Məhkəmə qərarları › İş №1(102)-634/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-634/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-634/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1435/2 023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1987-ci il tarixdə Göyçay rayonunun Yalman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, x2ndə qeydiyyatda olmaqla yaşamışdır. 2. 30 aprel 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 144.2.3, 144.2.6, 180.2.1, 180.2.4, 182.3.2 və 228.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 20 may 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə zərərçəkmiş şəxsin külli miqdarda əmlakını hədəqorxu ilə tələb edib ələ keçirmək üçün tamah məqsədilə adam oğurluğu və soyğunçuluq kimi cinayətləri törətmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 2-ci Qarabağ müharibəsindən qayıdarkən özü ilə 02 ədəd “F-1” tipli əl qumbarası gətirdiyini və həmin qumbaraları satmaq üçün müştəri axtardığını öy rəndikdən sonra bu barədə tanışı Məhkum, sonuncu öz növbəsində Təqsirləndirilən şəxs2, o isə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məlumat vermiş, aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 və Məhkum Zərərçəkmiş şəxs1 aldadaraq onda olan 02 ədəd “F-1” tipli əl qumbarası üçün tanışları Təqsirləndirilən şəxs2 müştəri tapdığını və həmin müştərilərlə görüşmək üçün Bakı şəhərinə getməli olduqlarını bildirmiş, cinayətkar plana əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 və Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1la birlikdə sonuncunun özü ilə götürdüyü bir ədəd polietilen torbada zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı 02 ədəd F-1 tipli əl qumbarasının gövdəsi və F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısı olan 02 ədəd “UZRQM” tipli partlayıcı olmaqla, ikisi birlikdə zavod üsulu ilə istehsal olunmuş MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunan təyinatı üzrə istifadəsi üçün yararlı döyüş sursatını 24 iyul 2021-ci il tarixdə, saat 22 radələrində qanunsuz olaraq əldə edib Şahid2 məxsus “VAZ-2107” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonu Ləkçıplaq kəndindən Bakı şəhəri, Zabrat qəsəbəsinə, oradan Təqsirləndirilən şəxs2la görüşdükdən sonra sonuncunun dəvəti ilə qohumu X1 məxsus ünvan 1 ünvanına qədər daşımış, həmin ünvanda zərərçəkmiş Zərərçəkmiş şəxs1 özü ilə gətirdiyi bir ədəd polietilen torbada qeyd olunan 02 ədəd “F-1” tipli əl qumbarası və 02 ədəd “UZRQM” tipli partlayıcını satmaq üçün təqdim etdikdən sonra 25 iyul 2021-ci il tarixdə, saat 02 radələrində əvvəlcədən ar alarında olmuş vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 özlərini hüquqmühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək əvvəlcədən hazırlanmış plana əsasən Zərərçəkmiş şəxs1 qanunsuz olaraq döyüş sursatı əldə etməsini bəhanə edib əllərini iplə bağlayaraq hər üçü Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə sillə və təpiklə vurub onun həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə üzərində olan 350 (üç yüz əlli) manat pulu açıq talamış, qrupun digər üzvləri Təqsirləndirilən şəxs1 və Məhkum cinayətdə iştirakını gizlətmək məqsədi ilə şübhə yaranmaması üçün yalandan onları Zərərçəkmiş şəxs1la birlikdə həbs etdiklərini bildirərək Təqsirləndirilən şəxs1 və Məhkum evin digər otağına, Zərərçəkmiş şəxs1 isə başqa bir otaqda faktiki olduğu Göyçay rayonundan Bakı şəhərinə aldatma üsulu ilə gətirib iradəsinə zidd şəkildə saxlayaraq sonuncuya qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq və tamah məqsədilə adam oğurluğu cinayətini törətmiş, daha sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hər üçü Zərərçəkmiş şəxs1 şəxsiyyəti üzərində zor tətbiq etməyə davam edərək həbs edəcəkləri hədəsi ilə sonuncunun atası Zərərçəkmiş şəxs2 ilə telefon vasitəsilə əlaqə saxlayıb özlərinin guya hüquq-mühafizə orqanlarının əməkdaşı olduqlarını, Zərərçəkmiş şəxs1 qanunsuz olaraq döyüş sursatı əldə etdiyinə görə həbs edildiyini bildirib sonuncunun həbsdən azad edilməsi üçün ondan külli miqdarda, yəni həmin dövrün m əzənnəsi ilə 51.000 manat təşkil edən 30.000 ABŞ dolları məbləğində pul verməsini hədə-qorxu ilə tələb edib sonradan 30.000 manat pula razılaşaraq həmin pulu İslam Bayramovun məsləhəti ilə ünvan 2 ünvanında yerləşən “Telefon Evi” mağazasına aparıb qoymasını tələb etmiş, həmin pulun qeyd olunan yerə qoyulduğunu bildikdən sonra soyğunçuluq yolu ilə Zərərçəkmiş şəxs1 əldə etdikləri 350 manat məbləğində pulu öz aralarında böldükdən sonra 25 iyul 2021-ci il tarixdə saat 12 radələrində “Telefon evi” mağazasından 30.000 manat məbləğində pul vəsaitini Məhkum sifarişi ilə taksi sürücüsü Şahid1 vasitəsilə ələ keçirib aralarında böldükdən sonra Zərərçəkmiş şəxs1 sərbəst buraxılaraq sonuncuya qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə t ələb etmə cinayətini törətmişlər.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1075/2022 nömrəli, 05 noyabr 2022ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.6, 180.2.1, 180.2.4, 182.3.2 və 228.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 144.2.3, 144.2.6-cı maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 182.3.2-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikasının CM-nin 228.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərba ycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 11 (on bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.6, 180.2.1, 180.2.4, 182.3.2 və 228.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.6, 180.2.1, 180.2.4 və 182.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-345/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1075/2022 nömrəli, 05 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, apellyasiya şikayəti ilə müraciət etməmiş Məhkum Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.6, 180.2.1, 180.2.4, 182.3.2 və 228.2.1-ci maddələri ilə təyin edilmiş qəti cəzanın müddətinin 11 (on bir) ilə endirilməsi, hökmün apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanıl ması qərara alınmışdır.

9. Daha sonra Məhkum özü hökmdən apellyasiya şikayəti verərək, hökmün ləğv olunmasını, əməlinin Azərbaycan Respublikası CM-nin 307-ci maddəsinə tövsif edilməklə, barəsində ədalətli cəza təyin olunmasını xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1435/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1075/2022 nömrəli, 05 noyabr 2022-ci il tarixli hökmü Məhkum apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

12. Kassasiya şikayətində Məhkum törətdiyi cinayət əməlini n səhv tövsif edildiyini və ona ağır cəza təyin edildiyini iddia etməklə, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, əməlinin Azərbaycan Respublikası CM-nin 307-ci maddəsinə tövsif edilməsi və cəzasını yüngülləşdirən halları nəzərə almaqla ona yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməs i məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Məhkum kassasiya şikayətində törətdiyi cinayət əməlinin səhv tövsif edildiyini və ona təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas lar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

19. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1435/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiq i proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

24. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

25. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar hazırda mübahisələndirilən qərarda apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 307-ci maddəsinə tövsif edilə bilməz, onun bu barədə irəli sürdüyü dəlillər subyektiv mülahizələr üzərində qurulmaqla cinayət məsuliyyətini və cəzasını yüngülləşdirmək cəhdinə yönəlir, məhz Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.6, 180.2.1, 180.2.4, 182.3.2 və 228.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri özünün və digər məhkum edilmiş şəxslərin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və işdə olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir. 26.Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun apellyasiya şikayətində irəli sürdüyü dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına və Azərbaycan Respublikası C PM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

27. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmələrin bu məsələyə aid mövqeyi ilə də razılaşır və hesab edir ki, onların həmin hissədə qəbul etdiyi qərar müvafiq maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.

28. Belə ki, məhkəmələr Məhkum cəza təyin edərkən törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini səci yyələndirən və cəzasını yüngülləşdirən halların olmasını, eyni zamanda cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.6, 180.2.1, 180.2.4, 182.3.2 və 228.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza müddəti seçməklə cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.

29. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

30. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müda fiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

31. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

32. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, y əni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

33. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1435/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1435/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar