Məhkəmə qərarları › İş №1(102)-633/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-633/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-633/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum 1nun, Məhkum 2nun və onun müdafiəçisi Babayev Bəxtiyar Rəhim oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-886/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərar ından Məhkum 1, Məhkum 2 və müdafiəçisi Babayev Bəxtiyar Rəhim oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 1 XXXX Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində beş azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, X ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Məhkum 2 XXXXXX Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, NXünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq X ünvanında yaşamışdır. 2. 01 may 2023-cü il tarixli ittiham aktına görə Məhkum 1 və Məhkum 2na Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 22 may 2023-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum 1 və Məhkum 2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum 1 qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti məlum olmayan şəxs külli miqdarda narkotik vasitə olan və təmiz çəkisi 10.165,0 qram qurudulmuş marixuananı İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitəni məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İran İslam Respublikasından qanunsuz olaraq Azərbaycan Respubl ikasına keçirmiş, bu barədə 12 oktyabr 2022-ci ildə şəxsiyyəti məlum olmayan şəxs Məhkum 1a məlumat verdikdən sonra, o, tanışı Məhkum 2 ilə birlikdə sonuncunun idarə etdiyi “LADA 2106” markalı, 14-BC-269 dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonundan Biləsuvar rayonuna getmiş, 16 oktyabr 2022-ci ildə, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin 2003 nömrəli hərbi hissəsinin 6-cı sərhəd zastavasının çöl istiqamətində iki ədəd bağlamada külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyaraq, avtomobilin arxa oturacağına qoyub hadisə yerindən uzaqlaşmış, DSX-in əməkdaşları tərəfindən təqib edildiyini görüb içərisində külli miqdarda narkotik vasitə olan bağlamaları 2003 nömrəli hərbi hissənin 5-ci sərhəd zastavasının 30-cu sahəsində avtomob ildən atmış, davam etdirilən əməliyyat-axtarış tədbiri nəticəsində 2003 nömrəli hərbi hissənin 6-cı sərhəd zastavsının 8-ci sahəsində saxlanılmış, sonra onların iştirakı ilə cinayətkar qrupa məxsus iki ədəd bağlamada külli miqdarda ümumi təmiz çəkisi 10.165,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-440/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli hökmü ilə: Məhkum 1nun Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 0 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 oktyabr 2022-ci il tarixdən hesablanması; Məhkum 2nun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 16 oktyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Biri nci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxslər Məhkum 1 və Məhkum 2 ayrı-ayrılıqda apellyasiya şikayətləri və təqsirləndirilən şəxs Məhkum 2nin müdafiəçisi Babayev Bəxtiyar Rəhim oğlu apellyasiya şikayətinə əlavə vermişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-710/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum 1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxs Məhkum 2nun apellyasiya şikayəti və müdafiəçisi Babayev Bəxtiyar Rəhim oğlunun verdiyi həmin apellyasiya şikayətinə əlavə qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-440/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum 2nun əməli Azərbaycan Respublikası CM-nin 234.4. 1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmdən qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə etməsinə, saxlamasına, daşımasına və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən cəza təyin edilməsinə dair müddəaların xaric edilməsi qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-710/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verib, qərarın ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəmə sində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Həmin qərardan Məhkum 1 kassasiya şikayəti verib, cəzasının yüngülləşdirilməsini, Məhkum 2 isə verdiyi kassasiya şikayətində əməlinin Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)1373/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, kassasiya protesti təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-710/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qərarı ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir.

11. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-886/2024 nö mrəli, 10 oktyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri və Məhkum 2nun müdafiəçisi Babayev Bəxtiyar Rəhim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)440/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum 1, Məhkum 2 və müdafiəçisi Babayev Bəxtiyar Rəhim oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

13. Məhkumun müdafiəçisi kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum 2nun cinayət əməlində nə bir maddi marağı olmuş, nə də bu barədə Məhkum 1 tərəfindən ona pul təklif olunmuş, Neftçala rayonundan çıxıb Biləsuvar rayonunda yerləşən Cəbrayıl qəsəbəsinə gələrkən də onun məhkum 1in narkotik vasitə götürəcəyindən xəbəri olmamış, bu barədə əvvəlcədən danışıb razılıq əldə edilməmiş, üzərinə hər hansı bir vəzifə götürməmiş, tərəflər arasında bu barədə rol bölgüsü olmamışdır. Digər məhkum 1in ibtidai araşdırma zamanı ilkin olaraq verdiyi izahat və ifadələrinə əsaslanılsa belə, Məhkum 2un bu cinayət əməlində təqsiri qabaqcadan əlbir olmadan və satış niyyəti olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitənin daşınmasından ibarət olmuşdur və düzgün olaraq da apellyasiya instansiyası məhkəməsinin əvvəlki qərarında Məhkum 2yə elan olunmuş ittihamın tövsifini Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə dəyişdirmişdir. İbtidai istintaq orqanı, birinci instansiya məhkəməsi və sonda işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə məhkum 2nin barəsində maddi hüquq normasını düzgün tətbiq etməmişlər, onun əməlinə düzgün hüquqi qiymət verməmişlər. Bununla yanaşı məhkuma ədalətsiz cəza təyin edilmişdir. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-886/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Məhkum 2 kassasiya şikayətində qeyd etmişdir ki, polis işçilərinin avtomobilə baxışı zamanı narkotik vasitə haqqında məlumatı olmuşdur. Buna görə də iş üzrə təkrarən obyektiv araşdırma aparılaraq, məhkum 1i dinləyərək baş vermiş hadisəyə olduğu kimi qiymət verilməsi, cəza müddətinin qismən azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Məhkum 1 kassasiya şikayətində cəzasını yüngülləşdirən halları nəzərə alaraq, təyin edilmiş cəzanın qismən azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayətlərinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

17. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

18. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qəra rın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

19. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

20. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya m əhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

21. Müdafiəçisi kassasiya şikayətində Məhkum 2 oğlunun törətdiyi əməlin səhv tövsif edildiyini, eləcə də ona təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

22. Hər iki məhkum kassasiya şikayətlərində onlara təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.

23. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və onların dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-886/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

24. Belə ki, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, h abelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

25. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan ins an davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

27. Şərh edilən maddi və prosessual cinayət-hüququ normaları nın tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum 2nun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri üzrə əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə müdafiəçinin dəlillərini əsassız hesab edir.

28. Belə ki, baxılan cinayət işi üzrə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və məhkumlar tərəfindən verilmiş kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında bundan əvvəl icraatda olmuş, qəbul etdiyi müvafiq qərarında məhkəmə kollegiyası müəyyən etmişdir ki, hər iki məhkum bir-birilərini cinayət əməlini törədəndən iki il əvvəl tanımışlar. Məhkum 2 taksi sürücüsü kimi Məhkum 1un övladlarını avtomobili ilə m əktəbə aparıbgətirmişdir. Hər iki məhkumun ifadələrindən görünür ki, bu ifadələr arasında hadisənin baş vermə hallarına dair ziddiyyətli məqamlar mövcuddur. Bundan əlavə məhkum Məhkum 1 əvvəl Bəhrəmtəpə qəsəbəsinə getmək istədiyini, sonra Cəbrayıl qəsəbəsinə getməli olduğunu, sonra naməlum, tanımadıqları istiqamətdə hərəkət etdiklərini, nəticədə narkotik vasitəni saxladığı yerə gəlib çatdıqlarını bildirmişdir. Məhkum 2 isə ifadəsində avtomobildə olan əşyanın narkotik vasitə olmasından xəbəri olmadığını bildirsə də, Məhkum 1 içində narkotik vasitə olan bağlamanı maşına qoyduğu andan Məhkum 2yə bağlamalarda narkotik vasitənin olduğunun dediyini bildirmişdir.

29. Buna görə də işə baxan kassasiya instansiyası məhkəməsinin əvvəlki məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyas ı məhkəməsi Məhkum 2un əməlini tövsif edərkən yalnız hər iki məhkumun ifadələrinə əsaslanmış, lakin cinayət əməlinin baş vermə ardıcıllığını və mərhələlərini, eləcə də bu məhkumların ifadələri arasında işin halları baxımından ziddiyyətli məqamların olmasını nəzərə almamışdır. Qeyd edilənlərin araşdırılması məqsədilə apellyasiya instansiyası məhkəməsinin birinci baxışı nəticəsində qəbul etdiyi qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına göndərilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisəsi edilən qərarı kassasiya instansiyası məhkəməsinin baxılan işə aid olan əvvəlki qərarında bildirdiyi hüquqi mövqeyi nəzərə alınmaqla yeni apellyasiya baxışının nəticəsi olaraq qəbul edilmiş, qərarda hazırda baxılan kassasiya şikayətində qaldırılan dəlillərə müvafiq ə saslandırma təmin edilməklə cavablandırma verilmişdir.

31. Ali Məhkəmənin daha əvvəl müəyyən etdiyi hüquqi mövqedən fərqlisinə gəlmək üçün əsas görməyən məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya müraciətində qeyd edilən dəlilləri üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarının qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

32. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarix li Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

33. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinə yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd e tmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

34. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanın ağır olmasına dair kassasiya müraciətlərinin dəlilləri ilə də razılaşmır və qeyd edir ki, birinci instansiyası məhkəməsi məhkuma cəza təyin edərkən qəbul etdiyi hökmündə müvafiq maddi və prosessual cinayət-hüquqi normalarına riayət etmiş, birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslı olaraq dəyişdirilmədən saxlanılmışdır.

35. Belə ki, Məhkum 1nun Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli həmin Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına, hər iki məhkumun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindikləri cinayət əməlləri isə həmin Məcəllənin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid edilmişdir.

36. Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

37. Birinci instansiyası məhkəməsi məhkumlara cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın islah onların olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, eləcə də c əzalarını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır.

38. Belə ki, Məhkum 1nun cəzasını yüngülləşdirən hallar olaraq ilk dəfə məhkum olunmasını, törətdiyi əməli səmimi etiraf edərək, əməlindən peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində 05 (beş) azyaşlı uşağının, eləcə də fəaliyyət qabiliyyəti olmayan əlil qardaşının və işləməyən arvadının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb, ona təqsirli bilindiyi maddələrin sanksiyasının orta həddində azadlıqdan məhrum etmə cəzaları təyin etmiş, həmin cəzaları cinayətlərin məcmusu qaydasında qismən toplamaqla qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

39. Məhkum 2nun cəzasını yüngülləşdirən hallar olaraq ilk dəfə məhkum olunmasını, yaşa dığı yer üzrə müsbət xarakterizə olunması, himayəsində 01 (bir) azyaşlı və 01 (bir) yetkinlik yaşına çatmayan uşağının və işləməyən arvadının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasının orta həddində 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

40. Bununla da hər bir məhkum barəsində cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət edilmişdir.

41. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni əsaslarla təsdiqlənmişdir.

42. Aşağı instansiya məhkəmələrinin məhkumlara cəza təyin edilməsinə dair mövqeyi ilə razılaşan məhkəmə kollegiyası onlar barəsində daha yüngül cəzanın təyin e dilməsi üçün əsas müəyyən etmir.

43. Yekunlaşaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, baxılan kassasiya müraciətlərində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin son qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə və formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya müraciətlərində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisəsi edilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.

44. Belə nəticəyə gələn məhkəmə kollegiya sı onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkumlara müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

45. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilmə si üçün əsasların olmadığını göstərir.

46. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, Məhkum 1, Məhkum 2 və müdafiəçisi Babayev Bəxtiyar Rəhim oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-886/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum 1, Məhkum 2 və müdafiəçisi Babayev Bəxtiyar Rəhim oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-886/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixl i qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar