Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-638/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli, 1(103)-1668/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M üəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 1(011)-355/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: B.Ş.Məmmədov) xx.xx.1970-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ-mədən X5 Təhlükəli yüklərin avtonəqliyyat vasitələri ilə daşınmasında X4nə nəzarət müfəttişliyinin baş məsləhətçi-baş müfəttişi vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanda faktiki yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham hissəsində CM-in 73-1.2-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışmasına, dəymiş ziyanı tamamilə ödəməsinə, vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəməsinə görə) cinayət işi üzrə icraata xitam verilməklə cinayət məsuliyyətindən azad edilmiş, CM-in 320.1-ci maddəsi ilə irəli sürülmüş ittiham hissəsində isə o, təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2023cü il tarixli qərarı ilə (hakimlər: E.E.Rəhimov (sədrlik edən), F.İ.Əyyubov və E.Ə.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Ü.T.Salehzadə tərəfindən kassasiya şikayəti vermişdir. İşin hal ları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzrə xx.xx.2007-ci il tarixli 155/Ş nömrəli əmrlə xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ-mədən X5 Təhlükəli yüklərin avtonəqliyyat vasitələri ilə daşınmasında X4nə nəzarət müfəttişliyinin baş məsləhətçi-baş müfəttişi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması” Qaydaların 4-cü bəndinə əsasən, təhlükəli yüklər bu Qaydaların v ə xüsusi razılığın (lisenziyanın) tələblərinə və müəyyən növ təhlükəli yüklərin daşınma şərtlərinə cavab verməklə Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə əsasında daşınmaya buraxıldığı və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, qeyd olunan Şəhadətnamə üçün dövlət rüsumu nəzərdə tutulmadığı halda, "Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə almaq istəmələrinə dair etmiş olduqları müraciətləri ilə əlaqədar ayrı-ayrı şəxslərə müəyyən məbləğdə ödəyəcəkləri pul müqabilində qısa müddətdə qanuni şəhadətnamələrin veriləcəyini yalandan bildirib, 2020-ci ilin noyabr ayından 2022-ci ilin yanvar ayınadək olan müddətdə ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ-mədən X5 inzibati binasının 7-ci mərtəbəsində yerləşən 712 nömrəli xidməti otağında olan "HP” markalı kompüterdə nəqliyyat vasitəsinə və sürücüsünə dair məlumatları əvvəlcədən əldə edib kompüterin yaddaşında saxladığı şəhadətnamə blankında qeyd edib tərtib edərək, printer qurğusu vasitəsi ilə çap etdikdən sonra həmin otaqda saxlanılan imza və möhürlə təsdiqlənmiş digər qanuni şəhadətnamələrin surətindən istifadə edib "Sənayedə X4 və Dağ-Mədən X5 rəisi Vüsal Ağayev” qrafasını kəsib kağız yapıştırıcısından istifadə etməklə çap etdiyi Şəhadətnamənin imza və möhür nəzərdə tutulan hissəsinə yapışdırdıqdan sonra otaqda olan surət çıxaran və laminasiya qurğularından istifadə edib hüquq verən rəsmi sənədl əri qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlayaraq ayrı-ayrı şəxslərə təqdim etməklə, o cümlədən, "X” markalı, **-LO-*** qeydiyyat nişanlı və "X” markalı, **-MD*** qeydiyyat nişanlı, qoşqu nömrəsi **-ZF-*** olan nəqliyyat vasitələrinə X11 Bazasından yanacaq daşınması üçün ümumilikdə 3 ədəd "Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə almaq istəməsinə dair özünə 2020-ci ilin sentyabr ayında müraciəti ilə əlaqədar Astara şəhər sakini Zərərçəkmiş şəxs1 30 noyabr 2020-ci il tarixdən 08 dekabr 2021-ci il tarixədək olan müddət ərzində ünvan 3 ünvanında "X” Marketinq və İqtisadi Əməliyyatlar idarəsinin Bakı Neft Bazasının qarşısında hər bir şəhadətnamə üçün 400 (dörd yüz) manat olmaqla ümumilikdə 1.200 (bir min iki yüz) manat mə bləğində pul vəsaitini alıb şəxs ehtiyaclarına sərf etməklə, verdiyi vədə inandırmaq üçün qəsdən ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ-mədən X5 inzibati binasının 7-ci mərtəbəsində 712 nömrəli xidməti otağında sürücülər Şahid2 və Şahid1 adlarını qeyd etməklə 2020ci ilin noyabr ayında "X” markalı, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2020-ci il tarixli, 0765 nömrəli, 2021-ci ilin dekabr ayında "Mercedes812” markalı, **-LO-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0889 nömrəli və "X” markalı, **-MD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2021-ci il tarixli, 0908 nömrəli hüquq verən rəsmi sənəd olan Şəhadətnamələri qeyd edilən formada qanunsuz olaraq saxtalaşdırmaq la hazırlayaraq Zərərçəkmiş şəxs1 təqdim etməklə, öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 məxsus 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vahid tamah niyyətilə hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlamışdır. Bundan başqa o, qeyd edilən vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə "FX” markalı, **-JS-*** qeydiyyat nişanlı, "X” markalı, XXXX qeydiyyat nişanlı, "X” markalı, **-JS-*** qeydiyyat nişanlı və "X” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinə "Lukoyl-Azərbaycan” QSC-in neft bazasından və "xxxx" QSC-in Marketinq və İqtisadi Əməli yyatlar İdarəsinin Bakı Neft Bazasından yanacaq daşınması üçün 4 ədəd “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında” Şəhadətnamə almaq istəməsinə dair 2021-cu ilin dekabr ayının əvvəllərində özünə müraciəti ilə əlaqədar Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 cinayətdən xəbərsiz olan Şahid3 vasitəsi ilə 2021-ci ilin dekabr ayının əvvəllərində qeyd edilən vəzifədə işləyərkən ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ-mədən X5 inzibati binasının qarşısında bir ədədi 550 (beş yüz əlli) manat olmaqla, vahid niyyətlə ümumilikdə 2.200 (iki min iki yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, verdiyi vədə inandırmaq üçün qəsdən ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikasının Fö vqəladə Hallar Nazirliyinin Sənayedə X4 və Dağ-mədən X5 inzibati binasının 7-ci mərtəbəsində 712 nömrəli xidməti otağında vahid niyyətlə 2021-ci ilin dekabr ayında sürücülər X10, Şahid4, Şahid5 və Şahid6 adlarını qeyd etməklə “X2” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1030 nömrəli, “X2” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1031 nömrəli, “Ford 2524” markalı, **-JA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1032 nömrəli və “X2” markalı, **-JS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 15 dekabr 2021-ci il tarixli, 1033 nömrəli Şəhadətnamələri qeyd edilən formada qanunsuz olaraq saxtalaşdırmaqla hazırlayaraq Zərərçəkmiş şəxs2 təqdim etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 2.200 (iki min iki yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, vahid tamah niyyəti ilə hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə təkrarən saxtalaşdırmaqla hazırlamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum əməlində cinayət tərkibi olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Müdafiəçi kassasiya şikayətində bildirir ki, Məhkum heç bir saxta sənəd hazırlamamış, işdə olan saxta sənəd kimi qiymətləndirilən nümunələr kserosurətlər olduğundan onlar sənəd, o cümlədən saxta sənəd deyil, kserosurət nümunələr ondan istifadə edənə hüquq vermir, kserosurətlərdən hüquq verən rəsmi sənəd kimi istifadə etmək olmur, yəni kserosurətlər özü-özlüyündə sənəd sayılmır. Kassasiya şikayətinin müəllifləri şikayətdə göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi m üəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri ) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu kassasiya şikayətində Məhkum əməllərində cinayət tərkibi olmadığı halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Zahid ilə təqsirli bilindiyini iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsilə cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apell yasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilmə si tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçi Salehzadə Ümman Tofiq oğlunun kassasiya şikayətindən görünür ki, o, Məhkum heç bir vaxt saxta sənəd hazırlamadığını, işdə olan saxta sənəd kimi qiymətləndirilən nümunələrin kserosurətlər olduğu, kserosurət nümunələrin hüquq verən sənəd olmadılğını iddia etməklə, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə i şin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlə rinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası məhkum müdafiəçisinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, Məhkum əməlində cinayət tərkibi olmamasına baxmayaraq barəsində Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun müdafiəçisinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər Məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının t ətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Sübutlar (Məhkum ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilməklə yanaşı, 13 dekabr 2022-ci il tarixli istinta q eksperimenti həyata keçirilərkən saxta şəhadətnaməni hansı yolla hazırladığını əyani olaraq nümayiş etmişdir) birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də həmin sübutlardan çıxış etməklə məhkumun apellyasiya şikayətinin dəlillərini cavablandırdığından, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onla rı və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli olması haqında yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.1-ci maddələri cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, Məhkum şəxsiyyətindən, o cümlədən cəzanı yüngülləşdirən hal qismində əməlindən peşman olması, ilk məhkumluğu və zərərçəkmiş şəxslərlə barışmasından, ağırlaşdıran halın müəyyən olunmamasından, cəzanın təqsirkarın islah olunmasına və ailəsi nin həyat şəraitinə təsirindən çıxış edib Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cərimə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə Məhkum münasibətdə həmin hissəsində hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyas iya instansiyası məhkəməsinin yekun hökmünün ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli, 1(103)1668/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 07 sentyabr 2023-cü il tarixli, 1(103)-1668/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-638/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-638/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver