Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-637/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) və Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Əliyev Nurlan Sahib Oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamçısının müdafiəçisi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, ə vvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hal hazırda həbsdə olan Məhkum oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli hökmü ilə (hakimlər R.İ.Hüseynov (sədrlik edən), hakimlər N.N.Mirzəyev və B.M.Məmmədov) Məhkum oğlu Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək, cəzaçəkmə müddətinin əvvəlinin 13 yanvar 2020-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində ç əkməklə 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: G.Q.Abbasov (sədrlik edən), M.H.Hüseynov və E.Ş.Hüseynov) verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli 1(091)-74/2020 nömrəli hökmü Məhkum təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, 03 (üç) il 03 (üç) аy müddətə azadlıqdan məhrum etmə cəzasından onun 13 yanvar 2020-ci iltаrixdən bu günədək (24 sentyabr 2020-ci il tarixədək) həbsdə olduğu 8 (səkkiz) ay 11 (on bir) gün çıxıldıqdan sonra üzərində qalan 02 (iki) il 6 (altı) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 02 (iki) il sınаq müddəti ilə şərti hesаb edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci mаddəsinə əsаsən üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnа məlumаt vermədən dаimi yаşаyış yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,özünün dаvrаnışı ilə islаh olunmasını sübut etmək və ictimai faydalı əməklə məşğul olmaq vəzifələrinin qoyulması, tətbiq olunan sınaq müddətinin başlanğıcı məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən hesablanması, Məhkum dаvrаnışınа nəzаrəti onun yаşаyış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvаlə edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və o, məhkəmə iclas zalında həbsdən azad edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum olunmuşdur ona görə ki, o, 13 yanvar 2020-ci ildə saat 13 radələrində işlədiyi Qəbələ şəhər mərkəzi bazarının meyvətərəvəz hissəsində özünə aid piştaxtanın arxasında dayanıb alver edərkən həmin bazara gəlib onu yanına çağıraraq bir gün əvvəl aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisəni davam etdirən Aslanov Anar Məhəmməd oğlunun təşəbbüsü ilə yaranmış dava-dalaş zamanı, A.M.Aslanovun hər hansı əsaslı səbəb olmadan onun ünvanına uca səslərlə nalayiq söyüşlər söyməsi, ona fiziki zor tətbiq edərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsi, eləcə də mey və satdığı piştaxtanın üzərində olan yeşiyə təpiklə vurub içərisindəki meyvələri yerə dağıtması kimi ona qarşı bu cür qərəzli xuliqanlıq hərəkətlərindən sonra qisas almaq məqsədi ilə alver etdiyi piştaxtanın qarşısında özünə məxsus meyvə kəsmək üçün istifadə etdiyi və piştaxtanın üzərindən götürdüyü mətbəx bıçağı ilə A.M.Aslanovun sol bel nahiyəsindən bir dəfə vuraraq, ona sol bel nahiyəsində qarın boşluğuna nüfuz edən və nazik bağırsağın zədələnməsi ilə müşayət olunan deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qayta rılması barədə qərar qəbul edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, Şəki Ağır Cinayətlər məhkəməsi hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıb təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə aşağı həddə 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş. Şəki Apelyasiya məhkəməsi isə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi şəraitini, cinayəl əməlini törətdikdən sonrakı davranışını nəzərə almadan, Şəki Ağır Cinayətlər məhkəməsinır hökmündə qeyd edilən cəzanı yüngülləşdirən halları təkrar sadalamaqla təqsirləndirilən şəxs Məhkum cəza çəkmədən islah olunması qənaətinə gəlməklə onun barəsində əsassız və ədalətsiz olara q CM-nin 70-ci maddəsini tətbiq edərək şərti məhkum etmə barədr qərar qəbul etməklə qərarın ədalətli, qanuni və əsaslı olmasını şübhə altına alınmışdır. Məhkum barəsində CM-nin 70-cı maddəsinin tətbiqinin istinad olunduğu cinayət əməli böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət deyil, CM-in 15.4-cü maddəsinə əsasən, obyekti həyat və sağlamlığın təhlükəsizliyini təmin edən ictimai münasibətlər olan ağır cinayətlər kateqoriyasına aiddir və birbaşa qəsdlə törədilmişdir. Həmin cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun tərəfindən bıçaqla zərərçəkmişin sağlamlığına ağır xəsarət yetirməklə törədilməsində, birbaşa icraçılıqla törədilməsində və başa çatmasında, cinayət əməlini törətdikdən sonra zərərçəkmişə hər hansı köməklik etməməsində və sonradan zərərçəkmiş şəxsə dəymiş ziy anı ödəməməsində özünü göstərir. Beləliklə, mübahisəsizdir ki, apelyasiya instansiya məhkəməsi cinayət qanununun müddəalarını düzgün tətbiq etməyərək, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsinə baxmayaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini nəzərə almadan əsassız olaraq təqsirləndirilən şəxs Məhkum cəza çəkmədən islah olunması qənaətinə gələrək təqsirləndirilən şəxsin barəsində CM-in 70-ci maddəsini tətbiq etmişdir. Məhkəmə hökmdə bu halları konkretləşdirməmiş, cinayət əməlinin iştirakçılıq formasında deyil, təqsirləndirilən şəxs tərəfindən tək törədilməsi şəraitində onun cəza çəkmədən islah olunması qənaətinə gəlmə səbəblərini hökmdə əsaslandırmamış, yalnız CM-nın 70-cı maddədə sadalanan müddəaları hökmdə qeyd etməklə kifayətlənmiş, həmin halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirim, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin halların cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmamışdır. İş üzrə Məhkum barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi həm də onun göstəricisidir ki. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı tarazlığı təmin edə bilməmiş, nəticədə nümayiş etdirilmiş altruizm əda lətsiz cəza təyininə gətirib çıxarmış, bununla da, CM-nin 8 və 58.3-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sü butların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişlər. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələ r və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd olunan maddi hüquq normasının və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşd irici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Eyni zamanda, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi həqiqət çıxış edir. Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа v ə cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edil ərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, Məhkum zərər çəkmiş şəxs ilə barışıq əldə etməsi, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması, hadisənin zərər çəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsi, etdiyi əməli səmimi etiraf etməsinin onun cəzаsını yüngülləşdirir və qeyd edilən hallar Məhkum şəxsiyyətinin və törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmaqla onun cəmiyyətdən təcrid edilməsi zərurətini aradan qaldırır. Göründüyü kimi, Məhkum Anar Aslanova qarşı cinayət törətməyə məhz s onuncunun ona qarşı qanuna zidd və təhqiramiz hərəkətləri vadar etmişdir. Anar Aslanov hər hansı əsaslı və ciddi səbəb olmadan Məhkum işlədiyi, kifayət qədər çox sayda insanın toplaşdığı yer olan Qəbələ şəhər bazarına onunla dalaşmaq məqsədi ilə gələrək başqalarının gözü qarşısında nümayişkaranə şəkildə onu dalaşmaq üçün bazarın kənar hissəsinə aparmış, ünvanına uca səslərlə nalayiq söyüşlər söyüb, fiziki cəhətdən daha qüvvəli olmasından istifadə edərək davamlı olaraq onu döymüş, ona fiziki zor tətbiq edərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, orada olan və onları həm tanıyan, həm də tanımayan şəxslər tərəfindən harayçılıq edilərək onun Vasifi döyməsinin qarşısıını almağa yönəlmiş cəhdlər edilsə də, o öz qanunsuz hərəkətlərini uzun müddət ərzində davam etdirmiş, eləcə də Məhku m meyvə satdığı piştaxtanın üzərində olan meyvə dolu yeşiyə təpiklə vurub içərisindəki meyvələri yerə dağıtmışdır. Həmin qərəzli xuliqanlıq hərəkətləri ilə o Məhkum sağlamlığına zərər vurmaqdan daha çox onu ətrafında olan şəxslərin qarşısında nümayişkaranə şəkildə aşağılamışdır. Bütün bunlara görə də, özünün haqsız olaraq döyülüb təhqir edilməsi, çoxsaylı insanların qarşısında heysiyyətinin alçaldılması ilə barışa bilməyən və ona qarşı xuliqanlıq hərəkəti törədən şəxsi özündən başqa qaydada uzaqlaşdırıb onun qanunsuz əməllərinə başqa qaydada son qoya bilməyən, baş verənlərdən son dərəcə əsəbi vəziyyətdə olan Məhkum ona qarşı davamlı olaraq qərəzli hərəkətlər edən Anar Aslanovu özündən kənarlaşdırmaq məqsədi ilə alver etdiyi piştaxtanın qarşısında özünə məxsus meyvə kəsmək üçün istifadə etd iyi mətbəx bıçağı ilə onun sol bel nahiyəsindən bir dəfə vurmuşdur. Göründüyü kimi, zərər çəkmiş şəxs özünün həm qanuna, həm də əxlaq normalarına zidd olan qərəzli xuliqanlıq hərəkətləri ilə Məhkum ona istinad edilən cinayət əməlini törətməyə təhrik etmişdir. Hadisəni törətdikdən sonra isə Məhkum gizlənməmiş, ilk çağırışla könüllü olaraq polis orqanına gəlmiş, törətdiyi əməlini səmimi etiraf edərək işin araşdırılmasında istintaq orqanına yardım etmişdir. Həmçinin o, törətdiyi cinayət əməli üzrə zərər çəkmiş şəxs olan Anar Aslanov ilə barışmağa cəhdlər edərək onunla razılıq əldə etmişdir. Zərər çəkmiş şəxs Anar Aslanov həm ibtidai istintaq, həm birinci instansiya məhkəməsi dövründə, həm məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində Məhkum ilə barışdığını bildirərək ona qarşı şikayət v ə tələbinin olmadığını bildirmişdir. Kassasiya məhkəməsi kassasiya protestinin dəlili ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbаycаn Respublikаsının CM-in 70.1-ci mаddəsinə əsаsən, islаh işləri, hərbi xidmət üzrə məhdudlаşdırmа, intizаm xаrаkterli hərbi hissədə sаxlаmа və yа müəyyən müddətə аzаdlıqdаn məhrumetmə növündə cəzа təyin edən məhkəmə, məhkumun cəzа çəkmədən islаh olunmаsını mümkün sаyırsа, həmin cəzаnın şərti olаrаq tətbiq edilməsi hаqqındа qərаr çıxаrа bilər. Belə ki, Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun çox gənc olmaqla ilk dəfə cinayət törətməsini, ilk dəfə məhkum olunmasını, əvvəllər məhkum olunmamasını, onun cəzasını yüngülləşdirən digər halları, habelə onun əməlində cəzanı ağırlaş dıran hal olmadığını, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, göstərilənləri və onun ittiham olunduğu cinayət əməlinin törədilməsi nəticəsində baş vermiş ictimai təhlükəli nəticələrin aradan qaldırılması istiqamətində cəhdlərini həmin əməlin ictimai təhlükəlilik dərəcəsini müstəsna dərəcədə azaldan hallar kimi qiymətləndirərək hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkündür. Göründüyü kimi, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd olunanların apellyasiya məhkəməsi tərəfindən bu hal yetərincə araşdırılaraq qiymət verilmişdir. Apellyasiya məhkəməsinin gəldiyi yuxarıda qeyd olunan nəticə işin hallarına və qanunun tələblərinə tam uyğun olduğu üçün məhkəmə kollegiyası da o nunla razılaşır və hesab edir ki, bu məsələdə qanun pozuntusuna yol verilməmişdir (cəza Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə və digər normalara tam uyğun təyin olunmuşdur). Həmin cəza CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olmasına xidmət etməsi baxımından da ədalətlidir. Belə qənaətə gələn məhkəmə kollegiyası həm də "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının izahlarını da nəzərə alır. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası həm də qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Protestdə isə belə bir dəlilə istinad olunmamışdır ki, məhkəmə tərəfindən cəza məsələsi həll edilərkən hər hansı bir məsuliyyəti ağırlaşdıran halların nəzərə alınmadığı və ya yüngülləşdirən halların qanunsuz olaraq nəzərə alındığı qənaətinə gəlməyə əsas versin. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protest i təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-637/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-637/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver