Məhkəmə qərarları › İş №1(102)-641/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-641/2019

15.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-641/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Bəraət almış şəxs X4 müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 06 aprel 1972-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Yevlax şəhəri, ***************************-da yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: F.A.Qəribov (sədrlik edən), R.Ə.Sadıxov və İ.N.Hacıyev) X8 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPMin) 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmaması əsasları ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), N.R.Mövsümov və H.Ə.Nəbiyev) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X8 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, 2014-cü ilin sentyabr ay ının əvvəllərində tamah niyyəti ilə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək onlara məxsus iri buynuzlu mal-qaranı münasib qiymətə almaqla 1 ay ərzində pullarını verəcəyini vəd verərək aldadıb, bu məqsədlə 28 sentyabr 2014-cü il tarixdə Abşeron rayonu ************* Yaşayış massivində yerləşən fermada Zərərçəkmiş şəxs3 məxsus hər biri 1900 manat dəyərində 45 baş, Zərərçəkmiş şəxs1 məxsus hər biri 1500 manat dəyərində 19 baş, Zərərçəkmiş şəxs2 məxsus hər biri 1000 manat dəyərində 7 baş iri buynuzlu heyvanı, həmçinin Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd 600 manat dəyərində süd sağan maşını alaraq, 2014-cü ilin oktyabr ayının sonlarınadək aldığı malların pullarını verəcəyini bildirib, daha sonra həmin heyvanları ələ keçirməklə Zərərçəkmiş şəxs3 külli miqdarda 86.100 manat, Zərərçəkmiş şəxs1 28.500 manat, Zərərçəkmiş şəxs2 isə 7000 manat məbləğində, ümumilikdə isə vahid niyyətlə 121.600 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi bildirir ki, F6 əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi mövcud olmaqla, istintaq orqanı tərəfindən onun əməli düzgün tövsif edildiyi halda, məhkəmələr əsassız olaraq heç bir cinayət hadisəsinin olmaması, mülki xarakterli mübahisə olması nəticəsinə gəlməklə səhvə yol v ermişlər. Dövlət ittihamçısı hesab edir ki, məhkəmələr təqsirləndirilən şəxs F6 ifadələrinə tənqidi yanaşmamış, heyvanların xəstə olması və xəstəlikdən ölmələrini rəsmiləşdirməməsinin səbəblərini araşdırmadan onun ifadələrini həqiqət kimi qəbul edərək yekun nəticəyə gəlmişlər. Həmçinin dövlət ittihamçısı qeyd edir ki, məhkəmələr iş üzrə düzgün yekun nəticəyə gəlinməsi üçün müəyyənləşdirilməsi zəruri olan yuxarıda qeyd olunan halları araşdırmadan, yalnız təqsirləndirilən şəxsin ifadələrini əsas tutaraq zərər çəkmiş şəxsin və ittiham tərəfinin təqdim etdiyi şahidlərin ifadələrinin dəqiqliyini şübhə altına almışlar. Protest müəllifinin fikrincə iş üzrə toplanmış sübutlar kifayət qədər təsdiq edir ki, Faiq Muradov zərərçəkmiş şəxslərə məxsus olan heyvanları onların razılığı ilə ələ keçirərkən götürdüyü öhdəlikləri yerinə yetirmək niyyəti olmamış, özgəsinə məxsus əmlakı əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə hərəkət etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin müdafiəçisi Müdafiəçi çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq mür aciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edi lib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, F6 əməlində ittiham edildiyi dələduzluq cinayətinin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışlar. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməli dir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki,nəzərə alınsın ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma v ə ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Nəzərə alınmalıdır ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o da iş üzrə zərər çəkmiş şəxs qismində tanı nır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır. Məhkəmə kollegiyası iş materiallarını qanunvericiliyin yuxarıda şərh olunan normalarının tələblərı, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenumlarının qərarları nəzərə alınmaqla təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs3 mal-qarasını satmaq qərarına gəlmiş və bu işdə ona kömək etməsi üçün qardaşı X5 müraciət etmişdir. O6 isə iş yoldaşı X6 müraciət edərək qardaşına məxsus mal-qaranın satılmasında yardımçı olmağı xahiş etmişdir. Eyni qay da ilə digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da mal-qaralarını satmaq istəmişlər. O6 təşəbbüsü və İ6 vasitəsi ilə X12 Balayevin arasında mal-qaranın nisyə alqısatqısına dair şifahi razılıq əldə olunmuş və 71 baş iri buynuzlu mal-qara F6 təhvil verilmişdir. Mübahisə doğurmayan həmin faktdan açıq-aşkar görünür ki, F6 iş üzrə zərərçəkmiş şəxslərin əmlakını dələduzluq yolu ilə ələ keçirmək niyyəti olmamışdır. F6 sonrakı hərəkətlkəri, yəni barəsində cinayət işi başlamamışdan əvvəl göstərilən mal-qaranın müəyyən hissəsinin pulunu, yəni 32000 manat pulu verməsi, 10 baş malqaranı geri qaytarması, mal-qara tələf olduğu üçün qalan pulu qaytara bilmədiyini etiraf etməsi, barəsində cinayət işi başlandıqdan sonra istintaq dövründə əlavə olaraq 20000 manat pul ödəniş etməklə maddi imkanı olacağı təqdirdə O6 qalan pulları ödəyəcəyini bildirməsi bir daha təsdiq edir ki, iri buynuzlu heyvanları etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək niyyəti olmamışdır. F6 tərəfindən heyvanların altı-satqısına dair şifahi razılaşmadan yaranan öhdəliklərinin lazımı qaydada yerinə yetirilməməsi, həmin mal-qaranın pullarının tam olaraq ödənilməməsi nəticəsində satıcıya maddi zərər vurulmuşdur ki, bu da cinayət hüququ ilə tənzimlənən münasibətlərin deyil, mülki hüquq münasibətlərinin predmetinə aiddir, yəni cinayət hadisəsi yaratmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əməl ə gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib, əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 570.1.2-ci maddəsinə əsasən əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verilməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil a lmış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhz yuxarıda qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi tam əsaslı olaraq hesab etmişdir ki, F6 əməlində cinayət tərkibi yoxdur. Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. X2rşı məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozunt usunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini h əyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsində qeyd edilir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Azərbaycan Respublikası CPM-in 399.3-cü maddəsində qeyd edilir ki, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiy a instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.0.1-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq F6 əməllərində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Məhkəmə kollegiyası işin materiallarına və cinayət qanununun normasının yuxarıda göstərilən tələblərinə əsaslanaraq belə nəticəyə gəl ir ki, ibtidai araşdırma orqanı X4 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, R6 və Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməsini təsdiq edən heç bir mötəbər sübutu əldə etmədiyindən məhkəmələr F.Muradova təqsirinin sübuta yetməməsi əsası ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verməkdə haqlı olmuşlar. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qərarı əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkü ndür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs X9 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar