Məhkəmə qərarları › İş №1(102)-640/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-640/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-640/2023 05.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxxx 2001-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikası İstanbul Beykent Universitetinin tibb fakültəsinin 3-cü kurs tələbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cina yət Məcəlləsinin (bundan sonra CM-in) 263.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarından məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü ilə (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən), A.İ.Paşayev və İ.X.Həsənzadə) Məhkum - Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 17 avqu st 2021-ci ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, zərərçəkmiş şəxslərin hüquqi varisləri və məhkumun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.M.Abdulov (sədrlik edən), C.V.Hüseyn və Q.X.Babayev) apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum 17 avqust 2021-ci il tarixdə saat 00:15 radələrində idarə etdiyi «AUDİ Q7» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə maşın bazarı istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və yaşayış məntəqəsi daxilində avtomobili icazə verilən 60 km/saat sürətlə idarə etməli olduğu halda həmin tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32/1 ünvanının qarşısında avtomobili 110 km/saat sürətlə idarə etməklə həmin yolda hərəkətdə olan, Zərərçəkmiş şəxs2 sürücülük hüququ olmadan idarə etdiyi “VAZ21 015” markalı **BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində ehtiyyatsızlıqdan «VAZ-21015» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almış, həmin xəsarətlərdən daxili orqanların zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə Zərərçəkmiş şəxs2 ölümünə səbəb olmuş, bundan başqa, avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs3 canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almış, həmin xəsarətlərdən Zərərçəkmiş şəxs3 ölümünə səbəb olmuş, eləcə də “VAZ-21150” markalı ** BU *** dövlət qeydiyyat nişanlı maşının zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs1 6000 manat miqdarında maddi ziyan vurmuşdur. Kassasiya şikayətlə rinin dəlilləri: Məhkumun müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi və təyin olunmuş cəzanın şərti hesab edilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum və onun müdafiəçiləri ərizələrlə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəflərindən verilmiş kassasiya şikayətlərini geri götürdüklərini bildirmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizələri iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkum və onun müdafiəçilərinin ərizələrinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək h esab edir ki, məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri məhkum və onun müdafiəçiləri tərəfindən geri götürüldüyündən həmin şikayətlər baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məh kəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum və onun müdafiəçiləri kassasiya şikayətlərinin geri götürülmələri barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022ci il tarixli qərarından verilmiş kassasiya şikayətləri geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarından məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar