Məhkəmə qərarları › İş №1(102)-640/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-640/2020

20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-640/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, zərərçəkmiş şəxsin nümayəndəsi X3, məhkumun müdafiəçiləri-vəkil Qasımlı Anar El man oğlunun və Şükürov Elxan Şükür oğlunun, iştirakları ilə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə bəraət verilmiş və 320.2-ci maddəsi ilə təqsirli bilinmiş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum müdfiəçisi-vəkil Elxan Şükür oğlu Şükürov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Həsənov Rəşad Məhəmməd oğlu) Məhkumxx.xx.1962-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə bəraət verilmiş və CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin edilməmişdir. İş üzrə mülki iddia təmin edilərək Məhkum Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 1,6 ha torpaq sahəsindən çıxarılması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə ittiham edilmişdir ki, bilə-bilə saxta sənədi qanunsuz hazırlayıb istifadə etməklə kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına hasarlayaraq tutmuşdur. Belə ki, Məhkum heç bir hüquqi əsası olmayan xx.xx.2004-cü il tarixli “Binə” kənd təssərrüfatı məhsulları müəssisəsi ilə onun arasında bağl anmış alqı-satqı müqaviləsi və xx.xx.2004-cü il tarixli “Binə” kənd təsərrüfatı məhsulları müəssisəsinə məxsus 2 ədəd tövlələrin və 3 ədəd müəssisənin balansında olan köməkçi tikililərin ona təhvil verilməsi barədə saxta sənəd hesab edilən aktı qanunsuz hazırlayaraq, bilə-bilə saxta sənədlərdən istifadə etməklə, Abşeron rayon İcra hakimiyyətinin idarəçiliyində və balansında olan 1,6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2004-cü ildən hasarlayaraq, həmin kənd təsərrüfatı təyinatlı 1,6 ha torpaq sahəsini Abşeron rayon İcra hakimiyyətinin torpaq sahəsinə mülkiyyət və idarəçilik səlahiyyətlərinin həyata keçirilməsinə, həmçinin qanunla müəyyən edilmiş qaydada torpaq sahəsinə dair Zərərçəkmiş şəxs2 xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tərəfindən verilmiş **** ******93 reyester nömrəli çıxarış əsasında icarə hüquqlarını və Zərərçəkmiş şəxs3 xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tərəfindən verilmiş **********93 reyester nömrəli çıxarış əsasında olan icarə hüquqlarını həyata keçirilməsinə mane olaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüquqlarını həyata keçirilməsinə mane olaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüquqları olmadan özbaşına tutmuşdur. Hökmdən verilmiş apellyasiya şikayətlərinə və apelyasiya protestinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: R.M.Abdulov (sədrlik edən və məruzəçi), R.K.Səfərov və Q.X.Babayevdən ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən sax lamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum müdfiəçisi-vəkil Elxan Şükür oğlu Şükürov kassasiya şikayəti verərək qərarın Məhkum təqsirli bilinməsi və mülki iddianın təmin edilməsi hissələrində ləğv edilərək, onun barəsində həmin hissədə bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsi və mülki iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdfiəçisi-vəkil Elxan Şükür oğlu Şükürov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi saxtalığı qeyd edilən xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin və eyni tarixli aktın təqsirləndirilən şəxs tərəfindən torpaq sahəsinin tutulmasında istifadə olunmadığını müəyyən etdiyi halda, onu Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilmişdir. Apelyasiya instansiya məhkəməsi isə təqsirləndirilən şəxsə elan edilməyən ittiham üzrə təqsirli bilmişdir. Apelyasiya instansiya məhkəməsi öz qərarını belə əsaslandırmışdır ki, təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək Abşeron rayon Donuzkökəltmə sovxozu ərazisində yerləşən qeyri-yaşayış sahəsinə qaz təchizatı üçün texniki şərtin əldə edilməsi üçün xx xxxx 2010-cu il tarixdə “Azərqaz” İstehsalat Birliyinə müdaciət edərkən, həmçinin elektrik enerjisinin alqı-satqısı ilə əlaqədar xx xxxxxx 2006-cı ildə “xxxx” ASC ilə aralarında müqavilə bağlanarkən əmlakın ona aid olmasını təsdiq edən sənəd kimi hüquqi şəxsə xx.xx.2004-cü il tarixli Binə kənd təsərrüfatı məhsulları müəssisəsi ilə aralarında bağlanmış alqı-sat qı müqaviləsini təqdim etdiyini bildirmişdir. Bu isə öz növbəsində təqsirləndirilən şəxs Məhkum heç bir hüquqi əsası olmayan xx.xx.2004-cü il tarixli saxta sənəd hesab edilən alqı-satqı müqaviləsini və aktı bilə-bilə istifadə etməsinə dəlalət edir. Məhkum CM-nin 320.2-ci maddəsi ilə elan edilmiş ittiham yalnız onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs həmin saxta sənədləri torpaq sahəsinin qanunsuz zəbt edilməsində istifadə etmişdir. Nə ittiham aktında nə də birinci instansiya məhkəməsinin hökmündə göstərilən saxta sənədlərin qaz təchizatı üçün texniki şərtin əldə edilməsi üçün xx xxxx 2010-cu il tarixdə “Azərqaz” İstehsalat Birliyinə müdaciət edərkən, həmçinin elektrik enerjisinin alqı-satqısı ilə əlaqədar xx xxxxxx 2006-cı ildə “xxxx” ASC ilə aralarında müqavilə bağlanarkən ist ifadə etməsi göstərilməmişdir. Apellyasiya instansiya məhkəməsi məhkumu elan edilməmiş ittihamda təqsirli bilmişdir. Həmçinin məhkəmənin hökmü ilə mülki iddia təmin olunmaqla, Məhkum Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 1,6 ha torpaq sahəsindən çıxarılması hökm edilmişdir. Hazırkı cinayət işi üzrə verilmiş mülki iddianı təmin etməsini məhkəmə torpaq sahəsinin təqsirləndirilən şəxs tərəfindən qanunsuz tutulması ilə əsaslandırmışdır. Cinayət mühakimə icraatında mülki iddianın təmin olunması üçün hazırkı halda zəruri şərt odur ki, təqsirləndirilən şəxsə torpaq sahəsini qanunsuz və özbaşına tutması ilə bağlı verilmiş ittiham sübuta yetirilsin. Məhkəmənin hökmü ilə müəyyən edildiyi kimi, təqsirləndirilən şəxsin qeyd edilən torpaq sahəsini özbaşına və qanunsuz tutması öz təsdiqini tapmamışdır və ona bəraət verilmişdir. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsindən müəyyən olunduğu kimi, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq qərar qəbul olunur. Hazırkı iş üzrə mülki iddianın əsasını təşkil edən hal torpaq sahəsinin cinayət yolu ilə tutulması öz təsdiqini tapmadığı halda, mülki iddia təmin olunmuşdur. Belə olan halda, qeyd edilən mülki iddia üzrə mübahisə cinayət deyil, mülki mühakimə icraatı qaydasında baxılmalı olduğundan, məhkəmə tərəfindən mülki iddia baxılmamış saxlanılmalı idi. Xüsusilə nəzərə alınmalıdır ki, cinayət işinin mübahisəsiz hallarından biri də odur ki, təqsirləndirilən şəxs Məhkum öz hesabına və bankdan götürdüyü külli miqdarda kreditlər hesabına mübahisəli torpaq sahəsində zərərçəkmişlərin razılığı ilə xeyli işlər görüb vəsait sərf etmişdir ki, bütün bu məsələlər yalnız mülki məhkəmə icraatının predmetidir və yalnız orada bununla bağlı geniş, obyektiv və ətraflı araşdırma aparılmaqla obyektiv qərar qəbul oluna bilər. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Məhkum hər hansı cinayət əməli törətməkdə təqsirli olması barədə heç bir sübut tədqiq edilməmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarını qismən - Məhkum təqsirli bilinməsi və mülki iddianın təmin olunması hissəsində ləğv edərək, həmin hissədə Məhkum barəsində bəraətverici əsaslarla işin icraatına xitam verilməsi və mülki iddianın rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını ö yrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.1 1-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, nə ittiham aktında nə də birinci instansiya məhkəməsinin hökmündə göstərilən saxta sənədlərin qaz təchizatı üçün texniki şərtin əldə edilməsi üçün xx xxxx 2010-cu il tarixdə “ Azərqaz” İstehsalat Birliyinə müraciət edərkən, həmçinin elektrik enerjisinin alqı-satqısı ilə əlaqədar xx xxxxxx 2006-cı ildə “xxxx” ASC ilə aralarında müqavilə bağlanarkən istifadə etməsi göstərilməmişdir. Apelyasiya instansiya məhkəməsi məhkumu elan edilməmiş ittihamda təqsirli bilmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi kiminsə təqsirli bilinməsi barədə hökm çıxarmamış, yalnız birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul etmişdir. Məhkum elan edilmiş ittihamda göstərilmişdir ki, o, “Binə” kənd təssərrüfatı məhsulları müəssisəsi ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsi və xx.xx.2004-cü il tarixli “Binə” kənd təsərrüfatı məhsulları müəssisəsinə məxsus 2 ədəd tövlələrin və 3 ədəd m üəssisənin balansında olan köməkçi tikililərin ona təhvil verilməsi barədə saxta sənəd hesab edilən aktı qanunsuz hazırlayaraq, bilə-bilə saxta sənədlərdən istifadə etməklə, Abşeron rayon İcra hakimiyyətinin idarəçiliyində və balansında olan 1,6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2004-cü ildən hasarlayaraq, həmin kənd təsərrüfatı təyinatlı 1,6 ha torpaq sahəsini Abşeron rayon İcra hakimiyyətinin torpaq sahəsinə mülkiyyət və idarəçilik səlahiyyətlərinin həyata keçirilməsinə, həmçinin qanunla müəyyən edilmiş qaydada torpaq sahəsinə dair Zərərçəkmiş şəxs2 xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tərəfindən verilmiş **********93 reyester nömrəli çıxarış əsasında icarə hüquqlarını və Zərərçəkmiş şəxs3 xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tərəfindən verilmiş **********93 reyester nömrəli çıxarış əsasında olan icarə hüquqlarını həyata keçirilməsinə mane olaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüquqlarını həyata keçirilməsinə mane olaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüquqları olmadan özbaşına tutmuşdur. Elan edilmiş ittihamın məzmunundan görünür ki, həmin saxta sənədlərdən istifadə etməklə torpaq sahəsinin idarəçilik səlahiyyətlərinin həyata keçirilməsinə yönəlmiş hərəkətlər dedikdə hökmündə göstərilən saxta sənədlərin qaz təchizatı üçün texniki şərtin əldə edilməsi üçün xx xxxx 2010-cu il tarixdə “Azəriqaz” İstehsalat Birliyinə müraciət edilməsi, həmçinin elektrik enerjisinin alqı-satqısı ilə əlaqədar xx xxxxxx 2006-cı ildə “xxxx” ASC ilə aralarında müqavilə bağlanarkən ist ifadə etməsi kimi hərəkətlər nəzərdə tutulmuşdur. Ona görə də hökmdə göstərilən bu hərəkətlərin ittihamda nəzərdə tutulmaması barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilir. Kassasiya şikayətinin digər dəlilləri mülki iddianın mülki mühakimə icraatı qaydasında həll edilməli olmasına baxmayaraq, qanunun tələbinin pozulması ilə cinayət mühakimə qaydasında baxılması barədədir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2018ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 188.3-cü madəsi ilə elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsi ilə (əməldə cinayət tərkibi olmadıqda) bəraət verilmişdir Azərbaycan Respublikası CP M-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini;181.2.4. mənəvi ziyanın ödənilməsini. CPM-nin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə ittiham elan edilmiş və həmin ittiham üzrə əməldə cinayət tərkibi olmadığına görə bəraət verilmiş Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 181.2 və 181.3-cü maddələrində şadalanan hansı əsas la cinayət qanunu ilə ziyan vurulduğu məhkəmə qərarlarında göstərilməmişdir. Qanunun mənasına görə yalnız şəxs cinayət qanunu ilə təqsirli bilindiyi və həmin qanunla Azərbaycan Respublikası CM-nin 181.2 və 181.3-cü maddələrində sadalanan əsaslardan hər hansı biri ilə ziyan vurulduğu müəyyən edildiyi halda, vurulmuş ziyan cinayət mühakimə icraatı qaydasında tələb edilə və həll edilə bilər. Lakin cinayət işinə baxmış məhkəmələr cinayət işinin mülki iddialara aid hissəsini, mülki iddiaya aid sübutları tam, hərətəfli araşdırmamış, mülki iddianın təmin olunması barədə qərar qəbul edərkən yuxarıda göstərilən hüquq normalarının tələblərini nəzərə almamış, həmin qanunlara qərarlarında istinad etməmişlər. Belə halların mövcudluğu Azərbaycan Respublikası CPMnin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi əsasına uyğundur. Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də cinayət işi üzrə mülki iddianın təmin olunmasına dair hissədə kassasiya şikayətinin dəlilləri qismən əsaslı hesab edilir və bu hissədə kassasiya şikayəti təmin edilməklə qərar ləğv edilərək cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların başqa hallarda pozulması, Məhkum m üdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının mülki iddiaya aid hissəsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasa uyğun hal müəyyən edildiyindən kassasiya şikayəti qismən təmin edilməli və həmin hissədə qərar ləğv edilib cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdfiəçisi-vəkil Elxan Şükür oğl u Şükürov tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə bəraət verilməsi və onun CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı mülki iddianın təmin olunmasına aid hissədə ləğv edilsin və həmin hissədə cinayət işi yeni apelyasiya baxışına təyin edilsin. Qalan hissədə kassasiya şikayəti təmin edilməsin, qalan hissədə qərar dəyişdirilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar