Məhkəmə qərarları › İş №1(102)-635/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-635/2024

07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-635/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Bəraət almış şəxs X10 və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, X13 Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 1(103)-1894/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Bəraət almış şəxs X20 10 yanvar 1993-cü ildə Qazı Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmuş, heç yerdə işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.

2. İbtidai istintaq orqanıı tərəfindən tərəfindən tərtib edilmiş ittih am aktına əsasən X20 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması ittihamı irəli sürülmüşdür. Belə ki, X20 təxminən xx.xx.2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Reza” adlı şəxsə narkotik vasitə heroin almaq məqsədi ilə 200 manat pul göndərdikdən sonra sonuncunun istintaqla müəyyən edilmədiyi qaydada Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşdirdiyi külli miqdarda 18,454 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini həmin yerdən satış məqsədi ilə, qanunsuz olaraq əldə edərək, daşıyıb üstündə saxlamış, 30 sentyabr 2021-ci il tarixdə, saat 01:00 dəqiqədə Azərbaycan Resp ublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılıb Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilərək orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 18,454 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində heroin izləri olan 1 (bir) ədəd “gümüşü” korpuslu elektron tərəzi aşkar olunaraq götürülmüşdür.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X14 və X7 ibarət məhkəmə tərkibində) 11 avqust 2023-cü il tarixli, 1(101)-157/2023 nömrəli hökmü ilə X10 Azərbaycan Respublikası CM-in 234.4.3-cü mad dəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona, Cinayət-Prosessual Məcəllənin 42.1, 42.1.4, 42.2, 42.2.4-cü maddələrinə uyğun olaraq təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi, X13 qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olmasının izah olunması, narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya pros essual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından qalıq qalmış 18,404 qram narkotik vasitə heroin, 1 (bir) ədəd “gümüşü” korpuslu elektron tərəzinin hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işindən ayrılmış materiallarla birlikdə ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, bir ədəd rəqəmsal video diski (DVD) X20 bərəsində olan cinayət işinin materiallarında saxlanılması və iş üzrə məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat, 90 (doxsan) qəpik dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hökm edilmişdir.

4. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti və bəraət almış şəxsin müdafiəçisi X1 tərəfindən apellyasiya şikayəti verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X11 və X2 ibarət məhkəmə tərkibində) 18 oktyabr 2023-cü il tarixli, 1(103)1894/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 tər əfindən verilmiş apellyasiya protestinin və bəraət almış şəxsin müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2023cü il tarixli, 1(101)-157/2023 nömrəli hökmünün apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 1(103)-1894/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Hazırki iş üzrə birinci və apellyasiya instansiyas ı məhkəmələrinin çıxardıqları yekun məhkəmə aktlarına, İ.Y.Cavadova elan olunmuş ittihama və fikrincə, bu ittihamı təsdiq edən sübutlara, habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) bir sıra normalarına istinad edən və məhkəmələrin müəyyən etdikləri faktiki hallarını ittiham tərəfinin təqdim etdiyi sübutlara münasibətdə mübahisələndirən Dövlət ittihamçısı2 kassasiya protestini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutları, işin bütün hallarını tam və obyektiv araşdırmamış, araşdırılmış sübutlara qanuna müvafiq qaydada düzgün qiymət verməmiş və nəticədə qanunsuz hökm çıxarmış, apellyasiya instansiyası məhkəməsi isə əsassız olaraq həmin hökmü qüvvəsində saxlamışdır. Məh kəmələr hazırki cinayət işinə baxarkən CPM-in 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-in 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tətqiq etməmiş və qiymətləndirməmiş, nəticədə də İ.Y.Cavadova əsassız olaraq bəraət verilmişdir. Cinayət işi materiallarında olan cinayət işinin ibtidai araşdırma mərhələsində X10 verdiyi ilkin izahat və ifadəsi, iş üzrə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid1 cinayət prosesinin bütün mərhələlərində verdikləri ifadələri, iş üzrə keçirilmiş məhkəməkimyəvi ekspertizasının 30 sentyabr 2021-ci il tarixli 6/4319 saylı rəyi, iş materiallarına əlavə edilmiş X10 üzərinə şəxsi axtarış keçirilməsi prosesinin əks olunduğu DVD diskin məhkəmələrin dəlil kimi qəbul etməmələri ndə əsas istinad nöqtələri təqsirləndirilən şəxsin bədən səthində saxlanıldığı xx.xx.2021-ci il tarixə uyğun gələn - sol göz ətrafı və və sağ qulaq seyvanı nahiyələrində qançır xəsarətləri alması, bununla da, onun polislərin fiziki təsirinə məruz qalması barədə iddialarının təsdiqlənməsi və təzyiqlərin nəticəsində etiraf məzmunlu ifadələr verməsi olmuşdur. İttiham tərəfi olaraq inkar etmirik ki, əməliyyatistintaq tədbirlərini həyata keçirən hüquq-mühafizə orqanları, o cümlədən polis əməkdaşları hakimiyyət nümayəndəsidir və fərdə münasibətdə onun üstünlüyü - xidməti səlahiyyətləri var. Belə əməkdaşların xidməti səlahiyyətlərindən kənara çıxan hərəkətlərə yol verməsi də mümkündür və ola bilər. Lakin, belə iddialar üzrə məhkəmənin qiymətləndirməsi hərtərəfli araşdırmanın nəticələrinə əsaslanm alı və işin faktiki hallarına uyğun olmalıdır. Mütləq nəzərə alınmalıdrr ki, şəxsin üzərində hansısa zədə və ya xəsarətlərin olması heç də bütün hallarda ona zor tətbiqini və işgəncə verilməsinin göstəricisi sayılmamalıdır. Nəzərə alınmalıdır ki, saxlanılan şəxs tutularkən, nəqliyyat vasitəsinə mindirilərkən, bir yerdən digərinə aparılarkən, yəni, istənilən möhkəm səthə malik əşyalarla təmasda olarkən bədən səthinin müxtəlif nahiyələrində xırda xəsarətlərin, qançır və sıyrıqların yaranması mümkündür və bu hallar hər hansı bir şəxsin adi gündəlik həyatında da yarana bilər. Ona görə də, təqsirləndirilən şəxs ona fiziki təzyiq göstərilməsi yolu ilə sübutların toplanmasını iddia edirsə, məhkəmələr belə iddiaların doğruluğunu işin digər faktiki halları və toplanmış sübutlarla müqayisəli şəkildə tədqiq edib qiymətləndirilməlidirlər. Bu hissədə mütləq vurğulamalıyam ki, iş materiallarında olan sənədlər, o cümlədən İ.Cavadova məxsus telefon nömrəsindən götürülmüş məlumatlar və mesaj mətnləri şəxsin məhkəmələrdə bildirdiyi halların deyil, ilkin istintaqda verdiyi ifadələrin, aparılmış sənədləşdirmənin və ona verilmiş ittihamın doğruluğunu təsdiq etmişdir.

8. Kassasiya protestinin müəllifi eyni zamanda qeyd edir ki, külli miqdarda narkotik vasitələrin satış məqsədilə əldə olunması barədə hüquq mühafizə orqanlarında şübhələr olan, narkomaniya xəstəliyindən əziyyət çəkən İ.Cavadovun külli miqdarın aşağı həddindən 9.2 dəfədən, gündəlik ehtiyacın yuxarı həddindən (şəxsi istehlak miqdarının) 123 dəfədən çox narkotik vasitə olan heroini əldə edərək gecə vaxtı küçədə üzərində elektron tərəz i ilə birlikdə üzərində saxlaması bu maddələrin satış məqsədi ilə əldə olunmasını təsdiq etmişdir. Həmçinin, cinayət işi materiallarında olan mesaj mətnləri İsa Cavadovun külli miqdarda narkotik maddəni satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edən daha bir sübut kimi qiymətləndirilməli olduğu halda, aşağı instansiya məhkəmələri bu dəliliərə nəinki diqqət yetirməmiş, hətta tədqiqinə belə lüzum görməmişlər.

9. Kassasiya protestinin müəllifi protestində göstərilənləri Azərbaycan Respublikası CPMin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, məhkəmə kollegiyasından X13 Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 oktyabr 2023-c ü il tarixli, 1(103)-1894/2023 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.

10. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə qarşı bəraət almış şəxs X10 müdafiəçisi Müdafiəçi3 tərəfindən yazılı etiraz verilərək, protestin dəlillərinin cinayət işi materiallarında olan sübutlarla təkzib edildiyini, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı verilmiş ittihamın yalnız polis əməkdaşlarının ifadələrinə əsaslanmasını və bir sıra qanunvericilik normalarına istinadlar edərək, məhkəmə kollegiyasından verilmiş protestin təmin edilməməsini xahiş etmişdir.

11. Qərardan bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən bəraət almış şəxs X20 və onun müdafiəçisi Müdafiəçi3 hər biri ayrı-ayrılıqda kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər. İV. Hüquqi məsələlər:

14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

15. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassas iya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

16. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

17. Kassasiya protestində əsassız olaraq X13 CM-in 234.4.3-cü maddəsi ilə baəraət verilməsi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtlən dirən əsaslar qismində Azərbaycan Respublikası CPM-in 416.1.2 ( məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü ( məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir.

18. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 1(103)-1894/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd e dir.

19. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

20. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

21. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”-ya görə cinayət məsuliyyəti nəzərdə tutulur.

22. CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2 və 234.3-cü maddəsində nəzərdə tutulmuş əməllər: CM-in 234.4.3-cü maddəsinə əsasən külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırı lır.”

23. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir.

24. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək hesab edir ki, X10 cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməsi nəticəsinə gələn məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə zidd olaraq işin hallarını tam, hərtərəfli və obyektiv tədqiq etməmişdir.

25. İş materia llarından görünür ki, birinci instansiya məhkəməsinin X13 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair nəticəsi ilə apellyasiya instansiyası məhkəməsi razılaşarkən ona əsaslanmışdır ki, təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə gecə saatlarında saxlanılmış, üzərində 0,2 qram narkotik vasitə olmuşdur. Bu isə o deməkdir ki, təqsirləndirilən şəxsin bu hissədə məhkəmədə iddia etdiyi hallar, yəni onun üzərində ittiham orqanının iddia etdiyi miqdarda narkotik vasitə olmadığı məhkəmə istintaqında öz təsdiqini tam şəkildə tapmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2 və 145.3-cü maddələri məhkəmələrdən şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etməyi tələb edir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təhqiqat və ibtidai istintaq orqanına verdiyi etirafedici izahatları və ifadələri yolverilməzliyinə görə sübutlar siyahısından xaric olunmalıdır. Əks yanaşma qeyd edilən hissədə məhkəmə araşdırmasının səmərəli olmamasına və əhəmiyyətsizliyinə səbəb olan haldır. Göstərilənlər isə belə nəticəyə gəlməyə imkan verir ki, təqsirləndirilən şəxs X20 məhkəmədə ifadə verərkən səmimi olmuşdur. Belə ki, məhkəmə araşdırması nəticəsində onun ifadəsində göstərdikləri halların həqiqət olması müəyyən edilmişdir. Bu səbəbdən də, məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələri mötəbər sübut sayır. Şahidlər Şahid1 və Şahid2 ifadələrini işin faktiki hallarına münasibətədə ziddiyyətli ifadələr kimi qiymətləndirir və bu ziddiyyətələrin məhkəmədə aradan qaldırlmasını mümkün olmadğını nəzərə alır. Bu səbəbdən də məhkəmələr, hesab edir ki, bu şahidlərin ifadələri ittihamı təsdiq edən mötəbər sübut hesab edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmələr belə nəticəyə gəlmişdir ki, şahidlər Şahid1 və Şahid2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr ziddiyyətli olduğundan cinayət işinin predemetini təşkil edən narkotik vasitə heroinin təqsirləndirilən şəxs X13 məxsus olmasını təsdiq etmək mümkün olmur, bu səbəbədən də təqsirləndirilən şəxsin əməlininə hüquqi qiymət verilməsinə kifayət etmir.

26. Həmçinin, birinci instansiya və apellyasiya instansiya məhkəmələri hesab etmişdir ki, X10 üzərində keçirilmiş şəxsi axtarış və həmin hərəkətlərin nəticəsinə dair tərtib edilmiş protokol, habelə həmin protokola əlavə edilmiş diskdəki görüntülər qanunsuz şəkildə əldə edildiy indən yolverilməzliyinə görə sübutlar siyahısından çıxarılmalıdır. Belə ki, ciddi qanun pozuntuları ilə əldə edilmiş və nəticə etibarı ilə qanunsuz olan sübutlar təqsirləndirilən şəxsin təqsirli hesab edilməsinə əsas ola bilməz. Eyni zamanda qeyd etmişdir ki, yuxarıda göstərilən çoxsaylı qanun pozuntuları ilə həyata keçirilmiş əməliyyat tədbirləri formal əsaslarla və hazırki cinayət işinə aid olmayan sair sübutlarla qanuni hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyrimümkün olması barədə nəticəyə gəlib, onları sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. Həmçinin, hesab etmişdir ki, məhkəmə baxışı nət icəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz.

27. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPMin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdir ilir.

28. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir

29. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr tərəfindən cinayətprosessual qanunvericiliyin qeyd olunan normalarının tələbləri pozulmuşdur.

30. Belə ki, cinayət işi materialları ilə müəyyən edilir ki, cinayət işinin ibtidai araşdırma mərhələsində X20 ilkin izahat və ifadə verərək göstərmişdir ki, 30 sentyabr 2021-ci il tarixdə saat 01:00 radələrində ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs xidməti vəsiqələrini göstərərək özlərini polis əməkdaşı kimi təqdim edib onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, sonra üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qadağan olunmuş əşya olduğu halda onları təqdim etməyi təklif olunmuş, o, əynində olan idman şalvarının sol yan cibindən 1 bükümdə narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim etdiyi heroinin çəkisi 22,14 qram müəyyən olunmuşdur. Sonra həmin kütlə və 1 ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, sorğu zamanı üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni təxminən 3 il əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı "Reza" adlı şəxsin vasitəsi ilə 2 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisindən xatırlamadığı yerdən satış məqsədi ilə götürdüyünü, həmin vasitəyə görə Reza adlı şəxsə 200 manat məbləğində pul göndərdiyini, narkotik vasitələrin satışını həvata keçirdiyini, heroinin qramının 30 manatdan satışını həyata keçirdiyini, indiki vaxta kimi Reza adlı şəxsdən 10 dəfə narkotik maddə aldığını, göz nahiyəsində olan xəsarəti 2 gün əvvəl içkili vəziyyətdə yıxılaraq aldığını ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir.

31. Cinayət işi materiallarından müəyyən edilir ki, İ.Cavadov sonradan istintaq və məhkəmədə verdiyi ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olmamasını, polis əməkdaşlarının təsir və təzyiqləri nəticəsində törətmədiyi cinayəti etiraf etməsini qeyd etmişdir.

32. Bundan əlavə, iş üzrə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid1 cinayət prosesinin bütün mərhələlərində verdikləri ifadələrdə İ.Cavadovun ilkin izahat və ifadələrində göstərdiyi halları tam təsdiq etmiş və İ.Cavadova qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təsir göstərilmədiyini bildirmişlər.

33. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 sentyabr 2021-ci il tarixli 6/4319 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “zərflər üçün №7" möhür əksi, “X10 təqdim etdiyi..." və s. yazılar, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 18,454 qram olan qəhv əyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş elektron tərəzinin üzərində heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır.

34. Həmçinin, iş materiallarına əlavə edilmiş X10 üzərinə şəxsi axtarış keçirilməsi prosesinin əks olunduğu DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 29-cu PB-nin inzibati binasında aparılmış hərəkət iştirakçılarının yanında X13 özünü və... üzərində qanunla qadağan olunmuş əşya və maddə varsa, könüllü təqdim etməsi təklif olunur. Sonuncu özünü təqdim etdikdən sonra əynindəki idman şalvarının sol yan cibində saxladığı bir ədəd bükümdə, açıq qəhvəyi rəngli kütləni və 1 ədəd ele ktron tərəzini çıxarıb masanın üzərinə qoyur. Sonra həmin kütlə və 1 ədəd elektron tərəzi qablaşdırılır, İsa Cavadov verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin heroin kütləsini təxminən 3 ildir tanıdığı İran İslam Respublikası vətəndaşı "Reza" adlı şəxsin vasitəsi ilə 2 gün bundan əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən satış məqsədilə götürdüyünü, götürdüyü narkotik vasitəyə görə “Reza” adlı şəxsə 200 manat məbləğində pul göndərdiyini, narkotik vasitələrin satışını həyata keçirdiyini, heroinin qramını 30 manatdan satdığını, indiki vaxta kimi Reza adlı şəxsdən 10 dəfə narkotik maddə aldığını, göz nahiyəsidə olan xəsarəti 2 gün əvvəl içkili vəziyyətdə olarkən yıxılıb aldığını, ona q arşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi İ.Cavadovun bədən səthində saxlanıldığı xx.xx.2021-ci il tarixə uyğun gələn - sol göz ətrafı və sağ qulaq seyvanı nahiyələrində qançır xəsarətləri alması, bununla da, onun polislərin fiziki təsirinə məruz qalması barədə iddialarının təsdiqlənməsi və təzyiqlərin nəticəsində etiraf məzmunlu ifadələr verməsi qənaətinə gələrək, təqsirləndirilən şəxsin verdiyi ifadələri ilə əlaqədar heç bir araşdırma aparmamış, o cümlədən onun üzərində axtarış aparılmasında, habelə polis idarəsinə gətirilməsində iştirak etmiş şəxslərin verilmiş ifadələrlə əlaqədar dindirilməsi üçün heç bir tədbir görməmişdir. Belə ki, məhkəmələr ibtidai istintaq orqanı tə rəfindən toplanılmış sadalanan həmin sübutlarda öz əksini tapan dəlilləri cinayət işi üzrə toplanmış bütün sübutların məcmusu ilə əlaqəli şəkildə deyil, sadəcə İ.Cavadovun ifadəsində qeyd etdiyi tutulan zaman polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməsinə məruz qalmasına istinadən yolverilməz sübutlar hesab etmişlər.

36. Həmçinin, apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə X13 zor tətbiq edilməsi ilə bağlı prokurorluq orqanları tərəfindən aparılmış araşdırma və həmin araşdırma nəticəsində cinayət işinin başlanılmasının rədd edilməsinə dair nəticəni iş materialları ilə əlaqəli şəkildə təhlil etmədən işi üzrə İsa Cavadovun ifadəsinə əsasən qiymətləndirib şübhə altına almışdır.

37. Kassasiya kollegiyası hesab edir ki, birinci instansiya və apellyasiya instansiyası m əhkəmələrinin ibtidai araşdırma zamanı toplanmış sübutların sübutlar siyahısından çıxarılmasına dair gəldiyi nəticə əsassız olmuşdur. 38. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, “24. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.

39. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadəl ərin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər.

40. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilə n (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildi yi nəzərə alınmalıdır.

41. CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.”

42. Avropa Məhkəməsinin “Cənnətov Azərbayc ana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olma dığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür....

43. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir.”

44. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, məhkəmələr tərəfindən iş üzrə araşdırma aparılıb yekun nəticəyə gəlinərkən cinayət işi materiallarında olan İsa Cavadovdan aşkar edilərək g ötürülmüş 18.454 qram çəkidə narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəziyə münasibətdə kifayət qədər araşdırılma aparılmamış, yalnız birinci instansiya məhkəməsi hökmündə qeyd etmişdir ki, “...İsa Cavadov 18,454 qram çəkidə heroin üçün Reza adlı şəxsə 200 manat pul göndərmişdir. Belə olan halda narkotik vasitə heroinin qramı 10,83 manat təşkil edəcəkdir. Halbuki, qara bazarda nəinki bu qiymətə, hətta bunun iki mislinə də narkotik vasitə heroin almaq mümkün deyildir...”. Göründüyü kimi məhkəmənin narkotik vasitə heroinin qara bazarda qramının hansı əsaslarla qiymətini müəyyən etməsi ilə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməsi anlaşılan deyildir.

45. Cinayət işi materialları ilə müəyyən edilir ki, ittiham tərəfinin İ.Cavadovun narkotik vasitələrin satışı ilə məşğul ol ması iddiası yalnız narkotik vasitənin çəkisi və üzərindən elektron tərəzinin aşkar edilməsi faktları ilə məhdudlaşmamışdır. Belə ki, cinayət işi materialları ilə X13 məxsus olan ***-***-**-** nömrəsinə daxil olan və çıxan məlumatlara baxış zamanı İsa Cavadovun istifadəsində olan ***-***-**-** nömrəsindən saxlanıldıqdan cəmi 1 gün əvvəl xx.xx.2021-ci il saat 07:41:30-da ***-***-**-** nömrəsinə “bugün axşama qəder goturəcəm kanaldan zəng gozduyurəm axşama dəqiqdi 100 manat mənə atarsan 10 dənə verəcəm sənə” məzmunlu, xx.xx.2021-ci il tarixdə saat 03:27:43-da yenə həmin nömrəyə "...5 dənənində pulu düzəlirsə 10 dənə götürüm gəlim” məzmunlu mesajlar göndərməsi müəyyən edilmişdir.

46. Cinayət işi materiallarından müəyyən edilir ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiy a məhkəmələri X13 məxsus olan mobil telefon nömrəsinə daxil olan və çıxan sms mətnlərə heç bir qiymət verməmiş, birinci instansiya məhkəməsi isə yalnız həmin sübutu “təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar” siyahısında sadalamaqla kifayətlənmişdir.

47. Qeyd edilənlərdən əlavə, məhkəmə kollegiyası kassasiya protestinin İ.Cavadova verilmiş bəraətdə məhkəmələr tərəfindən qeyd edilən onun şübhəli şəxs qismində saxlanıldıqdan 24 saat sonra deyil, 33 saat 30 dəqiqə sonra cinayət işinin başlanması barədə dəlillərinin İ.Cavadova verilmiş bəraətin əsası qismində çıxış etməsinin qanunsuz olması ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsi ndə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə.

48. Göründüyü kimi, qeyd edilən hal CPM-in 42.1-ci maddəsində təsbit edilmiş dörd əsasdan heç birinə aid olmamış, buna baxmayaraq məhkəmələr tərəfindən kifayət qədər araşdırılmadan yekun nəticəyə gəlinmişdir.

49. Bundan əlavə, birinci instansiya məhkəməsi hökmündə qeyd edir ki, “Məhkəmə istintaqında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə gecə saatlarında saxlanılmış, üzərində 0,2 qram narkotik vasitə olmuşdur. Bu isə o deməkdir ki, təqsirləndirilən şəxsin bu hissədə məhkəmədə iddia etdiyi hallar, yəni onun üzərində ittiham orqanının iddia etdiyi miqdarda narkotik vasitə olmadığı məhkəmə istintaqında öz təsdiqini tam şəkildə tapmışdır”.

50. Bununla əlaqədar kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsdə 0,2 qram kakos adlandırılan narkotik vasitənin olmasını qəbul edirsə, ona məxsus telefon nömrəsinə daxil olan mesajlarla əlaqəli şəkildə qiymət verməli idi, lakin hökmdə bu barədə heç bir əsaslandırma yoxdur.

51. Cinayət işinin materiallarına əsasən, həmçinin birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin faktiki hallarına əsasən, bəraət almış şəxs X20 xx.xx.2021-ci il tarixdə saat 01:00-da saxlanılmış, 01:30-da Yasamal RPİnin 29-cu PB-də şübhəli şəxs qismində tutulmuş, onun barəsində şəxsi axtarış və götürmə istintaq hərəkə ti aparılmış, üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, bundan sonra İsa Cavadov əynindəki idman şalvarının sol yan cibində saxladığı 1 (bir) ədəd bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və 1 (bir) ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. X25 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan idman şalvarınıın sağ yan cibindən 1 (bir) ədəd “Redmi” markalı mobil telefon və 20 (iyirmi) manat pul aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı İsa Cavadovun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir.

52. Başqa sözlə, İsa Cavadov xx.xx.2021-ci il tarixdə saat 01:00-də saxlanılmış, dərhal bölməyə gətirilmiş, şübhəli şəxs kimi tutulmuş və ü zərində şəxsi axtarış istintaq hərəkətləri keçirilmişdir.

53. Kassasiya məhkəməsi qeyd edir ki, onun saxlanılıb, bölməyə gətirilib, üzərində şəxsi axtarış keçirilməsi cəmi 30 dəqiqə çəkmişdir. Bu müddət ərzində, yəni ilkin sübutun əldə edilməsi ərəfəsində onun hər hansı fiziki və psixi təsirlərə məruz qalması barədə cinayət işinin materiallarında heç bir sübut yoxdur, bu qısa müddətdə onun bu cür təsirlərə məruz qalması da məntiqli, ağlabatan və real görünmür.

54. Başqa sözlə iş üçün əhəmiyyət kəsb edən sübutun əldə edilməsi prosesi prosessual pozuntularla həyata keçirilməmişdir. Bundan sonra ibtidai istintaq orqanı tərəfindən yol verilmiş prosessual pozuntular nəticəsində əldə edilmiş sübutlar, həmçinin qeyri-qanuni hərəkətlər araşdırma predmeti ola bilər, lakin əvvəl əldə edilmiş sübut ların tədqiqinə təsir etməli deyil.

55. Cinayət işinin materiallarına əsasən, məhkəmədə ifadələri elan olunmuş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, X15 tanıyır, aralarında dostluq münasibəti olmuşdur. 29 sentyabr 2021-ci il tarixdə, saat 14 radələrində İsa Cavadovla görüşmüş, Günay adlı rəfiqəsi və hazırda adını xatırlamadığı, İsanın tanışı ilə birlikdə ünvanı xatırlamadığı evə getmişlər. Orada axşam saatlarına kimi qalmışlar. Axşam saatlarında əvvəlcə Günay, təxminən bir saat sonra da o, evdən çıxıb getmiş, İsa Cavadov isə yanında olan tanışı ilə birlikdə həmin ünvanda qalmışdır. Sonradan ona məlum olmuşdur ki, İsa Cavadov polis əməkdaşları tərəfindən narkotik vasitə istifadə etdiyinə görə saxlanılmışdır. İsa Cavadov polis əməkdaşları tərəfində n saxlanılan zaman onun yanında olmamış, polis əməkdaşları onu heç bir yerə aparmamışlar, hər hansı təzyiqə məruz qalmamışdır. İsa Cavadovla aralarında olan münasibəti nəzərə alaraq fikirləşirmiş ki, o, onun xeyrinə yalan ifadə verər və bu yolla azadlığa buraxılar. Lakin o, yalan ifadə verməyin qanunla qadağan olduğunu bildiyinə görə baş vermiş hadisəni tam dəqiqliyə ilə bildirməyi özünə borc bilmişdir. Baş vermiş hadisə ifadəsində göstərdiyi kimi olmuşdur və İsa Cavadovun dedikləri sadəcə uydurmadır.

56. Cinayət işi materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi Şahid3 məhkəmədə dindirilməsini həyata keçirməmiş, ifadəsini məhkəmədə elan etsə də, digər sübutlarla əlaqəli şəkildə tədqiq etməmiş və qiymət verməmişdir.

57. Eləcə də, hökmdə X3 izahatlarına istinad edilsə də, məh kəmədə şahid qismində dindirilməsi təşkil edilməmişdir. Halbuki, hökmdə istinad edilən X3 ifadəsinə əsasən, o, tanışı Məryəm və ya Günel adlı qızla birlikdə olduğunu, İsanın xx.xx.2021-ci il tarixdə, saat 23-24 radələrində evdə olarkən tanışı İran İslam Respublikasının vətəndaşı, «baba» ləqəbli şəxslə danışdığını, iranlının 15 qrama yaxın kakos narkotik vasitəni Yasamal rayonu «Albalı» uşaq bağçasının yanına atdığını, götürülməli olduqlarını bildirdiyini, həmin əraziyə getdikdə hər hansı narkotik vasitə aşkar etmədiklərini, bu barədə İsanın “whatsApp” sosial şəbəkəsi ilə danışıb narkotiki tapmadığını iranlıya desə də, iranlının inanmadığını, orada bir müddət uğursuz axtarış apardıqdan sonra PPXB-nin polis əməkdaşlarının onlara yaxınlaşaraq adlarını, nə üçün burada olduqlarını soruşduqların ı, onların kimi isə gözlədiklərini dedikdən sonra polis əməkdaşlarının getdiklərini, İsa evə qayıtdıqdan sonra evdən çıxıb, başqa bir şəxsdən narkotik vasitə götürüb geri qayıtdığını və birlikdə istifadə etdiklərini, ertəsi gün gecə, yəni xx.xx.2021-ci il tarixdə, saat 01:00 radələrində evdən Şahid3 və İsa ilə birlikdə çıxarkən iki nəfər BNMİ-nin əməkdaşları tərəfindən İsanın, Məryəmin və özünün saxlanıldığını həmin vaxt İsanın üzərində 0,2 qram kakos adlı narkotik vasitə olmasını, başqa heç nə olmadığını, onları narkotik axtardıqları yerə apardıqlarını, orada olarkən onu və İsanı polis əməkdaşlarının döyərək nə üçün gecə orada olduqlarını, İsanın narkotik vasitə satışı iə məşğul olduğunu təkrarladıqlarını, İsa isə üstündə sadəcə olaraq 0,2 qram olduğunu, lakin axtardığı 15 qram narkotik v asitəni tapmadığını dediyini, bundan da sonra İsaya dostlarını da onunla birlikdə tutacaqlarının dediklərini və İsanın məcbur qalaraq polislər tərəfindən üzərinə qoyulmuş 20 qram narkotik vasitəni üzərinə götürdüyünü, bundan sonra onu və Məryəmi buraxıb, İsanı Yasamal RPİ-nin 29-cu PŞ-nə apardıqlarını, onları döyən polis əməkdaşlarını tanımadığını, polis əməkdaşlarından hər hansı şikayətinin olmamasını, döyüldükdən sonar hər hansı tibb müəssisəsinə müraciət etmədiyini, səhhətinə hər hansı zərər dəyməməsini, İsanın narkotik vasitələrin satışı ilə məşğul olmasını polis əməkdaşlarının daha əvvəldən bildiyini göstərmişdir.

58. Göründüyü kimi, X3 izahatları ilə X10 ifadələri arasında da ziddiyyətlər mövcud olmuşdur. Belə ki, Abdullayev Ruslan izahatlarında qeyd edir ki, onları iki nəfər BNMİ- nin əməkdaşları saxlamışlar. X23 ifadələrinə görə, onları qeyd edilən vaxtda on-on beş polis əməkdaşları beş maşında saxlamışlar.

59. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi sübutların tədqiqinə səthi və birtərəfli yanaşmış, ittihamın sübutlarını təkzib etmiş, yalnız müdafiə tərfinin sübutları ilə kifayətlənmiş, müəyyən etdiyi hallarla gəldiyi nəticə arasında ziddiyyətlər olmuş, apellyasiya məhkəməsi də məhkəmə araşdırmasını səthi aparmış, apellyasiya protestinin dəlillərinə lazımi diqqət yetirməmiş, onları məhkəmə baxışı zamanı nəzərə almamış, keyfiyyətli məhkəmə araşdırmasını həyata keçirməmiş, işdə olan ziddiyyətli məqamların heç birini tədqiq etməmiş, qiymət verməmişdir.

60. AR Cinayuət Məcəlləsinin 28-ci maddəsinin tələbinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız bu Məcəlləyə uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdır.

61. CPM-in 33-cü maddəsinə əsasən cinayət-prosesi həyata keçirilərkən CPM-in 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.

62. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi cinayət-prosessual qanunvericiliyinin həmin normalarının tələblərinə riayət etməyərək, işin obyektiv hallarına uyğun olan sübutları tədqiq edib düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni yetərincə əsaslandırmamışdır.

63. Əgər məhkəmə sübutların araşdırılması və qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası CPM-in sübutlar və sübutetməyə dair normalarının, o cümlədən 143-146-cı maddələrinin tələblərinə əməl etməyibsə və yaxud cinayət-prosessual qa nunun 353.3.3-cü maddəsinin tələb etdiyi kimi məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivləri göstərilməklə təqsirləndirilən şəxsə bəraət verilməsi əsasları inandırıcı şəkildə izah etməyibsə, bu cür qiymətləndirməyə əsaslanan nəticələr də mötəbər sayıla və qəbul edilə bilməz. 64. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həq iqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur...

65. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sü buta yetirilmiş olmalıdır...

66. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir.

67. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.

68. Kassasiya məhkəməsi gəldiyi qənaəti ümumiləşdirərək qeyd edir ki, istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsi prosesində iş üzrə tədqiq edilən sübutların qiymətləndirilməsi istiqamətində fəaliyyətindən görünür ki, ittiham tərəfinin mövqeyi üzrə sübutlar bir tərəfli olaraq inkar edilir, əksinə müdafiə tərfinin mövqeyi üzrə sübutlar işin obyektiv gerçəklərinin müəyyən edilməsində əsas götürülür. Başqa sözlə, işə baxan məhkəmələr tərfindən sübutların əlaqəli-müqayisəli şəkildə tərəfsiz, obyektiv, qanunauyğun tədqiqi zamanı ciddi prosessual pozuntulara yol verilmişdir.

69. Qeyd olunanlar məhkəmələr tərəfindən məhkəmə qərarının kasasiya qaydasında ləğv edilməsini və apellyasiya məhkəməsində məhkəmə baxışı nın təkrarən keçirilməsini tələb edən Cinayət-Prosessual Məcəllənin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini, dövlət ittihamçısının kassasiya protestinin şərh olunan məsələlər üzrə dəlillərinin əsaslı olduğunu göstərir.

70. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X10 barəsində olan 18 oktyabr 2023-cü il tarixli, 1(103)-1894/2023 nömrəli qərarı qismən ləğv olunmalı, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir.

71. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 1(103)-1894/2023 nömrəli qərarı qismən ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya protesti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar