Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-641/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, zərərçəkmiş şəxs x1 nümayəndəsi-vəkil Hacıyev Bəxtiyar Yusif oğlunun iştiraklar ı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə x2 və x3 hər birinin Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkumlar x2 və x3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: A.İ.Paşayev (sədrlik edən və məruzəçi), Ə.Q.Quliyev və İ.X.Həsənzadədən ibarət tərkibdə) x2 - xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək CM-in 145.2.4 və 145.2.6-cı maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə, 182.2.1,182.2.2 və 182.2.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. x3 - xx x xxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 2-də qeydiyyatda olmaqla faktiki yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək CM-in 145.2.4 və 145.2.6-cı maddələri ilə 3 (üç) il müddətə, 182.2.1,182.2.2 və 182.2.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin e dilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x2, x4, x3 və x5 adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə, özgənin əmlakını və əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini hədə-qorxu ilə tələb etmə barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 2017-ci ilin mart ayında istintaqa məlum olmayan tarixdə, axşam saatlarında x2 əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq x4 və x3 birlikdə tanışları x1 birlikdə yeyibiçməyi təklif edərək bu adla aldatmaqla sonuncunun idarə etdiyi “Lexus ES 350” markalı, 90 TT *** dövlət qeydiyyat nişa nlı avtomobillə x1 qrupun digər üzvü x5 yaşadığı ünvan 3 ünvanında yerləşən evə dəvət edib oraya gəldikdən sonra otaqlardan birində x2, x4, x3 və x5 guya x1n onların tanıdıqları x6 sataşdığını və onunla qeyri-ciddi məqsədlə ünsiyyət saxladığını bəhanə gətirərək, x1 təsir altına salmaq və iradəsini qırmaq üçün nalayiq sözlərlə təhqir edib silah kimi istifadə edilən bıçaq nümayiş etdirməklə şəxsiyyəti üzərində zor göstərmək, alçaldıcı hərəkətlərə məruz qoymaqla hədələyərək, həmçinin x2 x1n sifətinə sillə zərbəsi vurub fiziki zor tətbiq etməklə x1 əynindəki paltarlarını soyunmağa, qarşılarında lüt və diz çökmüş vəziyyətdə dayanmaqla səhvini etiraf edərək x6 gələcəkdə bütün maddi ehtiyaclarını ödəməyi öhdəsinə götürməsi məzmununda ifadələr səsləndirməyə məcbur etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq etmə ilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərməklə əmlak xarakteri daşıyan hərəkətlər etməsini hədə-qorxu ilə tələb etmiş, həmin vaxt x5 x2a məxsus mobil telefon aparatı ilə x1n lüt və diz çökmüş vəziyyətdə videogörüntüsünü çəkib silah kimi istifadə edilən bıçaq nümayiş etdirməklə hərəkət imkanını məhdudlaşdıraraq növbəti gün gecə saat 00:30 radələrinədək olan müddət ərzində x1 iradəsi və arzusuna zidd olaraq həmin ünvandakı fərdi yaşayış evinin otaqlarından birində saxlayıb qabaqcadan əlbir olan bir qrup şəxs halında silah kimi istifadə edilən əşyadan istifadə etməklə zərərçəkmiş şəxsi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Bundan başqa, x2, x4, x3 və x5 özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılaşıb cin ayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə x2 qrupun digər üzvləri ilə əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq 2017-ci ilin mart ayında istintaqa məlum olmayan tarixdə x1 ilə telefon əlaqəsi saxlayaraq və görüşərkən əvvəlcədən x1n lüt və diz çökmüş vəziyyətdə mobil telefonla çəkdikləri zərərçəkmiş şəxsin şəxsiyyəti haqqında rüsvayedici məlumatları özündə əks etdirən videogörüntüsünü internet vasitəsi ilə sosial şəbəkələrdə yayma hədəsi ilə onlara 180 manat pul verməsini tələb etmiş və ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Vergilər Nazirliyinin inzibati binasının arxasında x2 x1 180 manat pul alıb cinayətin digər iştirakçıları ilə birgə ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qo rxu ilə tələb etmə cinayətini törətmişdir. Bundan başqa, x2, x4, x3 və x5 özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə x4 onunla və qrupun digər üzvləri ilə əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq 2017-ci ilin mart ayında istintaqa məlum olmayan tarixdə x1 ilə telefon əlaqəsi saxlayaraq və görüşərkən əvvəlcədən x1n lüt və diz çökmüş vəziyyətdə mobil telefonla çəkdikləri zərərçəkmiş şəxsin şəxsiyyəti haqqında rüsvayedici məlumatları özündə əks etdirən videogörüntüsünü internet vasitəsi ilə sosial şəbəkələrdə yayma hədəsi ilə onlara 100 manat pul verməsini tələb etmiş və ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Vergilər Nazirliyinin inzibati b inasının arxasında x4 x1 100 manat pul alıb onunla və cinayətin digər iştirakçıları ilə birgə ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Bundan başqa, x2, x4, x3 və x5 özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə x3 onunla və qrupun digər üzvləri ilə əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq 2017-ci ilin mart ayında istintaqa məlum olmayan tarixdə x1 ilə telefon əlaqəsi saxlayaraq və görüşərkən əvvəlcədən x1n lüt və diz çökmüş vəziyyətdə mobil telefonla çəkdikləri zərərçəkmiş şəxsin şəxsiyyəti haqqında rüsvayedici məlumatları özündə əks etdirən videogörüntüsünü internet vasitəsi ilə sosial ş əbəkələrdə yayma hədəsi ilə onlara 40 manat pul verməsini tələb etmiş və ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Vergilər Nazirliyinin inzibati binasının arxasında x3 x1 40 manat pul alıb onunla və cinayətin digər iştirakçıları ilə birgə ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Bundan başqa, x2, x4, x3 və x5 özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə x2 qrupun digər üzvləri ilə əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq 2017-ci ilin aprel ayında istintaqa məlum olmayan tarixdə x1 ilə telefon əlaqəsi saxlayaraq və görüşərkən əvvəlcədən x1n lüt və diz çökmüş vəziyyətdə mobil tele fonla çəkdikləri zərərçəkmiş şəxsin şəxsiyyəti haqqında rüsvayedici məlumatları özündə əks etdirən videogörüntüsünü internet vasitəsi ilə sosial şəbəkələrdə yayma hədəsi ilə onlara 280 manat pul verməsini tələb etmiş və ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Vergilər Nazirliyinin inzibati binasının arxasında x2 x1 280 manat pul alıb cinayətin digər iştirakçıları ilə birgə ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Bundan başqa, x2, x4, x3 və x5 özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə x4 onunla və qrupun digər üzvləri ilə əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq 2017-ci ilin aprel ayında istintaqa məlum olmayan tarixdə x1 ilə telefon əlaqəsi saxlayaraq və görüşərkən əvvəlcədən x1n lüt və diz çökmüş vəziyyətdə mobil telefonla çəkdikləri zərərçəkmiş şəxsin şəxsiyyəti haqqında rüsvayedici məlumatları özündə əks etdirən videogörüntüsünü internet vasitəsi ilə sosial şəbəkələrdə yayma hədəsi ilə onlara 50 manat pul verməsini tələb etmiş və ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Vergilər Nazirliyinin inzibati binasının arxasında x4 x1 50 manat pul alıb onunla və cinayətin digər iştirakçıları ilə birgə ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Bundan başqa, x2, x4, x3 və x5 özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup ş əxs halında birləşmiş, bu məqsədlə x3 onunla və qrupun digər üzvləri ilə əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq 2017-ci ilin aprel ayında istintaqa məlum olmayan tarixdə x1 ilə telefon əlaqəsi saxlayaraq və görüşərkən əvvəlcədən x1n lüt və diz çökmüş vəziyyətdə mobil telefonla çəkdikləri zərərçəkmiş şəxsin şəxsiyyəti haqqında rüsvayedici məlumatları özündə əks etdirən videogörüntüsünü internet vasitəsi ilə sosial şəbəkələrdə yayma hədəsi ilə onlara 50 manat pul verməsini tələb etmiş və ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Vergilər Nazirliyinin inzibati binasının arxasında x3 x1 50 manat pul alıb onunla və cinayətin digər iştirakçıları ilə birgə ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə cinayətini törətm işdir. Bundan başqa, x2, x4, x3 və x5 özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə x2 qrupun digər üzvləri ilə əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq 2017-ci ilin may ayında istintaqa məlum olmayan tarixdə x1 ilə telefon əlaqəsi saxlayaraq və görüşərkən əvvəlcədən x1n lüt və diz çökmüş vəziyyətdə mobil telefonla çəkdikləri zərərçəkmiş şəxsin şəxsiyyəti haqqında rüsvayedici məlumatları özündə əks etdirən videogörüntüsünü internet vasitəsi ilə sosial şəbəkələrdə yayma hədəsi ilə onlara 300 manat pul və istifadəsində olan 200 manat dəyərində “Samsung Galaxy” markalı mobil telefon aparatını verməsini tələb etmiş və ünvan 4 ünvanında yerləşən Azərbaycan R espublikası Vergilər Nazirliyinin inzibati binasının arxasında x2 x1 300 manat pul və 200 manat dəyərində “Samsung Galaxy” markalı mobil telefon aparatını alıb cinayətin digər iştirakçıları ilə birgə ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Bundan başqa, x2, x4, x3 və x5 özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə x4 onunla və qrupun digər üzvləri ilə əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq 2017-ci ilin may ayında istintaqa məlum olmayan tarixdə x1 ilə telefon əlaqəsi saxlayaraq və görüşərkən əvvəlcədən x1n lüt və diz çökmüş vəziyyətdə mobil telefonla çəkdikləri zərərçəkmiş şəxsin şəxsi yyəti haqqında rüsvayedici məlumatları özündə əks etdirən videogörüntüsünü internet vasitəsi ilə sosial şəbəkələrdə yayma hədəsi ilə onlara 30 manat pul verməsini tələb etmiş və ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Vergilər Nazirliyinin inzibati binasının arxasında x4 x1 30 manat pul alıb onunla və cinayətin digər iştirakçıları ilə birgə ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Bundan başqa, x2, x4, x3 və x5 özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə x2 qrupun digər üzvləri ilə əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq 2017-ci ilin iyun ayında istintaqa məlum olmayan tarixd ə x1 ilə telefon əlaqəsi saxlayaraq və görüşərkən əvvəlcədən x1n lüt və diz çökmüş vəziyyətdə mobil telefonla çəkdikləri zərərçəkmiş şəxsin şəxsiyyəti haqqında rüsvayedici məlumatları özündə əks etdirən videogörüntüsünü internet vasitəsi ilə sosial şəbəkələrdə yayma hədəsi ilə onlara 400 manat pul verməsini tələb etmiş və ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Vergilər Nazirliyinin inzibati binasının arxasında x2 x1 400 manat pul alıb cinayətin digər iştirakçıları ilə birgə ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Bundan başqa, x2, x4, x3 və x5 özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə x2 qrupun digər ü zvləri ilə əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq 2017-ci ilin iyul ayında istintaqa məlum olmayan tarixdə x1 ilə telefon əlaqəsi saxlayaraq və görüşərkən əvvəlcədən x1n lüt və diz çökmüş vəziyyətdə mobil telefonla çəkdikləri zərərçəkmiş şəxsin şəxsiyyəti haqqında rüsvayedici məlumatları özündə əks etdirən videogörüntüsünü internet vasitəsi ilə sosial şəbəkələrdə yayma hədəsi ilə onlara 350 ABŞ dolları pul verməsini tələb etmiş və ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Vergilər Nazirliyinin inzibati binasının arxasında x2 x1 həmin dövrün məzənnəsi ilə 595 manat təşkil edən 350 ABŞ dolları pul alıb cinayətin digər iştirakçıları ilə birgə ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Bun dan başqa, x2, x4, x3 və x5 özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə x4 onunla və qrupun digər üzvləri ilə əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq 2017-ci ilin iyul ayında istintaqa məlum olmayan tarixdə x1 ilə telefon əlaqəsi saxlayaraq və görüşərkən əvvəlcədən x1n lüt və diz çökmüş vəziyyətdə mobil telefonla çəkdikləri zərərçəkmiş şəxsin şəxsiyyəti haqqında rüsvayedici məlumatları özündə əks etdirən videogörüntüsünü internet vasitəsi ilə sosial şəbəkələrdə yayma hədəsi ilə onlara 50 manat pul verməsini tələb etmiş və ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Vergilər Nazirliyinin inzibati binasının arxasında x4 x1 50 manat pul alıb onun la və cinayətin digər iştirakçıları ilə birgə ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Bundan başqa, x2, x4, x3 və x5 özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə x4 onunla və qrupun digər üzvləri ilə əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq 2017-ci ilin avqust ayında istintaqa məlum olmayan tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsində yerləşən 1 saylı şəhər Kliniki Xəstəxanasında x1 ilə görüşərkən əvvəlcədən x1n lüt və diz çökmüş vəziyyətdə mobil telefonla çəkdikləri zərərçəkmiş şəxsin şəxsiyyəti haqqında rüsvayedici məlumatları özündə əks etdirən videogörüntüsünü internet vasitəsi ilə sosial şəbəkələrdə yayma hədəsi ilə onlara 100 manat pul verməsini tələb etmiş və Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsində yerləşən 1 saylı şəhər Kliniki Xəstəxanasında x4 x1 100 manat pul alıb onunla və cinayətin digər iştirakçıları ilə birgə ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Bundan başqa, x2, x4, x3 və x5 özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə x2 qrupun digər üzvləri ilə əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq 2017-ci ilin avqust ayında istintaqa məlum olmayan tarixdə x1 ilə telefon əlaqəsi saxlayaraq və görüşərkən əvvəlcədən x1n lüt və diz çökmüş və ziyyətdə mobil telefonla çəkdikləri zərərçəkmiş şəxsin şəxsiyyəti haqqında rüsvayedici məlumatları özündə əks etdirən videogörüntüsünü internet vasitəsi ilə sosial şəbəkələrdə yayma hədəsi ilə onlara 400 ABŞ dolları pul verməsini tələb etmiş və x1n bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış müraciəti əsasında qeyd olunan İdarənin əməkdaşları tərəfindən xx xxxxxx 2017-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı x2, x4 və x3 birgə hədə-qorxu ilə tələb etdikləri pulu almaq məqsədi ilə saat 13:30 radələrində Toğrul Həsənovla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən «Şəki» restoranının 5-ci otağında görüşüb sonuncudan əvvəldən əməliyyat-axtarış tədbirində ist ifadə edilməsi üçün seriya və nömrələri protokolda qeyd edilmiş LB97407125K, LK62304213F, LK62304212F və LG85304502B seriya və nömrəli 4 ədəd 100-lük ABŞ dolları pul əsginaslarından ibarət həmin dövrün məzənnəsinə görə 680 manat 36 qəpik təşkil edən 400 ABŞ dolları məbləğində pulu qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etməklə alıb birgə ələ keçirdikdən dərhal sonra saat 13:40-da həmin yerdə saxlanılmış və üzərilərinə baxış keçirilərkən x2un göy rəngli idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 02 ədəd LB97407125K və LK62304213F seriya və nömrəli 100-lük ABŞ dolları pul əsginasları, x3un yaşıl rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd LK62304212F seriya və nömrəli 100-lük ABŞ dolları pul əsginası, x4un göy rəngli cins şalva rının sol yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd LG85304502B seriya və nömrəli 100-lük ABŞ dolları pul əsginası polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: H.H.Əhmədov (sədrlik edən və məruzəçi), H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkumlar x2 və x3 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum x2 kassasiya şikayətində göstərmişdir ki, istintaq orqanı tərəfindən ona verilmiş i ttiham yalnız zərərçəkmiş şəxsin ifadəsi əsasında verilmişdir. Lakin zərərçəkmiş şəxs heç bir məhkəmə prosesində iştirak etməmiş, dəfələrlə müdafiəçim tərəfindən, iş üzrə digər təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən zərərçəkmişin iştirakının təmin edilməsi barədə vəsatətlər verilsə də zərərçəkmiş şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasına görə məhkəmə bu vəsatətləri təmin etməmişdir. Həmçinin zərərçəkmiş şəxslə arasında daim dostluq münasibətlərinin olduğunu, hər zaman bir yerdə olduqlarını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin olunaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. İş üzrə digər məhkum x3 kassasiya şikayəti verərək ailə vəziyyətinin çox acınacaqlı olmasını, həbsdə olduğu müddətdə anasının vəfat etməs ini, evin tək uşağı olmasını, iki yetkinlik yaşına çatmış uşağının olmasını, bir oğlunun Azərbaycan Respublikası Milli ordusunun N saylı hərbi hissədə həqiqi hərbi xidmət çəkdiyini, evin tək qazanc gətirəni olmasını, səhhətində ciddi problemlər olmasını nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarını ləğv edərək, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə cəzasının dahada yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələl ər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cina yət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum x2 kassasiya şikayətində göstərmişdir ki, istintaq orqanı tərəfindən ona ittiham yalnız zərərçəkmiş şəxsin ifadəsi əsasında verilmişdir. Lakin zərərçəkmiş şəxs heç bir məhkəmə prosesində iştirak etməmiş, dəfələrlə müdafiəçim tərəfindən, iş üzrə digər təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən zərərçəkmişin iştirakının təmin edilməsi barədə vəsatətlər verilsə də zərərçəkmiş şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasına görə məhkəmə bu vəsatətləri təmin etməmişdir. Həmçinin zərərçəkmiş şəxslə arasında daim dostluq münasibətlərinin olduğunu, hər zaman bir yerdə olduqlarını bildirmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, məhkəmə prosesinin gedişində zərərçəkmiş şəxsin Ukrayna Respublikasının Xarkov Milli Universitetinin Hüquq fakultəsinin magistratura bölməsində əyani şöbəsində təhsil aldığı üçün həmin dövlətin ərazisində olduğunu, yazılı izahat göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ifadəsinin məhkəmə iclasında elan edilməsini təqsirləndirilən şəxslərə qanuna müvafiq cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 330.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir. CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, zərərçəkmiş şəxsin ibtidai istintaqdakı ifadəsi elan edilərək məhkəmə iclasında tədqiq edilmişdir. Bundan başqa məhkum x2 cinayət əməlləri təkcə zərərçəkmiş şəxsin ifadəsi ilə deyil, qismən təqsirləndirilən şəxsin özünün if adəsi, Azərbaycan Respublikası CM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb məhkəmə iclasında tədqiq edilmiş şahidlərin ifadələri, üzləşdirmələr və sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən digər mötəbər sübutların məcmusu ilə tam sübut edilmiş və həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında şərh edilmişdir. Məhkəmə kollegiyası cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində gəldikləri nəticələri qanuni və əsaslı hesab edərək x2 kassasiya şikayətinin dəlillərini isə əsassız hesab edir. Ona görə də x2na bəraət verilməsi barədə kassasiya şikayəti təmin edilməməlidir. İş üzrə digər məhkum x3 kas sasiya şikayətində ailə vəziyyətinin çox acınacaqlı olmasını, həbsdə olduğu müddətdə anasının vəfat etməsini, evin tək uşağı olmasını, iki yetkinlik yaşına çatmış uşağının olmasını, bir oğlunun Azərbaycan Respublikası Milli ordusunun N saylı hərbi hissədə həqiqi hərbi xidmət çəkdiyini, evin tək qazanc gətirəni olmasını, səhhətində ciddi problemlər olmasını nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarını ləğv edərək, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə cəzasının dahada yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmündən müəyyən edilmişdir ki, məhkəmə təqsirləndirilən şəxslər x2 və x3 cəzalarını yüngüllə şdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkum x3 kassasiya şikayətində sadaladığı halların heç biri Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallardan hər hansı birinə aid deyildir. Bəzi hallar onun ailə vəziyyətini və şəxsiyyətini xarakterizə edən hallardır. Məhkəmə bu halları nəzərə aldığını hökmdə ümumi formada göstərməklə x3na təqsirli bilindiyi hər iki maddəsinin sanksiyasının ən aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Eyni zamanda məhkəmə cəza təyin edərkən x3 törətdiyi cinayətlərin ictimai təhlükəliliyini xarakterizə edən halları da nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 70.1-ci və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxla ma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cinayətlərin ictimai təlükəlilik dərəcəsini xarakterizə edən halların mövcudluğunu nəzərə alaraq məhkumlar x3 və x2 cəzanı çəkmədən islah olunacaqlarına, eləcə də onlara təyin edilmiş cəzaların yüngülləşdirilməsinə əsas verən başqa hallar müəyyən edilmədiyindən bu barədə kassasiya ş ikayətlərinin dəlillərini əsassız hesab edir. Ona görə də hər iki məhkum barəsində birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, məhkumlar x3 və x2 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətlərinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmə diyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkumlar x2 və x3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. x2 və x3 hər birinin Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.6, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-641/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-641/2020
06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver