarixdə Təqsirləndirilən şəxs1 Allahverdi oğlu vasitəsilə Təqsirləndirilən şəxs2 adına icarəyə götürdükdən sonra birlikdə müştərilərin cinsi əlaqədə olması üçün həmin qeyri yaşayış sahəsində təmir işləri aparıb içərisində duş kabinələri, yataq və mebel dəsti, dəsmallar və digər məişət avadanlıqları ilə təchiz olunmuş altı ədəd xüsusi otaq yaradaraq “Masaj” adı ilə fəaliyyət göstərən fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil etmiş, Təqsirləndirilən şəxs2 həmin obyektdə işləmək üçün müraciət etmiş qadınlara kişi müştərilərlə cinsi əlaqədə olma müqabilində əldə edəcəkləri pulun yarısını verəcəyini bildirib onlarda fahişəliklə məşğul olmağa meyl yaradaraq 2017-ci ilin noyabr ayından etibarən Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs9, 2018-ci ilin may ayından etibarən Zərərçəkmiş şəxs10, avqust ayından etibarən Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 xx xxxxxx 2019-cu il tarixinədək cinsi əlaqədə olmaq üçün qeyd olunan əxlaqsızlıq yuvasına müraciət etmiş, şəxsiyyətləri istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə müəyyən məbləğdə pul müqabilində təqdim etməklə dəfələrlə cinsi əlaqədə olmalarını təşkil etmiş, əldə olunan gəlirin yarısı Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs6 verilməklə, digər hissəsi isə həmin əxlaqsızlıq yuvasının saxlanılmasına sərf edilməklə öz aralarında bölüşdürülmə klə Məhkum və Təqsirləndirilən şəxs1, təkrarən, fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil edib saxlamış, gəlir əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs6 fahişəliyə cəlb etmişlər. Bundan başqa, Məhkum tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 03, mənzil 01-də yerləşən qeyri-yaşayış sahəsini notariat qaydasında icarəyə götürmüş X5 2018-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1 vasitəsilə qeyri-rəsmi qaydada icarəyə götürdükdən sonra sonuncu ilə birlikdə müştərilərin cinsi əlaqədə olması üçün həmin obyektdə təmir işləri aparıb içərisində duş kabinələri, yataq və mebel dəsti, dəsmallar və digər məişət avadanlıqları ilə təchiz olunmuş altı ədəd xüsusi otaq yaradıb “Dalğa masaj sağlamlıq mərkəzi” adı ilə fəaliyyət göstərən fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvasını təşkil etmiş, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 həmin obyektdə işləmək üçün müraciət etmiş qadınlara kişi müştərilərlə cinsi əlaqədə olma müqabilində əldə edəcəkləri pulun yarısını verəcəyini bildirib onlarda fahişəliklə məşğul olmağa meyl yaradaraq administrator vəzifəsinə işə qəbul etdiyi X13 və X14 vasitəsilə 2018-ci ilin dekabr ayının əvvəllərindən xx xxxxxx 2018-ci il tarixədək Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 cinsi əlaqədə olmaq üçün qeyd olunan əxlaqsızlıq yuvasına müraciət etmiş, şəxsiyyətləri istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə təqdim etməklə müəyyən məbləğdə pul müqabilində dəfələrlə cinsi əlaqədə olmalarını təşkil etmiş, əldə olunan gəlirin yarısı Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 verilməklə, digər hissəsi isə həmin əxlaqsızlıq yuvasının saxlanılmasına sərf edib öz aralarında bölüşdürməklə, təkrarən, fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etməklə saxlamış, gəlir əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 fahişəliyə cəlb etmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs2 Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin sabiq mühüm işlər üzrə müstəntiqi X18 icraatında ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs X6 nənəsi X8 qəsdən öldürdükdən sonra sonuncuya məxsus qızıl-zinət əşy alarından bir ədəd qızıl boyunbağını satıb həmin pulun bir hisəsini Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 01 saylı binanın 48 saylı mənzilində yerləşən obyektə gedərək orada cinsi əlaqədə olmaq üçün xərclədiyini bildirməsindən sonra müstəntiq tərəfindən həmin cinayət işinin istintaqı zərurəti ilə əlaqədar qeyd olunan ünvanda yerləşən “Masaj” salonu adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvasında, eləcə də həmin obyektə aid saxlanc və qeyri-yaşayış yerlərində iş üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi, o cümlədən narkotik maddə, sənəd və digər əhəmiyyət kəsb edən halların müəyyən edilib götürülməsindən ötrü axtarış və götürmə aparılması barədə məhkəmə qərarının icrası ilə əlaqədar xx xxxxxx 2018-ci il tarixdə müstəntiq Zərərçəkmiş şəxs1 tərəfindən həmin ünvanda ba xış, axtarış və götürmə istintaq hərəkətləri aparılan zaman həmin əxlaqsızlıq yuvasına faktiki olaraq rəhbərlik edən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və Məhkumla qabaqcadan əlbir olan bir qrup şəxs halında əxlaqsızlıq yuvası təşkil etməklə saxlama və gəlir əldə etmək məqsədilə ayrı-ayrı şəxsləri fahişəliyə cəlb etməsi ilə əlaqədar cinayət əməllərinin ifşa olunmasının qarşısını almaq, bununla da cinayət işinin obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq məqsədilə əlinə boş pivə şüşəsini götürüb stolun üzərinə vuraraq sındırmağa çalışıb özünə xəsarət yetirəcəyini, müstəntiqə ondan şikayət edəcəyini deyərək hədəqorxu gəlməklə və ünvanına nalayiq ifadələr işlətməklə istintaq hərəkətinin keçirilməsində iştirak edən şəxslərin əxlaqsızlıq yuvasından çıxmasını tələb edərək axt arış və götürmə istintaq hərəkətinin aparılmasına mane olmaqla müstəntiqin fəaliyyətinə müdaxilə edib ibtidai istintaqın həyata keçirilməsinə mane olmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli qərarının ləğv olunması, Məhkum barəsində verilmiş ittiham üzrə cinayət hadisəsi olmadığına və əməlində cinayət tərkibi olmadığına görə cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, ibtidai istintaq zamanı Məhkum qarşı formal şahidlər ifadə vermiş, əslində isə onun təqsirləndirilən şəxs qismində cəlb olunması üçün heç bir sübut yoxdur. İşin məhkəmə baxışı zamanı isə şahidlər və zərərçəkmiş şəxslər Məhkum tanımadıqların ı və görmədiklərini bildirmişlər. Müdafiəçi həmçinin hesab edir ki, apellyasiysa instansiyası məhkəməsi əsassız olaraq Məhkum azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Belə ki, Məhkum 1-ci qrup əlildir. Xocalı rayonundan olan məcburi köçkün olmaqla şəhid ailəsinin üzvüdür, himayəsində Xocalı rayonundan köçkün olan bacısı və onun azyaşlı uşaqları vardır, əvvəllər məhkum olunmamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun cəzaçəkmə müəssisəsində saxlanması həyatı üçün təhlükəlidir. Apellyasiya instansiyası məhkəməsi cəzanı yüngülləşdirən həmin halları nəzərə almadan Məhkum ağır cəza təyin etmişdir. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv olunması, Təqsirlənd irilən şəxs1 barəsində verilmiş ittiham üzrə cinayət hadisəsi olmadığına və əməlində cinayət tərkibi olmadığına görə cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 qarşı formal şahidlər ifadə vermiş, əslində isə onun təqsirləndirilən şəxs qismində cəlb olunması üçün heç bir sübut yoxdur. İşin məhkəmə baxışı zamanı isə şahidlər Təqsirləndirilən şəxs1 qarşı ifadə verməmiş, zərərçəkmiş şəxslər isə Təqsirləndirilən şəxs1 onları əxlaqsızlıq etməyə vadar etmədiyini bildirmişlər. Müdafiəçi həmçinin hesab edir ki, apellyasiysa instansiyası məhkəməsi əsassız olaraq Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 bir azyaşlı uşağı vard ır, həyat yoldaşı işləmir və ailə onun himayəsindədir. Apellyasiya instansiyası məhkəməsi cəzanı yüngülləşdirən həmin halları nəzərə almadan Təqsirləndirilən şəxs1 ağır cəza təyin etmişdir. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv olunması, Təqsirləndirilən şəxs2 barəsində verilmiş ittiham üzrə cinayət hadisəsi olmadığına və əməlində cinayət tərkibi olmadığına görə cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 qarşı formal şahidlər ifadə vermiş, əslində isə onun təqsirləndirilən şəxs qismində cəlb olunması üçün heç bir sübut yoxdur. Müdafiəçi həmçinin hesab ed ir ki, apellyasiysa instansiyası məhkəməsi əsassız olaraq Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində iki azyaşlı uşaqları vardır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçilər Ş.Hüseynov, S.Hüseynov və Y.İsmayılovun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 müdafiəçi ləri tərəfindən verilmiş kassasiya şikayətləri isə qismən təmin edilməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətb iq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etmir. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayət-prosessual normaların tətbiqinin düzgünlüyünü yoxlayır. Odur ki, məhkumların kassasiya şikayətinlərdə irəli sürdükləri apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətlər ində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkumların müdafiəçiləri verdikləri kassasiya şikayətlərində Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əsassız olaraq məhkum edildikləri, barələrində qərəzli və haqsız qərarların qəbul edildiyi qeyd olunur və onlara təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş olunur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən on un tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan R espublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkumlar Məhkum Azərbaycan Respublikası CM-nin 243.1, 244.2.1 və 244.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 CM-nin 243.1, 244.2.1 və 244.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-nin 243.1, 244.2.2-ci maddəl əri ilə nəzərdə tutluan əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, zərərçəkmiş şəxslər və şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həm çinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkumlar Məhkum, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 tərəfindən ittiham edildikləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən fahişəliklə məşğul olmaq üçün əxlaq sızlıq yuvaları təşkil etməklə saxlama və gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə cinayətlərinin törədilməsinə dair onların təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumların qeyd edilən cinayətləri törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 hökmün təsviri hissəsində qeyd edilən CM- nin 243.1, 244.2.1 və 244.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri, ibtidai istintaq zamanı və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, X14, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs1 ifadələri ilə yanaşı, şahidlər X21, X9, X13, X15, X10, X19, X16, X33 və X11 ifadələri, “baxış, axtarış və götürmə aparılması haqqında” xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli protokollar, “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli protokollar, “telefon danışıqlarına baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokollar və digər istintaq hərəkətlərinin protokolları ilə; toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı digər mötəbər sübutlarla tam təsdiq edilir. Beləliklə, məhkumlar Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CMnin 243.1, 244.2.1 və 244.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsinə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin tələbləri təmin edilə bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 CM-nin 286.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə məhkum edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs2 CM-nin 286.2-ci maddəsi ilə ittiham edərkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin sabiq mühüm işlər üzrə müstəntiqi X18 icraatında ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs X6 nənəsi X8 qəsdən öldürdükdən sonra sonuncuya məxsus qızıl-zinət əşyalarından bir ədəd qızıl boyunbağını satıb həmin pulun bir hisəsini Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 01 saylı binanın 48 saylı mənzilində yerləşən o byektə gedərək orada cinsi əlaqədə olmaq üçün xərclədiyini bildirməsindən sonra müstəntiq tərəfindən həmin cinayət işinin istintaqı zərurəti ilə əlaqədar qeyd olunan ünvanda yerləşən “Masaj” salonu adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvasında, eləcə də həmin obyektə aid saxlanc və qeyri-yaşayış yerlərində iş üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi, o cümlədən narkotik maddə, sənəd və digər əhəmiyyət kəsb edən halların müəyyən edilib götürülməsindən ötrü axtarış və götürmə aparılması barədə məhkəmə qərarının icrası ilə əlaqədar xx xxxxxx 2018-ci il tarixdə müstəntiq Zərərçəkmiş şəxs1 tərəfindən həmin ünvanda baxış, axtarış və götürmə istintaq hərəkətləri aparılan zaman həmin əxlaqsızlıq yuvasına faktiki olaraq rəhbərlik edən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 v ə Məhkumla qabaqcadan əlbir olan bir qrup şəxs halında əxlaqsızlıq yuvası təşkil etməklə saxlama və gəlir əldə etmək məqsədilə ayrı-ayrı şəxsləri fahişəliyə cəlb etməsi ilə əlaqədar cinayət əməllərinin ifşa olunmasının qarşısını almaq, bununla da cinayət işinin obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq məqsədilə əlinə boş pivə şüşəsini götürüb stolun üzərinə vuraraq sındırmağa çalışıb özünə xəsarət yetirəcəyini, müstəntiqə ondan şikayət edəcəyini deyərək hədə-qorxu gəlməklə və ünvanına nalayiq ifadələr işlətməklə istintaq hərəkətinin keçirilməsində iştirak edən şəxslərin əxlaqsızlıq yuvasından çıxmasını tələb edərək axtarış və götürmə istintaq hərəkətinin aparılmasına mane olmaqla müstəntiqin fəaliyyətinə müdaxilə edib ibtidai istintaqın həyata keçirilməsinə mane olmuşdur. İşə ba xan məhkəmələr də həmin ittihamla razılaşaraq Təqsirləndirilən şəxs2 CM-nin 286.2-ci maddəsi ilə məhkum etmişlər. CM-in 286.2-ci maddəsi “Ədalət mühakiməsi əleyhinə olan cinayətlər” fəslinə aid olmaqla işin obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq məqsədilə prokurorun, müstəntiqin və ya təhqiqatçının fəaliyyətinə hər hansı formada müdaxilə etməyə görə məsuliyyəti müəyyən edir. Maddənin məzmunundan da görünür ki, həmin maddəyə görə konkret istintaq hərəkətlərinin aparılmasına mane olmadan deyil, konkret iş üzrə bütövlükdə istintaq fəaliyyətinin obyektiv, tam və hərtərəfli aparılmasına mane olma məqsədilə müdaxilə etmə nəzərdə tutulur. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən hər hansı şəxs tərəfindən, hər hansı səbəbdən bilavasitə, yaxud do layı yolla prokurorluğun qanuni fəaliyyətinə məhdudiyyət qoyulması, təsir, hədə, qanunsuz müdaxilə edilməsi, habelə prokurorluğa hörmətsizlik göstərilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. CM-nin 286-cı maddəsində nəzərdə tutulmuş cinayətin obyekti ədalət mühakiməsinin həyata keçirilməsi üzrə məhkəmənin, prokurorluq, istintaq və təhqiqat orqanlarının normal fəaliyyətidir. İttiham orqanı Təqsirləndirilən şəxs2 əməlinin obyektiv tərəfini təsvir edərkən onun əlinə boş pivə şüşəsini götürüb stolun üzərinə vuraraq sındırmağa çalışıb özünə xəsarət yetirəcəyini, müstəntiqə ondan şikayət edəcəyini deyərək hədə-qorxu gəlməklə və ünvanına nalayiq ifadələr işlətməklə istintaq hərəkətinin keçirilməsində iştirak edən şəxslərin əxla qsızlıq yuvasından çıxmasını tələb edərək axtarış və götürmə istintaq hərəkətinin aparılmasına mane olmasını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müstəntiqin qanunsuz hesab etdiyi hərəkətlərindən hər hansı bir şəxsin şikayət etməsi və ya şikayət edəcəyini bildirməsi onun qanunla qorunan hüququdur. Ona görə də Təqsirləndirilən şəxs2 müstəntiq Cavid Abbasovdan şikayət etməsini bildirməsi qanunazidd əməl hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 əlinə boş pivə şüşəsini götürüb stolun üzərinə vuraraq sındırmağa çalışıb özünə xəsarət yetirəcəyini bildirməsi və müstəntiqin ünvanına nalayiq ifadələr işlətməklə istintaq hərəkətinin keçirilməsində iştirak edən şəxslərin əxlaqsızlıq yuvasından çıxmasını tələb edərək axtarış və götürmə istintaq hərəkətinin aparılmasına mane olması CM-nin 286.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratmır. Belə ki, CM-nin 286.2-ci maddəsində nəzərdə tutulmuş cinayət obyektiv cəhətdən işin tam, hərtərəfli və obyektiv aparılmasına mane olmaq məqsədi ilə prokurorun, müstəntiqin və təhqiqatçının fəaliyyətinə hər hansı formada müdaxilə etmədə ifadə olunur. Göstərilən vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə etmə hakimlərə olan təsir forması ilə analoji hərəkətlərlə törədilir. Həmin maddədə nəzərdə tutulmuş cinayət törədildikdə öz qulluq mövqeyinə müvafiq olaraq təhqiqat və ibtidai istintaq orqanları tərəfindən qanunların icrasına nəzarəti həyata keçirən və yaxud cinayət prosessual qanunvericiliye müvafiq olaraq işi öz icraatına qəbul edən prokuror, habelə müstəntiq və ya təhqiqat aparan şəxs təsirə məruz qalır. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM 349.4) CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etd iyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs2 əməlinin CM-in 286.2-ci maddəsi ilə tövsif edilməsi qanuni və əsaslı sayıla bilməz. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 286.2-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət Prоsеssuаl Məcəllənin 33.1 və 33.2-ci mаddələrinə görə hakimlər cinayət mühakimə icraatını n həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məcəllənin 42.2.2-ci maddələrinə görə CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirlən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi əməldə cinayət tərkibi olmadıqda cinayət təqibini istisna edən hal kimi nəzərdə tutur. CPM-in 39.1-ci maddəsinə əsasən yuxarıda göstərilən hal mövcud olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət işi üzrə isə icraata xitam verilməlidir. Həmçinin həmi n Məcəllənin 39.3-cü maddəsinə görə isə bu Məcəllənin 39.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsas lana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X22rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yux arı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Ə ks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kоllеgiyаsı məhkum еdilmiş şəхslər Təqsirləndirilən şəxs1 CM-nin 243.1, 244.2.1 və 244.2.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 CM-nin 243.1 və 244.2.2-ci maddələri ilə cəzа təyin еdilməsi zamanı qanunların tətbiqi məsələlərini müzаkirə еdib, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhk umların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları nəzərə almayaraq Məhkum törətdiyi əmələ görə ağır cəza təyin etmişdir. CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsi rini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. İş materiallarından görünür ki, Məhkum Xocalı qaçqınıdır, xx xxxxxx 1999-cu ildən İ qrup əlildir (Hərbi əməliyyatlar keçirilən zonada olmaqla ə mək qabiliyyətinin 80 faizini itirilməsinə səbəb olan epilepsiya xəstəliyi), kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsini və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayır və cinayət qanunvericiliyinin şərti məhkum etmə ilə bağlı müddəalarının tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, bilavasitə şərti məhkum etmə institutuna dair məsələlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə tənzimlənir. Cinayət qanununun 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqı nda qərar qəbul edə bilər. CM-in 70.2-ci maddəsi məhkəmədən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-in ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipindən bəhs edən 9-cu maddəsinin tələblərini nəzərə almaqla, Məhkum Azərbaycan Respublikası CM-in 243.1, 244.2.1 və 244.2.2-ci maddələri ilə təyin olunmuş cəzanın yüngülləşdirilməsini və onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən altı aydan beş ilədək müddətə sınaq müddəti müəyyən olunur. Sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Cinayət Məcəlləsinin 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzaların təyin edilməsinə yol verilir. Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə görə hərbi qulluqçu olmayan şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.6-cı maddəsinə əsasən şərti məhkum etməni tətbiq edərkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir: -şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini (maddə 348.6.1); - şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini (maddə 348.6.2). Məhkəmə kollegiyası Məhkum 2 (iki) il sınaq müddətinin təyin edilməsini və üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həy ata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə uyğun hesab edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2 - 419.10.4-cü maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Hüseynov Sənan Qabil oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum müdafiəçisi Hüseynov Şaiq Yusif oğlu və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi İsmayılov Yusif Yaşar oğlu tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə təyin edilmiş 3 (üç) il 4 (dörd) ay 5 (beş) gün müddətində azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunsun. Məhkum dərhal cəzaçəkmə müəssisəsindən azad olunsun. Məhkum davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Bakı şəhər Nəsimi rayonu İcra və Probasiya şöbəsinə həvalə edilsin. Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməsin. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı və onunla bağlı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 286.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilsin. Azərbaycan Respublikası CPM-in 39.1.2-ci m addəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə məhkum Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 286.2-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin və Təqsirləndirilən şəxs2 həmin maddə ilə cəzalandırılmasına dair müddəalar məhkəmə qərarlarından xaric edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən CM-nin 243.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il, CM-nin 244.2.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzaları qismən toplamaq yolu ilə ona 03 (üç) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı 08 (səkkiz) ay 15 (on beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunm uş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-633/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-633/2020
01.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver