Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-634/2023 21.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü ilə (sədrlik edən: S.İ.Əliyev, hakimlər S.S.Hüseynov və Z.Q.Ağayev) xx xxxxxxxx 1977-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cə zası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu - 11 mart 2022-ci il tarixdən hesablanmış, narkomaniyadan məcburi müalicə təyin edilməklə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 21 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərar ından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə külli miqdarda, təmiz çəkisi 2,463 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 0,208 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi İlə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 11 mart 2022-ci il tarixdə saat 08:30 radələrində ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81B ünvanınd a yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş və şöbədə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “DavidofT markalı siqaret qutusunun içərisindən bir ədəd ağ rəngli sellofana bükülmüş külli miqdarda, təmiz çəkisi 2,463 qram ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,208 qram qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmələr işin faktiki hallarına uyğun olmayan, qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 11 mart 2022-ci il tarixli, 6/1430 saylı rəyindən görünür ki, təqdiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün № 164 dairəvi möhür əksi “1.Şübhəli şəxs imza Məhkum...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0, 208 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 2,463 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələr i təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətin yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onlarır hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarına söykənərək qeyd edilməlidir ki, Məhkum narkotik vasitə heroini və psixotrop maddə metamfetamini cibinə qoyaraq tutulma təhlükəsini dərk etdiyi halda küçəyə çıxması, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində gəzdirməsi, psixotrop maddə metamfetamini şəxsi islehlak miqdarından 16 dəfə artıq miqdarda əldə etməsi, eyni vaxtda həm narkotik vasitə, həm də psixotrop maddəni üzərində saxlayaraq daşıması faktları əməlin tövsifi zamanı məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Qeyd edilənlər Məhkum tərəfindən narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə etməsini sübut edən amillərdəndir. Beləliklə, cinayət işinin ibtidai istintaqı zamanı əldə edilmiş və məhkəmə baxışı zamanı da tədqiq olunmuş yuxarıda şərh olunan sübutlarla Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Lakin, buna baxmayaraq məhkəmə işin fa ktiki hallarına uyğun olmayan, özünün mülahizələrinə əsaslanan dəlillər gətirməklə Məhkum əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinın təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kol legiyasının 21 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən a zından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərar ın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllə nin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 -ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxs ə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifəl ərini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrini əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapmamış, onun cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş və işə baxan birinci instansiya məhkəməsi məhkəmə baxışı zamanı iş materiallarında olan sübutların məcmusuna əsasən Məhkum qeyd olunan narkotik vasitələrini satış məqsədilə əldə etmədiyi qənaətinə gələrək onun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təh lil edib belə qənaətə gəlir ki, məhkəmələrin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən ola n işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarına əsasən həqiqətən məhkumun üzərində aşkar olunmuş narkotik vasitələri satış niyyəti ilə əldə edib saxlamasını və daşımasını, narkotik vasitənin satışı üçün istehlakçı ilə razılaşmalarının olmasını, xüsusi avadanlığın olmasını təsdiq edən və ya həmin xüsusatlar barədə məlumatları əks etdirən hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarı na əsasən təqsirləndirilən şəxsin əməlində satış məqsədinin müəyyən olunması üçün narkotik vasitələrin miqdarı mütləq şərtdir. Yəni belə halda narkotik vasitənin miqdarı çox olmalıdır. Belə ki, Məhkum üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddə iki ədəd ayrı-ayrı bükümdə saxlanılması sonuncunun həmin narkotik vasitəsini satmaq niyyətində olmasını müəyyən edən hal kimi qəbul olunmuş, lakin məhkumun istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar əldə edilməmiş, narkotik vasitənin və ya psixotrop maddənin hazırlanması üçün avadanlıq aşkar edilməmişdir. Dövlət ittihamçısının kassasiya protestində təqsirləndirilən şəxsin özünü ibtidai araşdırma dövründə təqsirli bilərək ifadə vermiş olmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş mate riallarında olan “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ifadənin başlanğıcında şəxsin özünü ittihamda təqsirli bilməsi qeyd edilsə də, ifadənin məzmununda Məhkum faktiki olaraq özünü yalnız qanunsuz olaraq dövriyyəsi qadağan olunmuş, üzərindən aşkar edilmiş vasitəni şəxsi istifadəsi üçün almaqda təqsirli bilmişdir. İş üzrə dindirilmiş şahidlərdən də heç biri Məhkum narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı məlumat verməmişlər. Onlar müstəsna olaraq Məhkum yuxarıda qeyd olunan narkotik vasitənin və psixotrop maddənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Hansı ki, kassasiya protestində qeyd edilən protokol və videogörüntüdən də Məh kum xx.xx.2022-ci il tarixdə şəxsi istifadəsi üçün Ceyhun adlı şəxsdən 15 manat müqabilində aldığını bildirdiyi aşkar görünür. Kassasiya protestinin Məhkum üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından 16 dəfə çox olmasının, heroinin də şəxsi istehlak miqdarından artıq çəkidə olunmasının Məhkum narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət etməsi barədə dəlilinin əsassız olduğu da xüsusilə vurğulanmalıdır. İşə baxan birinci instansiya məhkəməsi məhkəmə baxışı zamanı yuxarıda göstərilən sübutların məcmusuna əsasən Məhkum qeyd olunan narkotik vasitələrini və psixotrop maddələrini satış məqsədilə əldə etmədiyi qənaətinə gələrək məhkumun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkumun satış məqsədilə istehlakçılarla razılığa gəlməsi, həmçinin narkotik vasitənin hazırlanması üçün avadanlığın olması barədə hər hansı bir sübut aşkar edilməmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən Cabir Hüseynovun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə pr edmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyi ldir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarı kassasiya pro
Məhkəmə qərarları › İş №1(102)-634/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-634/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver