Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-633/2023 05.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxx 1971-ci il tarixdə Cəbrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Şahvəli Ərazi Dairəsi, Qovşudlu kəndində qeydiyyatda olan və ünvan1də yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (b undan sonra CM-in) 29, 177.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qərarı ilə (hakim A.H.Tağıyev) X3 - Azərbaycan Respublikasının CM-in 29, 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bak ı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), E.E.Rəhimov və K.H.Əkbərov) apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Sadələşdirilmiş icraat materiallarına əsasən X6 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 iyun 2022-ci il tarixdə saat 11:30 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi vətəndaşların azad girib-çıxa biləcəyi “Podyum Park” qadın geyimləri mağazasına müştəri kimi daxil olub oradakı şəxslərin onun hərəkətlərini görməməsindən əmin olduqdan sonra satış üçün qoyulmuş bir ədəd 278 manat dəyərində “LADYFORM” markalı yaşıl rəngli şalvar və ağ rəngli köynək d əsti və bir ədəd 269 manat dəyərində “ROMAN” markalı qara rəngli donu gizli olaraq talamaqla mağazadan çıxıb gedərkən həmin halı mağazanın müşahidə kameraları vasitəsi ilə müəyyən edən iaşə obyektinin müdiri Zərərçəkmiş şəxs ona yaxınlaşıb mağazaya dəvət edərək icazəsi ilə əl çantasına baxması nəticəsində bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs ümumilikdə 547 (beş yüz qırx yeddi) manat maddi ziyan vurmaqla oğuluq cinayət əməlini törətməyə cəhd etmişdir. Hökmə əsasən isə məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə S.F.Mehralıyevanın ittiham olunduğu Azərbaycan Respublikasının CM-in 29, 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlində təqsirliliyi sübut edilməmişdir. K assasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protestdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən gəlinən nəticə əsassız olmuşdur. Belə ki, ibtidai araşdırma zamanı X1 özünün etirafedici ifadələri, habelə Zərərçəkmiş şəxs, Şahid ifadələri və digər sübutlarla X1 törətmiş olduğu cinayət əməli tam sübuta yetirildiyi halda, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ziddiyyətli ifadələrini mötəbər sübut k imi qəbul edərək ona bəraət vermiş, apellyasiya instansiyası məhkəməsi də həmin hökmü dəyişdirilmədən qüvvədə saxlamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüy ünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində qeyd edilir ki, X1 əməlində ittiham edildiyi cinayətin törədi lməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinə görə “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müdd ətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclaslarında araşdırılmış sübutlar X6 barəsində bəraət hökmünün çıxarılması üçün kifayət etməmiş, məhkəmənin gəldiyi nəticələr tədqiq edilmiş sübutlara əsaslanmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 №-li Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur ki,” CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir.” Məhkəmə kollegiyası cinayət işinin materiallarını qanunvericiliyin yuxarıda istinad edilən normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında verilən şərh və tövsiyələrə əsaslanmaqla təhlil edərək hesab edir ki birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədən, X1 ittiham olunduğu cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi nəticəsinə gələrək ona bəraət verilmiş, apelyasiya instansiyası məhkəməsi də əsassız olaraq həmin hökmü dəyişdirilmədən qüvvədə saxlamışdır. İşin hallarından görünür ki, ittiham orqanının gəldiyi nəticəyə görə “X6 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 iyun 2022-ci il tarixdə saat 11:30 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi vətəndaşların azad girib-çıxa biləcəyi “Podyum Park” qadın geyimləri mağazasına müştəri kimi daxil olub oradakı şəxslərin onun hərəkətlərini görməməsindən əmin olduqdan sonra satış üçün qoyulmuş bir ədəd 278 manat dəyərində “LADYFORM” markalı yaşıl rəngli şalvar və ağ rəngli köynək dəsti və bir ədəd 269 manat dəyərində “ROMAN” markalı qara rəngli donu gizli olaraq talamaqla mağazadan çıxıb gedərkən həmin halı mağazanın müşahidə kameraları vasitəsi ilə müəyyən edən iaşə obyekti nin müdiri Zərərçəkmiş şəxs ona yaxınlaşıb mağazaya dəvət edərək icazəsi ilə əl çantasına baxması nəticəsində bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs ümumilikdə 547 (beş yüz qırx yeddi) manat maddi ziyan vurmaqla oğuluq cinayət əməlini törətməyə cəhd etmişdir.” Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, X1 ittiham olunduğu əmələ görə ibtidai araşdırma Azərbaycan Respublikası CPM-in “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat” adlanan XXXİX fəsli ilə müəyyən edilmiş qaydada həyata keçirilmiş və təqsirləndirilən şəxs X1 təhqiqatın sadələşdirilmiş qaydada aparılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası CPM-in 293-1.0.4-cü maddəsinin t ələbinə görə təqsirləndirilən şəxsin təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməsi böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasını istisna edən hallardan biridir. Cinayət-prosessual qanunvericiliyin qeyd edilən fəsildə müəyyən etdiyi həmin normaların mənasından da aydın görünür ki, məhkəməyədək sadələşdirilmiş icraatı şərtləndirən əsas səbəblər törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən əməl olması, həmin əməlin aşkar şəraitdə törədilməsi və nəhayət, əməlin törədilməsinin zərərçəkmiş şəxs və ya təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməməsidir. İttiham orqanı X3 həmin ittihamı irəli sürərkən təqsirləndirilən şəxsin özünün də mübahisələndirmədiyi aşağıdakı sübutlara əsaslanmışdır: -Zərərç əkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi ərizə, izahat və ifadəsində göstərmişdir ki, 26 iyun 2022-ci il tarixdə saat 11:30 radələrində işlədiyi mağazada mağazaya girib-çıxan müştərilərə və geyim əşyalarına nəzər yetirdikdə asılqanda olan iki dəst qadın geyiminin yerində olmadığını görüb, satıcı Şahid həmin geyimlərin satılıbsatılmamasını soruşmuş, sonuncu həmin geyimlərin satılmadığını bildirmişdir. Həmin vaxt mağazaya daxil olmuş bir nəfər qadının geyimlərə baxması və almadan çıxıb getməsi onda şübhə yaratmış, o, dərhal kamera vasitəsi ilə quraşdırılmış görüntüyə baxmış və həmin qadının iki dəst geyimləri müşahidə etməsinə görə mağazadan çıxıb həmin qadına yaxınlaşmış və onu mağazaya dəvət etmiş, həmin qadının icazəsi ilə əl çantasına baxanda, həmin iki dəst qadın geyiminin çantada ol masını görmüş, həmin qadın geyimləri oğurladığını etiraf etmişdir. Ona görə də o, polis şöbəsinə ərizə ilə müraciət etmişdir. -Şahid da Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. -X6 ibtidai araşdırma zamanı verdiyi izahat və ifadəsində göstərmişdir ki, 26 iyun 2022-ci il tarixdə saat 11:30 radələrində “Podyum Park” qadın geyimləri mağazasına daxil olmuş, mağazada geyimlərin bir neçəsini götürüb əynində yoxlayaraq baxmış və geyimlərin bir neçəsini bəyənsə də, qiymətlərinin baha olduğunu görmüş, həmin geyimlərdən birinin qiyməti 278 manat, digərinin isə 269 manat olmuş, o, oğurluq etmək qərarına gəlmiş, bu məqsəd ilə ətrafa nəzər yetirmiş və heç kimin onu görmədiyinə əmin olduqdan sonra bir ədəd qara rəngli donu və bir dəst şalvar və köynəkdən ibarət geyimi oğurlayaraq, əl çantasına qoymuş, həmçinin, mağazanın qapısından keçəndə siqnal verməmək üçün geyimlərin üzərində olan əşyanı çıxartmışdır. O, mağazadan çıxıb bir qədər hərəkət etmiş, və arxadan bir nəfər ona yaxınlaşaraq mağazaya dəvət etmiş, həmin şəxs ondan əl çantasına birlikdə baxmağı xahiş etmiş, o, məcbur olub əl çantasını açmış və oğurladığı əşyaları masanın üstünə qoyaraq, oğurluq etdiyini etiraf etmişdir. -ibtidai araşdırma zamanı bir ədəd “LADYFORM” markalı yaşıl rəngli şalvar və ağ rəngli köynək dəsti və bir ədəd “ROMAN” markalı qara rəngli don maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılmışdır. -təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə X2 aşkar edilmiş və maddi sübut kimi götürülmüş paltarların ümumi dəyərinin 547 manat olması müəyyən edilmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəyə uyğun ifadə vermiş, təqsirləndirilən şəxs X1 isə ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrdən fərqli ifadə versə də, “Podyum Park” qadın geyimləri mağazasından 26 iyun 2022-ci ildə deyil, həmin vaxtdan iki gün əvvəl bir ədəd yaşıl rəngli koftanı pulunu ödəmədən apardığını, yəni oğurladığını etiraf etmiş və tutduğu əməldən peşman olduğunu bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbayca n Respublikası CPM-nin 145-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi və onunla razılaşan apelyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin istinad edilən normalarının tələbləri pozularaq iş üzrə tam, hərtərəfli və obyektiv araşdırılma aparılmadan X1 ittiham edildiyi cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi nəticəsinə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ibtidai araşdırma orqanı tərəfindən tərtib olunmuş 26 iyun 2022-ci il tarixli “Baxış keçiril məsinə dair protokol”la əlaqədar qeyd olunur ki: “baxış keçirilməsi haqqında təhqiqatçı tərəfindən hazırki iş üzrə oğurluğa cəhd edilməsi iddia edilən yerdə, yəni ünvan 1-də yerləşən “Podyum Park” qadın geyimləri mağazasında tərtib edilmişdir 26 iyun 2022-ci il tarixli protokoldan görünür ki, baxış oğurluğa cəhd hadisəsi iddia edildiyi vaxtdan yəni saat 11-30-dan 15 dəqiqə sonra 11-45də həyata keçirilmişdir. Lakin, baxış zamanı şübhəli şəxs X1 iştirakı təmin edilməmiş, iddia edildiyi kimi X1 oğurluğa cəhd etmişdirsə onun hadisəni konkret olaraq mağazanın hansı hissəsində törətməsi, yəni paltarların haradan götürülməsi, həmin yerin müşahidə kameralarına düşüb-düşməməsi aydınlaşdırılmamış, ümumiyyətlə baxış keçirilməsi barədə protokola X1 da öz qeyd və mülahizələrini bildirməsinə şərait yara dılmamışdır. Baxış birtərəfli qaydada aparılmış, baxış zamanı yalnız mağazanın çöldən şəkli çəkilmiş və iki ədəd qadın paltarının şəkilləri protokola əlavə edilmişdir.” Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan protokolla əlaqədar qanunvericiliyin tələblərinin pozulmasına dair gəldiyi nəticə əsassızdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinə əsasən hadisə yerinə baxışın keçirilməsi zamanı şübhəli və ya təqsirləndirilən şəxslərin iştirak etməsinin məcburi olması nəzərdə tutulmamışdır. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsinə əsasən: “51.1. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqa tivlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audio yazılarda, fonoqramlarda, video və kino çəkiliş lentlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. 51.2. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişinin və nəticələrinin protokollaşdırılması, bir qayda olaraq, cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Cinayət təqibi üzrə prosessual hərəkətin aparılması haqqında protokol bu hərəkətin gedişi zamanı və ya qurtardıqdan bilavasitə sonra həmin hərəkəti aparan təhqiqatçı, müstəntiq, prokuror və ya digər müvəkkil edilmiş şəxs tərəfindən tərtib edilir... 51.5. Məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şə xs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Əgər bu şəxslərdən hər hansı biri fiziki pozuntular və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi imzalayır. Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, bu barədə protokolda müvafiq qeyd aparılır.” Göründüyü kimi, qanunvericilikdə prosessual hərəkətlərin gedişində iştirak etməmiş şəxslərin protokola dair qeydlər etmək hüquqları nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, 16 iyul 2022-ci il tarixdə məhkəməyədək sadələşdirilmiş icraat materialları cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş X4 müdafiəçisinin iştirakı ilə təqdim olunmuş və materialın Bakı şəhəri Nəsimi rayon prokurorluğu vasitəsi ilə məhkəməyə göndəriləcəyi izah olunmuşdur. X6 müdafiəçisinin iştirakı ilə materiallarla tanış olmuş və heç bir vəsatət, o cümlədən tərtib olunmuş sənədlərin qanunsuzluğu ilə əlaqədar vəsatət verməmişdir. Apellyasiya instansyiası məhkəməsinin qərarında həmçinin qeyd olunur ki: “X3 qarşı ittiham tərəfinin sübutları özünün, zərərçəkmiş şəxsin və şahidin ifadələrindən ibarətdir ki, həmin ifadələrdə də çoxsaylı ziddiyyətlər mövcuddur və bu aradan qaldırılması mümkün olmayan bu ziddiyyətli ifadələrlə şəxsin təqsirli olması sübuta yetirilə bilməz. Belə ki, Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı izahat verərkən ilkin olaraq bildirmişdir ki, paltarların olmamasını gördüyü üçün işçisindən satılıb-satılmamasını soruşmuş, bundan sonra kameraya baxmış və az öncə mağazada olan qadını geri çağırmışdır. Yəni, bu ifadəsində oğurluq hadisəsini məhz həmin qadın tərəfindən törədilməsini kamerada bilavasitə müşahidə etdiyini göstərməmişdir. Yalnız, kamera vasitəsi ilə baxdıqda şübhələndiyi üçün həmin qadını geri çağırdığını bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi digər ifadələrində (19-20, 36-37 i/v) isə X1 özünü şübhəli aparmasına görə, həmçinin paltarların olmamasını görüb bu barədə işçisindən soruşduqdan sonra kameraya baxdığını və kamerada oğuluq hadisəsinin bilavasitə X1 tərəfindən törədilməsini müşahidə etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində verdiyi ifadəsində isə X1 çantasından iki dəst qadın paltarının çıxmasını, çantaya baxış keçirərkən işçisi Şahid də orada olmasını bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadə verən və ibtidai istintaq zamanı dindirilmiş Şahid oğlunun ifadələrindən də göründüyü kimi, X1 təqsirliliyinə dəlalət edən hər hansı bir hal mövcud deyil və sonuncunun zərərçəkmiş şəxslərin əmlakını oğurlamasına dair hər hansı bir mötəbər sübut eldə edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində Şahid isə X1da oğurluq etməsi faktını kameraya düşməsini təsdiq etmiş, lakin bir aydan artıq müddətə görüntülərin kameranın yaddaşında qalmadığı üçün onu məhkəməyə təqdim etməsini mümkün olmadığını bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxsin və şahidin bildiridiyi xüsusat lara qiymət verərək qeyd edir ki, zərərçəkmiş şəxsin bu mövqeyi əsaslı deyildir və qeydə alınmış video görüntülərin mütəxəssis tərəfindən belə götürülə bilməməsi inandırıcı görünmür.” Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 149-cu maddəsinə əsasən: “149.1. Cinayət baş verdikdə və ya cinayət baş verdikdən bilavasitə sonra onu törətmiş şəxs gizlənməyə cəhd göstərdikdə, hadisəni görən şəxs onun yaxalanması üçün şəxsin tutulmasında cinayət təqibi orqanına kömək göstərə bilər, o cümlədən: 149.1.1. müqavimət göstərdikdə cinayət törətmiş şəxsin əl-ayağını bağlaya bilər; 149.1.2. cinayət törətmiş şəxsin üstündə silah və ya başqa təhlükəli alətin, yaxud cinayət işi üzrə əhəmiyyət kəsb edən digər əşyaların olmasını ehtimal etdikdə onun üstünü yoxlayaraq bu əşyaları cinayət təqibi orqanına təqdim etmək üçün götürə bilər. 149.2. Cinayət təqibi orqanının əməkdaşı olmadıqda, cinayəti törətmiş şəxsi yaxalayan dərhal polis çağırmalı, bunu etmək mümkün olmadıqda isə tutulmuş şəxsi təxirə salınmadan məcburi qaydada polisə çatdırmalıdır.” Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən təqsirləndirilən şəxs X1 çantasında zərərçəkmiş şəxs tərəfindən aşkar edilmiş və CPM-nin 149.1.2-ci maddəsinin tələblərinə müvafiq olaraq maddi sübut kimi cinayət təqibi orqanına təqdim etmək üçün götürülmüş əşyaların sübut kimi qəbul edilməməsi əsaslandırılmamış, mağazada qeydə olunmuş videogörüntülərin olmamasına istinad edilərək, kifayət qədər araşdırılma aparılmadan S.Mehralıyevanın təqsirsiz olması nəticəsinə gəlinmişdir. Məhkəmə kol legiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələri təqsirləndirilən şəxs X1 işin məhkəmə baxışı zamanı da həmin mağazadan bir ədəd yaşıl rəngli koftanı pulunu ödəmədən aparmasını, yəni oğurlamasını etiraf etməsinə dair ifadəsini onun təqsirliliyinə dəlalət edən sübut kimi qəbul edilməməsini əsaslandırmamışlar. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında müəyyən edilir ki, X1 barəsində ibtidai araşdırma dövründə heç bir qətimkan tədbiri seçilməmiş, o, dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, bütün istintaq hərəkətləri, eləcə də sadələşdirilmiş icraat materialları ilə tanış etmə müdafiəçinin iştirakı ilə keçirilmiş, əməli törətmiş şəxsin istər ibtidai araşdırmanın qeyri-obyektiv araşdırması, istərsə də, ona qarşı əsassız ittiham irəli sürülməsi və ya təsirlər ə məruz qalaraq qorxması ilə bağlı ibtidai araşdırma orqanına və ya prosessual nəzarəti həyata keçirən prokurora hər hansı etiraz və vəsatəti daxil olmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı kifayət qədər araşdırılma aparılmadan qəbul edildiyindən əsassızdır və ləğv edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyini nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini təmin etməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiya sı məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin həmin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və dəyişdirmək hüququna malikdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. X6 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2022ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-633/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-633/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver