Məhkəmə qərarları › İş №1(102)-633/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-633/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-633/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun, onun müdafiəçiləri Yusifov Eyvaz Aslan oğlunun və Şirinova Xədicə Seyfəddin qızının, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli, 1(103)-1105/ 2023 nömrəli qərarından Məhkum və onun müdafiəçisi Şirinova Xədicə Seyfəddin qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə, mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-154/2023 saylı, 09 fevral 2023-cü il tarixli hökmü ilə (hakimlər: R.V.Salmanov (sədrlik edən), S.H.Hacıyev və M.H.Əkbərov) xx xxxx 1981-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, məhkumluğu ödənilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 145.2.3, 145.2.5, 145.2.6 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 120.2.4, 120.2.7, 120.2,9 və 120.2.11-ci maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına, CM-nin 181.3.3-cü maddəsi ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 145.2.3, 145.2.5 və 145.2.6-cı maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən o, qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını həbsxanada çəkməsi, cəzasının əvvəlinin 21 fevral 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Şirinova Xədicə Seyfəddin qızı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: F.İ.Əyyubov (sədrlik edən), E.Ə.Mehdiyev və E.E.Rəhimov) apellyasiya şikayəti təmin edilməmiş, hökm dəy işdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Şirinova Xədicə Seyfəddin qızı tərəfindən ayrı ayrılıqda kassasiya şikayətləri verilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə hücuma məruz qalmış Zərərçəkmiş şəxs3 və azyaşlı övladları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla basqın edib silah qismində istifadə etdiyi bıçaq tətbiq edərək sağlamlıqlarına ağır zərər vurmaqla xeyli miqdarda əmlaklarını ələ keçirərək quldurluq etmiş, azyaşlı olmaqla yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş və quldurluqla əlaqədar xüsusi amansızlı qla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsi, yəni üç şəxsi qəsdən öldürmüşdür. Belə ki, Məhkum keçmiş arvadı x qızının bacısı Zərərçəkmiş şəxs3 ailəsi ilə birlikdə kirayədə yaşadıqları ünvan 2 ünvanında 35 min manat məbləğində nağd pul vəsaiti saxlamaları barədə məlumat əldə etdikdən sonra Zərərçəkmiş şəxs3 və sonuncunun azyaşlı övladları xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1, xx.xx.2011 -ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 basqın edib qəsdən öldürməklə xeyli miqdarda əmlaklarını əldə etmək məqsədilə əvvəlcədən törədəcəyi cinayətdə istifadə edilməsi üçün 16-17 fevral 2022-ci il tarixlərdə ünvan 3 ünvanında yerləşən “x” 1001 xırdavat mağazasından istintaqa məlum olmayan bıçaq alıb üzərində gəzdirməklə 19 fevral 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş ş əxs3 azyaşlı övladları ilə birlikdə yaşadığı ünvan 2 ünvanına gələrək keçmiş qohumluq əlaqələrindən istifadə etməklə Zərərçəkmiş şəxs3 50 manat borc istəməsi adı ilə mənzilə daxil olaraq əvvəlcədən planlaşdırdığı kimi orada Zərərçəkmiş şəxs3, sonra isə azyaşlı olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla basqın edərək özü ilə götürdüyü bıçağı sağ əli ilə şalvarının sağ arxa cibindən çıxararaq silah qismində istifadə edib tətbiq etdiyi həmin bıçaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs3 sinə nahiyyəsindən 1 dəfə vurduqdan sonra sonuncu mənzildə olan azyaşlı övladları x və Zərərçəkmiş şəxs2ları qonşuları köməyə çağırmaları üçün səsləyib mənzilin giriş qapısına tərəf qaçdıqda, o, Zərərçəkmiş şəxs3 və az yaşlı övladları x və Zərərçəkmiş şəxs1ların mənzilin giriş qapısı istiqamətində qaçmalarını görüb, onların arxası ilə hərəkət edərək mənzili tərk etmələrinin qarşısını almaqla Zərərçəkmiş şəxs3 özlərinə əziz sayan, dəyərli insan kimi özlərinin yaxını hesab edən uşaqları x və Zərərçəkmiş şəxs2lara əzab verdiyini dərk edib, sonuncuların gözləri qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək xüsusi amansızlıqla mənzilin qapısının girəcəyində əlində olan həmin bıçaqla növbəti dəfə Zərərçəkmiş şəxs3 həyat üçün vacib olan orqanlarının yerləşdiyi döş qəfəsi nahiyyəsindən güclü zərbələr vuraraq sonuncuya daxili orqanların zədələnməsi ilə daxili və xarici massiv qanitirmə ilə nəticələnən ölümünə səbəb olan sağ beşinci qabırğanın tam travmatik kəsilməsi ilə müşayiət olunan dö ş qəfəsinin ön səthinin sağ yarısının daxilə nüfuz edən 1 ədəd, sağ ağciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sağ yarısının daxilə nüfuz edən 1 ədəd, sol səkkizinci qabırğanın hissəvi travmatik kəsilməsi, mədənin kiçik əyriliyinin yuxarı hissəsi, sol böyrəyin qapı nahiyəsinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən 1 ədəd, ümumilikdə 3 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları ilə müşaiyət olunan sağlamlığa ağır, alnın ön səthinin, sağ əlin ovuc səthinin 1 ədəd və sağ əlin arxa səthinin 1 ədəd səthi kəsilmiş yaraları, sağ qaşın bayır bucağının sıyrığı ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qəsdən öldürmüş, həmin vaxt mənzilin qapısını açıb qonşuları köməyə çağırmaq i stəyən azyaşlı olmaqla köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 da qeyd edilən bıçaqla həyat üçün vacib olan orqanlarının yerləşdiyi döş qəfəsi və digər nahiyyələrinə zərbələr endirərək döş qəfəsinin sol yarısının ön yan səthinin daxilə nüfuz edən 1 ədəd, döş qəfəsinin ön səthinin böyük piyliyin zədələnməsi ilə nəticələnən daxilə nüfuz edən 1 ədəd, döş qəfəsinin sağ yarısının ön səthinin sağ ağciyərin aşağı payı, diafraqmanın sağ qübbəsi və qaraciyərin sağ payının zədələnməsi ilə nəticələnən daxilə nüfuz edən 1 ədəd, döş qəfəsinin sağ yarısının ön yan səthinin səkkizinci qabırğanın travmatik kəsilməsi, sağ ağciyərin aşağı payı, diafraqmanın sağ qübbəsi, qaraciyərin sağ payı və sağ böyrəyin zədələnməsi ilə nəticələnən daxilə nüfuz edən 1 ədəd, ümumilikdə isə 4 ədəd daxilə nüfuz edən deşil miş-kəsilmiş, döş qəfəsinin ön səthinin daxilə nüfuz etməyən 1 ədəd, döş qəfəsinin sol yan səthinin daxilə nüfuz etməyən 1 ədəd, sol bazunun orta 1/3nin bayır və iç səthinin dəlib keçən 2 ədəd deşilmiş kəsilmiş yaraları, alnın sol yarısının ön səthinin fasiləli xarakterli çoxsaylı sıyrıqları, sol kürək nahiyyəsinin sürtünmə xarakterli sıyrıqları, sağ bazunun orta 1/3-nin ön səthinin 1 ədəd qançırı xəsarətləri ilə nəticələnən ümumilikdə 6 ədəd sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs1nm yetirdiyi xəsarətlərdən öldüyünü güman etmiş, həmin vaxt mənzildə hadisə ilə əlaqədar eşidilən səslərdən narahat olan qonşuların və sonuncular tərəfindən qeyd edilən ünvana çağırılmış polis əməkdaşlarının mənzilin giriş qapısının döyülməsi ilə əlaqədar ifşa olunmaması üçün əlin də olan bıçaqdan istifadə etməklə digər azyaşlı Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edəcəyi ilə hədələyib sonuncuya guya dərs davamiyyətinin pis olması ilə əlaqədar ataları tərəfindən danlanmasını və heç bir hadisənin baş vermədiyini mənzilin qapı arxasından Zərərçəkmiş şəxs2 deməyə məcbur etdikdən sonra bu sözlərə inanan qonşuların və polis əməkdaşlarının qapı önündən getmələrinə nail olub yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 20 fevral 2022-ci il tarixə keçən gecə saat 04 radələrinədək həmin mənzildə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş və bu müddətdə mənzildə axtarış aparıb dəhlizdə yerləşən dolabın siyirməsindən Qaraxanlı ailəsinə məxsus 20.000 manat və həmin dövrün rəsmi məzənnəsi ilə 1870 manat təşkil edən 1100 ABŞ d olları, ümumilikdə isə 21870 manat məbləğində, xeyli miqdarda nağd pul vəsaitini götürüb ələ keçirməklə quldurluq etmiş, gecə saat 04 radələrində isə mənzilin qonaq otağında divanda yatmış və azyaşlı olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 bıçaqla həyat üçün vacib olan orqanlarının yerləşdiyi boyun və döş qəfəsi nahiyyələrindən qəsdən vurub, kəsməklə xarici və daxili qanaxma ilə müşayiət olunmaqla ölümünə səbəb olan boynun ön-orta səthinin orta şöbəsinin qan damarlarını, əzələləri, qalxanabənzər vəzinin hər iki payını və traxeyanı natamam zədələyən 1 ədəd irihəcmli kəsilmiş yarası, boynun ön-sol bayır nahiyyəsinin ağız boşluğuna nüfuz edən 1 ədəd, daxilə nüfuz etməyən boynun sol bayır nahiyyəsinin 1 ədəd və boynun aşağı şöbəsinin ön səthinin 1 ədəd deşilmiş-kəsilmi ş yaraları, sağ çənəaltı və döş qəfəsinin sol yarısının ön səthinin səthi kəsilmiş yaraları və sağ saidin orta 1/3-nin arxa səthinin qançırı xəsarətlərini yetirməklə qəsdən öldürmüş və 20 fevral 2022-ci il tarixdə saat 12 radələrində azyaşlı Zərərçəkmiş şəxs1 yetirdiyi ağır bədən xəsarətlərindən ölmədiyini və mənzilin dəhlizindən yataq otağına keçib çarpayıda uzandığını görüb, sonuncuya yaxınlaşaraq ölümünü sürətləndirmək məqsədilə bıçaqla 1 dəfə həyat üçün əhəmiyyət kəsb edən orqanların yerləşdiyi döş qəfəsi nahiyəsindən vurmaqla döş qəfəsinin sol yarısının ön səthinin sol ağciyərinin yuxarı payının zədələnməsi ilə nəticələnən, ölümünə səbəb daxili orqanlarının zədələnməsi ilə nəticələnən massiv xarici və daxili qanitirmə olan daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş xəsarəti yetirməklə Zərərçəkmiş şəxs1 qəsdən öldürdükdən sonra artıq qonşuların və polis əməkdaşlarının mənzilin giriş qapısının və binanın girişində olmadığına tam əmin olduqdan sonra əldə etdiyi xeyli miqdarda pul vəsaiti ilə birlikdə mənzili tərk etmiş və bununla da, Zərərçəkmiş şəxs3 və azyaşlı övladları x, Zərərçəkmiş şəxs2lara həyatı və sağlamlıqları üçün təhlükəli zorakılıqla basqın edib silah qismində istifadə etdiyi bıçaq tətbiq edərək hücuma məruz qalmış şəxslərin sağlamlıqlarına ağır zərər vurmaqla xeyli miqdarda əmlaklarını ələ keçirərək quldurluq etmiş, azyaşlı olmaqla yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş və quldurluqla əlaqədar xüsusi amansızlıqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsi, yəni üç şəxsi qəsdən öldürmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum və müdafiəçisi Şirinova Xədicə Seyfəddin qızı ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, cinayət hadisəsinin baş verdiyini, cinayət tərkibinin əlamətlərini təsdiq edən sübutlar mövcud olmadığı vəziyyətdə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 145.2.3, 145.2.5, 145.2.6 və 181.3.3-cü maddələri ilə təqsirli bilinmələrinə dair əsassız, qanunsuz və ədalətsiz ittiham hökmü çıxarılmış, apellyasiya instansiyası məhkəməsi onların təqsirli bilinməsinə dair nəticə ilə razılaşmaqla eyni pozuntulara yol vermişdir. Kassatorlar iddia edirlər ki, şahidlərin ifadələri q eyri-dəqiq və ziddiyyətli olmuş, ekspertiza rəyləri saxtalaşdırılmış, iş üzrə olan video görüntülərə düzgün qiymət verilməmiş, müdafiə tərəfinin vəsatətləri təmin olunmamış, ümumiyyətlə işin həqiqi halları məhkəmələr tərəfindən düzgün araşdırılmamışdır. Faktiki olaraq məhkum və müdafiəçi kassasiya şikayətlərində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6, 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntuları yaradan hallar kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli qərarının ləğv edilməsini və Məhkum CM-in 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 145.2.3, 145.2.5, 145.2.6 və 181.3.3-cü maddələri ilə bəraət verilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kassasiya instan siyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını i sə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum və onun müdafiəçisi Şirinova Xədicə Seyfəddin qızı kassasiya şikayətlərində məhkəmələrin məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulduğunu, nəticədə, cinayət hadisəsinin baş verməsini, təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibinin olmasını təsdiq edən sübutlar mövcud olmadığı vəziyyətdə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 145.2.3, 145.2.5, 145.2.6 və 181.3.3-cü maddələri ilə təqsirli bilindiyini iddia e dərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3-cü, 416.1.6, 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdilər. Odur ki, kollegiya məhkumun və müdafiəçinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM -in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göründüyü kimi cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Məhkum və müdafiəçinin kassasiya şikayətlərindən görünür ki, onlar sübutların qanunsuz üsullarla, o cümlədən Məhkum işgəncə verilməsi yolu ilə əldə edildiyini, Məhkum “İşin halları” bölməsində təsvir edilm iş özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə hücuma məruz qalmış zərərçəkmiş şəxslərin həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla basqın edib silah qismində istifadə etdiyi bıçaq tətbiq edərək sağlamlıqlarına ağır zərər vurmaqla xeyli miqdarda əmlaklarını ələ keçirərək quldurluq, adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə və quldurluqla əlaqədar xüsusi amansızlıqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsi, yəni üç şəxsi qəsdən öldürməsindən ibarət cinayət əməllərini törətmədiyini iddia etməklə, sonuncunun əməlində cinayət tərkibinin olmamasına, təqsirliliyinin sübuta yetirilməməsinə baxmayaraq Məhkum barəsində Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 145.2.3, 145.2.5, 145.2.6 və 181.3.3-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkum və müdafiəçisi kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual q anunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası məhkum və müdafiəçinin kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələblərinin (o cümlədən, əməlində cinayət tərkibinin olmamasına baxmayaraq Məhkum barəsində Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 145.2.3, 145.2.5, 145.2.6 və 181.3.3-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdikləri faktiki hallarda n çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətlərin dəlilləri ilə eyni olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsv ir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 145.2.3, 145.2.5, 145.2.6 və 181.3.3-cü maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməllərində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkiblərinin olması, bu maddələrlə onun təqsirli bilinməsini və CM-in 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 145.2.3, 145.2.5, 145.2.6 və 181.3.3-cü maddələri ilə cəzalandırılmasını istisna edən halların, o cümlədən cinayətprosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Belə ki, məhkumun müdafiəçisi X. apellyasiya şikayətində irəli sürdüyü – Məhkum müvafiq ittihamlar üzrə təqsirli bi linməsinin mübahisələndirilməsi üzrə iddiaları apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə bu iddiaların və onların əsaslandırılması üçün müdafiə tərəfinin gətirdiyi dəlillərin yalnız Məhkum ibtidai istintaqda müdafiəçisinin iştirakı ilə verdiyi – cinayət-prosessual qanunun 125-ci maddəsinin tələbləri nöqteyinəzərindən sübut kimi yolverilən olan etirafedici ifadələri ilə deyil, məhkəmədə baxılmış bütün sübutların məcmusu ilə, o cümlədən şahidlər X8, X7, X8, X4, Şahid5, X3, Şahid9, Şahid10 Şahid4, istintaq hərəkətlərinin protokolları («Hadisə yerinə baxış keçirilməsi haqqında» 20 fevral 2022-ci il tarixli, «Meyitə baxış keçirilməsi haqqında» 20 fevral 2022-ci il tarixli, «Fotoşəkil üzrə tanınma» haqqında 20 fevral 2022-ci il tarixli, «Götürmə və baxış keçirilməsi» haqqında 21 f evral 2022-ci il tarixli, «Mobil telefona baxış keçirilməsi» haqqında 23 fevral 2022-ci il tarixli, «Götürmə və baxış keçirilməsi haqqında» 24 fevral 2022-ci il tarixli, «Baxış keçirilməsi və götürmə» haqqında 03 mart 2022-ci il tarixli protokollar), «məhkəmə-tibb ekspertizası»nın 21 fevral 2022-ci il tarixli, 125 nömrəli, 28 mart 2022-ci il tarixli 35 nömrəli, 28 mart 2022-ci il tarixli 36 nömrəli, 19 mart 2022-ci il tarixli 37 nömrəli rəyləri, «məhkəmə-genetik ekspertizası»nın 21 mart 2022-ci il tarixli 011-3264-1222 nömrəli rəyi, «kompleks məhkəmə tibbi-bioloji və kriminalistik» ekspertizasının bioloji tədqiqinə dair xx.xx.2022-ci il tarixli 165/2022-MTBŞ saylı rəyi, «kompleks məhkəmə tibbi-bioloji və kriminalistik» ekspertizasının kriminalistik tədqiqinə dair xx.xx.2022-ci il tarixli 1 41/2022MTKŞ saylı rəyi, «kompleks psixoloji və psixiatrik ekspertizası»nın xx.xx.2022-ci il tarixli 869 nömrəli rəyi, «məhkəmə-genetik ekspertizası»nın 02 iyun 2022-ci il tarixli 011-6272-1222 nömrəli rəyi sənədlər, cinayət işində olan başqa materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin Məhkum ibtidai istintaq zamanı etirafedici ifadələri təzyiq altında verməsi, ona münasibətdə işgəncə faktının olması ilə bağlı dəliləri də əsasız olduğundan rədd edilməlidir. Kollegiya bu qənaəti, birinci və apellyasiya instansiya məhkəmələrində qeyd olunan iddiaların əsasız olmasını təsbit edən tutarlı məhkəmə mövqeydən irəli gəlir. Belə ki, məhkəmələr – Məhkum dindirmələri zamanı müdafiəçinin iştirak etməsinə və videoçəkilişin aparılmasın a, həmçinin məhkəməyədək icraat dövründə Məhkum işgəncə verilməsi bağlı Bakı şəhəri Nizami rayon prokurorluğu tərəfindən keçirilmiş araşdırmanın nəticələrinə (cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 08 aprel 2022-ci il tarixli qərar) istinad edərək, eyni zamanda həmin ifadələr ilə məhkəmədə baxılmış şahidlərin ifadələri, keçirilmiş ekspertiza rəyləri və digər sübutlar arasında uyğunluğun olmasını nəzərə alaraq, yəni əsaslandırılmış şəkildə və CPM-in 327.1.3-cü maddəsi belə vəziyyətlərdə təqsirləndirilən şəxsin əvvəlki ifadəsinin məhkəmədə elan edilməsinə və onunla məhkəmə hökmünün əsaslandırılmasına yol verdiyi üçün – qanuni olaraq Məhkum məhkəməyədək icraat zamanı etirafedici ifadələri təzyiq altında alınması haqqında müdafiə tərəfinin iddialarını rədd etmişlər və Məhkum Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 145.2.3, 145.2.5, 145.2.6 və 181.3.3-cü maddələri ilə təqsirli olması haqqında nəticələrini əsaslandırarkən məhkum edilmiş şəxs Məhkum ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələrə istinad etmişlər. Həqiqətən də, kassasiya şikayətində iddia olunanların əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsini n qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 145.2.3, 145.2.5, 145.2.6 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli olması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə təsvir edilib, Məhkum və onun müdafiəçisinin ardıcıl olaraq birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində müdafiə etdikləri dəlillərlə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kolle giyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin araşdırılması, eləcə də bu araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətlərində birinci və apellyasiya instansiyası məhkəmələrinin çıxardıqları nəticələri təkzib edə biləcək, məhkəmə araşdırmalarının obyektivliyini, tamlığını, dərinliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkum cəzaların təyin edilməsi məsələsi həll edilərkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin CM-in 120.2.4, 120.2.7, 120.2,9 və 120.2.11-ci maddələri ilə və cinayətlərin məcmusu üzrə ömürlük azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin məsələ üzrə də hökmü dəyişdirilmədən saxlamaqla Məhkum münasibətdə iş üzrə müəyyən edilmiş bir ailənin üç üzvünün qəsdən həyatdan məhrum edilməsi ilə baş vermiş cinayət hadisəsinin ağır nəticələrə səbəb olmasını (CM-nin 61.1.2-ci maddəsi) cəzanı ağırlaşdıran, həmçinin cəzanı yüngülləşdirən halların olmamasını, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyəti, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab (eyni zamanda Cinayət Məcəlləsinin 57.2-ci maddəsində göstərilən məhdudiyyətləri pozmayan) ədalətli cəza təyin etmiş etmişdir. Beləliklə, məhkəmə kollegiyası məhkumun və müdafiəçinin kassasiya şikayətlərinə baxılması nəticəsində, həmin şikayətlə ehtiva olunan məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən cinayət-prosessual qanunun 416.1.1 - 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində göstərilən halları müəyyən etmir və bu səbəbdən kassasiya şikayətlərinin təmin edilməməsini əsaslı hesab edir. Odur ki, mə hkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair məhkumun və onun müdafiəçilərinin, həmçinin, kassasiya şikayətinin təmin edilməməsinə dair zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum və müdafiəçisi Şirinova Xədicə Seyfəddin qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli, 1(103)1105/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 145.2.3, 145.2.5, 145.2.6 və 181.3.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli, 1(103)-1105/2023 nömrəli qərarı Məhkum və müdafiəçisi Şirinova Xədicə Seyfəddin qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar