Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-636/2019 07.05.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)636-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin CinayətKollegiyasının Q Ə R A R İ 07 may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, məhkum Təqsirləndirilən şəxs (09.04.2019 tarixli icla sda), Müdafiəçi iştirakları ilə, Nərimanov rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 yanvar 2019-cu il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Nərimanov rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X6) Təqsirləndirilən şəxs xx xxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşa, Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməl lərini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2015-ci ilin avqust ayının əvvəllərində fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs2 ünvan 2 ünvanında yerləşən «İron» hotelində şəxsiyyəti istintaqa məlum olmayan A6 adlı müştərisi ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra sonuncudan fahişəliklə məşğul olan qadına verilməsi üçün 200 ABŞ dolları, özünə gəlir olaraq 100 ABŞ dolları götürməklə Zərərçəkmiş şəxs2 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən müştərisi X4 ona məxsus olan “Hyundai İX35" markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobilə əvvəllər servis xidməti göstərilməsini təşkil etməsi qarşılığında 2017-ci ilin mart ayının sonlarında fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs1 kirayə yaşadığı ünvan 3 ünvanında yerləşən mənzildə sonuncu ilə V6 cinsi əlaqədə olmalarını təşkil edərək Zərərçəkmiş şəxs1 digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Hökmdən müdafiəçiləri Müdafiəçi və J6, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X10 və X3 ibarət tərkibdə) 08 yanvar 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, hökm dəyişdirilmədən sa xlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 yanvar 2019-cu il tarixli qərarından Müdafiəçi kassasiya şikayəti verərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kassasiyaşikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Birinci instansiya məhkəməsi hökmdə təqsirləndirilən şəxsin hadisələrin baş vermə yeri və ardıcıllığına uyğun ifadəsini hadisənin baş verməsini sübut edən hal kimi təqdim etməklə əsassız və məntiqsiz nəticəyə gəlmişdir. Hadisənin baş vermə yeri barədə zərərçəkmişlərin göstərdiklərini təqsirləndirilən şəxsin təsdiqləməsi hadisəni cinayət hadisəsinə çevirmir. Cinayətin obyektiv cəhəti kimi məkan və zamanla yanaşı, eyni zamanda səbəbli əlaqə mövcud olmalıdır. Məhkəmənin bu qiymətləndirilməsinin dolayı sü but kimi də qəbul edilməsi yol verilməzdir. İttiham və müdafiə tərəfinin hadisələri məkan və zaman baxımından eyni formada göstərməsi sonrakı hərəkətlərin də məhz ittiham tərəfinin mülahizəsinə uyğun baş verməsini təsdiq etmir. Birinci instansiya məhkəməsi mötəbər sübutların olmadığını görüb bunu dəlil kimi göstərməyə çalışmışdır. İbtidai istintaq və məhkəmə orqanı hesab etmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yalnız bir dəfə cinsi əlaqədə olmağını təşkil etməklə gəlir və digər fayda əldə etmişdir. Cinayət Məcəlləsinin 243.1-ci maddəsinin tövsifi baxımından belə hadisənin baş verməsi sübut olunsa belə Təqsirləndirilən şəxs “əməlində” ümumiyyətlə cinayət hadisəsi yoxdur. İbtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş itt ihamın əsassız olmasını, istintaq orqanının qərəzli münasibətinin nəticəsində cinayət məsuliyyətinə cəlb edildiyini, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məcburiyyət qarşısında onun əleyhinə ifadə verməyə məcbur olduqlarını bildirmişdir. Birinci instansiya məhkəməsinin hökmündə Təqsirləndirilən şəxs ifadəsinin sonunda “xatırlamır”, “normal bir hal olmuşdur”, “ola bilər ki”, “izah etməkdə çətinlik çəkir” kimi göstərdikləri əsassız olmaqla məhkəmə tərəfindən öz mülahizəsi əsasında hökmdə təsvir edilmişdir. İbtidai istintaq orqanı Zərərçəkmiş şəxs2 zərərçəkmiş kimi tanıdığı epizod üzrə verilən ittihamı sonuncunun ifadəsinə əsasən təsvir etmiş, ittiham aktında əməliyyataxtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar və digər istintaq materialları il ə cinayət əməlinin sübuta yetirildiyi göstərilsə də, cinayət işinin materiallarında əməliyyat axtarış fəaliyyətinin nəticəsində əldə edilmiş məlumatlar və onların prosessual sübutlara çevrilməsi öz əksini tapmamışdır. Verilən ittiham zərərçəkmişin ziddiyyətli ifadələrindən başqa heç bir dəlillə əsaslandırılmamış və müstəntiqin uydurduğu əməliyyat-axtarış məlumatlarına istinad edilməklə formal olaraq ittihamı möhkəmləndirməyə çalışılmışdır. İstintaq aparan şəxsin ifadəsi ilə desək, tərəfsiz şahid olacaq A6 adlı şəxs istintaqa cəlb edilib ifadəsi alınmamışdır. Zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 ifadələrinə istinad etməklə şəxsi ittiham etmək üçün sübutları kifayət hesab etmişdir. Cinayət işinin materiallarında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi halları təsdiq edən nə şahid ifadəsi, nə də başqa bir sübut var. Zərərçəkmiş şəxs2 26 may 2018-ci il tarixli zərərçəkmiş şəxsin dindirilmə protokolundakı verdiyi ifadə eyniliyi ilə məhkəmə iclas protokoluna köçürülmüşdür. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin “T8 A6 yaxını olduğu və T8 də onunla birlikdə gedərək T6 ilə cinsi əlaqədə olacağını bildikdən sonra A6 cinsi əlaqədə olmağa razılıq verilməsini qeyd edirsiniz. Belə olan halda T8 Sizi fahişəliyə cəlb etməsini necə izah edirsiniz?” sualına Zərərçəkmiş şəxs2 cavab verməmiş, sədrlik edən də bu halı araşdırmamışdır. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı müdafiə tərəfinin “2015-ci ilin avqust ayında baş vermiş hadisə barəsində, həmin ilin sentyabr ayında onsuz T8 ilə münasibətiniz pisləşməsinə baxmayaraq, niyə 2 ildən çox müddət keçdikdən sonra hüquq mühafizə orqanına məlumat vermək qərarına gəldiniz” sualına “ürəyim belə istədi” cavabını vermişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində “T8 A6 verdiyi pulun 200 dollarını verərək bildirdi ki, A6 onun tanışı olduğundan 100 dollarını sənin A6 cinsi əlaqədə olmağını təşkil etdiyinə görə özünə götürür. Mən etiraz etmədim. Həmin ərəfələr T8 ilə rəfiqə münasibətində idik” kimi göstərsə də məhkəmədə verilən suala “səbəbini niyə soruşum ki? İşi danışan adam öz faizini götürür.” cavabını vermişdir. Zərərçəkmiş şəxs2 məhkəmə prosesində gah A6 300 dollar verəcəyini T8 oteldə olarkən ona bildirdiyini, gah da otelə gedərkən maşında bildirdiyini göstərərək bu tipli müxəlif ziddiyyətli ifadələr vermişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin vaxt sərxoş olması və 2 ildən artıq bir müddə t keçmiş hadisələri guya dəqiqliklə xatırlaması özü-özülüyündə şübhə yaradır və ittihamın istintaq orqanı tərəfindən formalaşdırıldığını deməyə əsas verir. İstintaqın 2 il bundan qabaq sərxoş halda olan və fahişəliklə məşğul olan şəxsin sözlərinə əsasən ittiham irəli sürməsi və ədalət mühakiməsini həyata keçirən məhkəmənin bu saxta ittihama uyğun hökm çıxarması məhkəmələrin nüfuzunu salan bir qərar kimi qiymətləndirilməlidir. İstintaq orqanı Zərərçəkmiş şəxs1 zərərçəkmiş kimi tanıdığı epizod üzrə ittihamı yalnız 2 şəxsin ziddiyyətli ifadəsinə əsasən qurmuşdur. Zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 göstərdiyi halları guya təsdiq edən yalnız V6 Niftiyevin ifadəsinə əsaslanmaqla sübut növünün mötəbərliyi araşdırılmamış, müstəntiq əməlin törədilməsinin israr edilməsi mövqeyindən hərəkət edərək, şahidin ifadəsini təhrif edib, ifadənin məzmununu özünün qurduğu ittihama uyğunlaşdırmağa çalışmışdır. Məhkəmə iclasında dindirilən şahid V6 Niftiyev ilkin ifadələrinin təhrif olunduğunu və Təqsirləndirilən şəxs nəyinsə müqabilində ona görüşmək üçün qız təşkil etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı 8 noyabr 2017-ci il tarixili zərərçəkmiş şəxsin dindirilmə protokolundakı verdiyi ifadə eyniliyi ilə məhkəmə iclas protokoluna köçürülmüşdür. Zərərçəkmiş şəxs1 məhkəmədə müdafiə tərəfinin “T8 Sizə demişdirmi ki, mənim avtomobilimi təmir edib deyə onunla cinsi əlaqədə ol” və “T8 sizə cinsi əlaqə olmaq üçün şərt qoymuşdurmu?” suallarına cavab olaraq “atomobilimi düzəltdiyinə görə münasibətdə ol deməsə də T8nin sözlərindən və hərəkətlərindən o çıxırdı.”, “Şərt qoymayıb, sərxoş olduğundan şərt qoymağa halı yox idi onun” bildirmişdir. Təqsirləndirilən şəxs sözlərindən və hərəkətlərindən cinsi əlaqədə olmağın güman edilməsi, şəxsin güman edilən hərəkət üzrə başqa şəxslərlə cinsi əlaqədə olmasına təhrik etmə kimi qiymətləndirilə bilməz. Bu səbəbdən, ittiham tərəfinin “avtomobili düzəltdiyinə görə münasibətdə olması ilə” bağlı göstərdiyi hallar “zərərçəkmiş” şəxsin özünün ifadəsi ilə təkzib olunmuşdur. Bundan başqa məhkəmə istintaqı zamanı sübut olunmuşdur ki, Zərərçəkmiş şəxs1 öz sözlərindən məlum olur ki, Təqsirləndirilən şəxs sərxoş olmuş, ona hər hansı şərt qoymaq imkanına malik olmamışdır. Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs1 “Təqsirləndirilən şəxs Sizi hansı formada fahişəliyə cəlb edib?” sualına gah “şirnikləşdirmək m əqsədi ilə” cəlb etdiyini, gah T8nin ona “gələcəkdə V6la münasibət qura bilərsən” deməsi, gah da V6ı həmin vaxta qədər tanımadığı səbəblərini göstərməklə ziddiyyətli cavablar vermişdir. İttihama və hökmə görə Təqsirləndirilən şəxs avtomobilinin təmiri ilə bağlı xərclər müqabilində Zərərçəkmiş şəxs1 V6 ilə cinsi əlaqəyə girməyə razı salıbdır. Buna baxmayaraq, ibtidai və məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 cinsi əlaqədə olduqdan sonra V6 pul istəmişdir. Cinsi əlaqədən sonra Zərərçəkmiş şəxs1 pul istəməsi onu deməyə əsas verir ki, “zərərçəkmiş”in cinsi əlaqəyə girməkdə başqasının təsiri deyil, özünün maddi marağı olmuşdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 “əgər Təqsirləndirilən şəxs həmin xərclər müqabilində Sizi V6la cinsi əlaqəyə girməyə razı salıbsa, V6 niyə sonradan əlavə pul da verməli idi?” sualı verilsə də həmin pulu hansı səbəbdən istədiyini izah edə bilməmişdir. Hökmdə məntiqsiz və əsassız olaraq işə aidiyyəti olmayan və sübuta yetirilməyən hadisələrin uzun-uzadı əks etdirilməsi də ittiham olunan konkret hadisələrlə bağlı halların təsdiqi üçün mötəbər sübutların olmamasının nəticəsidir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta y etirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində göstərilmişdir ki, İbtidai istintaq və məhkəmə orqanı hesab etmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yalnız bir dəfə cinsi əlaqədə olmağını təşkil etməklə gəlir və digər fayda əldə etmişdir. Cinayət Məcəlləsinin 243.1-ci maddəsinin tövsifi baxımından belə hadisənin baş verməsi sübut olunsa belə Təqsirləndirilən şəxs “əməlində” ümumiyyətlə cinayət hadisəsi yoxdur. Qanunun mənasına görə heç olmasa bir şəxsi fahişəliklə məşğul olmağa təhrik etmə, onda belə maraq yaratmağa dair istənilən hərəkətlər fahişəliyə cəlb etmə kimi qiymətləndirilməlidir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasındakı ifadəsində göstərmişdir ki, T8nin təhriki ilə 2016-cı ilin sentyabr ayının sonlarında O6 və T6 adlı şəxslərlə “Hyatt Recensy” otelinə gedib həmin şəxslərin hər ikisi ilə cinsi əlaqədə olmağa məcbur olmuş, daha sonra isə 2017-ci ilin mart ayının sonlarında T8nin avtomobilini təmənnasız təmin etmiş və bir dəfə də avtomobilinin yağını dəyişmiş V6 adlı şəxslə T8nin təhriki ilə cinsi əlaqədə olmuşdur. T8 onu inandırmışdır ki, V6la cinsi əlaqədə olsun, bununla V6 onun da maddi ehtiyaclarını ödəyər, həm də özü V6ın qarşısında borclu qalmaz. X2 ifadəsində göstərmişdir ki, T8nin avtomobilinin təmir və yağdəyişmə xərclərini o, özü ödəmişdir. T8nin avtomobilini təmir etdirdikdən sonra T8 ona bir yolla bunun əvəzini çıxacağını bildirmişdir. M6 T8nin onunla cinsi əlaqədə olmaq üçün təşkil etdiyi ilk qadın idi. T8nin M6ə hədə-qorxu gəlməsindən məlumatı yoxdur, lakin onu bilir ki, M6 əvvəlcə razılaşmırdı, sonradan isə mənimlə cinsi əlaqədə olmağa razılıq verdi. M6dən xoşu gəldiyi üçün sonuncuya əlavə olaraq 200 manat pul verəcəyini bildirmiş, lakin həmin vaxt pulu olmadığına görə M6ə pul vermədən çıxıb getmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasındakı ifadəsində göstərilir ki, 2015-ci ilin avqust ayının əvvəllərində T8 ilə Səbail rayonu “İçərişəhər” metrostansiyasının yaxınlığında yerləşən restoranda T8nin dostları A6 və T6la birlikd ə nahar etmiş və T8 təklikdə ona A6in onu bəyəndiyini, onunla cinsi əlaqədə olmaq istədiyini və buna görə 300 ABŞ dolları verəcəyini bildirmişdir. O, əvvəl razı olmamış, lakin T8 ona özünün da T6 cinsi əlaqədə olacağını dedikdən sonra razılaşmışdır. Həmin gecə A6 onunla cinsi əlaqədə olmuş və masanın üzərinə 300 ABŞ dolları pul qoyaraq getmişdir. T8 həmin pulu götürmüş, 100 ABŞ dollarını özündə saxlamaqla 200 dollarını ona vermişdir. Bildirmişdir ki, A6 onun tanışı olduğundan və A6lə onun cinsi əlaqədə olmalarını təşkil etdiyindən 100 ABŞ dollarını özünə götürmüşdür. İbtidai istintaq müddətində üzləşmə zamanı da Zərərçəkmiş şəxs2 ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. Yuxarıda göstərilən zərərçəkmiş şəxslərin və şahidin ifadələrindən, eləcə də məhkəmə iclasında tədqiq edi lmiş digər şahidlərin və məhkumun özünün ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs hər iki zərərçəkmiş şəxsləri fahişəliyi davam etdirməyə təhrik və cəlb etmişdir. Zərərçəkmiş şəxs2 A6 adlı şəxslə cinsi əlaqədə olmaq üçün təhrik etdiyinə görə sonuncudan alınan 300 ABŞ dollarının 100 ABŞ dollarını özünə götürmüş və qazanc əldə etmişdir. Zərərçəkmiş şəxs1 isə avtomobilini təmənnasız təmir etmiş və bir dəfə də avtomobilinin yağını dəyişmiş V6 adlı şəxslə cinsi əlaqədə olmağa təhrik etməklə, bu yolla V6ın onun avtomobilinə çəkdiyi xərclərin əvəzini çıxmışdır. Qanunun mənasına görə cinayətin obyektiv cəhəti həm fahişəliyə cəlb etmədə təqsirkarın aktiv hərəkətlərində, həm də fahişəliyin davam etdirilməsinə təhrik etmədə ifadə olunur. Qanunun mənasına görə fahişəliyə cəlb etmə təkcə məcburi yyət qaydasında deyil, zərərçəkmiş şəxsin asılı vəziyyətdə olmasından, maddi durumunun ağırlığından istifadə etməklə, zərərçəkmiş şəxsə şirnikləndirici vədlər verməklə, aldatmaqla, həvəsləndirici şərtlər və təkliflərlə, şantajla, hədə qorxu gəlməklə və sairlə edilə bilər. Zərərçəkmiş şəxsin fahişəliyə cəlb edildikdən sonra cinsi əlaqədə olduğu şəxsdən pul istəməsi onun cəlb olunmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş sübutların məcmusu ilə sübut edildiyindən kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Kassasiya şikayətində Zərərçəkmiş şəxs2 2015-ci ilin avqust ayında baş vermiş hadisə barəsində 2 ildən çox müddət keçdikdən sonra hüquq mühafizə orqanına məlumat verməsi göstərilmiş və bunu ittihamı şübhə altına alan hal kimi göstərmişdir. Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən az ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti yeddi il müəyyən edilmişdir. Zərərçəkmiş şəxsin hadisədən iki il keçdikdən sonra hüquq mühafizə orqanlarına müraciət etməsi həmin məlumatın həqiqiliyini şübhə altına alan hal kimi qiymətləndirilməməlidir. Bundan başqa kassasiya şikayətində zərərçəkmiş şəxslərin məhkəmə iclasında ifadələrə, bəzi suallarına cavablara subyektiv mülahizə xarakterli münasibətlər bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bu hallar birinci və apellyasiya məhkəmə iclaslarında çəkişmə şəraitində tədqiq edilmiş və hüquq i qiymət verilmişdir. Kassasiya məkəməsi hüquq məhkəməsi olaraq hüquqi məsələlərə qiymət verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunlarının kobud pozulması hallarına yol verilməmişdir. Cinayət işi üzrə sübutların toplanması, tədqiqi və qiymətləndirilməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələri ilə müəyyən edilmiş hədlərə uyğundur. Toplanmış sübutların məcmusu sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Resp ublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs məhkum edilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 yanvar 2019-cu il tarixli qərarı Müdafiəçi kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Fərhad Kərimov
Məhkəmə qərarları › İş №1(102)-636/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-636/2019
07.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver