Məhkəmə qərarları › İş №1(102)-639/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-639/2020

07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-639/2020 07.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi Bədirxanov Qoşqar Firidun oğlunun Bəraət almış şəxs Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Mövlayev Ədalət İbrahim oğlunun iştirakları ilə xx xxx 1976-ci ildə Ermənistan Respublikasının Spitak rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.3cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından mülki iddiaçı Bakı şəhər Lokal Gəlirlər Baş idarəsinin rəis müavini X tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim A.R.Tağıyev) Məhkum CM-in 145.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 1 il 16 gün müddət ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 1 il 11 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmış, CM-nin 70-ci maddəsi tətbiq edilərək Məhkum təyin olunmuş cəza 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə, şərti olaraq tətbiq edilmişdir. Məhkum CM-nin 213.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməiyindən ona bəraət verilmiş, Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanmışdır. Bundan başqa, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qərarı ilə ibtidai istintaq orqanı tərəfindən Məhkum CM-ni n 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına görə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş, həmçinin onun CM-nin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə işçiləri ilə əmək müqaviləsi bağladığına, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə tamamilə ödədiyindən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən mülki iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), K.H.Əkbərov və Q.X.Babayev) apellyasiya şik ayəti təmin edilməmiş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İttiham aktına əsasən Məhkum xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmaqda təqsirli bilinmişdir. Belə ki, o, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 72, 78.1, 78.3, 78.4, 95, 96, 103.1, 104, 155, 220 və 221-ci maddələrinin tələblərini pozaraq, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə rəhbərlik edərkən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində həmin cəmiyyətin adından faktiki olaraq Bakı şəhəri ərazisində restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər ilə məşğul olmaqla 2017-ci ilin 1-ci rübü üzrə 4665.28 manat vergi məbləğinin artıq hesablanma sını nəzərə alaraq 2016-cı ilin 4-cü rübü üzrə hesabatda göstərilən məbləğin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə cəmi 10.384,24 manat məbləğində sadələşdirilmiş vergini, əlavə dəyər vergisi (ƏDV) üzrə qeydiyyat məcburi olduğu halda, 2017-ci ilin yanvar, fevral və mart ayları üzrə qeydiyyat olmadan fəaliyyət göstərməsi ilə 78.800.35 manat, əlavə dəyər vergisinin (ƏDV) qeydiyyatının olduğu 2017-ci ilin aprel və may ayları üzrə isə 57.648.37 manat məbləğində əlavə dəyər vergisini (ƏDV), hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə cəmi 255.2 manat məbləğində ödəmə mənbəyindən tutulan vergini, hesabatda göstərilən məbləğin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə cəmi 24.823,71 manat məb ləğində mənfəət vergisini, cəmi 167.243,59 (bir yüz altmış yeddi min iki yüz qırx üç manat əlli doqquz qəpik) manat məbləğində vergiləri, bundan əlavə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsi, ev 6 olan xx.xx.2010-cu il tarixdə vergi ödəyicisi qismində qeydiyyata alınaraq (VÖEN: **********) xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində faktiki olaraq Bakı şəhəri ərazisində mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi, restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər ilə məşğul olmaqla, 2017-ci il üzrə 44.961.28 manat və 2018-ci il üzrə isə 55.559.52 manat vergi məbləğinin artıq hesablanmasını nəzərə a laraq 2016-cı il üzrə hesabatda göstərilən məbləğin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə cəmi 589.76 manat məbləğində, 2017-ci il üzrə hesabatda göstərilən məbləğin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə cəmi 10.775.52 manat məbləğində sadələşdirilmiş vergini, əlavə dəyər vergisi (ƏDV) üzrə qeydiyyat məcburi olduğu halda qeydiyyat olmadan fəaliyyət göstərməsinə görə 752.357.20 manat məbləğində əlavə dəyər vergisini (ƏDV), 2016-cı il üzrə 40.63 manat və 2017-ci il üzrə isə 942.20 manat vergi məbləğinin artıq hesablanmasını nəzərə alaraq 2017-ci il üzrə hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə cəmi 2445.80 manat, 2018-ci il üzrə hesabatda göstərilən məbləğinin hesabatda göstəril məli olan məbləğinə nisbətən azaldılmasına görə cəmi 27.802.13 manat məbləğində ödəmə mənbəyindən tutulan verginin və 2017-ci il üzrə hesabatda göstərilən məbləğin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə cəmi 63.812,95 manat məbləğində gəlir vergisini, cəmi 756.279.73 (yeddi yüz əlli altı min iki yüz yetmiş doqquz manat yetmiş üç qəpik) manat məbləğində vergiləri, ümumilikdə isə 933.396,44 (doqquz yüz otuz üç min üç yüz doxsan altı manat qırx dörd qəpik) Azərbaycan manatı məbləğində, yəni xüsusilə külli miqdarda vergiləri və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır Kassasiya şikayətlərinin dəlilləri: Mülki iddiaçı Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya M əhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mülki iddiasının tam, yəni 933.396,44 manat məbləğində təmin edilməsi, Məhkum CM-nin 213.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə qərar qəbul olunması xahiş olunur. Şikayət müəllifi bildirir ki, aşağı instansiya məhkəmələri Məhkum bəraət verərkən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli qərarına və inzibati məhkəmə icraatı zamanı verilmiş xx xxxx 2019-cu il tarixli 18450 saylı rəyə istinad etmişlər. Halbuki həmin qərar və rəy mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh vergi orqanı apellyasiya şikayəti vermiş və həmin qərar qanuni qüvvəyə minməmişdir. Bundan əlavə, mülki iddiaçı hesab edir ki, CPM-nin 65.7-ci maddəsinə əsasən məhkəmənin mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə üçün yalnız hadisənin olub-olmaması hissəsində məcburidir. Mülki iddiaçının fikrincə, vergilərin hesablanmasında həlledici əhəmiyyət kəsb edən “qara mühasibatlıq” sənədləri məhkəmələr tərəfindən tədqiq olunmamış, ümumiyyətlə həmin sənədlərin mövcudluğuna toxunulmamışdır. Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini tərəfindən verilmiş digər kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Bakı şəhər Lokal Gəlirlər B aş İdarəsinin zərərçəkmiş kimi tanınması barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifinin fikrincə, vergi orqanlarının cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakı üçün prosessual qanunvericilikdə hər hansı bir məhdudiyyət nəzərdə tutulmadığından müstəntiqin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin zərərçəkmiş şəxs qismində tanınmasına dair xx xxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə mülki iddiaçının nümayəndəsi Q.Bədirxanovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçı R.Alverdiyev, bəraət almış şəxs Məhkum və müdafiəçi Ə.Mövlayevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göst ərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətlərində mülki iddiaçı verilmiş mülki iddianın tam təmin edilməsi, Məhkum CM-nin 213.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin zərərçəkmiş kimi tanınması barədə qərar qəbul olunmasını xahiş edirlər. Məhkəmə kollegiyası mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərində ə ks edilmiş dəlilləri əsassız hesab edir və öz mövqeyini əsaslandırmaq üçün aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətlərində irəli sürülən dəlillər, apellyasiya şikayətinin dəlillərinin təkrarıdır və apellyasiya məhkəməsinin qərarında həmin dəlillərə əsaslandırılmış cavablar verilmişdir. Apellyasiya məhkəməsinin qərarını əsaslı hesab edən və şikayətlərdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyə rək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası ilk növbədə kassasiya şikayətlərinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin zərərçəkmiş şəxs kimi tanınması ilə bağlı dəlilinə münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Cinayət Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən cinayət nəticəsində mənəvi və ya maddi ziyan dəymiş hüquqi şəxs zərər çəkmiş şəxs qismində tanına bilər. Belə halda bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini hüquqi şəxsin müvəkkil edilmiş nümayəndəsi həyata keçirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cinayət p rosessual qanunvericiliyin yuxarıda şərh olunan normalarından görünür ki, cinayət nəticəsində mənəvi və ya maddi ziyan dəymiş hüquqi şəxs zərər çəkmiş şəxs qismində tanına bilər. Hazırkı halda vergi orqanlarına hər hansı maddi və ya mənəvi ziyanın dəyməsi iş materiallarından görünmür və ibtidai araşdırma orqanlarının qərarlarında da vergi orqanlarına hər hansı bir ziyanın vurulmasına istinad edilməmişdir. Belə olan vəziyyətdə ibtidai araşdırma orqanları tərəfindən vergi orqanlarının zərərçəkmiş qismində tanınması əsassız olmuşdur. Məhkum ittiham olunduğu CM-nin 213.3-cü maddəsi ilə bəraət verilməsinə, həmin maddə ilə onun cəzalandırılmasına dair kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı qeyd edir ki, CPM-nin 409.5-ci maddəsinin tələbinə görə mülki iddiaçı, mü lki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri hökmdən mülki iddiaya aid hissədən və yalnız birinci instansiya məhkəməsinə verilmiş tələblərə uyğun olaraq şikayət vermək hüququna malikdirlər. Bu isə o deməkdir ki, mülki iddiaçı öz kassasiya şikayətlərində iddia tələblərindən kənara çıxa bilməzlər, o cümlədən cinayət törətmiş şəxsin ittihamının həcmini mübahisələndirə bilməzlər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CinayətProsessual qanunvericiyinə əsasən cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Departamentinin təqsirləndirilən şəxs Məhkum törətmiş olduğu cinayət əməllərinin hüquqi tövsifini və məhkum barəsində cəza tədbiri seçilməsi və ya cəzasının ağırlaşdırılm ası məsələsini mübahisələndirmək hüququ yoxdur. Belə ki, bu hüquq zərərçəkmiş şəxsə verilmişdir. Lakin məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Departamentinin zərərçəmiş şəxs qismində tanınmasına xitam verilmiş və yalnız mülki iddiaçı qismində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 383.1.6-cı maddəsinə əsasən mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri mülki iddiaya dair hissədə apellyasiya şikayəti vermək hüququna malikdir. İş materiallarından göründüyü kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin xx xxxx 2019-cu il tarixli qərarı ilə təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxx 2019-cu il tarixli 18450 nömrəli rəyinə görə isə Məhkum fəaliyyətinə dair xx xxxxxxx 2016cı il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan dövrü əhatə edən səyyar vergi yoxlamalarının nəticələri üzrə fərdi sahibkar X4 tərəfindən aparılmış əməliyyatlara görə 1363.10 manat məbləğində ÖMV-nın dövlət büdcəsinə az hesablanması müəyyən olunmuşdur. Bundan başqa 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçı Məhkum barəsində Azərbaycan Respublikası Vergilər Naziliyi yanında Lokal Gəlirlər Departamentinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxxx 2019-cu il tarixli, **********185185 saylı qərarı xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində 1363,10 manat məbləğində ÖMV-nin hesablanması istisna olmaqla qalan hissədə ləğv edilmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2019-cu il tarixli 18450 nömrəli, xx xxxx 2019-cu il tarixli 18086 nömrəli və xx xxxx 2019-cu il tarixli 18877 nömrəli rəyləri, o cümlədən həmin rəylərin təsviri-əsaslandırıcı hissəsi ilə ittihamın əsaslandığı nəticə hissəsi arasında uyğunsuzluq olması, eyni zamanda vergi tutulan dövriyyənin və yaranan vergilərin həcminin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikası Vergi Məcəlləsinin İX-Xİ fəsillərində əhatəli göstərilmiş və “qara mühasibatlıq” adlanan sənədlərinə istinad edilməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmaması, qara mühasibat sənədlərinin (Kağızların) ilkin mühasibat sənədi sayılmadığı ü çün mühasibatlıq ekspertizası zamanı nəzərə alına bilməməsi və bu səbəblərdən dolayı təqsirləndirilən şəxs Məhkumun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qiymətləndirilə bilinməməsi ilə bağlı gəlinən nəticələr ilə razılaşır. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan onun təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum bar əsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarları mülki iddiaçının kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar