Məhkəmə qərarları › İş №1(102)-638/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-638/2020

06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-638/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Mə hkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN Sumqayıt Şəhər (hakim:F.H.Əliyev) Məhkəməsinin xx E T D İ: xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum - xx.xx.1970-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə məhkum edilmiş və həmin məhkumluqları ödənilməmiş, işsiz, ünvan 1 ünvanda yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234. 1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılaraq qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejmli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzanın əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq 0,182 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxx 201 9-cu il tarixdə, saat 15:57 radələrində ünvan 1 yaşayış binasının qarşısında Sumqayıt ŞPİ-nin 3cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sol yan cibində qara rəngli kağız bükümdə 0,182 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: R.O.Əsgərova (sədrlik edən və məruzəçi), N.R.Mövsümov və V.C.Cəfərovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən sax lanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində barəsində olan cinayət işinə ədalətli baxılmadığını bildirmiş, heç bir ağırlaşdırıcı hal olmağına baxmayaraq qərar qəbul edilərkən bunaların nəzərə alımadığını bildirərək işə obyektiv baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfin dən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində barəsində olan cinayət işinə ədalətli baxılmadığını bildirmiş, heç bir ağırlaşdırıcı hal olmağına baxmayaraq qərar qəbul edilərkən bunaların nəzərə alımadığını bildirərək işə obyektiv baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamə, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-1345/08 saylı xx xxxxxx 2008-ci il tarixli hökmünün surəti, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)272/2015 saylı, xx xxxx 2015-ci il tarixli hökmünün surəti, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-212/2016 saylı xx xxx 2016-cı il tarixli hökmünün surəti və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-183/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli Qərarının surətindən görünür ki, Məhkum, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3- cü maddəsinə əsasən 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə Sumqayıt Apellyasiya Məhkəməsinin Qərarı ilə cəzası 6 ilə endirilmişdir. xx.xx.2013-cü il tarixdə Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublika sı CM-nin 263.1-ci maddəsinə əsasən 01 il 06 ay nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 67.1, 234.1-ci maddələrinə əsasən 01 il 06 ay nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, həmçinin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığından həbsdən azad edilmişdir. Azərbayca n Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən cinayətlərin residivi qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda təhlükəli sayılır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurt ardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində nəzərə alınması məc buri olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum yaratdığı cinayətlərin təhlükəli residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən etmişdir. Cinayət işinin materiallarında olan tələbnamə və hökmlərin surətlərindən görünür ki, Məhkum Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respubli kası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilən cəzanın çəkilib qurtardığı-xx.xx.2013-cü il tarixdən altı il keçməmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib təyin edilən cəzanın çəkilib qurtardığı xx.xx.2018-ci il tarixdən iki il keçməmiş qanunla nəzərdə tutulmuş qaydada məhkumluğu götürülmədən və ödənilmədən xx xxxx 2019-cu il tarixdə, yenidən qəsdən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı cinayəti törətmişdir. Beləliklə cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Məhkum əməlində cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivi mövcuddur və bu halda ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının üçdə ikisindən yəni 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. Ona görə də məhkumun hərəkətlərində cəzanı ağırlaşdıran halların olmaması və ona ağır cəza təyin edilməsi barədə kassasiya şikayətinin dəlili əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhk əməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar