Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-634/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 və Məhkum iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 182.2.2 maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X.A.Nuriyev (sədrlik edən və məruzəçi), N.F.Quliyev və A.Ə.Musayevdən ibarət tərkibdə) 29 iyul 2020-ci il tarixli hökmü ilə 01 dekabr 1958-ci ildə Qazax rayonu Eynallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, “dogruxeber.com” informasiya agentliyinin baş redaktoru işləyən, ünvan 1 ünvanda yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 22 fevral 2020-ci il tarixdən hesablanmaqla 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: X6 (sədrlik edən), X5 və X7 ibarət tərkibdə) məhkum və müdafiəçisi X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2020-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci mad dəsi tətbiq edilməklə 2 (iki) il 6 (altı) ay müddətinədək azaldılmış, cəzaçəkmə müddətinin əvvəlinin 22 fevral 2020ci il tarixdən hesablanması nəzərə alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək qərarına gələrək bu məqsədlə 25 iyul 2019-cu il tarixdə saat 08 radələrində Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus asfalt istehsalı zavodunun ərazisinə gələrək orada özünü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçisi kimi təqdim edib, zavodun işçilərinin yanında zavodun mexaniki X2 həmin müəssisənin düzgün işləmədiyini, borulardan qatı tüstü çıxdığını, bununla bağlı şəkillər çəkdiyini, çəkdiyi şəkilləri və topladığı sənəd ləri yuxarı orqanlara göndərəcəyini bildirərək, onları rüsvay və ifşa edəcəyi ilə hədələyib bunu etməməsi müqabilində ondan pul tələb edərək X1 50 manat məbləğində pulu almaqla özgənin əmlakı olan həmin məbləğdə pul vəsaitini hədə-qorxu ilə tələb edib ələ keçirmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını hədə-qorxu ilə tələb etmə qərarına gələrək bu məqsədlə, 08 avqust 2019-cu il tarixdə saat 08 radələrində Hacıqabul rayonu, Muğan qəsəbsəində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus asfalt istehsalı zavodunun ərazisinə gələrək orada özünü jurnalist kimi təqdim edib çəkiliş apararaq zavodun işçilərinin yanında zavodda nəzarətçi işləyən X10 həmin müəssisənin qanunsuz fəaliyyət göstərdiyini, borulardan qatı tüstü çıxdığını, bununla bağlı çəkdiyi şəkillər i, zavodun mənafeyinə xələl gətirən və qanunsuz fəaliyyətini ifşa edən məlumatları yayacağı ilə hədələyib bunu etməməsi müqabilində X9 özgənin əmlakı olan 1000 (bir min) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Kassasiya protestinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı Əli oğlu kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulmayan halları əsassız olaraq cəzanı yüngülləşdir ən hal kimi qəbul etmiş və nəticədə ona törədilmiş cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmayan yüngül cəza növü təyin etmişdir. Apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxlamaqla əsassız nəticəyə gəlmişdir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum apelyasiya məhkəməsi tərəfindən cəza təyin edilərkən cinayət qanununun qeyd olunan normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Məhkum şəxsiyyətinə əhəmiyyət verilməmiş, apelyasiya instansiyası məhkəməsi cəza təyin edərkən göstərilən cinayətin yüksək ictimai təhlükə lilik dərəcəsini nəzərə almamış, həmçinin cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, təkrarən özgənin əmlakı olan pul vəsaitini hədə-qorxu ilə tələb etmə və ələ keçirmə cinayətini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməli başa çatmış olmaqla ağır cinayətlər kateqoriyasına aid olan Məhkum əsassız olaraq CM-nin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi CM-nin 182.2.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza - 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Göründüyü kimi, Məhkum mülkiyyətin toxunulmazlığını, eləcə də şəxsiyyətin sağlamlığı, habelə şərəf və ləyaqətinin toxunulmazlığını təmin edən ictimai münasibətlərə ziyan vuraraq CM-nin 182.2.2-ci maddəsində nəzərdə tutulan, ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törətmişdir. Bütün bunlar, eləcə də baş vermiş nəticənin ağırlığı, törətmiş olduğu cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə məhkumun şəxsiyyəti və əsasən də onun cinayətin törədilməsində rolu ona maddənin sanksiyasında nəzərdə tutulan cəzanın təyin edilməsini şərtləndirən amillərdir. Lakin, məhkəmə ha zırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Məhkum törətdiyi əməlin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmə bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Hazırkı işdə isə məhkəmə Məhkum barəsində CM-nin 62-ci maddəsini tətbiq edərkən hansı halların əməlin ictimai təhlükəliliyini azaltdığını qeyd etməmiş, həmin halların cəza təyini zamanı müstəsna əhəmiyyətini göstərməmiş, heç bir əsaslandırma aparmamışdır. Məhkəmə nəzərə almamışdır ki, Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsini mümkün edən, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə ba ğlı müstəsna hal mövcud olmamış, Məhkum törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan heç bir halın mövcud olmamasına baxmayaraq, məhkəmə onun barəsində CM-nin 62-ci maddəsini tətbiq etmiş, həmin maddənin tətbiq edilməsini mümkün edən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və Məhkum şəxsiyyəti ilə bağlı məhz hansı hallara istinad etdiyini, hansı səbəbdən bu halları təklikdə və məcmu halında müstəsna hesab etdiyini qərarda əsaslandırmamışdır. Bundan başqa, məhkəmənin Məhkum zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qəbul etməsi də əsassız olmuşdur. Belə ki, məhkəmə Məhkum zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alarkən və həmin halı nəzərə almaqla barəsində CM-in 62-ci maddəsini tətbiq edərkən nəzərə almamışdır ki, Məhkum ağır cinayətlər kateqoriyasına aid cinayət törətməklə könüllü olaraq deyil, yalnız cinayət məsuliyyətinə cəlb ediləcəyini dərk edib ona təyin ediləcək cəza təhdidi altında zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi CMnin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal kimi CM-nin 62-ci maddəsinin tətbiqini deyil, CM-nin 60-cı maddəsinin tətbiqini şərtləndirir. Bundan başqa, məhkəmə kollegiyası tərəfindən yuxarıda qeyd olunan, cinayət qanununda nəzərdə tutulmamış hallar cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınarkən CM-nin 59.2-ci maddəsinin tələbi pozularaq qeyd o lunanlar cəzanı yüngülləşdirən hal kimi sadəcə göstərilməklə kifayətlənilmiş, həmin xüsusatların nə ilə sübut olunması, nəyə görə bu halların cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması və belə bir nəticəyə gəlinməsinin səbəbləri, həmin halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivləri məhkəmə qərarının təsviri- əsaslandırıcı hissəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göründüyü kimi, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası yekun qərar qəbul edərkən və məhkum edilmiş şəxs Məhkum CM-nin 62-ci maddəsini tətbiq edərək aşağı həddə cəza təyin edərkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onun nəticəsi, törədilməsi halı, şəraiti, məqsədi və motivi, Məhkum şəxsiyyəti, cinayətin törədilməsi zamanı davranışını nəzərə almamaqla ona açıq- aydın ədalətsiz cəza təyin etmiş, bu zaman cəza təyin etmə barədə CM-nin 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərinə əməl etməmiş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyyələri nəzərə almamış, cəzanı yüngülləşdirən halları düzgün müəyyən etməmiş, habelə cəza təyin edilərkən cinayət qanunu normaları düzgün tətbiq edilməmiş, nəticədə məhkum edilmiş şəxs Məhkum münasibətdə CM-nin 62-ci maddəsinin tətbiqi əsassız olmuşdur. Dövlət ittihamçısı qeyd olunanların nəzərə alınmasını, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 13 noyabr 2020-ci il tarixli qərarı cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin olunmaması barədə məhkumun çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya i nstansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kif ayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya protestində məhkuma təyin olunmuş cəzanın yüngül olması ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, kassasiya protestinin dəlilləri əsassızdır, təmin e dilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cə za təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkr et hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. İş materiallarından görünür ki, Apellyasiya instansiya məhkəməsi cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, Məhkum 2-ci qrup Çernobl əlili olması, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmaması, birinci epizodla bağlı zərərin cüzi olması və tam ödənilməsi, onun ilk məhkumluğu kimi halları cinayət qanununa edilmiş yuxarıda göstərilmiş mütərəqqi dəyişikliklər fonunda nəzərdən keçirərək hesab edir ki, şikayətdə qeyd edilənlər və apelyasiya baxışı zamanı Məhkum göstərdikləri Məhkum apelyasiya şikayətində xahiş edildiyi kimi şərti cəza verilməsinə əsas verməsə də, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı hədən də aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır işin faktiki hallarına uyğundur. Apellyasiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunma sına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-634/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-634/2021
22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver