Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-636/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və Məhkum iştirakları ilə, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökm ü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 32.5,206.3.2, 234,4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: X10 Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər Abdullayev Mehdixan Ədil oğlu (sədrlik edən), Quliyev Nizami Fərzı oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə), Məhkum, xx xxxxxxx 1971-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməyən, əvvəllər Cəlilabad Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1996-cı il tarixli hökmü ilə x xxxxxxxx 2000-ci il taixədək qüvvədə olmuş CM-nin 226-1-ci maddəsinin İ hissəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Biləsuvar Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1998-ci il tarixli hökmü ilə x xxxxxxxx 2000-ci il taixədək qüvvədə olmuş CM-nin 93-3-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, X6 şəhəri Lenin Rayon Məhkəməsinin xx xxx 2005-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxx 2010-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəza sına, Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 qeydiyyatda olan və yaşayan, CM-nin 32.5,206.3.2, 234,4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə, CM-nin 66.3cü maddəsinə əsasən isə təyin olunmuş cəzalar qismən toplnılmaqla qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin CM-nin 93.1.2-ci maddəsinə əsasən Məhkum cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, qəsdən törətdiyi həmin cinayətə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış, daşımış və Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirmişdir. Belə ki, o, qəsdən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə edib saxlama, daşıma, satma, habelə qaçaqmalçılıq, yəni narkotik vasitələrin Az ərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsi barədə şəxsiyyəti istintaqa məlum olmayan və İran İslam Respublikası vətəndaşı olduğu ehtimal edilən xxx adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan və İran islam Respublikası vətəndaşı olduğu ehtimal edilən xxx adlı şəxs və qeyriləri istintaqa məlum olmayan tarixdə və vaxtda qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda, yəni bir ədəd qara rəngli idman çantasında altı ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamalarda ayrı-ayrı lıqda təmiz çəkiləri- 2660,0 qram, 3210,0 qram, 2540,0 qram, 2360,0 qram, 2900,0 qram və 3160,0 qram olmaqla, ümumilikdə külli miqdarda 16830,0 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla alınmış eyni tərkibli narkotik vasitə tiryəki və bir ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi- 285,310 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini satış məqsədilə əldə edib Azərbaycan Respublikasına keçirməklə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Biləsuvar rayonu Aşağı Cürəli kəndinin ərazisindən keçən hissəsində “xxx sözü yazılmış lövhənin yaxınlığında əkin sahəsində işləyən fəhlələrin dincəlməsi üçün inşa edilmiş qapıları olmayan tikiliyə qanunsuz daşıyaraq orada gizlədib saxlamaqla bu barədə xx xx x 2018-ci il tarixdə cinayətkar qrupun digər üzvü Məhkum bildirmiş, aralarında əldə olunmuş cinayətkar sövdələşməyə əsasən Məhkum xx xxx 2018-ci il tarixdə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Biləsuvar rayonu Aşağı Cürəli kəndinin ərazisindən keçən hissəsində xxx sözü yazılmış lövhənin yaxınlığında əkin sahəsində işləyən fəhlələrin dincəlməsi üçün inşa edilmiş qapıları olmayan tikilidə əvvəlcədən cinayətkar qrupun digər üzvləri tərəfindən təyin edilmiş yerdə gizlədilmiş bir ədəd qara rəngli çantada altı ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri- 2660,0 qram, 3210,0 qram, 2540,0 qram, 2360,0 qram, 2900,0 qram və 3160,0 qram olmaqla, ümumilikdə külli miqdarda 16830,0 qram çəkidə xaş-xaş bitkisindən ku star üsulla alınmış eyni tərkibli narkotik vasitə tiryəki və bir ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi- 285,310 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini satış məqsədilə əldə edib piyada hərəkət edərək özündə saxlamaqla qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında xx xxx 2018-ci il tarixdə saat 09-30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 Cənub bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Biləsuvar rayonu Aşağı Cürəli kəndinin ərazisindən keçən 114-cü kilometrliyində yolun kənarında qeyd edilən yerdə Məhkum saxlanılarkən qanunsuz olaraq əldə edib piyada hərəkət etməklə satış məqsədilə əldə edib saxlamaqla qanunsuz daşıdığı bir ədəd qara rəngli çantada altı ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri- 2660,0 qram, 3210,0 qram, 2540,0 qram, 2360,0 qram, 2900,0 qram və 3160,0 qram olmaqla, ümumilikdə külli miqdarda 16830,0 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla alınmış eyni tərkibli narkotik vasitə tiryək və bir ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi- 285,310 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər hakimləri Novruzov Ələsgər Əli isk əndər oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad ibiş oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və CM-nin 32.5,206.3.2-ci maddəsi ilə özünü təqsirli bilmədyindən ona həmin maddə ilə bəraət verilməsi, ona CM-nin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəzanın isə yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiya məhkəməsi onun cin ayət işinə baxarkən düzgün və ədalətli qərar qəbul etməmişdir. Məhkum öz kassasiya şikayətində göstərmişdir ki, özünü CM-nin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilir, lakin Azərbaycan Respublikasının sərhədini heç vaxt keçməmiş və buna görə də CM-nin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti, yəni qaçaqmalçılıq cinayətini törətməmişdir. Bu əsasa görə kassasiya şikayətinin müəllifi CMnin 32.5,206.3.2-ci maddəsi ilə özünü təqsirli bilmədiyindən ona bəraət verilməsini, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə isə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüd udlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin h əyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 4 19.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı mad dələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CPM-nin 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yən i, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “XXX və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). “İnsan Hüqu qlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərindən, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin mövqelərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Qanunvericiliyin müddəalarına əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, hazırki iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallar ondan ibarətdir ki, Məhkum qəsdən tamah niyyəti və satış məqsə di ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə edib saxlama, daşıma, satma, habelə qaçaqmalçılıq, yəni narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsi barədə şəxsiyyəti istintaqa məlum olmayan və İran İslam Respublikası vətəndaşı olduğu ehtimal edilən XXX” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək “XXX” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan tarixdə və vaxtda qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda - 16830,0 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış vasitə olan tiryəki və 285,310 qram çəkidə kustar üsulla hazırlanmış kül li miqdarda narkotik vasitə olan heroini xx xxx 2018-ci il tarixdə saat 9.30 radələrində Ələt-Astara-İran İslam Respublikası avtomobil yolunun Biləsuvar rayonu Aşağı Cürəli kəndinin ərazisindən keçən hissəsində XXX” sözü yazılmış lövhənin yaxınlığında gizlədilmiş bir ədəd qara rəngli çantada əldə edib piyada özündə saxlamaqla qanunsuz daşıyaraq hərəkətdə olarkən, bu barədə daxil olmuş məlumat əsasında xx xxx 2018-ci il tarixdə saat 09-30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 Cənub bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılmış və göstərilən narkotik vasitələr ondan aşkar edilib götürülmüşdür. İş materiallarından görünür ki, Məhkum istər ibtidai araşdırma zamanı, istərsə də işə birinci instansiya məhkəməsində baxılarkən təsvir edilən cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək həmin cinayətlərin törədilməsi halları barədə etirafedici ifadələr vermiş və əlavə olaraq göstərmişdir ki, telefon vasitəsilə tanış olduğu İran İslam Respublikasında yaşayan XXX” adlı şəxs ona narkotik vasitələr göndərilməsini, həmin narkotik vasitələri onun göstərdiyi yerdən götürüb deyəcəyi şəxsə çatdırılmasını təklif etmiş və bunun müqabilində ona 2500 manat məbləğində pul verəcəyini, əlavə olaraq onun üçün ayrıca olaraq heroin göndərəciyini bildirmiş, o, da həm pula, həm də narkotik vasitələrin istifadəçisi kimi belə vasitələrə ehtiyacı olduğundan bu təkliflə razılaşmışdır. xx xxx 2018-ci il tarixdə saat 20 radələrində XXX ona növbəti dəfə zəng vurub narkotik vasitələrin Azərbaycan Re spublikasının ərazisinə keçirilməsini bildirərək həmin vasitələrin gizlədildiyi yer barədə məlumat vermiş və o, həmin məlumata əsasən artıq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilmiş narkotik vasitələri xx xxx 2018-ci il tarixdə saat 9.30 radələrində XXX” göstərdiyi yerdən götürüb apararkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hökmdən verdiyi apellyasiya şikayətində də Məhkum özünü birinci instaniya məhkəməsi tərəfindən müəyyən edilmiş cinayət əməllərini törətməsini etiraf edərək, digər tərəfdən həm bu əməllərin sübuta yetirilməsini, həm də onların hüquqi tövsifini mübasiləndirməyərək yalnız ona təyin edilmiş cəzanın yüngülləşdirməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan fərqli olaraq, apellyasiya instansiyası məhkəməsinin qərarından verdi yi kassasiya şikayətində Məhkum özünün qanunsuz olaraq heç vaxt Azərbaycan Respublikasından İran İslam Respublikasına getmədiyini, oradan qaçaqmalçılıq yolu ilə narkotik vasitələr gətirmədiyini iddia edərək ona CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilməsi barədə tələb irəli sürmüş, lakin kassasiya kollegiyası aşağıdakı əsaslara görə onun bununla bağlı dəlilləri ilə razılaşmayraq onun şikayətində irəli sürdüyü tələbin təmin edilməsini mümkün bilmir. Belə ki, Məhkum onun barəsindəki xx xxxxxx 2018-ci il tarixli hökmlə narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin icraçısı kimi deyil, həmin cinayətin törədilməsində köməkçi qismində iştirak etdiyinə görə CM-nin 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, qaçaqmalçılıq yolu keçiriləcək narkotik vasitəl əri Azərbaycan Respublikasının ərazisində qəbul etməyi əvvəlcədən vəd etmiş və işin müəyyən edilmiş hallarına görə, bununla bağlı razılığın əldə edilməsindən sonra xx xxx 2018-ci il tarixdə ona göndərilmiş narkotik vasitələri qaçalmalçılıq cinayətini bilavasitə icra etmiş şəxslərin göstərdikləri yerdən götürüb daşımışdır. CM-nin 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifa də etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 10 nömrəli Qərarının 19-cu maddəsində məhkəmələrə tövsiyə edilmişdir ki, törədilmiş əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmu ş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə ma l və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövs ifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə və Ali Məhkəmənin yuxarıda qeyd olunan Plenum Qərarındakı tövsiyələrə, habelə formalaşmış vahid məhkəmə təcrübəsinə əsaslanaraq hesab edir ki, XXX qaçaqmalçılıq cinayətinin törədilməsində bilavasitə iştirak etməsə də, qaçaqmalçılıq yolu ilə İran İslam R espublikasından Azərbaycan Respublikasının ərazisinə keçiriləcək narkotik vasitələri qəbul etməyi əvvəlcədən vəd etdiyindən və əldə olunmuş razılığa əsasən artıq naməlum şəxslərin Azərbaycana gətirdikləri narkotik vasitələri ona göstərilmiş yerdən götürüb daşıdığından, yəni qaçaqmalçılıq cinayətinin törədilmsəində məhz köməkçi qismində iştirak etdiyindən onun bu əməli birinci instansiya məhkəməsi tərəfindən CM-nin 32.5,206.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və apellyasiya instansiyası məhkəməsi də tam əsaslı olaraq belə hüquqi qiymətləndirmə ilə razılaşmışdır. İş materiallarından görünür ki, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblər inə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Belə olan halda məhkəmə kollegiyası Məhkum cinayət əməllərinin sübuta yetirilməsi və bu əməllərin yuxarıda göstərilmiş qaydada tövsif edilməsi məsəl ələrinə dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələri qanuni hesab edərək məhkumun həmin əməllərinin başqa cür tövsif edilməsi, apellyasiya instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi, yaxud da həmin qərarın tam və ya hissəvi ləğv edilməklə cinayət işinin icraatına xitam verilməsi üçün heç bir əsas tapmır. Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsi haqqında qərar qəbul edilməsinə dair məhkumun kassasiya şikayətində etdiyi xahişi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət tö rətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyət i, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi i lə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkum barəsindəki hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs haqqında cəza tədbiri seçərkən, onun törətdiyi cinayətlərin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, CM-nin 59.1.4-cü maddəsinə əsasən onun himayəsində az yaşlı uşağın olması ilə yanaşı, cəzanı yüngülləşdirən hal kimi onun yaşayış yerindən müsbət cəhətdən xasiyyətləndirilməsini, habelə CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi olmasını cəzanı ağ ırlaşdıran hal kimi nəzərə alaraq, məhkuma bu hallar uyğun olaraq təqsirli bilindiyi CM-nin 32.5,206.3.2, 234,4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları hüdudlarında azadlıqdan məhrum etmə cəzası təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə cəza təyini hissəsində də birinci instansiya məhkəməsi ilə razılaşmışdır. Məhkəmələrin bu məsələnin həlli zamanı hər hansı halı nəzərə almamaları, kassasiya şikayətinə məhkəmə baxışı zamanı cəzanın növünə və həddinə təsir göstərəcək biləcək yeni hallar iş materialları ilə müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası Məhkum istər ayrı-ayrı cinayətlərə görə, istərsə də cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaların yüngülləşdirilməsi üçün də əsaslar görmür və bütövlükdə kassasiya şikayətinin dəlillərini müzakirə edərək və həmin şikayətin t əmin edilməsi barədə məhkumun, şikayətin təmin edilməməsi barədə isə dövlət itttihamçısının çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda göstərilənlərə görə kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı isə – dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234,4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən sa
Məhkəmə qərarları › İş №1(102)-636/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-636/2020
01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver