Məhkəmə qərarları › İş №1(102)-64/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-64/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-64/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5, Müdafiəçi – Müdafiəçi1 iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş və 221.3-cü maddəsi ilə bəraət verilmiş Məhkum Abdulvahib oğlunun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 iyul 2024- cü il tarixli qərarından dövlət ittihamçısı Anar Ələkbərov tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1054/2024 saylı, 22 aprel 2024-cü il tarixli hökmü ilə (hakimlər Əliyeva Əytən Heydər qızının sədrliyi, X6 və X1 ibarət tərkibdə) xx xxxxxxxx 1977-ci il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Abad ərazi dairəsi, Abad kəndində qeydiyyatda olmaqla yaşamış, X2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221. 3-cü maddəsinin tərkibi olmadığı üçün ona bəraət verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 09 iyul 2023-cü il tarixdən 09 sentyabr 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay müddət ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 aprel 2024-cü il tarixdən hesablanmış, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qət imkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə) 1(103)-1466/2024 saylı, 32 iyul 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestin və məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1054/2024 saylı, 22 aprel 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilm əsində təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Məhkum 08 iyul 2023-cü il tarixdə saat 01:49 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Xocəsən yolu, 44-cü döngədə yerləşən ictimai yer hesab olunan hostelin qarşısında tanışı Zərərçəkmiş şəxs ona çatdırılması üçün verilmiş 100 manat pulu gec gətirməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini digər şəxslərin fövqündə üstün tutmaqla ictimai qaydanı kobud surətdə pozan, cəm iyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətləri, öz davranışı ilə hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıqaydın etinasızlıq göstərib hostelin qarşısına toplanmış şəxslərin gözü qarşısında ucadan nalayiq sözlər deyib yerdən götürdüyü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən qayçını silah qismində istifadə edərək zərərçəkmiş Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib bir neçə dəfə ardıcıl olaraq zərbələr vurub xuliqanlıq etmiş və sonuncuya döş qəfəsinin sol yarısının arxa səthinin, boyun nahiyəsinin, sol bazu nahiyəsinin, sol said nahiyəsinin, sağ yanaq nahiyəsinin deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğ una nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan ağır zərərvurmaya aid xəsarətlər yetirib zərərçəkmiş Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Birinci instansiya məhkəməsi hökmlə belə nəticəyə gəlmişdir ki, elan olunmuş ittiham üzrə məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri nə ayrı-ayrılıqda, nə də məcmu halında Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi qənaətinə gəlməyə əsas vermir. Təqsirləndirilən şəxs Məhkum ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməm iş və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurarkən xuliqanlıq niyyəti olmamışdır. Məhkəmə araşadırması zamanı Məhkum ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməsi və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurması sübuta yetirilməmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı protestdə qeyd edir ki, aşağıdakılara əsasən Bakı Apelyasiya Məhkəməsinin 3 iyul 2024-cü il tarixli hökmü, sübutlar CPM-nin 143-146- cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum Abdulvahib oğluna əsassız olaraq CM-in 221.3-cü maddəsi ilə bəraət verildiyindən, mübahisələndirilən qərar ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə ümumiyyətlə hadisənin baş vermə səbəbi ilə bağlı istintaqın gəldiyi nəticəni nəyə görə qəbul etməməsinin motivlərini hökmdə tam əsaslandırmamış, məhz hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsi ilə bağlı düzgün təhlillər aparılmamışdır. Məhkum cinayət məsuliyyətindən boyun qaçırmaq və ya məsuliyyəti yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakterli ifadələr verməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin onun tərəfindən törədilməsi zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanılmış digər materiallarla təsdiq edilmişdir. Bel ə kl, ibtidai istintaq və məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, “Veysəloğlu”da işləmişdir. Xalası oğlu Xəyalla danışaraq Lökbatanda kafedə oturub yeyib-içmişlər, oradan dənizə gedib çimmişlər. Gecə dənizdən çıxarkən Xəyal Kamilə verməsi üçün Lökbatanda kartdan pul çıxarıb, ona verəcəyini demiş, oradan çıxıb Lökbatana getmişlər. Kamil ona zəng edərək “Sənə pul verəcəklər gətirə bilərsən?” soruşmuş, o, da gətirəcəyini bildirmişdir. Xəyal kartdan pulu çıxarıb ona vermiş, yolda gələrkən Kamil ona iki-üç dəfə zəng edərək harada olduğunu soruşmuş, axırıncı dəfə Xocasən yolunda olmuşdur. Sonra Kamil zəng edərək “gəlmə bura, gəlsən sənin başını kəsərəm” demiş, hələ bir söyüş də söymüşdür. O, da kəsməsən deyərək söyüş söymüşdür. Ora çatıb qapını açdıqda Kamilin söyüş söydüyünü, telefonda kiminləsə danışaraq İsmayılın var yoxunu deməsini eşitmiş, həmin vaxt bir- biri ilə dalaşmışlar. Onları ayırmışlar, təzədən dalaşmışlar, yenə də ayırmışlar. Onları ayıran şəxslər Mürvətlə Təbriz olmuşdur. Sonra siqaret çəkmək üçün aşağıya düşdükdə Kamilin həyətdə olduğunu görmüşdür. Orada dalaşmışlar, o, Kamilə yumruq atmış, Kamil də ona bıçaq vurmuşdur. Hadisə baş verəndə kənar şəxs olmamış, sonra Mürvətlə Təbriz gəlmiş, həmin şəxslər gələndə, o, artıq bıçaqlanmışdır. Ondan sonra kənar şəxslər gəlmişlər. O, otağa daxil olarkən otaqda 4-5 nəfər olmuş, otaqda kimlərin olmasını tam dəqiq xatırlamır. Ona bıçaq altı yerdən vurulmuş, boynundan, qolundan, bir də sol tərəfindən. Onlar birlikdə işləmişlər, “Veysəloğlu’’na kələm vermişlər. O, fəhlə kimi, Kamil isə şofer işləmişdir. Hadisədən əvvəl münasibətləri yaxşı olmuş, həmin hosteldə birlikdə qalmışlar. Aralarında belə bir anlaşılmazlıq birinci dəfə olmuşdur. Hadisə vaxtı içkili vəziyyətdə olmamış, günorta vaxtı içmiş, hadisə artıq gecə saat 02 radələrində baş vermişdir. Hadisə vaxtı Kamilin işlətdiyi aləti haradan götürdüyünü bilməmişdir. Xəsarət aldıqdan sonra Məhkum ona heç bir köməklik etməmişdir. Hadisədən sonra xəstəxanada yatmış, onu xəstəxanaya aparan adam deyəsən oranı işlədən adam olmuşdur. Hadisədən sonra təqsirləndirilən şəxsin özü, yaxın qohumları barışığa cəhd etmişlər və barışmışlar. Bu günki günə heç bir şikayəti və tələbi yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Kamil Xəyala zəng vurar aq İsmayılın telefonda onu söydüyünü, pulu hələ də gətirib çatdırmağını bildirdikdə İsmayıl otağa daxil olub, Kamili söyərək yumruqla sonuncunun sifətinə vurmuş və Kamil ilə İsmayıl əlbəyaxaya çıxmışlar. Həmin vaxt, o, Mürvət və tanımadığı hosteldə olan digər şəxslər Kamil ilə İsmayılı ayırmağa başlamışlar. 10-15 dəqiqə keçdikdən sonra Kamil və İsmayılın arasında olan mübahisə bitmiş, Kamil otaqdan bayıra çıxmış, İsmayıl isə onu söyməkdə davam etmişdir. Belə ki, İsmayıl Kamili söyərək hosteldən bayıra çıxmışdır. Bu zaman Mürvət qışqararaq köməyə çağırmış, Kamil ilə İsmayılı sakitləşdirmişlər. Hostelin həyətində olan zaman İsmayıl ilə Kamilin əlbəyaxa olduğunu görüb, onları ayırmağa başlamışlar. Həmin vaxt İsmayılın paltarlarının qan içində olduğunu görüb sonuncuya köməklik etsə də, oraya p olis əməkdaşları gəlmiş və İsmayılı təcili tibbi yardım avtomobili 1 saylı X12 mərkəzinə aparmışlar. Həmin gün İsmayılı əməliyyat etmişlər, sonradan isə məlum olmuşdur ki, mübahisədə Kamil qayçı ilə İsmayıla bir neçə dəfə zərbə endirmişdir. İbtidai istintaq və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə nəzərə almamışdır ki, mübahisə zamanı ictimai qayda pozulubsa və cinayət qanunvericiliyində nəzərdə tutulmuş nəticələrdən biri baş vermişdirsə, artıq "xuliqanlıq” cinayəti mövcuddur və başa çatmışdır. Hətta şəxsi, ailə münasibətləri zəmnində baş vermiş hadisə zamanı, habelə qisas niyyətilə törədilən əməl asanlıqla "ictimailik" əlaməti qazana və istənilən əməl "xuliqanlıq" cin ayətinə çevrilə bilər. İş materiallarından, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinə əsasən müəyyən edilmişdir ki, hadisə baş verən yer ictimai yerdir və hadisə zamanı orada kənar şəxslər olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs Şahid2 tərəfindən Məhkum çatdırılması üçün verilmiş 100 manat pulu bir neçə saat gecikdirməsini bəhanə edib, ilkin olaraq hostelin içərisində mübahisəni başlayan Məhkum olmuş və orada olan şəxslər mübahisəni sakitləşdirdikdən sonra Məhkum yenidən ictimai yerdə - Bakı Metropolitenin “Xocəsən” stansiyası ilə qarşı-qarşıya yerləşən hostelin qarşısında mübahisə yaradaraq yerdən tapdığı qayçı ilə hosteldən küçəyə çıxmaq istəyən Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək bədən nahiyəsinin müxtəlif yerlərindən çoxsaylı zərbələr endirib, sonuncuya müxtəli f, o cümlədən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuramaya aid olan xəsarət yetirmişdir. Göründüyü kimi, həmin hadisə gecə vaxtı, ictimai yerdə, yəni hostelin qarşısında küçədə baş vermiş və hadisə zamanı orada kənar şəxslər olmuş, Məhkum hərəkətləri orada olan şəxslərin narahatçılığına səbəb olmuş, onun əməlləri nəticəsində ictimai qayda kobud surətdə pozulmuş, o, ucadan söyüş söyməklə və dava-dalaş salmaqla cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirmiş və ətrafda olan şəxslərin dincliyini pozmuşdur. Məhkum niyyəti ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsinə yönəlmiş, o, ətrafda olan - hosteldə və yaxındakı binalarda yaşayan - şəxslərin narahatçılığına səbəb olmuş, həmin yerdə ictimai əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq mənəviyyat normalarını tapdalamışdır. Hadisədən əvvəl o, Zərərçəkmiş şəxs vurmaq üçün yerdən qayçı götürmüş və sonuncunun üzərinə hücum edərək həmin qayçıdan silah qismində istifadə etməklə zərərçəkmiş şəxsə xəsarətlər yetirmişdir. İşin faktiki hallarından da göründüyü kimi, Məhkum zərəçəkmiş tərəfindən təhqir olunması ilə bağlı zərərçəkmişi öz düşündüyü tərzdə “cəzalandırmaq” məqsədi ilə zərərçəkmiş şəxs tərəfindən təhqir olunmasını cüzi səbəb kimi bəhanə etməklə, hosteldən şölə çıxmaq istəyən Zərərçəkmiş şəxs görən kimi yerdən tapdığı qayçını əlində tutaraq sonuncunun üzərinə hücum çəkib zərərçəkmişə xəsarətlər yetirmiş, bununla da öz şəxsiyyətini digərlərinin fövqündə qoyaraq, yəni xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zə rər vurma cinayət əməlini törətmişdir Yuxarıda şərh edilənlərə əsasən dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 iyul 2024-cü il tarixli qərarının ləğv edilərək apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilməsini xahiş edir. Müdafiəçi1 kassasiya şikayətində göstərmişdir ki, məhkəmələr cəza təyin edərkən yüngülləşdirici halları, məhkumun ilk dəfə cinayət törətməsini, yetkinlik yaşına catmayan 2 qız övladının olmasını və dögər halları nəzərə almamış və ağır cəza təyin etmişdir. Bu halları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 iyun 2024-cü il tarixli hökmünün əsassız olduğundan dəyişdirilərək məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməsi və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçının, kassasiya protestinin təmin edilməməsi və kassasiya şikayətinin təmin edilməsinə dair Müdafiəçi1 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normala rının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bu ndan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair qaydalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla, yekun nəticəni yolverilməz sübutlarla əsaslandırmaqla Məhkum Abdulvahib oğlunun barəsində olan qanunsuz və əsasız hökmü haqqında düzgün olmayan nət icəyə gəlmişdir. Kassator isə apellyasiya məhkəməsi tərəfindən ağır cəza təyin edildiyini və qərarın dəyişdirilərək məhkuma yüngül cəza verilməsini bildirir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 iyul2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqi qətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət proses inin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağır laşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Məhkəmə Kolegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gələrək haqlı olaraq ədalətli və qanuna uyğun hökm çıxarmışdır. Bununla bağlı apellyasiya məhkəməsi öz hökmündə mövqeyini əsaslandırarkən müəyyən etmişdir ki,...İşin faktiki hallarını, təqsirləndirilən, zərərçəkmiş şəxs və şahid ifadələrini qarşılıqlı təhlil edib araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum Abdulvahib oğlunun xuliqanlıq hərəkətləri etməsi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası istintaq orqanının mötəbər sübut kimi istinad etdiyi zərərçəkmiş şəxsin işin halları, şahidlərin ifadələri və iş materiallarında olan sübutlarla əlaqəli şəkildə tədqiq edərək onların həmin ifadələrindəki xüsusatların öz təsdiqini tapmaması, əksinə iş materiaları ilə təkzib olunması və bununla da həmin ifadələrə mötəbər sübut kimi istinad olunmasının qanunvericiliyin tələbləri ilə uyğun olmaması qənaətinə gəlir. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası müəyyən edir ki, sadalanan pozuntulara əsasən ittihamın əsasını təşkil edən birbaşa sübutlar (zərərçəkmiş şəxslərin ifadələri) əsassız hesab edilir, CM-in 221.3-cü maddəsi ilə ona bəraət verilməsi üçün gətirdiyi dəlillər üstünlük təşkil edir və buna müvafiq olaraq təqsirlən dirilən şəxsə qarşı irəli sürülmüş ittiham sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. 125.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçı nın üzərinə düşür. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutların mötəbərliyi şübhə doğuraraq Məhkum Abdulvahib oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət tərkibi olmaması təsdiq edilir. Azərbaycan Resp ublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60 maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafisinə təminat verilir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirlə ndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi müəyyən edir (Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 10-36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri: Cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir; İnsan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir; Hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası C inayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafıq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfındən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsid ir.Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəllsinin əsasland ığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsaslandığı qanun çuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarı). Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Məhkum Abdulvahib oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə əməlində cinayət tərkibinin olması sübuta yetirilir və CM-n 221.3-cü maddəi ilə cinayətin törədilməsində t əqsirliliyi sübuta yetirilmir......” Məhkəmə kollegiyası bundan əlavə qeyd etmək istəyir ki, ''Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət- prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinin tələbinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən ci nayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 42.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda cıxarılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Abdulvahib oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdandan məhrum etmə cəzası ədalətli hesab olunur, cəzanın məqsədlərini təmin edir, onun şəxsiyyətinə uyğundur və belə olan halda azadlıqdandan məhrum etmə cəzasının təyin edilməsi hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsinin də gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməs ində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaql a araşdırılmış və qiymət verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, kassasiya şikayətinin bu dəlillərinin heç bir əsası yoxdur. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum Abdulvahib oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini, CM-in 70-ci maddəsinin tətbiq edilməklə şərti müəyyən edilməsini mümkün hesab etmir və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 iyul 2024-cü il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 iyul 2024-ci il tarixli qə rarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək düzgün nəticəyə gəlmişdir. Məhkum CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi və CM-in 221.3-cü maddəsi ilə Bəraət verilməsinə dair hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində və kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkz ib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 iyul 2024-cü il tarixli qərarını ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti və kassasiya şikayətinin təmin edilmədən, cinayət işi üzrə çıxarılmış qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum Abdulvahib oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi bəraət almasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1466/2024 saylı, 3 iyul 2024-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar