Məhkəmə qərarları › İş №1(102)-64/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-64/2020

28.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-64/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və X13 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X16, zərərçəkmiş X30 iştirakı ilə, 15 iyun 1983-cü ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər Quba rayon məhkəməsinin 01.05.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Siyəzən rayon məhkəməsinin 20.07.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2, 233, 315.2, 221.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Quba Rayon Məhkəməsinin (sədrlik edən E.M.Əhmədov) 28 mart 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2, 233, 315.2, 221.1-ci və 234.1-c i maddələri ilə təqsirli bilinib CM-nin 186.2.2-ci maddəsi ilə 4 il müddətinə, CM-nin 233-cü maddəsi ilə 2 il müddətinə, CM-nin 315.2-ci maddəsi ilə 4 il müddətinə, CM-nin 221.1-ci maddəsi ilə 1 il müddətinə, CM-nin 234.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cəzasının əvvəli 19 yanvar 2016-cı il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hökmlə həmçinin X24, X41, X14, X42, X17, Məhkum, X25, X26, X15 və X18 da təqsirli bilinib məhkum olunmuşlar. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-303/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təm in edilməmiş, Quba Rayon Məhkəməsinin 28 mart 2017-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qəti cəzanın təyin edilməsi, əməlində cinayətlərin residivinin olması və onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə dair müddəalar hökmdən çıxarılmış, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 186.2.2, 233, 315.2, 221.1 və 234.1-ci maddələri ilə təyin edilmiş cəzaları qismən toplanmaqla ona qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, hökm Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkum həmin qərardan kassasiya şikayəti vermişdir. işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Siyəzən rayonunda yaşayan yaxın münasibətdə olduğu islam dininin şiə təriqətinə mənsub radikal dini baxışlara malik dindar şəxslərdən ibarət internet sosial şəbəkəsində yaratdıqları və virtual fəaliyyət göstərən “İxlas” adlı dini qrupun təşkilatçısı və rəhbəri X24, üzvləri X26, X35, həmçinin həmin rayon sakinləri X41, X14, X42, X17, X25, X18, X15 və başqaları 12 yanvar 2016-cı il tarixdə saat 11:30 radələrində Siyəzən şəhərində digər şəxslərə qoşulub dövlət orqanları ilə razılaşdırılmayan yürüş təşkil edərək Siyəzən rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına toplaşmış, rayon icra hakimiyyəti başçısı onların qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədi ilə binanın akt zalında həmin şəxslərin nümayəndələri ilə görüş keçirdiyi vaxt o, icazəsiz akt zalına daxil olub ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq edərək, özünü icra hakimiyyətinin inzibati binasının qarşısına toplaşmış kütlənin rəhbəri kimi təqdim edərək icra hakimiyyəti başçısına qarşı qanunazidd tələblər irəli sürmüş, heç kimin dağılışmayacığını, yanğınların törədiləcəyini bildirməklə hədələmiş, daha sonra ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlər törədərək ucadan, hamının eşidəcəyi tərzdə yenidən qan unsuz tələblər irəli sürmüş, qanunazidd davranışlarının qarşısını almaq istəyən, xidməti geyim formasında ictimai asayişi qorumaq üzrə vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələri olan polis əməkdaşlarının dağılışmaq barədə qanuni tələblərinə tabe olmayıb nümayişkaranə surətdə əl-qol hərəkətləri ilə etirazını bildirib, rayon icra hakimiyyətinin inzibati binasına qanunsuz daxil olmaq istəmiş, polis əməkdaşları tərəfindən orada qanunazidd davranışlarının qarşısı alındığından, onlar Heydər Əliyev prospekti ilə hərəkət edərək avtomobil yolu və piyadaların hərəkət zolağını bağlayıb nəqliyyatın hərəkətini dayandırmış, kütlə içərisində fəallığı ilə fərqlənərək onları hakimiyyət nümayəndələrinə qarşı həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq etməyə istiqamətləndirmiş, Müslüm Əzimov ona və “İxlas” adlı dini qrupa daxil olan radikal dini baxışlı Coşqun Bəgişov, Fariz Kərimov və başqalarına rayon məscidində namaz vaxtı 13 yanvar 2016-cı il tarixdə keçiriləcək qanunsuz aksiyada daha aktiv iştirak etməyi tapşırmış və göstərişi ilə onlar ”WatsApp” sosial şəbəkəsi vasitəsilə yaxın münasibətdə olduqları eyni radikal dini baxışlara malik Bakı şəhəri, Quba, Füzuli rayonlarında yaşayan həmfikirlərinə öz qanunazidd əməllərinə dəstək istəmiş, Namiq Məstanov isə gətirdiyi tərkibi tez alışan neft məhsulu olan dizel yanacağı və mineral yağdan ibarət məhluldan Elçin Əliyev, Abasət Süleymanov və başqaları ilə birlikdə “molotov kokteyli” adlanan yandırıcı məhlul hazırlayıb iştirakçıların bir qrupuna paylamış, daha sonra həmin kütlə qanunazidd hərəkətlərini davam etdirərək 13 yanvar 2016- cı il tarixdə saat 10:00 radələrində baş vermiş ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərini yenə də Siyəzən şəhər Heydər Əliyev prospektində yerləşən rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısından başlayaraq şəhərin Səttar Xeyrullayev küçəsi ilə hərəkət edərək avtomobil yolu və piyadaların hərəkət zolağını bağlayıb nəqliyyatın hərəkətini dayandırmış, daş, taxta parçaları, “molotov kokteyli” adlanan yandırıcı məhlulu polis əməkdaşlarına tərəf atıb Siyəzən şəhər polis şöbəsinin əməkdaşları polis leytenantı X8 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli, polis serjantı X3 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli, polis leytenantı X11 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli, polis serjantı X10 uzun müddətə p ozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli, polis serjantı X4 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli, polis mayoru X6 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, polis baş leytenantı X7 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, polis baş serjantı X5 zərər vurmayan, polis kapitanı X1 zərər vurmayan, polis serjantı X2 zərər vurmayan, Azərbaycan Respublikası DİN-nin X53 Xüsusi Təyinatlı 2-ci taborunun 1-ci bölüyünün polis nəfəri polis serjantı X9 zərər vurmayan bədən xəsarətləri yetirilməklə hakimiyyət nümayəndələrinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edilmiş, Daxili İşlər Nazirliyinin balansında olan “Fiat Doblo” markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sol qanadını, arxa bampe rini, alın şüşəsini, mühərrik örtüyünü, qabaq sağ qanadını, qabaq sağ farasını, banını, sağ və sol yan güzgülərini, arxa sağ şüşəsini sındırmaqla və zədələməklə 3140 manat, “Fiat Doblo” markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq nömrə nişanını, oturacaq korpusunu, qabaq bamperini, arxa bamperini sındırmaqla və zədələməklə 1.350 manat, Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin Siyəzən xidmət mərkəzinin inzibati binasının şüşələrini sındırmaqla 350,0 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan X31 məxsus Siyəzən şəhəri S.Xeyrullayev küçəsində yerləşən mağaza anbarının damındakı azbes şiferləri sındırmaqla 12 manat, həmin küçədəki avtomobil dayanacağının şüşələrini sındırmaqla 300 manat, yol kənarı səkilərə döşənmiş daş pilətələrini sökməklə 83 manat, cə mi 5.235,0 manat dəyərində özgə əmlakını ümumi təhlükəli üsulla qəsdən zədələmiş, ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqla nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətləri təşkil edərək bu cür hərəkətlərdə fəal iştirak etmişdir. Bundan başqa, Məhkum istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 3,21 qram olan (bitki mənşəli kütlə) tərkibində narkotik maddələr olan çətənə (kanabbis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranı, təmiz çəkisi 0,661 qram olan xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryək əldə edib, həmin narkotik vasitələrdən çəkisi 1,38 qram narkotik vasitə olan həşiş qətranını əynindəki qara rəngli gödəkçənin qabaq sol yan cibində saxlamaqla daşımış və 13 yanvar 2016-cı il tarixdə Siyəzən rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərinə keçirilmiş şəxsi baxış zamanı həmin narkotik vasitə ondan aşkar edilərək götürülmüş, çəkisi 1,83 qram olan narkotik vasitə olan həşiş qətranını və çəkisi 0,661 qram narkotik vasitə olan tiryəki isə yaşadığı ünvan 1 ünvandakı evində saxlamış, 18 yanvar 2016-cı il tarixdə Siyəzən rayon polis şöbəsinin əməkdaşları tərəfindən evdə axtarış keçirilərkən həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum dinc mitinqlərdə iştirak etməklə, polis əməkdaşlarına qarşı hər hansı zorakılıq göstərmədiyi halda, polis gücdən zərurət olmadan istifadə etmiş, insanların sərbəst toplaşmaq azadlığına müdaxilə etmişdir. İbtidai istintaq zamanı Məhkum işgəncə verilmiş və qeyri-insani rəftara yol verilmiş və bunun nəticəsində o müdafiəsiz və çarəsiz qalmış və özünə qarşı ifadə verməyə, törətmədiyi cinayətdə özünü ittiham edən ifadələr verməyə məcbur olmuşdur. Məhkəmə müdafiə tərəfinin ittihamın əsassızlığını sübut edəcək vəsatətlərini təmin etməyərək bərabərlik hüququna ciddi xələl gətirmiş və təqsirləndirilən şəxsin öz təqsirsizliyini sübut etmək imkanından məhrum etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları qanunsuz və əsassızdır. Həmin şəxslərə dövlət hesabına vəkil verilsə də, onlara faktiki olaraq effektli hüquqi yardım göstərilməmişdir. Kassator barəsində İnsan hüquqlarının və azadlıqlarının müdafiəs i haqqında Konvensiyanın 3-cü, 5-ci, 6-cı, 10-cu, 11-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. prosessual məsələlər: Dövlət ittihamçısı məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs məhkəmə kollegiyasının iclasına kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassas iya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində cinayət törətməkdə təqsirli olmadığını, təqsirlilik məsələsinin sübutların tədqiqinə və qiymətləndirilməsinə dair cinayət-prosessual normalar ın tələblərinin pozulması ilə həll olunduğunu iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 42 və 350-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2017-ci il tarixli qərarının Məhkum münasibətdə qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya şikayətindən göründüyü kimi, Məhkum təqsirliliyinin sübuta yetirilməməsi, əsassız olaraq barəsində ittiham hökmünün çıxarılması ilə əsaslandırmışdır. Lakin, cinayət işinin materialları, qəbul edilmiş yekun məhkəmə qərarı kassasiya şikayətində gətirilən dəlilləri tamamilə təkzib edir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutlara obyektiv qiymət verilərək əsaslı qərar qəbul etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Siyəzən rayon polis şöbəsinin post patrul xidməti tağımının komandiri Y.N.Yusifov ifadəsində göstərmişdir ki, 12 yanvar 2016-ci il tarixdə Siyəzən rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına bir qrup şəxsin toplaşaraq qanunsuz təşkil etdikləri küçə yürüşü keçirmələri barədə məlumat almışlar. Şöbə rəisinin göstərişi ilə o da şöbənin digər polis əməkdaşları ilə birlikdə icazəsiz keçirilən toplantının qarşısını almaq məqsədilə Siyəzən rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına gəlmiş, oraya toplaşmış çoxlu adamlar səs-küy salaraq qiymətlərin bahalaşmasına etiraz edərək Siyəzən rayonundan Milli Məclisə seçilmiş deputat Tahir Süleymanovla görüş təşkil olunmasını tələb etmişlər. Həmin şəxslərdən ictimai qaydanı pozmamağı tələb etsələr də, onlar qanunsuz hərəkətlərini davam etdirmişlər, onların bir neçə nümayəndəsini, o cümlədən Səfərli Aydını və Məhkumı icra hakimiyyəti başçısı qəbul etmişdir. Onlar dağılışıb getmək istəməyərək qanunsuz yürüşü səhərisi gün də davam etdirəcəklərini deyərək camaata çağırışlar etmişlər. 13 yanvar 2016-cı il tarixdə saat 9 radələrində həmin şəxslər yeni dən qanunsuz küçə yürüşü təşkil edərək Siyəzən rayon icra hakimiyyətinin inzibati binasının qarşısına toplaşmış və kənarda olan şəxslər də yavaş-yavaş onlara qoşulmuşlar. O, təqsirləndirilən şəxsləri siyəzənli kimi tanıyırdı. Onlardan Məhkum, X41, X14 və X17 daha çox fəallıq göstərirdilər. Həmin şəxslər polis əməkdaşlarını özləri ilə gətirdikləri çay daşları və sökdükləri üzlük daş parçası ilə vuraraq ucadan “heç kim dağılmasın, polisləri daşla vurun, icra hakimiyyətinə soxulun” deyərək oradakı adamları qızışdırmışlar, həmin vaxt ora kömək üçün çağırılmış X53 əməkdaşları ilə birlikdə həmin küçə yürüşünün iştirakçılarının qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədilə onları Siyəzən rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısından S.Xeyrullayev küçəsinə sıxışdırmışlar, onlar orad a da daş parçaları ilə vurub mağazaların, inzibati binaların şüşələrini sındırmış, polis əməkdaşlarını daş parçaları ilə vurub, üzərlərinə içərisində yandırıcı maye olan bir neçə “molotov kokteyli” atmışlar. Hadisə nəticəsində atılan daşlardan biri onun sağ ayağının topuq nahiyəsinə dəymiş və ayağı burxularaq yerə yıxılmışdır, orada olan digər polis əməkdaşları da müxtəlif bədən xəsarətləri almışlar. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Siyəzən rayon polis şöbəsinin polis nəfəri S.F.Muradov ifadəsində bildirmişdir ki, 12 yanvar 2016-cı il tarixdə bir qrup şəxsin qanunsuz Siyəzən rayon icra hakimiyyətinin inzibati binasının qarşısında təşkil edilmiş küçə yürüşünün qarşısını almaq məqsədilə şöbə rəisinin göstərişi ilə şöbənin digər polis əməkdaşları ilə birlikdə icra hakimiyyətini n inzibati binasının qarşısına gəlmişlər. Oraya toplaşmış adamlar səs-küy salaraq qiymətlərin bahalaşmasına etiraz edirdilər və deputat Tahir Süleymanovla görüşmək istəyirdilər. İcra hakimiyyətinin qarşısına icazəsiz toplaşmış şəxslərdən ictimai qaydanı pozmamağı tələb etsələr də, onlar qanunsuz hərəkətlərini davam etdirmiş, onlardan bir neçəsini rayon icra hakimiyyətinin başçısı qəbul etdikdən sonra həmin şəxslər və icazəsiz yürüşü səhərisi gün də davam etdirəcəklərini bildirmişlər. 13 yanvar 2016-cı il tarixdə saat 9 radələrində xidmətdə olarkən həmin şəxslər yenidən qanunsuz küçə yürüşü təşkil edərək Siyəzən rayon icra hakimiyyətinin inzibati binasının qarşısına toplaşdılar, kənarda olan şəxslər də onlara qoşulurdu. Orada Siyəzən rayon sakinləri Məhkum, X41, X14, X42, X17 və X35 həmin q anunsuz yürüşün təşkilatçıları və fəalları idi. Həmin vaxt Fariz Kərimov, Coşqun Bəgişov və Məhkum daş parçası, taxta və zibil qutularını polislərə atırdılar. Həmçinin yığıncağın təşkilatçıları və rəhbərləri camaatı ucadan səsləyərək “heç kim heç yerə getməsin, polisləri daşla vurun, icra hakimiyyətinə soxulacağıq”, “ölmək var, dönmək yoxdur” kimi ifadələr işlədərək, kənar adamları da toplayaraq onları qızışdırırdılar. Onlar X53 əməkdaşları ilə birlikdə icazəsiz küçə yürüşünün iştirakçılarını Siyəzən rayon icra hakimiyyətinin inzibati binasının qarşısından Səttar Xeyrullayev küçəsinə tərəf uzaqlaşdırmaq istədikdə, həmin şəxslər orada da daş parçaları ilə vurub mağazaların, inzibati binaların şüşələrini sındırır, polis maşınlarını və əməkdaşlarını daş parçaları ilə vurub, onların üzərinə iç ərisində yandırıcı maye olan bir neçə “molotov kokteyli” atırdılar. Baş vermiş hadisə nəticəsində atılmış daşlardan biri onun sol əlinə, digəri isə sağ ayağının topuq nahiyəsinə dəyərək xəsarət almış və huşunu itirmişdir. Sonradan bilmişdir ki, ondan başqa digər polis əməkdaşları da müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Ayrı-ayrı zərərçəkmişlər də həmin məzmunda ifadə vermişlər. Məhkəmə iclasında şahid kimi ifadə vermiş Ə.Bədəlov bildirmişdir ki, 12 yanvar 2016-cı il tarixdə rayon icra hakimiyyətinin binasında icra başçısı orda olan şəxsləri qəbul etmiş, onların problemlərini müzakirə edən vaxt Məhkum icazəsiz akt zalına daxil olub icra başçısının sözünü kəsərək aqressiv vəziyyətdə hərə öz dərdini danışmasın, aşağıda gözləyirlər deyərək icra hakimiyyəti başçısına və orada iştirak edən şəxslərə danışmağa imkan verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Siyəzən rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşı A.Ş.Şahbazov ifadəsində göstərmişdir ki, 12.01.2016-cı il tarixdə bir qrup şəxsin qanunsuz olaraq Siyəzən rayon İH-nin qarşısına yığışmaları barədə məlumat alıb, ora getmiş və oraya qanunsuz toplanmış əhalini nizamintizama dəvət etmişdir. 13.01.2016-cı ildə yenə də Siyəzən rayon İH-nin qarşısına toplanmış kütlə öz narazılığını iğtişaşa çevirərək onların qanuni tələbinə məhəl qoymamış və onlara qarşı müqavimət göstərməyə başlamışlar. Təqsirləndirilən şəxslər isə aktiv hərəkət edib, dövlətə qarşı çıxış etmiş, icra hakimiyyətini yandırmağa çalışmışlar. Sonra əlavə polis əməkdaşlarının ora gəldiyini görüb həmin şəxslər onları daş, şüş ə qırıntıları, şüşə butulka və başqa əşyalarla vurmuşlar. Həmin vaxt daha aktiv iştirak edən Talıb, Coşqun, Fariz və başqaları idi, Abasət Süleymanovu isə daş atan yerdə görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Y.Ə.Kərəmov ifadəsində göstərmişdir ki, 13 yanvar 2016-cı il tarixdə saat 16:30 radələrində şəxsi işi ilə əlaqədar Siyəzən şəhərində H.Əliyev küçəsində olduğu vaxt iki nəfər polis əməkdaşı ona yaxınlaşıb bir nəfər şəxsin üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etməsi üçün Siyəzən rayon polis şöbəsinə dəvət etmişlər. O, polislərin təklifinə etiraz etməyərək polis şöbəsinə gəlmişdir. Şöbədə tanımadığı Camal adlı şəxs də hal şahidi kimi dəvət edilmişdi. Onların və müdafiəçinin iştirakı ilə polis şöbəsində həmin gün Siyəzən şəhərində qanunsuz küçə yürüşündə iştirak etdiyinə görə gətirilmiş Siyəzən rayon sakini Məhkum üzərinə baxış keçirilmiş və baxışdan əvvəl onlara hüquq və vəzifələri izah olunmuşdu. Baxış zamanı Məhkum əynindəki qara rəngli gödəkçənin qabaq sol yan cibindən narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülmüş və həmin maddə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə digər iştirakçılarla yanaşı o, da imza etmişdir. Lakin Məhkum həmin narkotik vasitə barədə məlumatı olmadığını göstərmişdir. Məhkum ona istinad edilmiş cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, digər sübutlar, o cümlədən şahidlərin ifadələri ilə həmin ifadələrin həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında zərərçəkmiş və şahidlərin ifadələri ətraflı təsvir edildiyin dən, məhkəmə kollegiyası hazırkı qərarda onların yenidən təsvir edilməsinə zərurət görmür. Yuxarıda qeyd olunanlar, ümumiyyətlə, cinayət işinin materialları ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş-hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn süb utların məcmusu ilə əsaslandırılmışdır. Məhkumun şikayətdəki dəlilləri sübuta yetməmişdir. Azərbaycan Respublikası CPM-in 350.2-ci maddəsinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair bəraət hökmü çıxarılmalıdır. CPM-in 42.1-ci maddəsində qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.1.5. andlı iclasçıların kollegiyası şəxsin təqsirsizliyi barədə verdikt çıxardıqda. Məhkuma Cinayət Məcəlləsinin 186.2.2, 233, 315.2, 221.1 və 234.1-ci maddələri ilə bəraət verilməsi barədə kassasiya şikayətinin dəlillərini işin faktiki halları ilə əlaqəli şəkildə yoxlayan kassasiya instansiyası məhkəməsi həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, həmin dəlillər iş materialları ilə təkzib edilir, Məhkum CM-nin 186.2.2, 233, 315.2, 221.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi birinci instansiya məhkəməsi ilə yanaşı, apellyasiya instansiyası məhkəməsi tərəfindən də sübuta yetmişdir. Cinayət Məcəlləsinin 186.2.2, 233, 315.2, 221.1 və 234.1-ci maddələrinə münasibətdə Məhkum əməlində CPM-in 42.1-ci maddəsində nəzərdə tutulan bəraətin əsasları olmamışdır. Odur ki, Məhkum bəraət verilməsi barədə şikayətin dəlilləri əsaslı sayıla bilməz. Beləliklə, kassasiya şikayətində təqsirlilik m əsələsi üzrə nəticənin mübahisələndirilməsi üçün gətirilmiş dəlillər cinayət işinin materialları ilə öz təsdiqini tapmadığından, eyni zamanda bəraətə əsas verə biləcək digər hallar da (cinayətprosessual qanunun 42-ci maddəsinin təsbit etdiyi bəraətin əsasları) müəyyən olunmadığından, Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsi barədə tələbi təmin edilə bilməz. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 27 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub qərara aldı: Məhkum kassasiya şikayəti tə min edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2017-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar