Məhkəmə qərarları › İş №1(102)-636/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-636/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-636/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkumun iştirakları ilə Cəbrayıl Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 308.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Cəbrayıl Rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Qurban Hacıyev) 28 iyul 1963-cü il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Beyləqan rayon Təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş, hal-hazırda işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 308.1-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul v əzifə tutmaq hüququndan məhrum edilməklə, aylıq qazancının on beş faizi miqdarında dövlət nəfinə pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına, CM-nin 313-cü maddəsi ilə aylıq qazancının on beş faizi miqdarında dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına, CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, aylıq qazancının on beş faizi miqdarında dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X10 da təqsirli bilinib məhkum olunmuşdur. Hökmdən Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən iş ə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim E.Ə.Camalov, hakimlər K.S.Bəşirov və R.M.Cəfərovdan ibarət tərkibdə) 20 oktyabr 2020-ci il tarixli qərarı ilə Cəbrayıl Rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Cəbrayıl Rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, vahid niyyətlə vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qu lluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında sair şəxsi niyyətilə informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Beyləqan rayon İcra Hakimiyyəti başçısının 27 may 2016-cı il tarixli, 057 saylı əmri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Beyləqan rayon Təhsil şöbəsi üzrə müdir vəzifəsinə təyin edilməklə 27 may 2016-cı il tarixdən 20 oktyabr 2018-ci il tarixədək həmin vəzifədə işləyərkən, faktiki olaraq təhsil şöbəsinin bütün fəaliyyətinə rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetini n 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəblərinin nümunəvi Nizamnaməsi” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 fevral 2015-ci il tarixli, 242 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar”a əsasən sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq, sərbəst (eksternat) təhsilalma forması əsasında müstəqil hazırlaşıb ümumi orta və ya tam orta təhsil üzrə buraxılış imtahanlarında iştirak etmək istəyən ekste rnlərin ərizələrini hər ilin aprel ayı ərzində qəbul etmək və qeydiyyata almaq, eksternlərin mərkəzləşmiş qaydada keçirilən ümumi orta və ya tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarından əvvəl yaşadıqları rayonun (şəhərin) təhsil şöbəsi (idarəsi) tərəfindən təşkil olunan aralıq imtahanlarında iştirak etməyini təmin etmək, rəsmxət, əmək hazırlığı (“Texnologiya”), təsviri incəsənət, fiziki tərbiyə, musiqi və nəğmə, gənclərin çağırışaqədərki hazırlığı fənləri istisna edilməklə tədris planındakı imtahan aparılmayan digər fənlərdən buraxılış imtahanı vermələrinə şərait yaratmaq, aralıq imtahanlarını aparmaq üçün hər fənn üzrə sədr və üç nəfər müəllimdən ibarət komissiya yaratmaq, imtahanların nəticələrini protokollaşdırmaq, fənn komissiyalarının sədrləri tərəfindən imzalanmasına nəzarət etmək və təsdiq etmək səlahiyyətinə malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və qeyriləri yəni müraciət etmiş ayrı-ayrı şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə tabeçiliyində olan Beyləqan rayonu, 1-ci Şahsevən kənd 2 nömrəli tam orta məktəbinin 21 sentyabr 2017-ci il tarixdən 02 fevral 2019-cu il tarixədək direktoru vəzifəsində işləmiş X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, aralarındakı vahid cinayətkar niyyətə uyğun olaraq, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, sərbəst (eksternat) qaydada imtahan verərək attestat almaq üçün müraciət etməli olduğu halda 12.04.1989-cu il təvəllüdlü X11, 06.07.1995-ci il təvəllüdlü X19, 15.10.1996-cı il təvəllüdlü X3 və 08.03.199 5-ci il təvəllüdlü X12 ümumiyyətlə heç bir ərizələri olmadan, 12.11.1988-ci il təvəllüdlü X4, 12.04.1989-cu il təvəllüdlü X5 28.12.2018-ci il tarixli, 15.10.1996-cı il təvəllüdlü X1 isə 21.05.2018-ci il tarixli ərizələri olsa da həmin Nizamnamənin və Normativin tələblərinə qəsdən əməl etməyərək Beyləqan rayon Təhsil şöbəsində heç bir rəsmiləşdirmə aparılmadan, təhsil şöbəsi tərəfindən təşkil olunmalı olan aralıq imtahanlarında adları qeyd olunan şəxslərin iştirak etmələri təmin olunmadan, hər fənn üzrə sədr və üç nəfər müəllimdən ibarət komissiya yaradıb nəticələrini protokollaşdırmadan, əvvəlcədən Beyləqan rayonu, 1-ci Şahsevən kənd 2 saylı tam orta məktəbin direktoru X10 ilə aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq, sonuncunun eksternlərin həmkəndl iləri olmaqla həmin qanunsuz hərəkətlərə göz yummasını xahiş etməsi ilə əlaqədar özünü işçiləri qarşısında qayğıkeş rəhbər kimi göstərməkdən ibarət olan şəxsi niyyətlə X10 vasitəsi ilə sonuncu məktəbdə katibə vəzifəsində işləyən cinayətdən xəbərsiz olan X13 tərəfindən həmin məktəbdə quraşdırılmış kompüterə Beyləqan rayonu, 1-ci Şahsevən kənd 2 saylı tam orta məktəbin BEY009 kodunu şəxsi niyyətlə elektron informasiya siteminə daxil olaraq-informasiya resursu sayılan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin şagird imtahan informasiya sisteminə X5, X8, X2, X1 və X12 adlarının qarşısında şəxsi niyyətlə bilə-bilə yalan məlumat hesab edilən, guya həmin şəxslərin məktəbdə təşkil edilmiş müvafiq aralıq imtahanlarında iştirak etməklə müvəffəqiyyətlə keçdiklərini göstərən məlumatları 04.05. 2018-ci il tarixdə və 18.05.2018-ci il tarixdə daxil edib ilkin təsdiq edərək Təhsil Nazirliyinin elektron informasiya sisteminə göndərilməsinə nail olmaqla və faktiki olaraq eksternat qaydasında müraciət etmiş şəxslərin verəcəkləri imtahanlar zamanı heç bir maddi vəsait tələb olunmadığı halda, 2018-ci ilin may ayında cinayətdən xəbərsiz olan həmin şəxslərdən və ya onların qohumlarından, o cümlədən X5in babası X9 təqdim etdiyi 50 manatı, X12nın təqdim etdiyi 50 manatı, X6un təqdim etdiyi 50 manatı, Elçin Möhübbətlinin təqdim etdiyi 50 manatı və X2un təqdim etdiyi 50 manatı, cəmi 250 manat pulu qabaqcadan əlbir olduğu Beyləqan rayonu, 1-ci Şahsevən kənd 2 saylı tam orta məktəbin direktoru X10nin işlədiyi Beyləqan rayonu 1-ci Şahsevən kənd 2 nömrəli tam orta məktəbində yerləşən xidməti otağı nda 2018-ci ilin may ayında əldə etdikdən sonra Beyləqan şəhəri, Heydər Əliyev prospekti 3-də yerləşən Beyləqan rayon Təhsil şəbəsində yerləşən xidməti otağında sonuncudan qəbul edib öz aralarında bölməklə, həmin əməlləri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasında təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafını, təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etmək, vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarını qorumaq məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaq, təhsil sistemində "attestasiya-maddi stimullaşdırma" mexanizminin tətbiqi ilə bağlı fəaliyyətinin pozulmasına və həmin Nazirliyin nüfuzdan salınmasına səbəb olub dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə informasiya resurslarına ilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, 40 ilə yaxın pedoqoji əmək fəaliyyəti dövründə indiyədək qanun qarşısında heç bir ciddi nöqsanları olmamışdır. İşlədiyi müddət ərzində hər zaman başqalarından öz əməyi, bacarığı və biliyi ilə seçilmiş, rayon ictimaiyyəti, pedoqoji kolektivi arasında böyük nüfuza malik olmuş, əməyi və bacarığının nəticəsində bir neçə dəfə təltif olunmuşdur. Beyləqan şəhər ərazisində yaşadığı və işlədiyi müddət ərzin də barəsində Beyləqan şəhər ərazi nümayəndəliyinə və hüquq mühafizə orqanlarına rayon sakinlərindən və müəllim kollektivindən hər hansı bir şifahi, yazılı ərizə və ya şikayət daxil olmamışdır. Lakin, məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul olunmuşdur. Cəbrayıl Rayon Məhkəməsinin ittiham hökmündən verdiyi apelyasiya şikayəti qismən təmin edilərək barəsində Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət təqibinə xitam verilsə də, yekunda yenə də, CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Yuxarıda qeyd olunan yüngülləşdirici halların heç biri apelyasiya məhkəməsinin qərarında öz əksini tapmamış, cəza təyini zamanı bu hallar nəzərə alınmamışdır. Bu səbəbdən Şirvan Apelyasiya Məhkəməsinin 20.10.2020-ci il tarixli qərarı ilə razı deyil. Odur ki, gö stərilənlərə əsasən Şirvan Apelyasiya Məhkəməsinin 20.10.2020-ci il tarixli qərarının qanunsuz və əsassız olması, maddi və cinayət-prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qərar ləğv edilməlidir. Beləliklə, göstərilənləri nəzərə alaraq, Şirvan Apelyasiya Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qərarını ləğv etməklə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Məhkum çıxış edərək kassasiya şikayətində qeyd etdiyi halları bir daha vurğulayaraq şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbayc an Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyət i üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən ver ilmiş kassasiya şikayətində təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri ə lamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəm əsini qərarı ilə Məhkumun məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsinin dispozisiyası vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması, dövlət itti hamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş digər təqsirləndirilən şəхs X10nin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsi X20, şаhidlər X23, X22, X14, X6, X7 ifаdələri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beyləqan Rayon Təhsil Şöbəsinin 20 noyabr 2019 -cu il tarixli, 370/1 nömrəli məktubu, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin elektron informasiya sisteminin çıxarış, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən daxil olmuş disk və işdə оlаn istintаq və məhkəmə hərəkətlərinə dаir digər sənədlərlə və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 308.1-ci madd əsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəmə kollegiyası Məhkum təqsirli bilindiyi CM-nin 313-cü maddəsinə münasibətdə CM-nin 75.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunması və barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və ona bəraət verilməli olduğu iddia edilir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Məhkumun ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci insta nsiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bi r daha təhlil edərək hesab edir ki, onlar Məhkumun təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkumun kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bər aət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və süb utetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkumun hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkumun hərəkətlərində Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (ilk məhkumluğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını), cəzasını ağırlaşdıran hal (cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haql ıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan Məhkuma aid hissədə dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən ona aid hissədə də

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar