Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-635/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Faiq Qəniyev, hakimlər Mirzə Xankişiyev və İlham Mahmudov) 13 sentyabr 2021-ci il tarixli, 1(101)-1056/2021 nömrəli hökmü ilə 29 dekabr 1983-cü il tarixdə Abşeron rayonunun Stalçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən 320 saylı orta məktəb də müəllim işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1, 29,120.2.7 və 228.4-cü maddələri ilə təqsirli bilinib, CM-in 120.1-ci maddəsi ilə 9 (doqquz) il müddətinə, CM-in 29,120.2.7-ci maddəsi ilə 11 (on bir) il 3 (üç) ay müddətinə və CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplanılmaqla ona qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 08 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmiş, qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş və iki şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Belə ki, Məhkum 08 oktyabr 2020-ci il tarixdə saat 00:30 radələrində, yaşadığı Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki evində yatdığı vaxtda, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng edib onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söymüş, təhqiramiz ifadələr işlətmiş, aralarındakı münasibəti aydınlaşdırmaq üçün, Müşfiqabad qəsəbəsində yerləşən Mikayıl Müşfiq adına parkın yaxınlığında görüşmələrini təkid etdiyindən, bu yerə getməyə razılaşmış, danışıqdan sonra 2017-ci ildə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib gəzdirdiyi və yaşadığı evin mə tbəxində olan şkafda saxladığı, əldə düzəltmə üsulu ilə xəncər analoqu üzrə hazırlanmış soyuq silah hesab edilən bıçağı özü ilə götürüb həyətə düşərək saat 01:40 radələrində Mikayıl Müşfiq adına parkın yaxınlığına getmiş və küçədə Zərərçəkmiş şəxs1, sonuncu ilə gəlmiş Zərərçəkmiş şəxs2 və digərləri ilə görüşmüş, onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyülməsinə görə şəxsi münasibətlər zəminində aralarında yaranmış qarşılıqlı mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə vuraraq, sonuncuya sol qaşüstü nahiyəsində iki ədəd, burun nahiyəsində bir ədəd, sol almacıq nahiyəsində bir ədəd, döş qəfəsinin sol yuxarı iç hissəsində bir ədəd sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən sıyrıqlar kimi xəsarətlər yetirmiş, h adisə yerində olan hər ikisinin tanışları onları ayırmaq istəmiş, mübahisənin davamında Tofiq Əlixanov üzərində olan bıçaqla əvvəlcə Zərərçəkmiş şəxs1 qarın, döş qəfəsi və sağ dirsək nahiyələrinə zərbələr vuraraq, döş qəfəsinin sağ yuxarı iç hissəsində daxilə nüfuz etməyən bir ədəd və sağ dirsək oynağının iç səthində bir ədəd sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, qarının sol yuxarı iç hissəsində daxilə nüfuz edərək mədəaltı vəzin zədələnməsi ilə müşayiət olunan və kəskin daxili və xarici qanitirmə nəticəsində ölümə səbəb olmuş, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bir ədəd, ümumilikdə üç ədəd deşilmiş-kəsilmiş xəsarətlər yetirib Zərərçəkmiş şəxs1 qəsdən öldürərək həyatdan məhrum etmiş, sonra əlindəki bıçaqla Zərərçəkmiş şəxs2 sol kürəkaltı və sol bel nahiyələrinə zərbələr vuraraq, sol kürəkaltı nahiyəsinin tış hissəsində daxilə nüfuz edərək diafraqmanın zədələnməsi ilə müşayiət olunan bir ədəd və belin sol tış hissəsində daxilə nüfuz etməklə, böyrəyin və dalağın zədələnməsi ilə müşayiət olunan bir ədəd, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid iki ədəd deşilmiş-kəsilmiş yaralara aid xəsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs2 vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyindən, həyatı xilas olduğundan, sonuncunu qəsdən öldürməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İl qar Murquzov (sədrlik edən), Həsən Əhmədov və Habil Məmmədov), 01 dekabr 2021-ci il tarixli,1(103)1793/2021 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmış, Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum barəsində təyin edilmiş cəza Cinayət Məcəlləsinin ədalət prinsipinə uyğun deyildir və məhkumun c əzasının daha yüngül cəza ilə əvəz edilməsi barədə qərar qəbul olunmalıdır. Məhkəmə cəza təyin edərkən zərərçəkmiş şəxslərin şikayətlərinin olmamasını, həmçinin cinayət əməlinin zərərçəkmiş şəxsin hərəkətləri üzündən baş verməsinə münasibət bildirməmiş, beləliklə də ədalətli cəza təyin olunmamasına nail olunmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsində qeyd olunur ki, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi məhkəmə tərəfindən cəza təyin edilərkən cəzanı yüngülləşdirlən hal kimi nəzərə alınmalıdır. Həmçinin həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutul muş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bakı Ağır Cinayətlər Məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxs Məhkum cavan olmasını, ailəli olmaqla və müəllim kimi fəaliyyət göstərdiyi üçün cəmiyyətə yararlı ola biləcək vətəndaş olmasını, daha əvvəl cinayət törətməməsini, ilk dəfə məhkum olunmasını nəzərə almalı və müvafiq otaraq ona daha yüngül cəza verilməli idi. Beləliklə, məhkəmə yuxarında şərh olunan normaların tələblərini nəzərə almadan, işin konkret hallarına əsaslanmadan, iş üzrə bir-biri ilə əhəmiyyətli dərəcədə ziddiyyət təşkil edən sübutlar əsasında əsassız və qanu nsuz hökm qəbul etmiş, təqsirləndirilən şəxsə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin onun şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətb iqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddə lərinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 120.1,29,120.2.7 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən işin hallarını və onun şəxsiyyətini nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alı nır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, t ərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, himayəsində azyaşlı uşaqlarının olması, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə tam barışıq əldə etməsi, özünü qismən təqsirli bilərək səmimi peşman olması, yaşayış yeri və iş yeri üzrə müsbət xarakterizə olunmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə almış və əməlində cinayəti ağırlaşdıran halların olmaması nəzərə alınmışdır. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 29,120.2.7 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 120.1-ci maddəsi ilə 9 (doqquz) il müddətinə, CM-in 29,120.2.7-ci maddəsi ilə 11 (on bir) il 3 (üç) ay müddətinə və CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 59.1.8 və 59.1.12-ci maddələrinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi və zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 60.1-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8 və 59.1.12-ci maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin o lunan cəzanın müddəti məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi, məhkəmə Məhkum Azərbaycan Respublikası CM-in 120.1, 29,120.2.7 və 228.4-cü maddələri ilə cəza təyin edərkən işin hallarını, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallarını, onun şəxsiyyətini və ailə vəziyyətini kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Məhkəmələr tərəfindən cəza təyin edilərkən CM-in 41.2, 58.3, 60.1-ci maddələrinin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətlərinin bu barədə dəlilləri əsassızdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsi ndə cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç bi ri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət 01 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 29,120.2.7 və 228.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2021-ci il tarixli qərarı dəyişdiril
Məhkəmə qərarları › İş №1(102)-635/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-635/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver