Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-637/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, x1nun iştirakları ilə, Kürdəmir Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə x1nun Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı Elnar Hüseynov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim: R.S.Bağırov) x1- xx xxxxxx 1968-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, ünvan 1-də yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İşin halları: Məh kəmənin hökmünə əsasən x1 xx xxxxxx 2018-ci il tarixdə saat 20:00 radələrində, qeydiyyat şəhadətnaməsi x2 adına olmaqla etibarnamə ilə idarə etdiyi VAZ 21154 markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomaşınla Kürdəmir şəhəri, Bakı prospekti ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin, 1-ci bəndinin tələblərini pozaraq, yəni eyni əhəmiyyətli yolların kəsişdiyi yol ayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməli və yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə, yaşayış zonalarında və həyət ərazilərində isə 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, həmi n vaxt yolun sağ tərəfində yerləşən Kürdəmir Süd Emalı Zavodunun qarşısından çıxaraq əks istiqamətdə dönmə hərəkəti edən qeydiyyat şəhadətnaməsi x3 adına olmaqla, x4 etibarnamə ilə idarə etdiyi “Hyundai Sonata” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, x1 ehtiyyatsızlıqdan törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata” markalı avtomaşının sürücüsü x4 alın nahiyəsinin və sol saidin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər almış, x1 idarə etdiyi avtomobildə olmuş sərnişin x5 isə, sağ said sümüklərinin aşağı üçdə bir hissəsinin qapalı yerdəyişmiş sınığı, sağdan V soldan İİ qabırğanın qapalı sınığı, sağ qaşarası nahiyəsinin sıyrığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurma xəsarətləri almış, “Hyundai Sonata” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşına isə ümumilikdə 7140 (yeddi min yüz qırx) manat maddi ziyan dəymişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), R.M.Cəfərov və F.K.Soltanovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə x1 barəsində Kürdəmir Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qərarı ləğv edilmiş, x1na Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə əməlində həmin cinayətin tərkibinin olmaması əsası ilə bəraət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı Elnar Hüseynov kassasiya protesti vermişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Elnar Hüseynov kassasiya protestində qeyd etmişdir ki, birinci və apellyasiya instansiya məhkəmələrində tədqiq edilmiş məhkum edilmiş şəxsin, zərəçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələri, hadisə yerinə baxış, nəqliyyat vasitəsinə baxış, ifadələrin yerində yoxlanması və digər istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər sübutlarla x1nun ittiham olunan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarından və ekspert rəylərindəndə göründüyü kimi x1 yol nəqliyyat hadisəsi törətmiş və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməmiş, nəticədə idarə etdiyi avtomobilin sərnişini az ağır dərəcəli bədən xəsarəti almışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi iş materiallarında belə mötəbər sübutların olmasına məhəl qoymamış, hökmlə işin hallarını müəyyən edərkən zərəçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekpertiza rəylərini, hadisə yerinə baxış, nəqliyyat vasitəsinə baxış, ifadələrin yerində yoxlanması və digər istintaq hərəkətlərinin protokollarını, eləcə də yuxarıda qeyd olunan digər sübutları nəzərə almamış, yalnız təqsirləndirilən şəxs x1nun verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə əsaslanmaqla guya x1 hadisənin qarşısını almağa texniki imkanının olmaması kimi işin digər halları ilə rədd olunan xüsustları qeyd etsə də, bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin əsaslarını hökmdə göstərməmişdir. Apellyasiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə kollegiyası x1 öz ünü müdafiə xarakterli ifadəsinə əsasən həmin vaxt onun üçün təhlükənin yarandığı anda onunla Hunday markalı avtomobil arasında 15 metr məsafənin olması qənaətinə gəlmişdir. Halbuki, işdə olan təkrar məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2019cu il tarixli 11746 saylı və təkrar komisyon məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2019- cu il tarixli 18164 saylı rəylərində təhlükə yaranan anda VAZ 21154 markalı avtomobilin toqquşma yerindən 15 metr məsafədə olmasının real hadisə mexanizminə uyğun olmadığı və həmin məsafənin real qiymətinin 15 metrdən kifayət qədər böyük olduğu göstərilmişdir, Göründüyü kimi, işdə olan və yuxarıda sadalanan bu cür mötəbər sübutlara düzgün qiymət verməyən və ya həmin sübutları təkzib edə bilməyən məhkəmə kollegiyası cinayətin tövsifi il ə bağlı əsassız nəticəyə gəlmiş və qanunsuz bəraət hökmü çıxarmışdır. Ekspertiza rəylərinin müqayisəsindən görünür ki, xx.xx.2018-ci il tarixli 24180 saylı məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının ekspert rəyində x1nun hadisənin qarşısını almağa texniki imkanının olduğu və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olduğu göstərilmiş, lakin sonrakı məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının rəylərində onun hadisənin qarşısını almağa texniki imkanının olmadığı göstərilmişdir. Məhkəmə kollegiyası isə müdafiə mövqeyi tutaraq və sübutlara birtərəfli yanaşaraq x1 hadisənin qarşısını almağa texniki imkanının olduğu qeyd olunan xx.xx.2018-ci tarixli ekspertiza rəyini deyil, onun hadisənin qarşısını almağa texniki imkanının olm adığı qeyd olunan ekspertiza rəyini sübut kimi götürmüşdür. x1 ibtidai istintaq zamanı, birinci və apellyasiya instansiya məhkəmələrində verdiyi ifadələrində özünü təqsirli bilməyərək həmin vaxt Hyundai Sonata markalı avtomobilin 1415 metrə qalmış onun hərəkətdə olduğu yola çıxdığını, buna görə də hadisənin qarşını ala bilmədiyini və baş vermiş hadisədə onun heç bir günahı olmadığını göstərmişdir. Lakin x1nun işin faktiki hallarına uyğun olmayan özünü müdafiə xarakterli bu ifadələri iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunur. Belə ki, yuxarıda qeyd olunduğu kimi. xx.xx.2019-cu il tarixli 11746 saylı və xx.xx.2019-cu il tarixli 18164 saylı məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının rəylərində təhlükə yaranan anda VAZ 21154 markalı avtomobilin toqquşma yerindən 15 metr məsafədə o lmasının real hadisə mexanizminə uyğun olmadığı və həmin məsafənin 15 metrdən kifayət qədər böyük olduğu göstərilmişdir. Göründüyü kimi, x1 yol hərəkətinin iştirakçısı kimi baş vermiş yol- nəqliyyat hadisəsində təqsiri olduğunu dərk etməklə məqsədli şəkildə hadisənin baş verməsinin obyektiv hallarını məhkəmə baxışında öz xeyrinə təhrif etmişdir. Belə ki, məhkəmə kollegiyası ibtidai istintaq zamanı heç bir qanun pozuntusu olmadan əldə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara deyil, yalnız təqsirləndirilən şəxsin vermiş olduğu işin hallarına uyğun olmayan ifadələrinə uyğun əsassız qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin yeni apelyasiya b axışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, bar əsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Döblət ittihamçısının kassasiya protestində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi y alnız təqsirləndirilən şəxs x1nun verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə əsaslanmaqla guya x1 hadisənin qarşısını almağa texniki imkanının olmaması kimi işin digər halları ilə rədd olunan xüsusatları qeyd etsə də, bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin əsaslarını hökmdə göstərməmişdir. Apellyasiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə kollegiyası x1 özünü müdafiə xarakterli ifadəsinə əsasən həmin vaxt onun üçün təhlükənin yarandığı anda onunla Hunday markalı avtomobil arasında 15 metr məsafənin olması qənaətinə gəlmişdir. Halbuki, işdə olan təkrar məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2019-cu il tarixli 11746 saylı və təkra r komisyon məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2019- cu il tarixli 18164 saylı rəylərində təhlükə yaranan anda VAZ 21154 markalı avtomobilin toqquşma yerindən 15 metr məsafədə olmasının real hadisə mexanizminə uyğun olmadığı və həmin məsafənin real qiymətinin 15 metrdən kifayət qədər böyük olduğu göstərilmişdir, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmündə gəldiyi nəticələrə görə yol nəqliyyat hadisəsinin iştirakçısı olan nəqliyyat vasitələrinin, VAZ 21154 markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomaşın və “Hyundai Sonata” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşının hərəkət yollarının eyni əhəmiyyətli yollar olmasının və buna görə də VAZ 21154 markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsün ün “Hyundai Sonata” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünə yol verməli olmasının hesab edilməsi düzgün olmamışdır. Müdafiə tərəfindən apelyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, “Hyundai Sonata” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşın süd zavodunun həyətindən əsas yola çıxarkən soldan əsas yolla Bakı şəhəri istiqamətində avtomobil gəlməməsinə əmin olduqdan sonra əsas yola çıxmalı olduğu halda o bunu etməmiş, soldan gələn x1nun idarə etdiyi avtomobili buraxmadan əsas yola çıxmış və yol nəqliyyat hadisəsi qaçılmaz olmuşdur. Daha sonra apellyasiya instansiyası məhkəməsi hökmdə Azərbaycan Respublikası CPM-in 92.9.5-ci, 28.4.3-cü, 145.3-cü, maddələrinə istinadən qeyd etmişdir ki, iş materiallarında olan, Avtomobil Yolla rı Dövlət Agentliyinin müdafiə tərəfinin sorğusuna cavab olaraq göndərdiyi xx xxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, Kürdəmirdən üzü Hacıqabul istiqamətinə gedən avtomobil yolu Bakı prospekti adlanır. Həmin yol “ötmə qadağandır” və sürət məhdudiyyəti 60 km/saat yol nişanları ilə nişanlanmışdır. Süd emalı zavodundan həmin prospektə çıxan yol baş yola çıxan giriş yolu sayılır. Bakı prospekti isə baş yol hesab olunur. x1na qarşı isə eyni əhəmiyyətli yolla sağ tərəfdən gələn avtomobilə yol verməməsinə görə baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində təqsirliliyinə görə ittiham verilmişdir. Apellyasiya baxışı gedişində müdafiə tərəfinin vəsatəti ilə iş üzrə təkrar komisyon məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, ekspertə avtomobillərin hadisədən əvvəl hər əkət etdikləri yollarla bağlı Avtomobil Yolları Dövlət Agentliyinin arayışına uyğun məlumat verməklə ekspert qarşısında yol nəqliyyat hadisəsinin digər iştirakçısı olan “Hyundai Sonata” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşının sürcüsü x4 da hadisənin baş verməsində təqsirinin olub-olmamasının müəyyən edilməsinə yönəlmiş suallar qoyulmuşdur. Məhkəməyə daxil olmuş xx xxx 2019cu il tarixli ekspert rəyindən görünür ki, təhlükə yaranan halda VAZ 21154 markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomaşının toqquşma yerindən 41,6 metrdən kiçik məsafədə olması halında həmin avtomobilin sürücüsü x1nun hadisənin qarşısını almağa texniki imkanı olmamış, onun toqquşma yerindən 41,6 metrdən böyük məsafədə olmasının müəyyən ediləcəyi halda x1nun hadisənin qarşısını almağa texniki imkanı olmuş, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Hyundai Sonata” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspert VAZ 21154 markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü x1nun avtomobili saatda 75 km.saat sürətlə hərəkət etməsi halında hadisənin qarşısının alınması üçün lazım olan məsafənin kritik qiymətinin müəyyən edilməsi ilə bağlı suala cavab verməmişdir. Dövlət ittihamçısının bu ekspert rəyi ilə tanış olmasından sonra xx xxxx 2019-cu il tarixdə verdiyi vəsatət əsasında iş üzrə təkrar komisyon məhkəmə yol nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, ekspert qarşısında x1nun saatda 75 km /saat sürətlə hərəkət etməsi halında onun və digər sürücünün hərəkətlərində yol hərəkəti haqqında qanunun tələbərinə uyğunsuzluq olub-olmamasının aydınlaşdırılmasına yönəlmiş suallar qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsinə xx.xx.2019-cu il tarixdə daxil olmuş xx xxxxxx 2019-cu il tarixli 18164 saylı ekspert rəyinə görə sürücü x1 VAZ 21154 markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomaşını yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək, 75 km/saat sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində Yol Hərəkəti Haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddə sinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda VAZ 21154 markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomaşının toqquşma yerindən 41,6 metrdən kiçik məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində x1nun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində Yol Hərəkəti Haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olması şəraitində həmin maddənin tələblərinə uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda VAZ 21154 markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomaşının toqquşma yerindən 41,6 metrdən böyük məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində x1nun hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində Yol Hərəkəti Haqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və bu halda x1nun hərəkətlərində Yol Hərəkəti Haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən“Hyundai Sonata” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü x4 hərəkətlərində Yol Hərəkəti Haqqında Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Qeyd edilən ekspert r əyi məhkəməyə daxil olduqdan sonra tərəflər apelyasiya baxışına çağırılmış, ekspert rəyi ilə tanış edilmişlər. Dövlət ittihamçısı rəylə tanış olduqdan sonra iş üzrə əlavə komisyon yol nəqliyyat hadisəsi ekspertizası təyin edilməsi barədə vəsatət vermiş VAZ 21154 markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomaşının hərəkət sürəti saatda 75 km/saat qəbul edilməklə¸hadisə yerində qalmış VAZ 21154 markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomaşının tormoz izinin 14 metr olması nəzərə alnmaqla həmin avtomobilin əyləc basıldığı andan toqquşma yerinə qədər neçə metr məsafə qət etməsinin müəyyən edilməsinə, x1nun təhlükəni gördüyü andan toqquşmaya qədər, həmçinin əyləci basdığı andan toqquşmaya qədər olan məsafələrin müəyyən edilməsinə yönəlmiş suallar qoyulmuşdur. Məhkəməyə daxil olmuş x x xxxxx 2019-cu il tarixli 25031 saylı ekspert rəyindən görünür ki, x1nun avtomobili 75 km/saat sürətlə idarə etməsi şəraitində tormoz pedalını basdığı andan toqquşma yerinə kimi qət etdiyi məsafə 23,4 metrə uyğundur. VAZ 21154 markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomaşının saatda 75 km/saat sürətlə hərəkət etməsi halında x1nun hadisənin qarşısını ala bilməsi üçün lazım olan məsafənin kritik qiymət 58,4 metrə uyğundur. VAZ 21154 markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomaşının 75 km/saat sürətlə hərəkət etməsi halında avtomobilin tormoz sisteminin tam işə düşdüyü andan tormozlanmış vəziyyətdə tam dayanana qədər qət edə biləcəyi məsafə 28,2 metrə uyğundur. VAZ 21154 markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomaşının 75 km/saat sürətlə hərəkət etməsi halında tormoz izi qoy anadək qət edə biləcəyi məsafə 30,2 metrə uyğundur. Beləliklə, x1nun istər 60 km/saat sürətlə hərəkət etməsi halında, istərsə də 75 km/saat sürətlə hərəkət etməsi halında onun hadisənin qarşısını almağa texniki imkanının olmaması görünür. Belə ki, həm Vidadi Həşimov, həm də onun sərnişini olmuş zərərçəkmiş şəxs Q.Qasımov təhlükənin yarandığı anda onunla Hunday markalı avtomobil aralarında 15 metr məsafə olmasını, Hunday markalı avtomaşının sürücüsü Ə.Abbasov və onun sərnişini bu məsafənin 8 metr olmasını göstərmişlər ki, bu da x1 60 km/saat sürətlə hərəkəti halındakı 41,5 metr kritik məsafədən, həm də onun 75 km/saat sürətlə hərəkət etmiş olması halındakı 58 metr kritik məsafədən dəfələrlə kiçikdir. xx xxxxxx 2019-cu il tarixli ekspert rəyində göstərilmiş, VAZ 21154 markalı, ** CC *** dö vlət qeydiyyat nişanlı avtomaşının saatda 75 km/saat sürətlə hərəkət etməsi halında onun əyləci basdıqdan sonra tormoz izi qoyana qədər qət etdiyi məsafə 30,2 metr müəyyən edilmişdir ki, tormoz izinin uzunluğunun da 14 metr olduğu nəzərə alınmaqla bu iki məsafənin cəmi olan 44,2 metr də sürətin 75 km/saat olması halına uyğun 58 metr kritik məsafədən xeyli kiçikdir. Onun saatda 75 km/saat sürətlə hərəkət etməsi halında o, Yol Hərəkəti Haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluğa yol vermiş olsa da, xx.xx.2019-cu il tarixli ekspert rəyindən göründüyü kimi bu uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının cinayət işi üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Hadisə zamanı təhlükə yaranan anda VAZ 21154 markalı avtomobilin toqquşma yerindən məsafəsinin 15 metrdən çox olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur, ekspertizanın rəyi ilə də məsafənin məhkəmənini müəyyən etdiyindən böyük olması müəyyən olunmamışdır. Belə vəziyyətdə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən düzgün olaraq təqsirsizlik prezumpsiyası haqqında Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin qaydalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun sürətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetiri lməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Göstərilənlərə əsasən kassasiya protestinin dəlilləri əsassız hesab edilir və ona görə də cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəm əsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. x1nun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəi ilə bəraət almasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019cu il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-637/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-637/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver