Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-637/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Bəraət almış şəxs – X2, Müdafiəçi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Həsənov İbarət Əhəd oğlunun iştirakları ilə, Lənkəran Ray on Məhkəməsinin 8 aprel 2024-cü il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 8 aprel 2024-cü il tarixli 1(049)-7/2024 nömrəli (hakim: Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə) hökmü ilə 15 yanvar 1997-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 1(049)244/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli 1(049)-77/2024 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi və onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin ləğv edilməsi müəyyən edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2024-cü il tarixli 1(106)-528/2024 nömrəli (hakim lər: Hacıyev Pərviz Vaqif oğlu (sədrliyi ilə), Xasməmmədov Elçin İsgəndər oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 8 aprel 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən X4 ittiham verilmişdir ondan ötrü ki, o, 19 aprel 2022-ci il tarixdə Lənkəran şəhərində satış məqsədi ilə qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən 5 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri -0.250 qram, 0.252 qram, 0.292 qram, 0.269 qram, 0.271 qram, ümumi 1.334 qram tiryə kdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin tarixdə, saat 21.05-də Lənkəran şəhəri, Səttarxan küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nə gətirilmiş, şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən 5 ədəd bükümdə, ümumi 1.334 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmələr yuxarıda qeyd edilən nəticəyə gəlmişlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən həmin yekun qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcə lləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, bunun nəticəsi olaraq əsassız yekun qərar qəbul edildiyindən, həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, təqsirləndirilən şəxs X2 CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla və cinayət işinin materiallarında olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri nəzərə alınmamış, onun məhkəmə baxışında ziddiyyətli ifadələr verməsinin obyektiv səbəbi aydınlaşdırılmamış, toplanmış sübutlar tərəfsizlik nöqteyi-nəzərdən təhlil olunmamış, birbiri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliliyinin müəyyənləşdirilməsi zamanı yalnız bir tərəfin maraqları prioritet götürülmüş, nəticədə sübutların məcmusuna düzgün hüquqi qiymət verilməmiş, beləliklə, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə təqsirləndirilən şəxs X2 cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onun tərəfindən törədilmiş əməldə konkret cinayətin əlamətlərinin olmasını nəzərə almamış, nəticə etibarilə X4 verilmiş bəraət hökmünü qüvvədə saxlamaqla, sonuncunu məsuliyyətdən kənarda qoymaqla Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur. İşin hallarından göründüyü kimi, birinci və apellyasiya instansiya məhkəmələrində tədqiq edilmiş ifadələr, baxış və digər istintaq hərəkətlərinin protokolları, ekspe rtiza rəyləri və digər sübutlarla X2 ittiham olunan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi iş materiallarında belə mötəbər sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsaslanmaqla X4 CinayətProsessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsi ilə nəticələnən əsassız yanaşması cinayət qanununun normasının düzgün tətbiq edilməməsinə, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməsinə əsas vermişdir. Məhkəmə kollegiyasının müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamışdır. Məhkəmə kollegiyası yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmişdir. Bununla da, məhkəmə kollegiyası cinayət və cinayət-prosessual qanunve riciliyin normalarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarından irəli gələn mövqeyini və mövcud məhkəmə praktikasını nəzərə almamışdır. Beləliklə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq X4 CM-in 234.2-ci maddəsi ilə əsassız olaraq bəraət verilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kas sasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2024-cü il tarixli qərarının ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Həsənov İbarət Əhəd oğlu çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı saxlanıldığı zaman çox saylı işgəncələrin verildiyini bildirib, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. Ka ssasiya instansiyası məhkəməsində bəraət almış şəxs X5 çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X4 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verilməsi barədə hökmü dəyişdirmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın l əğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2024cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkə mənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prose ssual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, X2 qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri əldə edib saxlamaqla daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsirlilik məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs X5 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaq orqanını gəldiyi nəticə əsassız olmuş, həmçinin, X2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilməmiş və gəlinən nəticə aşağıdakı sübutların məcmusu ilə əsaslandırılmışdır. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsində təsbit olunmuşdur ki, “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Çünki, özü bilavasitə sübutları tədqiq e dib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Kassasiya məhkəmə kollegiyası həmçinin kassasiya protestində göstərilmiş “polis əməkdaşlarının ifadələrinin mötəbər hesab edilməsinə” dair dəlillərinə qiymət verərək aşağıdakıları göstərməyi məqsədəmüvafiq hesab edir. Belə ki, polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin mümkün hesab edilməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Aydın məsələdir ki, baxılan iş üzrə polis əməkdaşları X5 barəsində istintaq hərək ətlərinin aparılmasına dair şahid kimi ifadə vermişdir. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda həm özlərinin, həm də digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki X4 verilmiş ittihamın əsasını, eyni zamanda həm özlərinin, hətta vəzifəcə yuxarı mövqe tutan polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Polis əməkdaşları istintaq aparan orqanda müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baxımından bir-birindən asılı olduğu üçün, istintaq hərəkətləri barəsində verdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut kimi qəbul edilməsi üçün iş üzrə digər sübutlarla məcmu halında qiymətləndirilməlidir. Fikri davam etdirərək kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, o halda qeyd edilən şəxslərin ifadələrinə mötəbər sübutlar kimi istinad oluna bilərdi ki, həmin ifadələr digər sübutların məcmusuna uyğunluq təşkil etsin. Lakin baxılan iş üzrə həmin sübutlar nəinki təsdiqini tapmır hətta digər sübutlarla təkzib olunaraq, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuş işin faktiki halları ilə ziddiyyət təşkil edir. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməməli olması, X2 məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməsi barədə nəticəyə gəlmişdir. Bu baxımdan X2 barəsində aparılmış tədbirlərin proses sual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirildiyinə, bu tədbirlərin qanunazidd olmasına, işin materiallarında əks olunmuş halların isə işin faktiki hallarına uyğun olmamasına dair məhkəmələrin gəldiyi nəticə də əsaslı görünür. Kassasiya protestinin “işgəncə faktının olmasına dair məhkəmələrin səhv nəticəyə gəlməsinə” dair dəlillərə qiymət verən kollegiya qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınması na dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs X5 ifadəs ində göstərdi ki, o, 19 aprel 2022-ci il tarixdə tanışı X ilə birlikdə olmuşdur. Həmin vaxt qəfildən evinin qapısı açılmış və bir neçə polis əməkdaşı evə daxil olaraq onunla X-ın üzərinə cumaraq onları avtomobilə əyləşdirib aparmışlar. Onu polis şöbəsinə apardıqdan sonra otaqların birinə salmışlar. Orada polis əməkdaşlarından X adlı şəxs yumruqla onun sağ gözündən vurmuşdur. Sonra isə X adlı polis əməkdaşı sol əlinin baş barmağına siqaret basaraq söndürmüşdür. Sonra o, verilən işgəncələrin səbəbini soruşmuşdur. X onun qarşısına narkotik vasitə və elektron tərəzi qoyub bildirmişdir ki, əgər narkotik vasitə və elektron tərəzinin ona məxsus olduğunu videoçəkiliş zamanı deməsə, işgəncələr daha da şiddətli hal alacaqdır. O, da məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Bunda n sonra müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişin müşahidəsi altında o, narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Onun üzərində elektron tərəzi və narkotik vasitə olmamış, heç vaxt kiməsə narkotik vasitə satmamışdır. O, müdafiəçisinə polis əməkdaşlarının onu döydüklərini, narkotik vasitənin və elektron tərəzinin ona məxsus olmadığını bildirməmişdir. Narkotik vasitələrdən istifadə edir. Onu Müvəqqəti Saxlama Yerinə aparanda orada yoxlamışlar və sonra gözünün altında olan qaraltı ilə bağlı akt tərtib etmişlər. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinin 20 aprel 2022ci il tarixli aktından görünür ki, orada işləyən Şahid4, Şahid və Şahid5 aktı tərtib etmişlər ondan ötrü ki, CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş X5 bu gü n yəni xx.xx.2022-ci il tarixdə müvəqqəti saxlama yerinə gətirilərkən təlimata uyğun olaraq şəxsə baxış keçirilən zaman gözünün altına qaraltı aşkarlanmışdır. Şifahi sorğu zamanı tutulmamışdan qabaq bədənində olan ağrılara görə yıxılması ilə izah etmiş və bununla bağlı heç kəsdən şikayəti olmadığını bildirmişdir. Lakin 20 aprel 2022-ci il tarixli, 328 nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, X2 bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 25 aprel 2022-ci il tarixli aktından görünür ki, əməkdaşları X, X, X akt tərtib etmişlər ondan ötəri ki, 23 aprel 2022-ci il tarixdə, təxminən saat 15.20 radələrində DİN Lənkəran ŞRPŞ-nin müvəqqəti saxlama yerindən Bakı İstintaq Təcrid xanasına təhvil verilmiş X5 xx.xx.2022-ci il tarixdə tibbi sanitar hissəsində üzərinə baxış keçirilən zaman sağ gözaltı nahiyədə qulaq seyvanında bənövşəyi rəngli, sağ gözünün üstündə isə tündbənövşəyi rəngli qançır aşkar olunmuşdur. X5 bildirmişdir ki, həmin xəsarətləri polis əməkdaşları tərəfindən saxlanılan zaman almışdır. Belə ki, işin hallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Lənkəran ŞRPŞ-ə oradan da Lənkəran ŞRPŞ-nin MSY-ə gətirilir, MSY daxil olan zaman qaydalara uyğun olaraq şəxsin (X-in) üzərinə vizual baxış keçirilir və onda gözünün altına qaraltı aşkarlandığı üçün akt tərtib edilir və hətta aktda həmin xəsarəti yıxılaraq aldığına dair qeyd göstərilir. 20 aprel 2022-ci il tarixdə isə X tibbi müayinə dən keçirilməsi üçün Lənkəran rayonlararası MTE və PA zona mərkəzinə gətirilir və bu zaman X-də hər hansı xəsarətin olmadığına dair rəy tərtib edilir. Daha sonra X 23 aprel 2022-ci il tarixdə saxlanılması üçün Bakı İstintaq Təcridxanasına daxil olarkən orada da müvafiq qaydaya uyğun olaraq vizual baxış zamanı yenə də X-də sağ gözünün üstündə tünd-bənövçəyi rəngi qançır aşkar edilməsinə dair akt tərtib edilir. X2 üzərində zorakılıq əlamətlərinin olması barədə polis aktının mövcud olması, daha sonra üzərində xəsarət olmamasına dair tibbi rəy, bundan sonra istintaq təcridxanasında təqsirləndirilən şəxsdə yenidən xəsarətin olması təqsirləndirilən şəxsin saxlanılan zaman, habelə dindirilməmişdən əvvəl fiziki zorakılağa məruz qaldığının göstəricisi hesab edilmişdir. Odur ki, qeyd olunanlara əsas ən kassasiya məhkəmə kollegiyası X2 ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadəsinə münasibətdə onların polisin təsiri altında verilmiş olduğuna dair qənaətə gəlir. Bununla belə, baxılan iş materiallarında olan 14 iyun 2023-cü il tarixli Lənkəran rayon prokurorunun köməkçisinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından məlum olur ki, 13 iyun 2023-cü il tarixli 04/328 nömrəli əlavə məhkəmə-tibbi ekspertiza rəyinə əsasən X2 adına Lənkəran ŞRPŞ-nin xx.xx.2022-ci il tarixli aktda göz altında aşkar edilmiş qaraltı məhkəmə tibbi müayinə zamanı əsas götürülə bilməz və məhkəmə tibbi baxımdan qaraltıya qiymət vermək olmur. Bakı İstintaq Təcridxanasında tərtib olunmuş xəsarətlərin rəngləri düzgün qeyd olunmadığı üçün xəsarətlərin müddəti və şəraiti haqqında fikir söyl əmək mümkün deyildir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipi hər hansı bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144-146-cı maddələrinin müddəalarının pozulmasının, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsinin, mövcud prosedura daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsinin yolverilməz olduğunu təsbit etməklə, CPM-in 144-cü maddəsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamaq, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkü nlüyü, mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsini müəyyən etməklə, məhkəmədən tələb edirlər ki, ittiham və müdafiə tərəflərinin məhkəmə baxışına təqdim etdikləri hər bir sübutu lazımınca yoxlasın, CPM-in 125-ci maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş yolverilməz sübutları sübutların siyahısından çıxarsın və yalnız məlumatların, sənədlərin, digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onları sübut kimi qəbul edib, CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə aid edilmiş məsələlər üzrə qənaətini belə (yəni yoxlanılmış, CPM-in 145-146-cı maddələrinin tələblərinə müvafiq surətdə qiymətləndirilmiş) sübutlardan istifadə etməklə əsaslandırsın. Məhkəməyədək icraatda X2 polis tərəfindən 20 aprel 2022-ci ildə saxlanıldıqdan son ra pis rəftara məruz qalmasına dair iddiası ilə bağlı prokurorluğunun müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 iyun 2023-cü il tarixli qərarının olması da cinayət işinə mahiyyəti üzrə baxan məhkəmələri yuxarıda təsvir edilən CPM-in 33, 125, 144-146-cı maddələrində nəzərdə tutulmuş müddəalara əməl etmək (o cümlədən, hər bir sübutu yoxlamaq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək) vəzifəsindən azad etmir. Dövlət ittihamçısı kassasiya protestində faktiki olaraq sübutların qiymətləndirilməsi məsələsində məhkəmələrin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan asılı olduqlarını iddia edərkən CPM-in qeyd olunan normalarının tələblərini nəzərə almamış və bu zaman cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla nə kimi fa ktiki halların müəyyən edildiyinə, qərarda faktiki hallar və hüquqi məsələlər üzrə çıxarılan nəticələrin inandırıcılığına, aparılmış araşdırmanın onun səmərəliyini və nəticələrin inandırıcılığını təmin edə biləcək dərəcədə keyfiyyətli olub-olmamasına əhəmiyyət verməmişdir. Kassasiya protestində istinad olunan, dövlət ittihamçısının qənaətinə görə məhkəmələrin X2 barəsində cinayət işi üzrə sübutların qiymətləndirilməsi zamanı rəhbər tutmalı olduqları cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 iyun 2023-cü il tarixli qərarına yuxarıda Ali məhkəmənin hüquqi mövqeləri əsasında baxdıqda, qərarın araşdırmanın səmərəliliyi və adekvatlığı meyarlarına cavab vermədiyi və bu baxımdan hazırkı iş üzrə çıxarılmış yekun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün yetərli və inandırıcı dəli l olmadığı müəyyən edilir. Odur ki, X3 polis əməkdaşları tərəfindən saxlanıldığı dövrə təsadüf edən xəsarətlərin olmasından, ittiham tərəfinin isə məhkəmədə X2 üzərində olan həmin xəsarətlərin polisin nəzarətində olduğu müddətdə deyil, ona qədər yetirildiyini təsdiq edən dəlillər gətirə bilməməsindən, eyni zamanda Ali məhkəmənin şərh olunan məsələ üzrə formalaşmış vahid məhkəmə təcrübəsindən çıxış edərək X1 sonra pis rəftara məruz qalması, məhz bunun təsiri ilə məhkəməyədək icraatda üzərindən aşkar olunmuş narkotik vasitə ilə bağlı etirafedici izahatı, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirmə protokollarındakı ifadələri verməsi haqqında nəticəyə gəlib, həmin sübutları, eləcə də şəxsi axtarış və götürmə aparılması haqqında protokoldakı məlumatları qəbul etməkdən imtina etməsi və cinayət işində qeyd olunan narkotik vasitənin X4 aidiyyətini mötəbərliliklə təsdiq edən sübutlar mövcud olmadığına görə onun CM-in 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında aşağı instansiya məhkəmələrinin nəticəyə gəlməsi CPM-in 33-cü maddəsinin, habelə sübutlar və sübutetməyə dair digər normalarının (o cümlədən CPM-in 125, 143-146-cı maddələrinin) pozulması ilə əldə olunmuş qənaət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPМ-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.2-ci maddəsinə əsasən аşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya o nları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanada istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə, bu qayda əldə edilmiş məlumatların mümkünlüyünün təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş proseduraya əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən məlumatlar, sənədlər və əşyalar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Cinayət-prosessual qa nunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, c inayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Apellyasiya məhkəməsinin qərarını, kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun təl əblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərkən mötəbər sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyil, məhz onun mövqeyi cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri ilə uzlaşmır. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda şərh edilən sübutlar barədə qənaətinin CPM-in 125.2.1, 144, 145-ci maddələri ilə müqayisəsindən, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəm ə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şə rh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 8 aprel 2024-cü il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2024-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-637/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-637/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver