Məhkəmə qərarları › İş №1(102)-634/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-634/2020

04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-634/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X11, Məhkum1 və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Məmmədov Yunis Məhəmməd oğlunun, Məhkum2 müdafiəçisi, Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili Kantayev Nurəddin Mahama oğlunun iştirakları ilə xx xxxxxx 1989-cu ildə Bakı şəhərində a nadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.3-cü maddəsi ilə, xx xxxxxx 1986-cı ildə Beyləqan rayonu, Bahar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan qeydiyyatda olan və ünvan 1 yaşamış, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum1 və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Məmmədov Yunis Məhəmməd oğlu, Məhkum2 müdafiəçisi, Bak ı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili Kantayev Nurəddin Mahama oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən (hakimlər: R.V.Salmanov (sədrlik edən), M.A.Bayramov və S.İ.Əliyev) Məhkum2 CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun xx xxxxxxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2017-ci il tarixə kimi həbsdə saxlandığı 2 gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 09 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzas ı saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2017-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkum1 CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2017-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum2 və onun müdafiəçisi, habelə Məhkum1 müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakiml ər: M.S.Hüseynov (sədrlik edən), H.H.Əhmədov və İ.M.Murquzov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum2 yol hərəkəti qaydalarını, yəni «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq ehtiyyatsızlıqdan X13, X15 və X4, yəni 3 nəfər şəxsin ölümünə, Zərərçəkmiş şəxs və Məhkum1 sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, təqsirləndirilən şəxs Məhkum2 xx xxxxxxxx 2017-ci il ildə, saat 09 radələrində texniki cəhətdən saz vəziyyətdə etibarnamə ilə idarə etdiyi «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus «MAN xüsusi» markalı, Az **-JZ-*** dövlət qeydiyyat nişanlı evakuatorla Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisindən keçən MaştağaZabrat yolunun 3.2-ci km-də Pirşağa istiqamətində hərəkətdə olarkən sola dönmə əməliyyatı apararaq geriyə dönmək üçün əks istiqamətli nəqliyyat axınlarını ayıran 1,3 üfiqi nişanlanma xəttini (qoşa bütov ağ xətti) kəsərək qarşı hərəkət zolağına çıxmamalı əks istiqamətdə hərəkət edən nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yaratmamalı olduğu halda, buna əməl etməmiş, yol hərəkəti qaydalarını, yəni «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub sola dönmə əməliyyatı aparmaqla geriyə dönmək üçün əks istiqamətli nəqliyyat axınlarını ayıran 1,3 üfiqi nişanlanma xəttini (qoşa bütöv ağ xətti) kəsərək qarşı hərəkət zolağına çıxmış əks istiqamətdə hər əkət edən Məhkum1 idarə etmiş olduğu «Mercedes-Benz E-200 minik» markalı, **-NF-*** dövlət nömrə nişanlı avtomobilin hərəkəti üçün təhlükə yaradıb həmin avtomobillə toqquşmaqla ehtiyyatsızlığından sonuncu avtomobildə olan sərnişinlər X5 ölümünə səbəb olmuş baş beyin maddəsinin və onurğa beyinin boyun şöbəsinin əzilməsi, kəllə tağı və əsası sümüklərinin İ-İİ boyunfəqərələrinin - yerini dəyişən qəlpəli sınıqları, sağ gicgah-ənsə və boyun-döş qəfəsi nahiyələrinin əzilmiş-cırılmış yaraları, alın sifət, boyun və döş qəfəsi nahiyələrinin sıyrıqları xəsarətləri, X8 ölümünə səbəb olmuş baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, alın sümüyünün açıq, xətti sınığı, burun və sol almacıq sümüklərinin açıq qəlpəli sınıqları, ağciyərin hematoması, baş beyinin və ağ ciyərlə rin beyinin ödemi, başın, sifətin, gövdənin və sol yuxarı ətrafin əzilmiş-cırılmış yaraları, hematoma və qançırları xəsarətləri, X4 ölümünə səbəb olmuş baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, sağ tərəfli subdural hematoma, kəllə tağı və əsası sümüklərinin, burun, hər iki almacıq və hər iki əng sümüklərinin yerini dəyişən çoxqəlpəli sınıqları, sol göz almasının əzilmiş-çırılmış yarası, hər iki göz yuvası ətrafi nahiyənin hematoması, sağ almacıq-yanaq nahiyəsinin, burun nahiyəsinin əzilmiş çırılmış yaraları, boyun nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin, sağ mil bilək oynağının və sağ əlin sıyrıqları, döş qəfəsinin yumşaq toxumalarına, ağ ciyərlərə və köklərinə qansızma, sağ tərəfli pnevmotoraks xəsarətləri, Zərərçəkmiş şəxs baş beyinin ağır dərəcəli əzi lməsinə və diffuz beyin ödeminə səbəb olan alın sümüyünün kəllə əsasına keçən sınığı, hər iki almacıq, əng və burun sümüklərinin qəlpəli sınıqları, sifət nahiyəsinin hematoması, sol gözün ağlı qişasına qansızma, alın-burun, hər iki qaşüstü, sağ göz və alt çənə nahiyələrinin əzilmiş-cırılmış yaraları, sağ bazu və sağ said nahiyələrinin sıyrıqları ilə nəticələnmiş ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, Məhkum1 baş beyinin orta dərəcəli əzilməsi, sol tərəfli hemo-pnevmotoraks (döş boşluğuna sərbəst qan və havanın yığılması), sağ tərəfli hemotoraks (döş boşluğuna sərbəst qanın yığılması), sağ dirsək sümüyünün dirsək çıxıntısının çoxqəlpəli, qapalı sınığı, sağ almacıq sümüyünün yerini dəyişməyən qapalı sınığı, sağ gicgah nahiyəsinin əzilmiş yarası ilə nəticələnmiş ümu milikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirilməklə 3 (üç) nəfər şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs Məhkum1 yol hərəkəti qaydalarını, yəni «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsini pozaraq ehtiyyatsızlıqdan X13, X15 və X4, yəni 3 (üç) nəfər şəxsin ölümünə, Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, təqsirləndirilən şəxs Məhkum1 xx xxxxxxxx 2017-ci ildə, saat 09 radələrində etibarnamə ilə idarə etmiş olduğu X9 məxsus «Mercedes-Benz E-200 minik» markalı, **NF-*** dövlət nömrə nişanlı avtomobillə Zabrat-Pirşağa yolunun 3,2-ci km-də, Zabrat istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydalarını, yəni «Yol hərəkəti haqqında» Azərbayca n Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməmiş, dönmə əməliyyatı aparmaqla hərəkət yoluna çıxaraq hərəkəti üçün təhlükə yaratmış Məhkum2 etibarnamə ilə idarə etmiş olduğu «xxxx» MMC-yə məxsus, «MAN xüsusi» markalı, Az **JZ-*** dövlət qeydiyyat nişanlı evakuatorla toqquşmaqla onun ehtiyyatsızlığından avtomobilində olan sərnişinlər X5 ölümünə səbəb olmuş baş beyin maddəsinin və onurğa beyinin boyun şöbəsinin əzilməsi, kəllə tağı və əsası sümüklərinin İ-İİ boyun fəqərələrinin yerini dəyişən qəlpəli sınıqları, sağ gicgah-ənsə və boyun-döş qəfəsi nahiyələrinin əzilmişcırılmış yaralan, alın sifət, boyun və döş qəfəsi nahiyələrinin sıyrıqları xəsarətləri, X8 ölümünə səbəb olmuş baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, alın sümüyünün açıq, xətti sınığı, burun və sol almacıq sümüklərinin açıq qəlpəli sınıqları, ağciyərin hematoması, baş beyinin və ağ ciyərlərin beyinin ödemi, başın, sifətin, gövdənin və sol yuxan ətrafın əzilmiş-cırılmış yaraları, hematoma və qançırları xəsarətləri, X4 ölümünə səbəb olmuş baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, sağ tərəfli subdural hematoma, kəllə tağı və əsası sümüklərinin, burun, hər iki almacıq və hər iki əng sümüklərinin yerini dəyişən çoxqəlpəli sınıqları, sol göz almasının əzilmiş-çırılmış yarası, hər iki göz yuvası ətrafı nahiyənin hematoması, sağ almacıq-yanaq nahiyəsinin, burun nahiyəsin in əzilmiş çırılmış yaraları, boyun nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin, sağ mil bilək oynağının və sağ əlin sıyrıqları, döş qəfəsinin yumşaq toxumalarına, ağ ciyərlərə və köklərinə qansızma, sağ tərəfli pnevmotoraks xəsarətləri, Zərərçəkmiş şəxs baş beyinin ağır dərəcəli əzilməsinə və diffuz beyin ödeminə səbəb olan alın sümüyünün kəllə əsasına keçən sınığı, hər ikialmacıq, əng və burun sümüklərinin qəlpəli sınıqları, sifət nahiyəsinin hematoması, sol gözün ağlı qişasına qansızma, alın-burun, hər iki qaşüstü, sağ göz və alt çənə nahiyələrinin əzilmiş-cırılmış yaraları, sağ bazu və sağ said nahiyələrinin sıyrıqları ilə nəticələnmiş ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirilməklə 3 (üç) nəfər şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmi şdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 və onun müdafiəçisi Məmmədov Yunis Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum1 azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifləri qeyd edirlər ki, Məhkum1 tərəfindən baş vermiş yol nəqliyyat hadisəsinin səbəbi digər avtomobilin sürücüsü Məhkum2 tərəfindən edilən qanunsuz hərəkət olmuşdur. Məhkum1 baş vermiş yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanının olmaması qənaətində olsa da, ekspertlər həmin hadisədə onu da təqsirli hesab etmişlər. Məhkum1 həmçinin hesab edir ki, məhkəmə ona cəza təyin edərkən işdə olan yüngülləşdirici halları nəzərə almaqla ona yüngül cəza təyin edə bilərdi. Belə ki, məhkəmələr Məhkum1 ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını, valideynləri tərəfindən hadisə vaxtı vəfat etmiş şəxslərin qohumlarına maddi və mənəvi kömək göstərilməsi faktına düzgün hüquqi qiymət verməmişlər. Məhkum2 müdafiəçisi Kantayev Nurəddin Mahama oğlu tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum2 CM-nin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cəzanın təyin olunması və cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, birinci instansiya məhkəməsində dindirilmiş Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxslərin hüquqi varisləri təqsirləndirilən şəxs Məhkum2 qarşı şikayətlərinin olmadığını bildirmişlər. Həmin şəxslərin hal-hazırda da Məhkum2 qarşı heç bir şikayətlərinin olmamasına dair ərizələri kassasiya şikayətinə əlavə edilmişdir. Məhkəmələr Məhkum2 cəza təyin edərkən cəzanı ağırlaşdıran halların olmamasını, onun ilk dəfə məhkum olmasını, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qeyd etsə də, maddənin sanksiyasında nəzərdə tutulan maksimum həddə cəza təyin etməklə açıq aşkar ağır cəza təyin etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçilər N.Kantayev və Y.Məmmədovun, Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi və Məhkum1 və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi Xun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən Məhkum1 və onun müdafiəçisi Y.Məmmədov tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Məhkum2 müdafiəçisi N.Kantayev tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq m əsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum1 və onun müdafiəçisi Y.Məmmədovun kassasiya şikayətlərində qeyd edilir ki, məhkəmələr tərəfindən kifayət qədər araşdırılma aparılmadan Məhkum1 CM-nin 263.3cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş, həmçinin ona sərt cəza təyin edilmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququn un məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş hallar ın məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X21rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir hald a məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum1 əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, məhkumların özlərinin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokol larla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkə mə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum1 tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həm in sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Məhkum1 CM-nin 263.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxslərin hüquqi varisləri X22, X23 və X10 ifadələri, şahid qismində dindirilmiş X6 və X3 ifadələri, “ifadənin yerində yoxlanması haqqında” xx xxxxxxxx 2017-ci il tarixli protokol, Məhkəmə Ekspertiza Mərkəzinin “yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası” barədə xx xxxxxxxx 2017-ci il tarixli, 22718 nömrəli ekspert rəyi, Məhkəmə Ekspertiza Mərkəzinin “yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası” barədə xx xxxxxx 2017-ci il tarixli, 25857 nömrəli ekspert rəyi, “sübutların qiymətləndirilməsi barədə” xx xxx xxx 2017-ci il tarixli qərar və iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərlə tam sübuta yetirilmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013- cü il tarixli qərarında həmçinin qeyd edilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. “X12rşı iş üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçir ilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və v ətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkum еdilmiş şəхs Məhkum1 cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəmə sinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olund uğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarı n şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqs irkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 barəsində cəza təyin olunarkən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, himayəsində 2 azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ziyanın azaldılması ilə bağlı digər hərəkətlərin edilməsi cəzasını yüngülləşdirən hallar kimi və əməlində cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiy ası Məhkum1 barəsində daha yüngül cəzanın təyin edilməsini və onun cəza çəkmədən islah olunmasını məqsədə müvafiq hesab etmir. Məhkum2 müdafiəçisi N.Kantayev tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona görə də məhkəmə kollegiyası Məhkum2 təqsirliliyi ilə əlaqədar sübutların şərhinə ehtiyac görməyərək qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum2 CM-in 263.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübut ların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum2 cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum2 cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üz rə bir sıra xüsusatları nəzərə almayaraq məhkuma törətdiyi əmələ görə ağır cəza təyin etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habel ə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Belə ki, iş materiallarından görünür ki, Məhkum2 törətdiy i cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurduğu ziyanın bir hissəsini ödəmişdir, həmçinin onun himayəsində azyaşlı övladı vardır, ilk dəfə məhkum olunur və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxslərin hüquqi varisləri X22, X23 və X16 göstərmişlər ki, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin hüquqi varisləri Məhkum2lə barışmışlar və ona qarşı heç bir şikayətləri, iddiaları və tələbləri yoxdur. CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitəl ərinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - cinayət məsuliyyətinə səbəb olur. CM-nin 263.3-cü maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha cox şəxsin ölümünə səbəb olduqda— beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Məhkum2 cəza təyin edərkən onun cəzasını yüngülləşdirən yuxarıda sadalanmış yüngülləşdirici halları nəzərə almamış və ona CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş ən yüksək həddə cəza təyin etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən Məhkum2 təyin olunmuş cəzanın yüngülləşdirilməsini və ona təyin edilmiş 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək, 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası həmçinin Məhkum2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinin tələblərinə müvafiq olaraq Məhkum2 cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəndə çəkməsi müəyyən edilmişdir. Belə ki, CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş i ldən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün – məntəqə tipli cəzaçəkmə müəssisəndə cəzalarının çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli qərarında göstərilir ki, cəzanın tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin ed ilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassa siya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum1 və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Məmmədov Yunis Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 müdafiəçisi Kantayev Nurəddin Mahama oğlu tərəfindən verilmiş kasassiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci tarixli qərarı Məhkum2 aid hissədə dəyişdirilsin. Məhkum2 Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəz ası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən onun xx xxxxxxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2017-ci il tarixə kimi həbsdə saxlandığı 2 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar