Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-635/2019 07.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəağa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 yanvar 2019-cu il tarixli qəra rından zərərçəkmiş şəxs hüquqi varisi X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin (hakim V.Sadıqov) 31 oktyabr 2018-ci il tarixli hökmü ilə xx xxxx 1974-cü il tarixdə Qəbələ rayonunun Çuxur Qəbələ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, Qəbələ rayonunun Çuxur Qəbələ kəndində qeydiyyatda olan və yaşamış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə səhiyyə orqanlarında müəyyən vəzifə tutma və ya tibbi fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməs inin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Sumqayıt Şəhər İcraiyyə Komitəsinin Mədəniyyət şöbəsinin 4 saylı şəhər klubu nəzdində tibb bacısı kursunu bitirdiyinə görə verilmiş 25 iyun 1992-ci il tarixli *** nömrəli şəhadətnamə əsasında Qəbələ rayonunun Çuxur Qəbələ kəndində qeyri-rəsmi tibb bacısı fəaliyyəti ilə məşğul olarkən, 06 aprel 2018-ci il tarixdən həmin kənd sakini Zərərçəkmiş şəxs boğazında olan “zob” xəstəliyinin müalicəsi ilə əlaqədar özəl tibb fəaliyyəti üçün xüsusi lisenziya almadan xalq təbabəti ilə məşğul olan ünvan 1 ünvanında yaşayan X5 12 günlük müalicə üçün, yəni gündə bir dəfə iynə ilə 7 qram 4 faizlik sodalı natriohidrokarbonat dərmanını damarına vurmaq və gündəlik 100 qramlıq suya 5-6 d amcı neft qatmaqla boğaz nahiyəsinə sürtmək üçün xəstəyə təqdim etdiyi 2 ədəd, içərilərində ağ neft və natriohidrokarbonat dərman məhlulu olan flakonlardakı məhlullardan iynə ilə götürüb özbaşına apardığı müalicənin sonuncu günü, yəni 18 aprel 2018-ci ildə, saat 15:30 radələrində Çuxur Qəbələ kəndində Zərərçəkmiş şəxs yaşadığı evdə, sonuncunun damarına vurarkən natriohidrokarbonat dərmanından istifadə etməli olduğunu yoxlamadan, öz hərəkətlərinin ictimai təhlükəli nəticələr verə biləcəyi, yəni şəxsin ölməsinə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, görməmiş və cinayətkarcasına etinasızlığı nəticəsində 2 ədəd 100 milliqramlıq oxşar flakonlardakı ağ neft və dərman məhlulunu səhv salaraq, 01 ədəd 5 milliqramlıq iynəyə n atriohidrokarbonat dərman məhlulu əvəzinə ağ neft doldurub, Zərərçəkmiş şəxs damarına vuraraq, sonuncunun neft məhlulu ilə zəhərlənməsi fonunda inkişaf edən ağ ciyərlərin irinli pnevmoniyası (nekroz ocaqları) ilə nəticələnən ölümünə səbəb olmaqla, Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan öldürmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər R.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət tərkibdə 04 yanvar 2019-cu il tarixli qərarı ilə Qəbələ Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi X4 verdiyi kassasiya şikayətində xahiş edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 yanvar 2019-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına qaytarılsın. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxsin hüquqi varisi X4 onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Apellyasiya instansiya məhkəməsi onun şikayətini tam araşdırmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 yanvar 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili həm ibtidai istintaq, həm birinci instansiya və həm də apellyasiya instansiyası məhkəmələri tərəfində n müvafiq hökm və qərar qəbul edilərkən, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, sübutların tədqiq edilməməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsinin mənasına görə ehtiyatsızlıqdan adam öldürmə, yəni, təqsirləndirilən şəxsin səriştəsizliyi, diqqətsizliyi nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olan hərəkət edilməsi başa düşülür. Məhkum Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittihamda tam təqsirli bilməsə də onun həmin cinayət əməlini törətməsi özünün verdiyi ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizalarını n rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin 22.04.2018-ci il tarixli 055 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin üzərində hər iki dirsək damarları üzərində müxtəlif vaxtlara uyğun gələn iynələrə məxsus izlərdən (dəliklərdən) başqa hər hansı bir xəsarət aşkar edilməmiş, Zərərçəkmiş şəxs ölümünə səbəb neft məhsulları ilə zəhərlənmə fonunda inkişaf edən ağ ciyərlərin irinli pnevmaniyası (nekroz ocaqları) olmuşdur. Onun ölümü ilkin meyit əlamətərinin inkişaf səviyyəsinə və tibbi sənədlərdə qeyd olunanlara əsasən 22 aprel 2018-ci il tarixdə saat 19:00-da baş vermişdir. Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə ölməsi mümkündür. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatları nəticəsində spirtli içki, narkotik, psixotrop və digər güclü təsir edici maddələr aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin 07.06.2018-ci il tarixli 391/2018-MTBŞ nömrəli rəyindən görünür ki, maddi sübutların məhkəmə-tibbi tədqiqinə əsasən 1) Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O (İ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). 2) Ekspertizaya təqdim edilmiş 05 ədəd 10 ml qramlıq şprislər üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu q an ləkələri O alfa, beta (İ) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. 3) Ekspertizaya təqdim edilmiş 2-ci qutuya qablaşdırılmış 05 ml qramlıq şprisin üzərində qan, 1-ci qutuya qablaşdırılmış 05 ml qramlıq şprisin və 2-ci qutuya qablaşdırılmış 10 ml qramlıq şpris üzərində isə şübhəli ləkələr aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin 14.06.2018-ci il tarixli 1318/K nömrəli rəyindən görünür ki, təqdim edilmiş şprislərin, o, cümlədən flakonların tərkibindəki mayenin tərkibində məhkəməkimyəvi tədqiqatına əsasən metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar, f osfor üzvi birləşmələri aşkar edilməmişdir. «Təqdim edilmiş şprislərin, o, cümlədən flakonların tərkibindəki maye nədir, hansı tərkibə malikdir?» sualına cavab olaraq bildirilmişdir ki, qarşılarına qoyulan suallar məhkəmə-kimya şöbəsinin ekspertinin səlahiyyətlərinə aid olmaması səbəbindən onların cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.07.2018-ci il tarixli 17848 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş boş vəziyətdə olan 08 ədəd plastik şprislərin və 02 ədəd 100 mlqramlıq, 01 ədəd 10 mlqramlıq rezin tıxaclı şüşə flakonların içərisində neft məhsullarının izləri vardır, digər 01 ədəd 100 mlqramlıq rezin tıxaclı şüşə flakonun içərisində olan 10 mlqramlıq məhlulun əsas kimyəvi tərkibi natrium hidro-ka rbonatdan və cüzi miqdarda neft məhlulundan (iz şəklində) ibarət qarışıqdır. Tədqiqata təqdim edilmiş 08 ədəd ucluqlu plastik şprislərin içərisində olan neft məhsulunun izləri ilə 04 ədəd şüşə flakonun içərisində olan neft məhlulunun izləri karbohidrogen tərkibə görə eynilik təşkil edir, lakin həmin izlər cüzi miqdarda olduğuna görə neft məhlulunun növünü müəyyən etmək mümkün olmamışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də ap ellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Bundan başqa, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almış və ittiham hökmündə qeyd olunanları əsaslandırmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə tövsif edilmişdir və həmin əməlin CM-in daha ağır cəza nəzərdə tutulan maddələrinə tövsif olunması üçün heç bir qanuni əsas yoxdur, hökm və qərar çıxarılarkən cinayət və cinayət prosessual qanunların tələblərinə riayət edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətlərin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. B eləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 yanvar 2019-cu il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarının zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum Təqsirləndirilən şəxs barəsindəki 04 yanvar 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsı
Məhkəmə qərarları › İş №1(102)-635/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-635/2019
07.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver