Məhkəmə qərarları › İş №1(102)-637/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-637/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-637/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X4, Müdafiəçi – Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1966/2022 saylı, 12 dekabr 2022-ci il tarixli hökmü ilə X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)1966/2022 saylı, 01 sentyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətin təmin edilməməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2023-cü il tarixli ilkin baxış qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1966/2022 saylı, 12 dekabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim X12, hakimlər X8 və X1 ibarət tərkibdə) xx xxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəl lər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)1966/2022 saylı, 12 dekabr 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1966/2022 saylı, 01 sentyabr 2023-cü il tarixli qərarı ilə Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatət əsassız olduğundan təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1950/2023 saylı, 06 oktaybr 2023-cü il tarixli ilkin baxış qərarı ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1966/2022 saylı, 01 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2023-cü il tarixli ilkin baxış qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. O, kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən qanunsuz və ədalətsiz qərar qəbul edilmiş, apellya siya şikayəti vermə müddətinin bərpasına dair vəsatəti təmin edilməməklə məhkumun prosessual hüquqları pozulmuşdur. Beləki, birincisi, Məhkum məhkəmədə özünü təqsilri bilməmişdir. Belə olan halda işdə iştirak edən müdafiəçi apellyaisya şikayətini verilməli olduğu halda bunu etməmişdir. İkincisi, müdafiəçi, Məhkum özünün apellyaisya şikayətinin verməli olduğunu qaydasını, müddətini izah etməmiş, eləcə də apellyaisya şikayətinin vaxtında verilməməsinin yaradacağı hüquqi nəticələri ona bildirməmişdir. Üçüncüsü Məhkum özü pisxoloji cəhətdən xəstə olmuş, hadisələrə adekvat olmamışdır (xəstəliyi barədə müalicə müəssisənin arayışı apellyaisya məhkəməsinə təqdim edilmişdir, Müalicə müəssiəsinin rəyinə görə Məhkum "Qarşıq effetktiv reaksiyalar" diaqnozu müəyyən edilmişdir. Müdafiəçi qeyd olunanları n nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya məhkəməsinin qeyd edilən qərarının ləğv edilərək apellyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən buraxılmasına dair vəsatətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya pr otesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna m alikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir və həmçinin kassasiya şikayətində də apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasına əsas ola biləcək bir dəlil yoxdur. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş hökmün surətinin Məhkum təqdim olunması üçün göndərilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakıİstintaq Təcridxanasına ünvanlanmış 13 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmünün surəti Məhkum təqdim edilməsi üçün elə həmin tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasına göndərilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən müəyyən olur ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmünün surətini 22 dekabr 2022- ci il tarixdə qəbzə imza etməklə qəbul etimişdir. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmündən apellyasiya protesti və yaxud apellyasiya ş ikayəti verilmədiyi üçün, hökm 12 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 383-cü maddəsində müəyyən edilmiş müddət keçdikdən sonra qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Məhkum tərəfindən verilmiş vəsatət və apellyasiya şikayəti 14 avqust 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur və buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi üçün heç bir əsas və sübutlar təqdim edilməmişdir Həmin hökmdən qanunla müəyyən edilmiş müddətdə məhkum və müdafiəçisi tərəfindən apelyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayəti verilməsi müddəti bitəndən 08 ay 02 gündən çox zaman keçdikdən sonra, yəni 14 avqust 2023-cü il tarixdə Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmündən apelyasiya şikayəti, eləcə də apelyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatət vermişdir. Apellyasiya məhkəməsi müddətin bərpasına dair məsələyə baxarkən qeyd etmişdir ki, müdafiə tərəfi apelyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, Müdafiəçi, yəni hökmün elan olunduğu andan 20 gün müddətində Məhkum apellyasiya şikayəti verə bilməməsini və bunun üzrlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir süb utu vəsatətə əlavə etməmiş, nə də ki, məhkəmələrə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də kassasiya şikayəti təmin edilməməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Ci nayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum müdafiəçisi Müdafiəçi Bakı Ağır Cinayətlər Məh kəməsinin 1(101)1966/2022 saylı, 12 dekabr 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətinin rədd edilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1950/2023 saylı, 06 oktyabr 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar